Qadınlar Çin iqtisadiyyatını daha da zənginləşdirəcək

posted in: Xəbər | 0

Çin qadınları növbəti 10 il ərzində istehlakın əsas hərəkətverici qüvvəsi olaraq, ölkə iqtisadiyyatını 5,3 trilyon dollar həcmində zənginləşdirəcəklər, “Bloomberg” agentliyi belə xəbər verir.

“UBS Global Research”in məlumatına görə, Çində istehlakın 80 faiz artması qadınların gəlirlərinin artması ilə əlaqədar olacaq. “Biz gözləyirik ki, son 20 ildə çinli qadınların təhsilində əhəmiyyətli irəliləyiş onların sosial vəziyyətinin və iş yerlərində statuslarının yaxşılaşmasına effektiv təsir edəcək”, hesabatda belə deyilir.

Onu da qeyd etmək lazımdır ki, Çində təhsil sektoru indi böyük təzyiqlərlə üzləşir. Xüsusilə, Çin hökuməti məktəbdənkənar təhsildən xilas olmaq istəyir ki, bu da çinlilərin yüksək akademik nailiyyətlərinə malik olmasına kömək etməklə yanaşı, 10 milyon iş yerini də təmin edir.

Eyni zamanda, “UBS” analitikləri yüksək təhsil səviyyəsinin istehlakın artmasına mənfi təsir göstərə biləcəyini düşünürlər: qadınlar öz gəlirlərinin böyük hissəsini xərcləməyərək, investisiya kimi istifadə edəcəklər. Çində qadınların maliyyə vəziyyətinin yaxşılaşması bir nəfərdən ibarət ev təsərrüfatlarının payının artması ilə yanaşı, ölkədə istehlak strukturunu da dəyişə bilər. Mütəxəssislərin fikrincə, insanlar ev heyvanlarına, sağlam qidalara və pivəyə daha çox pul xərcləyəcəklər.

Ev təsərrüfatlarında gözlənilən istehlakla əlaqəli sıçrayış o deməkdir ki, 2030-cu ildə Çin dünya istehlakının artımının təxminən 27 faizini təmin edəcək, ABŞ isə 19 faizini, “UBS” belə proqnozlaşdırıb.



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Əvəzləşdirilən vergi məbləğinin hesablanmış vergi məbləğindən artıq olması

posted in: Xəbər | 0

aparıcı mühasib, vergi uçotu üzrə mühasib,Uçot əməliyyatları üzrə mühasib, vakansiya, Mühasibat uçotu, Qeyri-rezident, Qeyri-rezidentə ödəmə, ƏDV, ÖMV, müavinət, mühasib, vakansiya,Dövlət Vergi Xidməti bildirir ki, hesabat dövründə vergi tutulan dövriyyəsinin azı 50 faizi sıfır dərəcəsi ilə vergiyə cəlb olunan vergi ödəyicisinə, hesabat dövründə əvəzləşdirilən vergi məbləğinin hesablanmış vergidən artıq olan hissəsi onun vergi və ya gömrük orqanlarına ərizəsini verdiyi vaxtdan 20 gün ərzində qaytarılır.

Digər vergi ödəyiciləri üçün – əvəzləşdirilən vergi məbləğinin hesabat dövrü ərzində hesablanmış vergi məbləğindən artıq olan hissəsi vergi ödəyicisinin vergi və gömrük orqanlarına elektron formada ərizəsini verdiyi vaxtdan 4 aydan gec olmayaraq qaytarılır.

Müəyyən məbləğlərin vergi ödəyicisinə səhvən qaytarıldığı bütün hallarda vergi və ya gömrük orqanları həmin məbləğlərin vergilərin tutulması üçün müəyyən edilmiş qaydada qaytarılmasını tələb etməlidir.

Riskli vergi ödəyiciləri tərəfindən artıq ödəmənin qaytarılması ilə bağlı müraciət edildikdə bu maddə ilə müəyyən edilən müddətlər onların fəaliyyəti üzrə kameral və ya səyyar vergi yoxlamaları və operativ vergi nəzarəti tədbirləri tam başa çatdıqdan sonra tətbiq edilir.

Əsaslandırma: Vergi Məcəlləsinin 179-cu maddəsi.

Mənbə: vergiler.az


Bax:



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Vençur (risk) bazarı: müxtəlif regionlarda inkişaf tarixi və xüsusiyyətləri (III hissə)

posted in: Xəbər | 0

Vençur (risk) bazarı (III hissə)

II hissəyə nəzər yetirin

Mühafizəkar Avropa

ABŞ-dan fərqli olaraq, Avropa bazarında 100-500 milyon dollar sərmayə yatırmağa hazır olan iştirakçılar yoxdur. Burada orta çek 10 milyon dollarla 20 milyon dollar arasında tərəddüd edir.

Bəzi fondlar yalnız bir dövlətin ərazisində, digərləri, məsələn, “Holtzbrinck Ventures” fondu – bir neçə ölkənin ərazisində fəaliyyət göstərir. Digər bir xarakterik xüsusiyyət – İtaliya, Almaniya və İsveçrədə cəmləşən çoxlu sayda özəl klubların investorlar üçün populyarlığıdır.

Avropa bazarı Amerika bazarından geri qalır və bunu “MoneyTree Report”un hesabatı da təsdiq edir. Belə ki, 2018-ci ilin birinci rübündə ABŞ və Kanadada 21,9 milyard dollar dəyərində 1298, Avropada 4,8 milyard dollar dəyərində yalnız 593 əməliyyat üzrə müqavilə bağlanmışdır.

Baxmayaraq ki, Avropa startapları daha yavaş inkişaf edir, eyni zamanda, onlar həm də daha az pul vəsaitini sıradan çıxarır. Nəticə etibarilə isə onlar amerikan şirkətlərinə nisbətən daha tez gəlir əldə edirlər.

MDB ölkələri – bu bazarın yeni iştirakçıları

Belə bir bazarı avropa və ya amerikan bazarı ilə müqayisə etmək çox çətindir. Son mərhələdə vəsait yatırmağa hazır olan vençur fondlarının sayı sıfıra yaxındır. Onlar startapları almağa hazır deyillər.

Rusiyada, Belorusiyada və Ukraynada, digər ölkələri hələ demirik, böyük biznes nümayəndələri çox azdır. Təəssüf ki, IPO vasitəsilə nəticələr və onların perspektivləri də çox azdır.

Məhdudlaşdırıcı amil vençur maliyyələşdirilməsi ekosisteminin zəif inkişaf etmiş infrastrukturudur. Belə ki, postsovet məkanı dövlətlərinin əksəriyyətində qanunvericilik və vergi bazası bir çox boşluqlara malikdir ki, bu da gənc şirkətləri investor üçün daha az cəlbedici edir.

IV hissəyə nəzər yetirin



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Malların emala verilməsi prosesinin sənədləşdirilməsi elektronlaşdırılıb

posted in: Xəbər | 0

Müddətlərin müəyyən edilməsi, mikrobiznes, Malların alış aktı, Yaşayış sahələri, vergi öhdəliyi, alış aktları, inventar, cari vergi ödəmələri, Əmlak vergisi ödəyicisi, Xarici valyuta, Vergi qanunvericiliyi, Vergi qanunvericiliyinin pozulması, Nağdsız ödənişlər, Nağdsız əməliyyatlar, Vergi ödəyicisi, əməliyyatların rəsmiləşdirilməsi, maliyyə sanksiyaları, Vergi ödəyicisinin uçotu, Maliyyə sanksiyaları, ƏDV-nin əvəzləşdirilməsi, Barter əməliyyatları, qeyri-rezident, Cari vergi ödənişləri, Cari vergi ödəmələri, Bank hesabı, Kassa çeki, Əməliyyatın düzgün sənədləşdirilməməsi, maliyyə sanksiyası, əsas vəsait, Əsas vəsaitlərin alışı, Vergi Məcəlləsinə dəyişiklik, Publik hüquqi şəxslər, Gəlirdən çıxılan xərc, ÖMV, ƏDV, ləğv, hədiyyə, vergi öhdəlikləri, təhtəlhesab əməliyyatlar, Büdcə, ƏDV-nin əvəzləşdirilməsi, büdcəyə ödəmələr, Vergi tutulan əməliyyatın vaxtı, Əmtəəsiz əməliyyat anlayışı, dividendlər, vergi güzəştləri, zərər, Zərərin növbəti illərə keçirilməsi, vergidən azadolunma, Müvəqqəti vergi rejimi, səyyar vergi yoxlaması, Sahibkarlar, Vergi ödəyicilərinin hesabatlılığı, Vergi Məcəlləsinə dəyişikliklər, Vergi Məcəlləsinə dəyişikliklər, avans vəsait, ƏDV məqsədləri, vergitutma, bəyannamə, icarə ödənişləri, Mənfəət vergisi üzrə güzəşt, Nizamnamə kapitalı, Əmtəəsiz əməliyyat, Fiziki şəxs, hüquq, Hüquqların güzəşt edilməsi, Kənd təsərrüfatı, səyyar satış, xidmət, İaşə, Vergi Məcəlləsi, Riskli vergi, vergi məcəlləsi, vergi öhdəliyi, MMC,əməliyyatlar, ƏDV-dən azad, Transfer qiyməti,xərclər, gəlir,Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, malların emala verilməsi və emal prosesi keçmiş malların qaytarılması prosesinin sənədləşdirilməsi elektronlaşdırılıb.

Dövlət Vergi Xidmətindən bildirilib ki, malları istehsalçıya təhvil verən müəssisə həmin xammala görə malları emal edəcək müəssisəyə “malların emala verilməsi barədə” elektron qaimə-faktura göndərir.

İstehsalçı tərəfindən alınmış xammaldan istehsal edilən hazır məhsullar isə müəssisəyə “emal prosesi keçmiş malların qaytarılması barədə” elektron qaimə-faktura əsasında qaytarılır.

Mənbə: vergiler.az


Bax:



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 849 850 851 852 853 854 855 2. 692