Rusiya və Belarus vahid vergi sistemi yaradacaq

posted in: Xəbər | 0

Rusiya və Belarus vahid vergi siyasəti yaradacaq. Vergi siyasətinin sinxronlaşdırılması üçün vergi komitəsi yaradılacaq.

Baş nazirin müavini Aleksey Overçuk gələcək inteqrasiya üzrə sənədlərin İttifaq dövlətinin nazirlər şurası tərəfindən imzalanmasının yekunlarına dair məlumat verib: – “Bu günkü hadisə iki ölkənin hökumətləri tərəfindən demək olar ki, son üç ilə yaxın müddətdə gördüyü işlərin nəticəsidir. İttifaq dövlətinin nazirlər şurası faktiki olaraq əsas istiqamətləri, inteqrasiya parametrlərini müəyyənləşdirib və bundan sonra da bu sənədlərin faktiki olaraq həyata keçirilməsi üzrə böyük işlər görülməlidir”, – deyə sədr müavini bildirib. – “Hüquqi bazaya dəyişikliklər etmək zəruridir, ümumi vergi sisteminin, ümumi gömrük sisteminin yaradılması nəzərdə tutulur, İttifaq dövlətinin vergi komitəsinin yaradılması nəzərdə tutulur”, – “Rossiyskaya qazeta” cənab Overçukun çıxışından sitat gətirib.

Onun sözlərinə görə, bu, “bizə iqtisadi sistemlərimizi uyğunlaşdırmağa və sinxronlaşdırmağa imkan verəcək, bununla da bizneslə məşğul olan insanlar, sahibkarlar üçün, dövlətlərimizin müəssisələri üçün tamamilə yeni unikal imkanlar açacaq” ciddi praktiki addımlardır. “Bu həqiqətən tarixi hadisədir”, – baş nazirin müavini sözünə belə yekun vurub.



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Mediatorların vergi öhdəliyi

posted in: Xəbər | 0

Ölkəmizdə mediasiya prosesi yeni olduğundan mediatorların vergi öhdəlikləri ilə bağlı bəzi suallar meydana çıxır. İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin təlimçisi, iqtisadçı ekspert Cavid Vəlizadə bu sahədə yaranan məsələlərə aydınlıq gətirir.

İki və daha çox şəxsin arasında yaranmış mübahisənin danışıqlar yolu ilə üçüncü neytral bir şəxsin (mediatorun) köməyi ilə həllinə çalışılan könüllü bir proses mediasiya adlanır. Qısaca, mediasiyaya – mübahisənin məhkəmədən kənar qaydada, qarşılıqlı razılıq əsasında həll prosesidir.

Mediasiya prosesinə həm məhkəməyə qədər, həm də məhkəmə prosesləri zamanı müraciət etmək olar. Bu prosesi həyata keçirən, tərəflər arasında danışıqlar apararaq razılıq əldə etməyə çalışan şəxs isə mediator adlanır. Yaşı 25 olan, ali təhsilli, ən azı 3 illik iş stajına malik və mediatorların ilkin hazırlığı üzrə təlimi bitirərək şəhadətnamə alan fiziki şəxslər mediator ola bilərlər. Mediator eyni zamanda, qanunla qadağan olmayan istənilən digər fəaliyyətlə də məşğul ola bilər.

“Mediasiya haqqında” Qanuna görə, mülki işlər və kommersiya mübahisələri (xarici elementli mübahisələr də daxil olmaqla), ailə münasibətlərindən irəli gələn mübahisələr, əmək münasibətlərindən irəli gələn mübahisələr, inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələrə mediasiyanın tətbiq edilməsinə icazə verilir.

Vergi Məcəlləsinin 99.3.13-cü maddəsinə əsasən, mediator fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən bu fəaliyyətlə bağlı göstərilən xidmətə görə alınan haqq, o cümlədən əldə olunan mükafat qeyri-sahibkarlıq fəaliyyətindən gəlirə aid edilir və Məcəllənin 101.2 maddəsinə əsasən, 14% dərəcə ilə vergiyə cəlb olunur.

Misal: “A” MMC ilə sığortaçı təşkilat arasında mübahisə yaranır. Təşkilatlar mübahisəni həll etmək üçün mediasiya təşkilatına müraciət edirlər. Mediator tərəflərin arasında mübahisəni yoluna qoyur və tərəflər arasında barışıq sazişinin bağlanılmasına nail olur. Bunun müqabiləndə MMC mediasiya təşkilatına 10.000 manat xidmət haqqı ödəyir və mediasiya təşkilatı bu məbləğdən mediatora 3.000 manat pul ayırır. Mediatorun qeyri-sahibkarlıq fəaliyyətindən gəlir vergisi 420 manat (3000*14%=420) təşkil edəcəkdir.

Mənbə: vergiler.az


Bax:



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Vergi daxilolmaları, sosial sığorta ödəmələri sahəsində əldə olunan nəticələr

posted in: Xəbər | 0

vergi uçotu məlumatları, Vergi məbləğləri, AVİS 2, daimi nümayəndəlik, Vergi bəyannamələri, Aktivlər, Büdcə səviyyə kodu, maliyyə sanksiyası, Vergi orqanı, şikayət, büdcə, Vahid elektron lövhə, aksiz vergisi, vergi orqanı, Ölkələrarası hesabat, şəxsi həyata dair məlumat, vergi sirri, nizamnamə kapitalı, elektron xidmət, Səyyar vergi yoxlaması, korrupsiya, Əmək müqaviləsi, Topdansatış ticarət, mühasiblərlə görüş, Vergi inzibatçılığı, Rəqəmsal vergi idarəetməsi, elektron dövlət qeydiyyatı, icbari tibbi sığorta, Rəqəmsal Transformasiya Şurası, alt fəaliyyət növləri, Vergi orqanları, ikiqat vergitutma, Dövlət Vergi Xidməti, vergi sistemi, DVX, vergi xidməti, peşə bayramı,işə qəbul, DTA-03 ərizə forması, DTA-05 ərizə forması, ərizə formaları, Müvəqqəti vergi rejimi, Sosial sığorta haqqı, Nəqliyyat vasitələrinin fəaliyyəti, Vergi Xidməti, Vergi bəyannamələri, icarə müqaviləsi, Obyekt kodu, İcarə müqaviləsi, sərəncam, sahibkar, onlayn növbə, Könüllü vergi ödəyicisi, Bəyannamələrin elektron forması, Vergi güzəştləri, bəyannamə formaları, Fərdi sahibkarlar, maliyyə dəstəyi, ƏDV-nin qaytarılması, Riskli vergi ödəyiciləri, elektron alış aktı, alış aktları, Vergi ödəyicilərinin qəbulu, qeyri-rezident, ödənilmiş vergilər, vergi hesabatları, vergi hesabatlarının vaxtı2021-ci ilin yanvar-avqust ayları ərzində dövriyyələrin şəffaflaşdırılması istiqamətində aparılan işlər, vergi inzibatçılığının daha da təkmilləşdirilməsi, iqtisadiyyatın ayrı-ayrı sektorlarında müşahidə edilən bərpa templəri vergi və sosial sığorta daxilolmalarının artımına səbəb olub.

Vergi daxilolmaları

2021-ci ilin yanvar-avqust aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 5 milyard 833,16 milyon manat vergi daxil olub, proqnoza 123,7 faiz əməl edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi daxilolmaları 13,4 faiz və ya 690,1 milyon manat artıb.

Cari ilin 8 ayında qeyri-neft-qaz sektorundan daxilolmalar 4 milyard 264,0 milyon manat olub, proqnoza 117,7 faiz əməl edilib. Dövlət büdcəsinə proqnozdan əlavə 639,9 milyon manat daxil olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 11 faiz və ya 421,8 milyon manat artıb.

Qeyri-neft-qaz sektorunun özəl bölməsi üzrə cəmi vergi daxilolmaları əvvəlki ilin eyni dövrü ilə müqayisədə 18,7 faiz artaraq 3 milyard 264,0 milyon manat təşkil edib. Regionlar üzrə daxilolmalar 623,8 milyon manat olmaqla, proqnoz 117,2 faiz icra edilib. Ötən illə müqayisədə bu mənbədən daxilolmalar 5,2 faiz artıb.

Ödənilən vergilərin 73,1 faizi qeyri-neft-qaz sektorunun, 26,9 faizi neft-qaz sektorunun payına düşüb.

Sosial sığorta ödəmələri

Sığortaedən və sığortaolunan arasında əmək münasibətlərinin şəffaflaşdırılması, əmək müqavilələrinin bağlanması və bu müqavilələrdə əmək haqlarının real məbləğinin əks etdirilməsi məqsədilə qanunvericilikdə stimulların yaradılması nəticəsində ölkənin əmək bazarında muzdlu işçilərin və bağlanmış əmək müqavilələrinin sayında, həmçinin əməkhaqqı fondunda artım qeydə alınıb. Bu artımın böyük hissəsi özəl sektorun payına düşüb.

2021-ci il sentyabrın 1-nə qeyri-neft sektorunun qeyri-dövlət bölməsində bağlanmış əmək müqavilələrinin sayı 744.804 təşkil edib. Bu da əmək münasibətlərinin şəffaflaşdırılması istiqamətində islahatların başlandığı 2019-cu ilin əvvəli ilə müqayisədə 204.882 min çoxdur. Məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə daxilolmalarda müşahidə olunan əhəmiyyətli artım əmək bazarında şəffaflaşma proseslərinin göstəricisidir və gəlir vergisi üzrə güzəştin tətbiqinin fiskal səmərəsinə dəlalət edir.

2021-cu ilin yanvar-avqust aylarında muzdu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2 milyard 494,5 milyon manat təşkil etməklə ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,1 faiz artıb, daxilolmalar üzrə proqnoz 232,1 milyon manat artıq icra edilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 14,1 faiz artaraq 1 milyard 583 milyon manat təşkil edib, proqnoz 113,3 faiz icra olunub.

İşsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 9,4 faiz artaraq 85,8 milyon manat olub, proqnoz 109,7 faiz icra edilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 15,8 faiz artaraq 63,1 milyon manat təşkil edib, daxilolmalar üzrə proqnoz 111,3 faiz icra olunub.

Qeydiyyata alınmış vergi ödəyiciləri

Cari il sentyabrın 1-nə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 4,7 faiz artaraq 645.189 təşkil edib. Hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı 11,8 faiz artıb və 32.585-ə çatıb. Aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə ilin əvvəli ilə müqayisədə 6,1 faiz artaraq 177.274-ə çatıb.

Onlayn nəzarət-kassa aparatlarının tətbiqi

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən Azərbaycan Respublikasında yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. İndiyədək ölkə ərazisində 45.589 ədəd yeni nəsil NKA quraşdırılıb.

Yeni nəsil NKA-dan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb. 2021-ci ilin yanvar-avqust aylarında yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 9,7 mlrd. manat təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfədən çoxdur.

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

ABŞ-da işçi qüvvəsi çatışmır

posted in: Xəbər | 0

vergi, işçi qüvvəsi, işçi çatışmazlığı,“The New York Times” nəşri yazır ki, ABŞ Prezidenti Co Baydenin 1 trilyon dollarlıq infrastruktur planı ixtisaslı işçi çatışmazlığı səbəbindən təhdid altına düşüb.

Co Bayden infrastruktur layihələrinin inkişafını stimullaşdırmaq və böyük şirkətləri inşaatçılar və təmirçilər üçün iş yerlərinin yaradılmasına həvəsləndirmək istəyir. Amma, “Baby boomer” (1946-1966-cı illərdə doğulanlar) nəsli yaşlanır və sürətlə pensiyaya çıxırlar. Lakin konkret əməkhaqqı ödənişi olmasına baxmayaraq, gənc adamlar onların yerini tutmaq istəmirlər. İndiki nəsil ali təhsili uğura aparan yeganə yol hesab edirlər.

İnfrastruktur planı bir çox sahələrin xərclərini əhatə edir. Yolların və körpülərin təmiri və tikintisi üçün təxminən 110 milyard dollar, hava limanlarına 25 milyard, dəmir yollarına 66 milyard dollar xərclənməsi nəzərdə tutulub. İctimai nəqliyyat sisteminin inkişafına 39 milyard dollar ayrılacaq. Lakin bu sahə avtobus sürücüləri, metro işçiləri və texniki xidmət mütəxəssislərinin çatışmazlığı ilə üzləşib. Metro Transit operatoru 2021-ci ilin sonuna kimi təxminən 100 avtobus sürücüsü tapmağa çalışır. İyun ayının sonunda planlaşdırılan 70 yer üçün 35 əməkdaşı işə qəbul etmək mümkün olub.

“S&P Global Ratings”in dəyərləndirməsinə görə, qanun layihəsi önümüzdəki səkkiz il ərzində ABŞ iqtisadiyyatına 1,4 trilyon dollar əlavə edərək, məhsuldarlığı və iqtisadi artımı artıra biləcəyini təxmin edir.  Lakin əgər işçi qüvvəsinin miqdarı tələbata uyğun gəlmirsə, köhnə avto-magistralların, körpülərin və ictimai nəqliyyatın bərpası və tikintisi üzrə səylər boşa çıxacaq.

Körpülərin və yolların təmiri üzrə ixtisaslaşan “Anchor Construction” şirkətinin baş vitse-prezidenti işçilərin planlaşdırılan bütün layihələrə kifayət etməyəcəyindən ehtiyatlanır. “Əgər hər hansı bir firma Konqresin planlarını həyata keçirməyə hazıram desə, mən buna çox təəccüblənərəm”, – İrvin belə bəyan edib. Qanun layihəsi müəssisələrdə iş yerlərinin sayının ikiqat artırılacağını nəzərdə tutur. Eyni zamanda, müxtəlif peşə təhsili proqramları təklif edən ictimai kolleclərdə (community colleges) tələbələrin sayı kəskin şəkildə azalmışdır. Tələbələr üçün informasiya mübadiləsi üzrə milli tədqiqat mərkəzinin (NSCRC) hesabatı şagirdlərin sayının da 9,5 faiz azaldığını göstərib.

Bayden keçmiş məhbuslar da daxil olmaqla, peşəkar yenidənhazırlıq mərkəzlərinin yaradılmasına 100 milyard dollar ayıraraq, işçi çatışmazlığı problemini həll etmək istəyirdi. Lakin infrastruktur layihəsinin son versiyasında bu təklifdən imtina edilmişdir.

ABŞ iqtisadiyyatı bərpa olunduqca əmək bazarında işçi qüvvəsinə tələbat rekord vurur. Tikinti bölməsində vakansiyaların sayı pandemiyaya qədərki səviyyə ilə müqayisədə 12 faiz artmışdır. Amma işçilərə olan tələbat olduqca yüksəkdir: bəzi şirkətlər işə yetkinlik yaşına çatmayanları qəbul etmək məcburiyyətində qalıblar. ABŞ ticarət palatasının tədqiqatları göstərib ki, kommersiya tikinti podratçılarının 88 faizi çox çətinliklə ixtisaslı işçiləri tapa bilirlər. Onların üçdə biri əməkdaşların çatışmazlığı səbəbindən işlərdən imtina etməli olublar. “Construction Industry Resources” şirkətinin qiymətləndirməsinə görə, 2025-ci ilə qədər tikinti sahəsi ən azından iki milyon işçi çatışmazlığı ilə üzləşə bilər.



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 843 844 845 846 847 848 849 2. 692