Avropa ölkəsi vətəndaşlarının maaşlarını artırmaq qərarı verib

posted in: Xəbər | 0

İspaniya gəlirləri artırmaq və vətəndaşların rifah səviyyəsində olan boşluğu azaltmaq üçün minimum əməkhaqqını artıracaq. “Bloomberg” xəbər verir ki, Avropa ölkəsinin hakimiyyət dairələri, bu qərarı inflyasiyanın on ilin ən yüksək həddinə çatması fonunda qəbul ediblər.

İspaniyanın baş naziri Pedro Sançes hökumətin bu il iqtisadiyyatın artması və həyat dəyərinin yüksəlməsi səbəbi ilə əhalinin alıcılıq qabiliyyətinin dəstəklənməsi üçün hazırda 950 avro (1123 dollar) təşkil edən minimum əməkhaqqını artırmağı planlaşdırdığını bəyan edib.

İqtisadiyyat naziri Nadiya Kalvinyonun sözlərinə görə, minimum maaşların artırılması son üç ildə hökumətin prioritetinə çevrilib və bərabərsizliyin azaldılması üçün effektiv vasitə kimi nəzərdən keçirilir. O, İspaniyanın iqtisadiyyatının 1970-ci illərdən bəri ən sürətli templərlə artdığını, koronavirus pandemiyası səbəbindən böhrandan sonra bərpa olunduğunu söyləyib. 2020-ci ildə ölkənin ÜDM-i demək olar ki, 11 faiz kiçilib. İspaniyada qiymətlər yüksəlib, o cümlədən elektrik enerjisinin bahalaşması səbəbindən artıb – bu artım bütün regionda inflyasiyanı stimullaşdırıb.

Kalvinyo əlavə edib ki, mövcud iqtisadi vəziyyət pandemiya dövründə aşağı inflyasiya və qiymət sabitliyindən sonra illər ərzində tamamilə başa düşüləndir. İnflyasiyanın sıçrayışını nazir “keçici hal” adlandırıb. “Biz onun (yüksək inflyasiyanın) strukturlaşmasına yol verməməliyik. Lakin o, müşahidə etdiyimiz çox fəal bərpa (iqtisadiyyatın) zamanı təbii haldır (…) və bu, narahatlıq üçün əsas deyil”, – deyə o bildirib.



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Maliyyə lizinqi

posted in: Xəbər | 0

lizinq müqaviləsi, Əmlak icarəsi, maliyyə lizinqi,Təcrübədə, adətən, “maliyyə lizinqi” və ya sadəcə “lizinq” adlandırılan anlayış, əslində, maliyyə icarəsi deməkdir. Lakin vergitutma məqsədləri üçün lizinqin maliyyə lizinqi sayılması üçün xüsusi şərtlər vardır. Mövzunu mühasibat mütəxəssisi İlqar Əsədov şərh edir.

Maliyyə lizinqi və ümumiyyətlə lizinq əməliyyatları Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 38-ci fəsli ilə tənzimlənir.

Lizinq bir növ əmlak kirayəsi olduğundan Mülki Məcəllənin əmlak kirayəsinə dair müddəaları lizinqə də tətbiq edilə bilər: bir şərtlə ki, onlar Mülki Məcəllənin 38-ci fəslinin müddəalarına zidd olmasın. Lizinq müqaviləsi mütləq yazılı formada bağlanmalıdır.

Lizinq münasibətlərində, adətən, üç tərəf olur: satıcı, lizinq müəssisəsi və icarəyə götürən, başqa sözlə, satıcı, lizinq verən və lizinq alan. Lakin bəzən elə hal da olur ki, lizinq münasibətlərində cəmi iki tərəf olur – icarəçi özünə məxsus olan əmlakı lizinq müəssisəsinə satır və sonra ondan həmin əmlakı lizinq formasında icarəyə götürür. Buna “qayıdan lizinq” deyilir və bunu, adətən, maliyyə ehtiyacı duyan müəssisələr edir. Bu, bir növ, əmlakı girov qoyub kredit götürməyə bənzəyir.

Lizinq müqaviləsinin obyekti istehsal təyinatlı binalar, dəzgahlar, maşınlar, avadanlıqlar, nəqliyyat vasitələri və s. əmlak, qısacası, qanunvericiliklə müəyyən edilmiş istisnalar xaric istənilən daşınar və daşınmaz əmlak ola bilər. Bir qayda olaraq maliyyə lizinqi vasitəsilə əmlak üzərində mülkiyyət hüququ müqavilə bitənə qədər lizinq verəndə qalır, qarşı tərəfə isə sahiblik və istifadə hüquqları keçir.

Mülki Məcəllənin 38-ci fəsli “Lizinq” adlansa da, orada maliyyə lizinqi ilə də bağlı müddəalar var. Bununla belə, maliyyə lizinqinin nə olduğu, lizinqin hansı forması olduğu Mülki Məcəllə ilə tam müəyyən edilməmişdir.

Lizinq əməliyyatları beynəxalq təcrübədə geniş yayıldığına görə deyə bilərik ki, icarə münasibətlərinə çox oxşayır və sanki onun xüsusi formasıdır. Lakin üçtərəfli olması, lizinq obyektinin lizinq məqsədləri üçün alınması və s. hallar ilə icarədən fərqlənir. Bu baxımdan müştərinin sifarişi olmadan lizinq şirkəti tərəfindən alınan, qısamüddətliliyi ilə seçilən lizinqə operativ lizinq, əmlakın alıcı tərəfindən sifariş edilərək lizinq verən tərəfindən alındığı, hətta bəzən birbaşa lizinq alana təqdim edildiyi və uzunmüddətliliyi ilə seçilən lizinqə isə maliyyə lizinqi deyə bilərik.

Lakin vergitutma məqsədləri üçün lizinqin maliyyə lizinqi sayılması üçün xüsusi şərtlər vardır. Vergi Məcəlləsinin 140.2-ci maddəsinə görə, aşağıdakı hallarda əmlak icarəsi maliyyə lizinqi sayılı:

• lizinq müqaviləsi ilə icarə müddəti qurtardıqdan sonra əmlakın mülkiyyətə verilməsi nəzərdə tutulur, yaxud icarə müddəti qurtardıqdan sonra icarəçi əmlakı müəyyən edilmiş və ya qabaqcadan güman edilən qiymətlərlə almaq hüququna malikdir;

• icarə müddəti icarəyə götürülən əmlakın istismar müddətinin 75 faizindən artıqdır;

• icarə müddəti qurtardıqdan sonra əmlakın qalıq dəyəri icarənin əvvəlinə onun bazar qiymətinin 20 faizindən azdır;

• icarə haqqının ödəniləcək məbləği əmlakın icarənin əvvəlinə olan bazar qiymətinin ən azı 90 faizinə bərabərdir və ya ondan artıqdır;

• icarəyə götürülən əmlak icarəçi üçün sifarişlə hazırlanmışdır və icarə müddəti qurtardıqdan sonra icarəçidən başqa heç kəs tərəfindən istifadə edilə bilməz.

Maliyyə lizinqi əsasında lizinq alana verilmiş lizinq obyekti tərəflərin qarşılıqlı razılığı əsasında lizinq verənin və ya lizinq alanın balansında uçota alınmalıdır. Münasibətləri həm ayrıca, yəni məsələn lizinq verənlə (lizinq müəssisəsi) satıcı arasında adi alğı-satqı müqaviləsi və lizinq verənlə lizinq alan (icarəyəgötürən) arasında lizinq müqaviləsi bağlamaqla və ya üçtərəfli müqavilə bağlamaqla tənzimləmək mümkündür. Lakin müqavilədə həmin əmlakın lizinq məqsədilə alındığı mütləq şəkildə göstərilməlidir. Müqavilədə həmçinin lizinq obyektinin dəqiq təsviri, lizinq obyektinin balans uçotunun qaydası, lizinq obyektinin saxlanması və təmiri qaydası kimi məlumatlar da mütləq qeyd edilməlidir.

Nəticə etibarilə maliyyə lizinqi vasitəsilə satıcıdan birbaş almaq imkanı olmayan müəssisələr bu və ya digər əmlakı, vərdiş etdiyimiz dildə desək, lizinqə salaraq alır və mütəmadi olaraq əmlakın dəyərindən və lizinq verən şirkətin faizindən (mükafatından) ibarət məbləği ona ödəyir. Həmin gəlirlər lizinq verənin vergitutulan gəlirlərinə aid edilir. Lizinq alan isə əgər lizinq dövründə əmlakı öz balansına ala bilməmişdirsə, ən geci lizinq müqaviləsi ilə mülkiyyətinə keçdikdə əsas vəaitləri kimi dəyərləndirir və uçota alır, lizinq verənə ödədiyi faizləri isə gəlirdən çıxılan faizlərə aid edir.

Onu da qeyd edək ki, maliyyə lizinqi əməliyyatları Vergi Məcəlləsi ilə maliyyə xidmətlərinə aid edilmişdir. Maliyyə xidmətləri isə ƏDV məqsədləri üçün ƏDV-dən azad olunan xidmətlər sayılır.

Yuxarıda qeyd etdiyimiz kimi, lizinq alan müqavilədə razılaşdırılmış formada əmlakı öz balansına ala bilirsə, bunu edir və eyni zamanda Vergi Məcəlləsinin icarəyə götürülmüş əsas vəsaitlər üzrə təmir xərcləri ilə bağlı müddəalarını tətbiq edir. Əks halda, maliyyə lizinqinin obyekti olan əmlak üzrə təmir xərclərini 115-ci maddəyə görə gəlirdən çıxmaq olmaz. Təəssüf ki, təcrübədə bir çox mühasiblərin yalnış olaraq bu məsələdə səhvə yol verdikləri ilə rastlaşırıq.

Lizinq alan müəssisələr üçün “Təmir məsrəflərinin mühasibat uçotunda əks etdirilməsinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında Maliyyə Nazirliyinin Kollegiyasının qərarı ilə tanış olmaq da faydalı olar.

Onu da qeyd edək ki, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası qanununun 3.4.1-ci maddəsinə uyğun olaraq lizinqlə bağlı borc ödənişləri yalnız nağdsız qaydada ödənilə bilər. Bu tələbin pozulmasına görə vergi ödəyicilərinə 10, 20 və 40 faiz dəyərində maliyyə sanksiyaları tətbiq edilə bilər.

Mənbə: vergiler.az


Bax:



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Kapital Bank illik 8%-dən başlayan sərfəli ipoteka krediti təklif edir

posted in: Xəbər | 0

Kapital Bank-ın əməkdaşlıq etdiyi PAŞA İnşaat şirkətinin inşa etdiyi “K-Residence” layihəsinin mənzillərini daha sərfəli şərtlərlə əldə etmək mümkündür.

Bakı şəhəri, Nobel prospekti 151, “Ağ şəhər”də yerləşən premium sinfinə aid binadakı geniş və keyfiyyətli mənzilləri 20 ilədək müddətə, illik cəmi 8%-dən başlayan şərtlərlə almaq olar. İpoteka kreditinin maksimal məbləği 500 000 manatadək rəsmiləşdirilə bilər. Şirkətin təklif etdiyi mənzillər barədə ətraflı məlumat üçün (012) 599 90 09 və ya (051) 577 12 34  nömrələrinə müraciət etmək lazımdır.

Qeyd edək ki, minimal ilkin ödəniş müştərinin gəlirlərindən asılı olaraq müəyyən edilir. İpoteka krediti üzrə müraciətləri (051) 250 99 99 WhatsApp nömrəsinə ünvanlamaq olar.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 103 filialı və 21 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Qiymət artımı Avropanın stabillik planlarını alt-üst etdi

posted in: Xəbər | 0

Almaniyada inflyasiya 2008-ci ildəki rekord səviyyəyə qədər yüksəlib. “Bloomberg” nəşrinin məlumatına görə, ölkədə istehlak qiymətləri avqust ayında 3,4 faiz artıb. Bu rəqəm Avropa Mərkəzi bankı tərəfindən avro bölgəsi üçün təyin edilən 2 faizlik hədəfi xeyli üstələyib.

İspaniyada da inflyasiya maksimuma yüksələrək, 3,3 faiz təşkil edib. Qiymət sabitliyinə yönəlik planlar enerji xərclərinin artması və təchizat sahəsində yaranan problemlər səbəbindən pozulub.

İndiyə kimi siyasilər cari inflyasiya yüksəlişinin müvəqqəti olduğunu bəyan edirdilər. Lakin tədarükün azalması getdikcə daha çox şirkəti mal və xidmətlərin dəyərini artırmağa sövq edir və bu tendensiya qiymətlərin daimi artmasına səbəb ola bilər.

Bununla yanaşı, Almaniyada idxal olunan malların dəyərinin artımı illik ifadədə 15 faiz təşkil edib. Bu isə son dörd onillik ərzində ən yüksək göstərici olub. İdxal qiymətlərinin aktiv artmasından sonra müəssisələr üçün xammal tədarükünü təmin etmək çox çətinləşib. Avro bölgəsində inflyasiya gözləntiləri istehsal, ticarət və inşaat kimi sənayelərdə də rekord həddə çatmışdır.

Əmtəə qiymətlərinin artımı, əsasən, koronavirus səbəbindən çoxsaylı yerli lokdaunlar və hərəkət məhdudiyyətlərinin tətbiqi ilə bağlıdır. Belə ki, bu məhdudiyyətlər təchizat zəncirlərində fasilələrə gətirib çıxarır. Ərzaq məhsullarının və digər malların qiymətləri bütün dünya üzrə yüksəlməkdədir, satıcılar isə satış yerlərində boş piştaxtalardan şikayətlənirlər. Avropada inflyasiyanı bu qədər gücləndirən digər amil isə enerji qiymətlərinin sıçrayışlı yüksəlişidir. Elektrik fyuçerslərinin dəyəri bu qışda tarixi yüksəkliyə çatmışdı. Bu cür kəskin sıçrayışın səbəbi Rusiyadan qaz tədarükünün azalması ilə əlaqəlidir.



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 844 845 846 847 848 849 850 2. 692