Kapital Bank-ın korporativ hesab ödənişləri “MilliÖn” terminallarında!

posted in: Xəbər | 0

Kapital Bank hüquqi şəxslər və fərdi sahibkarlar üçün növbəti yeniliyi təqdim edib. Belə ki, artıq hesab ödənişlərini ölkədə geniş şəbəkəyə malik “MilliÖn” terminalları vasitəsilə həyata keçirmək mümkündür. Hesablara ödənişlər zamanı heç bir komissiya tutulmur. Əməliyyat limiti isə 1 – 15 000 AZN təşkil edir.

Qeyd edək ki, Kapital Bank kiçik və orta sahibkarlığın inkişafına və maliyyələşməsinə böyük önəm verir. Bank məhsullarından olan faktorinq, qarantiya, akkreditiv, bankın öz vəsaiti və xüsusi fondlar vasitəsilə maliyyələşmələr müştərilərə təqdim olunur. Sürətli təhlil prosesi, təminatın əksər hallarda tələb olunmaması və aşağı faizlər Kapital Bank-ın bazarda ən yaxşı şərtlər təklif etməsinə bir sübutdur.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holdinqə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 103 filialı və 21 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Kapital Bank “Sürətli tender” limitini bir qədər də artırdı

posted in: Xəbər | 0

Kapital Bank hüquqi şəxslərə və sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara ölkədə həyata keçirilən layihələrdə iştirak etmək üçün “Sürətli tender” məhsulunu təklif edir. Artıq bu məhsul üzrə banka müraciət edənlərə maksimal olaraq 100 000 AZN-dək limit təklif olunur.

Bununla da hüquqi şəxslər və sahibkarlar bank qarantiyası vermək üçün nəzərdə tutulan onlayn sürətli tender limitini həmin gün əldə edərək planlaşdırdıqları layihədə iştirak edə bilərlər.

“Sürətli tender” məhsulu bir sıra özəlliklərə malikdir: maliyyə təhlili və skorinq yoxdur; bir dəfə müqavilə bağlanır və daha sonra qarantiya məktubları ərizə əsasında rəsmləşdirilir; limit rəsmləşdirilməsi komissiyasız həyata keçirilir; illik faiz və limit üzrə komissiya 0% təşkil edir; yalnız qarantiya məktubu əldə etdikdə birdəfəlik komissiya ödənilir.

Kapital Bank-ın KOS müştəriləri üçün nəzərdə tutulan Müştəri profili vasitəsilə məhsullarla bağlı məlumatlarla yanaşı, Banka gəlmədən bütün sifarişlərini yönləndirmək imkanı vardır. Qeyd edək ki, “Sürətli tender” məhsulunu almaq istəyənlər qeyd edilən linkə – https://kbl.az/cbpcr və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərlər.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

“PAŞA Bank” startap şirkəti ilə birgə onlayn mühasibat məhsulu təklif edir – Azərbaycanda ilk dəfə

posted in: Xəbər | 0

Tender qarantiyası, endirim kampaniyası, Umico, Onlayn biznes krediti, Black Friday, AzerGold, Biznes kreditləri, PAŞA Private Bankinq, vakansiya, Fraud idarəolunması üzrə mütəxəssis, Kreditlərin Monitorinqi üzrə Kiçik Mütəxəssis, Link ilə ödəniş, PASHA Bank Cup II, Məlumat təhlükəsizliyi xidmətləri, Private Banking müştəriləri, Biznes proqram təminatlarına dəstək, əmək haqqı tarifləri, Bonus milləri, PASHA Bank Cup - II, trendyol.com, PAŞA Bank VISA kart sahibləri, womENcourage, çirkli pulların yuyulması, PAŞA Bank, kredit, NICE Actimize,“PAŞA Bank” “Açıq Bankçılıq” konsepsiyasına əsaslanan qabaqcıl həlləri tətbiq edir.

Azərbaycanın aparıcı korporativ bankı – “PAŞA Bank” yerli bazarda biznesin ehtiyaclarını qarşılamaq və onların davamlı inkişafına töhfə vermək məqsədi ilə qabaqcıl rəqəmsal həlləri tətbiq etməyə davam edir.

Bu ildən etibarən “PAŞA Bank” fəal şəkildə “Açıq Bankçılıq” (Open Banking) konsepsiyasını tətbiq etməyə başlamışdır. Bu konsepsiya müştərilərə “fintech” xidmətlərinin göstərilməsində ixtisaslaşmış üçüncü şirkətlərin texnoloji həllərini özündə birləşdirən yeni bir ekosistemdən istifadəni nəzərdə tutur. “Açıq Bankçılıq” arxitekturasını tətbiq edərək “PAŞA Bank” sahibkarların biznes inkişafının müvəffəqiyyətinə bilavasitə təsir edən texnoloji həllərin, o cümlədən onlayn mühasibat, hesabatlılıq, hesabların idarə edilməsi və s. həllərin istifadəsinə imkan yaradır.

“PAŞA Bank”ın “Açıq Bankçılıq” konsepsiyası çərçivəsində müştərilərə təqdim olunan ilk texnoloji həll “Hesabat” adlı onlayn mühasibat məhsuludur. Belə ki, “TechFin” şirkəti ilə tərəfdaşlıq çərçivəsində biznes subyektlərinə “bulud” əsaslı və maliyyə məlumatlarının tam inteqrasiya olunduğu mühasibatlıq idarəetmə xidmətləri təqdim edilib. Burada “PAŞA Bank” müştəriləri əməliyyatların operativ qeydiyyatı, məlumat bazasının sığortalanması, ödənişlərin avtomatik əks olunması, çox funksiyalı idarəetmə və digər üstünlüklərdən faydalana bilərlər. Belə bir xidmət Azərbaycanda ilk dəfə təqdim olunur.

PAŞA Bankın Texnologiya blokunun baş direktoru Vüsal Xəlilovun sözlərinə görə, “Açıq Bankçılıq” yanaşmasının ən əhəmiyyətli nəticələrindən biri bazarda sağlam rəqabətin güclənməsidir ki, bu isə yeni və keyfiyyətli məhsul və xidmətlərin yaradılmasına gətirib çıxaracaq.

“Açıq Bankçılıq” prinsiplərinə uyğun olaraq, bank bazarının iştirakçıları yeni iş modellərinin tətbiqinin perspektivləri və imkanlarını dərindən analiz edərək “fintech” seqmentindəki şirkətlərlə qarşılıqlı faydalı əməkdaşlıq üçün yeni üfüqləri aça bilərlər. “PAŞA Bank” isə öz növbəsində belə bir əməkdaşlıq çərçivəsində təklif edilən texnoloji yenilikləri öz müştərilərinin bizneslərinin davamlı inkişafını dəstəkləməyi və biznes proseslərini daha da sadələşdirməyi hədəfləmiş olur. Beləliklə, “PAŞA Bank” tərəfindən “Açıq Bankçılıq” prinsiplərinin aktiv şəkildə tətbiq edilməsi nəticəsində, Bankın müştəriləri ən son texnoloji həllərin tətbiqi nəticəsində əlavə rəqabət üstünlükləri qazanmış olacaqlar, yüksək keyfiyyətli texnoloji həllər göstərə bilən partnyorlar isə geniş müştəri bazasına xidmətlərini göstər bilmiş olacaqlar”, – deyə V. Xəlilov bildirib.



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Vençur (risk) bazarı: müxtəlif regionlarda inkişaf tarixi və xüsusiyyətləri (IV hissə)

posted in: Xəbər | 0

Vençur (risk) bazarı (IV hissə)

III hissəyə nəzər yetirin

Perspektivli Asiya
“Blue Future Partners” investisiya şirkətinin araşdırmasına görə, Asiya ölkələrində 162 vençur fondu fəaliyyət göstərir. Onların arasında dünya arenasından gələnlər də, Asiya ərazisində fəaliyyət göstərənlər də var. Artım perspektivlərini nəzərə alaraq, daha çox beynəlxalq fondlar bu bölgəyə gəlməkdədir.

Onlardan ən nəhəng oyunçular bunlar hesab olunur:

  • “WI Harper Group” (Çin, Tayvan, Silikon Vadisində fəaliyyət göstərir);
  • “IDG Capital” (Çində fəaliyyət göstərir);
  • “Sequoia” (Hindistan, İsrail və Çin bazarlarında ixtisaslaşıb).

Asiya bazarının fərqləndirici xüsusiyyəti ölkələrin fəal iştirakından ibarətdir. Məsələn, Sinqapur hökuməti – “GIC Private Limited” və “Temasek Holdings” kimi iki məşhur fondu təsis etmişdir. Bundan başqa, korporativ fondlar da az rol oynamırlar ki, bu da ABŞ və ya Avropa üçün səciyyəvi deyil.

Ümumilikdə, Asiya bazarı böyük sürətlə artır. Artıq indi o, demək olar ki, ABŞ bazarı ilə – müvafiq olaraq 70,8 milyard dollar və 71,9 milyard dollar bərabərləşib. Ekspertlər bu fikirdədirlər ki, tezliklə Asiya bu məsələdə Amerikanı ötəcək.

Müəyyən bir bölgənin hər bir vençur bazarının həm investorlar, həm də startap şirkətləri üçün öz üstünlükləri və mənfi cəhətləri var. Əgər ABŞ-da bazar aktivdirsə və investisiya həcmi daha çoxdursa, onda, ehtimal ki, investor daha çox mənfəət əldə edəcək. Amerikada eyni startap Avropada olduğundan daha bahalı qiymətləndiriləcəkdir, çünki bazarın özü də xeyli böyükdür. Ancaq unutmayın, böyük miqdarda mənfəət əldə etmək ehtimalı nə qədər çox olsa, hər şeyi itirmək riski də bir o qədər yüksəkdir.

Bu baxımdan Avropa daha balanslıdır, çünki burada mənfəət və risklər orta səviyyədədir. ABŞ-ın əsas rəqibi statusuna Asiya yiyələnməkdədir və o, vençur sərmayələrinin artması baxımından böyük templər əldə edir. Postsovet məkanında olan ölkələrin kimlərdən nümunə götürəcəyi ortalıqdadır, vergi və qanunvericilik bazası təkmilləşdiriləyənə qədər onlara nəhəng beynəlxalq investorları görmək nəsib olmayacaq.



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 846 847 848 849 850 851 852 2. 692