Fiziki şəxsin vergi uçotu məlumatlarının dəyişdirilməsi

posted in: Xəbər | 0

Vergi məbləğləri, AVİS 2, daimi nümayəndəlik, Vergi bəyannamələri, Aktivlər, Büdcə səviyyə kodu, maliyyə sanksiyası, Vergi orqanı, şikayət, büdcə, Vahid elektron lövhə, aksiz vergisi, vergi orqanı, Ölkələrarası hesabat, şəxsi həyata dair məlumat, vergi sirri, nizamnamə kapitalı, elektron xidmət, Səyyar vergi yoxlaması, korrupsiya, Əmək müqaviləsi, Topdansatış ticarət, mühasiblərlə görüş, Vergi inzibatçılığı, Rəqəmsal vergi idarəetməsi, elektron dövlət qeydiyyatı, icbari tibbi sığorta, Rəqəmsal Transformasiya Şurası, alt fəaliyyət növləri, Vergi orqanları, ikiqat vergitutma, Dövlət Vergi Xidməti, vergi sistemi, DVX, vergi xidməti, peşə bayramı,işə qəbul, DTA-03 ərizə forması, DTA-05 ərizə forması, ərizə formaları, Müvəqqəti vergi rejimi, Sosial sığorta haqqı, Nəqliyyat vasitələrinin fəaliyyəti, Vergi Xidməti, Vergi bəyannamələri, icarə müqaviləsi, Obyekt kodu, İcarə müqaviləsi, sərəncam, sahibkar, onlayn növbə, Könüllü vergi ödəyicisi, Bəyannamələrin elektron forması, Vergi güzəştləri, bəyannamə formaları, Fərdi sahibkarlar, maliyyə dəstəyi, ƏDV-nin qaytarılması, Riskli vergi ödəyiciləri, elektron alış aktı, alış aktları, Vergi ödəyicilərinin qəbulu, qeyri-rezident, ödənilmiş vergilər, vergi hesabatları, vergi hesabatlarının vaxtıFiziki şəxsin vergi uçotu məlumatlarının dəyişdirilməsi elektron müraciət formasında, poçt xidməti vasitəsilə və ya xidmət yerinə gəlib müraciət etməklə mümkündür. Xidmətin həyata keçirilməsi üçün aşağıdakı sənədlər tələb olunur:

– “Fiziki şəxsin uçotu haqqında ərizə”;

– “Fiziki şəxsin uçotu haqqında şəhadətnamə” (soyadı, adı dəyişdikdə və vergi orqanından təhvil götürüldüyü halda);

– şəxsiyyəti təsdiq edən sənədin (Azərbaycan vətəndaşları üçün – şəxsiyyət vəsiqəsi, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün – Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi, qaçqın vəsiqəsi) surəti (dəyişiklik şəxsiyyəti təsdiq edən sənədlə əlaqədar olduqda);

– torpağın mülkiyyət hüququnu təsdiq edən sənədin və “Torpaq sahəsinin planı və ölçüsü”nün surəti (yeni torpaq sahəsi əlavə edildikdə və ya uçota alınmış torpaq məlumatlarında dəyişiklik edildikdə);

– torpaq mülkiyyətçilərinin ailə üzvlərinin şəxsiyyət vəsiqələrinin surəti (ailə üzvləri dəyişdikdə);

– ailə kəndli təsərrüfatı üzvlərinə bələdiyyə tərəfindən verilmiş vəsiqələrin surəti.

Vergi ödəyicisinin yaşadığı yer dəyişdikdə, uçota alınmaq üçün verdiyi ərizə formasında olan məlumatlarda hər hansı dəyişiklik baş verdikdə vergi orqanına bu cür dəyişiklik baş verdiyi gündən 40 gün müddətində ərizə verməlidir.

İstifadəçi bu xidmətdən istifadə üçün ərizə ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət edə bilər. Müraciətlər Azərbaycan Respublikasının Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət İcra Hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair təlimat”a uyğun qəbul edildikdən sonra qeydə alınır və aidiyyəti struktur bölməyə icra edilməsi üçün göndərilir.

Sturktur bölmədə müraciətlə bağlı müvafiq araşdırma aparılır. Təqdim olunmuş sənədlərdə imtina üçün əsas olan çatışmazlıqlar aşkar edildiyi halda müraciətin icrasından imtina edilir və onların aradan qaldırılması barədə istifadəçiyə məlumat verilir. İmtina halları aşkar edilmədikdə, o cümlədən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra təkrar müraciət edilən zaman imtina halları aşkar edilmədikdə fiziki şəxsin uçot məlumatları dəyişdirilir və ona bu barədə məlumat verilir. Fiziki şəxsin adı və ünvanı dəyişdikdə ona şəhadətnamə verilir.

Elektron müraciət edən istifadəçilərin – İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş şifrə, parolu və ya gücləndirilmiş elektron imzası olmalıdır. Bunlardan istifadə etməklə sistemə daxil olduqda istifadəçiyə təklif olunan ərizə formasını doldurmaq və təsdiq etmək imkanı yaranır.

Ərizə məlumatları sistemə daxil edilərək istifadəçi tərəfindən təsdiqləndiyi andan sistemdə qeydiyyata alınmış olur və ona 16 rəqəmli qeydiyyat nömrəsi verilir. İstifadəçi tərəfindən ərizə göstəriciləri üzrə sistemə daxil edilmiş məlumatların düzgünlüyü yoxlanılır. İmtina üçün əsas olmadıqda fiziki şəxsin uçot məlumatları dəyişdirilir. Xidmətin yerinə yetirilməsi nəticəsində fiziki şəxsin uçot məlumatlarında ərizədə göstərilən dəyişikliklər edilir.

Ərizə iş vaxtı başa çatdıqdan sonra və ya qeyri-iş günündə sistemə daxil edilmişdirsə, bu halda onun icrası həmin gündən sonrakı ilk iş gününün əvvəlində həyata keçirilir.

Mənbə: vergiler.az


Bax:



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Dövlət Gömrük Komitəsinin birgə məlumatı

posted in: Xəbər | 0

DVX, Dövlət Gömrük Komitəsi,Son günlər üçüncü şəxslər üçün mal idxal edən və vergidən yayınan bəzi şirkətlər malların gömrük ərazisində saxlanılması və onlara qarşı maneə yaradılması ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yaymaqla ictimaiyyətdə yanlış fikir formalaşdırmağa çalışırlar.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Dövlət Gömrük Komitəsi tərəfindən “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması və biznes subyektlərinin fəaliyyətinin şəffaflaşdırılması məqsədilə səmərəli vergi və gömrük nəzarəti mexanizmləri tətbiq edilməklə dövriyyələrin “ağardılması” istiqamətində müvafiq addımlar atılır. Vergi və gömrük orqanları tərəfindən üçüncü şəxslər üçün mallar idxal edən vergi ödəyicilərinin müəyyən edilməsi və qanunvericilikdə nəzərdə tutulmuş formada mal sahiblərinə təqdim olunması istiqamətində birgə nəzarət tədbirlərindən biri də “İSEL A” MMC-də həyata keçirilib.

Bununla bağlı aparılmış araşdırma ilə müəyyən edilib ki, şirkətin ona məxsus olduğu iddia etdiyi mallar Quliyev Famil Faiq oğlunun əvvəlcədən sifarişi əsasında gətirilsə də, bununla bağlı ona heç bir qanuni sənəd təqdim edilmir. Famil Quliyev Dövlət Vergi Xidmətinə müraciət edərək “Sədərək” ticarət mərkəzində fəaliyyət göstərdiyini, həmin malların onun üçün gətirildiyini, lakin dəfələrlə tələb etməsinə baxmayaraq, MMC tərəfindən ona heç bir sənəd verilmədiyini bildirib və bununla bağlı kömək göstərilməsini xahiş edib.

Araşdırma nəticəsində “İSEL A” MMC-nin təsisçisinə məxsus digər MMC-də aparılmış operativ vergi nəzarəti zamanı cəmiyyətə məxsus təsərrüfat subyektlərinin formal olaraq qeydiyyata alındığı və əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparıldığı aşkar olunub.

Faktla bağlı müvafiq araşdırmalar davam edir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Dövlət Gömrük Komitəsi bir daha bildirir ki, idxal olunan malların üçüncü şəxslərə sənədsiz təhvil verilməsinə, saxlanılacağı təsərrüfat subyektlərinin düzgün göstərilməməsinə yol verilmir və bu kimi halların qarşısının alınması istiqamətində aidiyyəti orqanların birgə fəaliyyəti bundan sonra da davam etdiriləcək.

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Bulud mühasibatı həllinə startap şəhadətnaməsi verilib

posted in: Xəbər | 0

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən “TechFin” MMC-nin  “Hesabat” onlayn-mühasibat həllinə (www.hesabat.az) “Startap” şəhadətnaməsi verilib.

“Hesabat” onlayn-mühasibat platforması mikro və kiçik sahibkar subyektlərinin öz mühasibat uçotunu asan şəkildə idarə etməsi üçün yaradılmış onlayn-mühasibat platformasıdır. Onlayn-mühasibat mikro və kiçik şirkətlərin uçotunun aparılmasına imkan verən xüsusi bir proqram təminatıdır.

Onlayn-mühasibat sizin kompüterinizə yüklədiyiniz köhnə mühasibat proqram təminatını əvəz etməklə bərabər bir çox üstünlüklərə malikdir (bankla inteqrasiya, müştəri və təhcizatçılara avtomatik məlumatların göndərilməsi və s.).

“Techfin” MMC-nin təsisçisi və direktoru Hacıağa Hacı bildirmişdir ki, “Maliyyə-mühasibat sahəsində texnoloji yeniliklərin tətbiq olunması həmçinin sahibkarların da maliyyə savadlılığını artıracaq, mühasiblərin işini asanlaşdıracaq, uçotun şəffaflaşmasına öz tövhəsini verəcəkdir ki, nəticədə bu, həm dövlət, həm sahibkarlar, həm də mühasiblər üçün faydalı olacaqdır. Bizim fikrimizcə, onlayn-mühasibat sadə, rahat, etibarlı, aktual və sərfəli olmalıdır ki, bizim yaratdığımız həll bu meyarlara tam uyğundur”.



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

“Outsourcing” ilə “Insourcing”in fərqi nədir?

posted in: Məqalə, Xəbər | 0

“Outsourcing” ilə “Insourcing”in fərqi

mühasibat, outsourcing,“Outsourcing” konkret tapşırıqların yerinə yetirilməsi üçün şirkətlə əlaqəsi olmayan kənar təşkilatın işə götürülmə prosesidir. “Insourcing” isə təşkilatın əməliyyat infrastrukturu daxilində həyata keçirilən fəaliyyətdir. Bu iki anlayış arasındakı əsas fərq, işlərin, layihələrin və ya tapşırıqların strateji məqsədlər üçün müxtəlif şirkətlər və şöbələr arasında bölüşdürülmə metodlarından ibarətdir.

“Outsourcing”

“Outsourcing” dedikdə, vəzifələrin yerinə yetirilməsi məqsədilə kənar təşkilatın inkişaf etmiş işçi qüvvəsindən istifadə etməklə xidmət və istehsal məhsullarının təmin edilməsi üçün kənar təşkilatın resurslarından yararlanmaq nəzərdə tutulur. Xərclərə qənaət edilməsi adətən digər şirkətin “outsourcing” qismində fəaliyyət göstərməsinə təkan verir. Telekommunikasiya, səyahət, nəqliyyat, media və pərakəndə satış kimi sahələr adətən vacib layihələrin və ya tapşırıqların yerinə yetirilməsi üçün “outsourcing” xidmətinə baş çəkirlər.

ƏSAS üsullar
  • “Outsourcing” xüsusi tapşırıqların yerinə yetirilməsi üçün şirkətlə əlaqəsi olmayan kənar təşkilatların köməyini təmin edir.
  • “Insourcing” isə təşkilatın əməliyyat infrastrukturu daxilində həyata keçirilən fəaliyyətdir.
  • Təşkilatın əməliyyatlar və qərarlar üzərindəki nəzarəti şirkətin “outsourcing” və ya “insourcing” xidmətindən istifadə etməsindən asılı olaraq dəyişəcəkdir.
  • “Insourcing” ümumiyyətlə təşkilat daxilində yeni əməliyyat və prosesləri işə salır, “outsourcing” isə təşkilatın ilkin fəaliyyətindən fərqlənən kənar təşkilatı əhatə edir.

İşin əsas aspektlərinə daha yaxşı diqqət yetirmək üçün “outsourcing”dən istifadə edilə bilər. Yəni, əsas olmayan fəaliyyətlərin “outsourcing”i vsitəsilə səmərəliliyini və məhsuldarlığını artırmaq mümkündür. Eyni zamanda, “outsourcing” müştəri dəstəyindən istehsalata qədər texnologiya və ofislərin işinə təsir göstərə bilər.

Outsourcing, insourcing,Müəyyən bir xidmət və ya istehsal prosesi məqsədilə “outsourcing”dən istifadə edən təşkilatlar, layihə üçün işə götürülmüş kənar təşkilatın metodları üzərində minimal idarəetməyə malikdirlər. Məsələn, uğurlu müştəri xidmətinin göstərilməsi ilə tanınan hər hansı təşkilat kənar təşkilatın müştərilərlə hansı şəkildə qarşılıqlı əlaqədə olduğunu və ya həmin əlaqələri idarə edə bilmir.

“Insourcing” 

“Insorsinq” dedikdə hər hansı bir şəxs və ya şirkətin işə götürülməsi əvəzinə layihənin şirkət daxilindəki hər hansı şəxsə və ya şöbəyə tapşırılması nəzərdə tutulur. Bu zaman, tapşırıqları yerinə yetirmək və ya məqsədə çatmaq üçün təşkilat daxilində inkişaf etmiş resurslardan istifadə olunur. Məsələn, hər hansı təşkilat yeni bir məhsul üçün artıq təşkilat daxilində başqa bir məhsul üçün mövcud olan texniki dəstəkdən istifadə edə bilər.

Bundan əlavə, insorsinq zamanı ümumilikdə təşkilat daxilində yeni əməliyyatlar və proseslər işə salınır. Bu səbəbdən, bir şirkət üçün xaricdən maliyyələşdirmə daha baha başa gələ bilər. Çünki bu, təşkilat daxilində fərqli bölgü məqsədilə yeni proseslərin həyata keçirilməsini əhatə edir.

Hüquq şirkətləri 

“Outsourcing” əsasən ABŞ iqtisadiyyatı ilə əlaqələndirilir, “insorsinq” isə əhəmiyyətli layihə və tapşırıqlara daha yaxşı nəzarət etmək istəyən şirkətlər tərəfindən daha çox istifadə edilir.

“Insorsinq” metodundan əsasən hüquq şirkətləri istifadə edir. 2018-ci il üzrə verilən Hüquqi Qiymətləndirmə Hesabatına əsasən, hazırda hüquq şirkətlərinin işlərinin ən azı 75%-i şirkət daxilində həyata keçirilir. Bundan əlavə, sorğuda iştirak edənlərin 20%-i bütün işlərin daxildə yerinə yetirdiklərini bildirmişdir.

Mənbə: supplychain.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 847 848 849 850 851 852 853 2. 692