Vakansiya: Mühasib – Collezione Italia

vakansiya, mühasib, Vakansiya: Mühasib tələb olunur.

İşəgötürən: Collezione Italia

Vakansiya barədə məlumat: 
  • Pul vəsaitlərinin hərəkəti ilə bağlı əməliyyatları mühasibat hesablarında əks etdirilməsi;
  • Dövlət büdcəsinə ödənişlərin, sosial sığorta ayırmalarının, fəhlə və qulluqçuların əməkhaqqına yönəldilən maliyyə vəsaitlərinin ayrılmasının təşkili və vergilərin, ödənişlərin, digər vəsaitlərin köçürülməsinin həyata keçirilməsi;
  • İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsi;
  • Təhtəlhesab, balans, avans hesabatının aparılması;
  • Hesab və elektron qaimə-fakturaların yazılması;
  • Mal/Xidmətlərin, müqavilə və sifarişlərin yoxlanılması;
  • Aylıq əməkhaqqı cədvəllərinin hesablanması və hazırlanması, işçilərin əməkhaqqlarının və digər ödənişlərinin aparılması;
  • Bütün növ hesabatların hazırlanması və aidiyyatı orqanlara Vergi Departamenti, DSMF və Statistika şöbəsinə təqdim edilməsi;
  • Bank hesabları və kassa üzrə ödənişlərin həyata keçirilməsi;
  • Elektron hökumət portalı və internet bankingdə işləməyi bacarmalı;
  • Balansın çıxarılması üzrə biliklərə sahib olmalı;
  • Gömrük bəyənnamələri ilə bağlı uçotun aparılması;
  • Xəstəlik, məzuniyyət, hamiləlik vərəqələri üzrə ödənişlərin hesablanması və bununla bağlı DSMF-yə təqdim olunmalı sənədlərin hazırlanması.
  • İşə qəbul olunmuş işçilər üçün yeni əməkhaqqı kartlarının sifariş edilməsi, zərurət yarandıqda kartların blok olunmasının təşkil olunması, vaxtı bitən kartların dəyişdirilməsi, ləğv olunması, kartların sifariş olunması üçün banka tələb olunan sənədlərin yığılması, banka təhvil verilməsi, bankdan təhvil alınması;
  • Aylıq kommunal öhdəliklərin (isti su, xidmət haqqı, yük pulu, sayğac və sənədləşmə) 1C proqramında aylıq olaraq yoxlanması, işlənməsi, bununla əlaqədar 1C-də satış hesablarına nəzarət edilməsi;
İş şəraiti:
  • Həftə ərzində 6 günlük iş qrafiki.
  • İş saatı: 10:00-19:00
  • Əməkhaqqı 1200-1500 manat
  • AR Əmək Qanunvericiliyinə uyğun sənədləşmə
Namizədə tələblər
  • Cinsi – kişi
  • Yaş həddi : 25-35
  • Ali təhsil və ya magistr dərəcəsi (mühasibat uçotu, maliyyə);
  • Vergi Məcəlləsini bilməli;
  • 1C, BTP proqramları ilə sərbəst işləmək bacarığı;
  • Müvafiq sahədə 2-3 ildən az olmayan iş təcrübəsi;
  • Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı;
  • Məlumatların məxfiliyini qoruyub saxlamaq bacarığı;
  • Komandada işləmək bacarığı;
  • Azərbaycan dilində mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı (ingilis və ya rus dillərini bilənlərə üstünlük verilə bilər).
Maraqlı namizədlərdən xahiş olunur ki, mütləq şəkildə şəkilli CV-lərini e-mailin mövzu hissəsində Mühasib sözlərini qeyd edərək / – ünvanına göndərsinlər.

İşə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar.

Mənbə: finstaff.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Elon Musk ilk dəfə Forbes versiyası üzrə milyarderlərin top onluğuna daxil olub

posted in: Xəbər | 0

Tesla və SpaceX şirkətlərinin qurucusu və sahibi Elon Musk ilk dəfə Forbes jurnalının versiyası üzrə dünyanın ən varlı adamlarının top onluğuna daxil olub. Bu haqda nəşrin saytında məlumat verilib.

Hazırda Elon Musk-ın sərvətinin dəyəri 70,8 milyard dollar təşkil edir. O, əsasən Tesla şirkətinin səhmlərinin qiymətinin yüksəlməsi sayəsində sözügedən top onluqda möhkəmlənə bilib.

Bu göstərici, Elon Musk-a reytinqdə dərhal səkkizinci pilləni tutmağa imkan yaradıb. Forbes reytinqinin ilk üç mövqeyini Amazon şirkətinin yaradıcısı və sahibi Jeff Bezos (178,6 milyard dollar),  Louis Vuitton Moet Hennessy şirkətlər qrupunun  baş direktoru Bernard Arnault (113,4 milyard dollar) və Microsoft şirkətinin həmtəsisçisi Bill Gates (112,4 milyard dollar) tuturlar.

İyulun 16-na keçən gecə kibercinayətkarlar Elon Musk və Bill Gates-in Twitter hesablarını sındırıblar. Milyarderlərin səhifələrində demək olar ki, eyni qeyd olub, hansı ki, orada istifadəçilərə bitkoin-hesablara min dollar pul köçürülməsi təklif olunub. Məlumatda daha sonra bildilib ki, pul köçürüldükdən sonra həmin məbləğ ikiqat artımda ödəniş edənə geri qaytarılacaq. Bu haker hücumu zamanı cinayətkarlar on minlərlə dollar vəsaitləri ələ keçirə biliblər.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Ezamiyyə xərclərinin gəlirdən çıxılması

posted in: Xəbər | 0

Təcrübədə ezamiyyə zamanı çəkilən məsrəflərin gəlirdən çıxılan xərclərə aid olub-olmaması, işçilərə ezamiyyə ilə əlaqədar ödənilən məbləğlərin işçinin vergi tutulan gəlirlərinə aid edilib-edilməməsi, habelə ezamiyyə xərci normalarının tətbiqi ilə bağlı məsələlər ətrafında müəyyən suallar yaranır. Mövzunu EKVİTA şirkətinin vergi məsələləri üzrə məsləhətçisi Meyxanım Ələkbərova şərh edir.

Dövlət orqanının, müəssisə, idarə və təşkilatın rəhbərinin sərəncamı (əmri) ilə işçinin daimi iş yerindən müəyyən olunmuş müddətə başqa yerə xidməti tapşırığı yerinə yetirmək üçün getməsi xidməti ezamiyyət sayılır. Diqqət yetirməli olduğumuz həssas məqam isə budur ki, daimi işi yolda keçən və gediş-gəliş xarakteri daşıyan, növbə metodu ilə işləyən və çöl şəraitində çalışan (gündəlik iş vaxtı başa çatdıqdan sonra öz daimi yaşayış yerinə qayıtmaq imkanı olmayan) işçilərin xidməti gedişi ezamiyyət sayılmır.
Vergi Məcəlləsində ezamiyyə məsrəflərinin gəlirdən çıxılmasını tənzimləyən müddəalar yer alır ki, bu müddəalara əsasən, faktiki ezamiyyə xərclərinin müvafiq icra hakimiyyəti orqanının – Nazirlər Kabinetinin müəyyənləşdirdiyi normadan artıq olan hissəsi gəlirdən çıxılmır. Ezamiyyə xərcləri gəlirdən çıxılması məhdudlaşdırılan xərclərə aid edilir. Yəni ezamiyyə xərclərinin norma daxilində gəlirdən çıxılmasına heç bir məhdudiyyət yoxdur. Eyni zamanda, qanunvericilik müəssisəyə işçilərinin ezamiyyə xərclərinin müəyyən olunmuş normadan artıq ödənilməsinə də heç bir məhdudiyyət qoymur.

Yəni müəssisə işçinin ezamiyyəsi zamanı çəkdiyi xərclərin normadan artıq hissəsini öz sərbəst mənfəəti hesabına ödəyə bilər. Yalnız normalar daxilində müəyyən edilmiş ezamiyyə xərclərinin məbləğlərinin müəssisənin gəlirindən çıxılmasına icazə verilir. Digər tərəfdən, Vergi Məcəlləsinin 98.3-cü maddəsinə əsasən, faktiki ezamiyyə xərclərinin əvəzinin ödənilməsi gəlirə daxil deyil və işçiyə qanunvericiliklə müəyyən edilmiş norma daxilində ödənilən ezamiyyə xərclərinin məbləği gəlir vergisindən azaddır. Faktiki ezamiyyə xərclərinin əvəzinin ödənilməsi müvafiq sənədlərlə təsdiq edildyi halda, işçinin gəlirlərinə daxil edilmir.

Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin bir günlük norması müəyyən edilir. Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin müəyyən edilmiş bir günlük normasının 20 faizini gündəlik xərc təşkil edir. Gündəlik xərcə yemək, rabitə, şəhərdaxili nəqliyyat və digər xidmətlər üzrə xərclər daxildir və işçiyə ezamiyyətdə olduğu müddətdə hər təqvim günü üçün (yolda olduğu müddət nəzərə alınmaqla) ödənilir. Gündəlik xərclər üçün hər hansı təsdiqedici sənəd tələb olunmur. İşçiyə ezamiyyətdə olduğu müddətdə hər təqvim günü üçün (yolda olduğu müddət nəzərə alınmadan) ödənilən ezamiyyə xərclərinin bir günlük normasının 80 faizini mehmanxana xərci təşkil edir və müvafiq təsdiqedici sənədlər əsasında tam, təsdiqedici sənədlər təqdim edilmədiyi hallarda isə ezamiyyə xərclərinin bir günlük normasının mehmanxana xərcləri üçün müəyyən edilmiş hissəsinin 50 faizi miqdarında ödənilir.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Pandemiyadan sonra hansı ölkələr iqtisadiyyatda uğur qazana biləcək? (III hissə)

posted in: iqtisadiyyat, Xəbər | 0

Pandemiyadan sonra iqtisadiyyat (III hissə)

II hissəyə nəzər yetirmək üçün keçidə daxil olun

Koronavirus pandemiyası müxtəlif ölkələri fərqli şəkildə vurub. Nəticədə onların dünya iqtisadi reytinqlərindəki mövqeləri dəyişəcək. Ancaq bu, uğur sayıla bilərmi?

İkinci eşelonda hərəkət

İstənilən halda pandemiyadan sonra da ABŞ bir nömrəli ölkə olaraq qalacaq. ÇXR real mütləq ÜDM üzrə birləşmiş ştatları ötüb keçə bilməyəcək. Lakin digər ölkələrdə müəyyən irəliləyişlər ola bilər. Məsələn, Cənubi Koreya və İndoneziya yüksəliş əldə edə bilərlər. Onların iqtisadiyyatı bu gün özünü beynəlxalq reytinqlərə görə qonşuları olan Braziliya və Meksikanın iqtisadiyyatlarından daha yaxşı hiss edir. Vyetnamın da qlobal iqtisadiyyatdakı rolunu gücləndirmək üçün yaxşı şansı var. Vyetnamlılar və indoneziyalıların digər “kozırları” ilə yanaşı başqa üstünlükləri də vardır. Məsələn, karantin təchizat zəncirlərini qırdıqdan sonra Çin mallarını almağı dayandıran müştərilərin bir hisəsini son aylarda onlar özlərinə tərəf çəkə biliblər.

Lakin təqib etmək və ötüb keçmək heç də özünəməqsəd deyil. “Vacib olanı ölkənin sabit inkişaf etməsi və əhalinin bu perspektivi görməsidir, – Volçkova buna diqqət çəkir. – Perspektiv isə bu gün iqtisadiyyatın diversifikasiya olunduğu və bazara yüksək texnologiyalar əsasında istehsal olunan müxtəlif malların təklif edildiyi yerdə olur”. Qeyd etmək kifayətdir ki, pandemiyanın geniş yayıldığı indiki dönəmdə məsafədən çalışmaların inkişafının ardınca dünyada kompüter və telekommunikasiya texnikasının buraxılışına zəmanən verən liderlər də məhz, onlar olacaqlar.

Rusiyanın şansı

“Bir çox başqa ölkələrlə müqayisədə Rusiyada itkilər yəqin ki, daha az olacaq. Bu itkilər 2007-2008-ci illər böhranı ilə müayisədə də az ola bilər”, – Mərkəzi bankın rəhbəri Elvira Nabiullina Dövlət Dumasında məruzə ilə çıxış edərkən, koronavirusun vurduğu zərərləri belə qiymətləndirib.

“Rusiya 2020-ci ili milli valyutaların alıcılıq qabiliyyətinin pariteti nəzərə alınmaqla hesablanmış ÜDM üzrə dünyanın beşinci iqtisadiyyatı statusunda başa vuracaq. Pandemiyaya görə, ÜDM bu gün beşinci sıranı tutan Almaniyadan daha az düşərsə, bu avtomatik baş verəcək, – REA-nın xalq təsərrüfatı proqnozlaşdırılması institutunun direktor müavini Aleksandr Şirov belə deyir. – Ancaq, Rusiya əvvəlki kimi ildə 1.5-2.5% böyüməkdə davam edərsə, bu nəticə uzun sürməyəcəkdir. Rusiyaya inkişaf etmiş ölkələrlə müqayisədə daha da yüksək artım lazımdır. Tələb və qiymətlərin aşağı düşdüyü neft-qaz bazarı isə həmin artımı təmin edə bilməz. Lakin, idxal əvəzetmə siyasətinin dərinləşməsi əsasında qabaqlayıcı templərlə artmağa qadir sahələr də var: İT, müdafiə sənayesi üçün elektronika, xammal sənayesi üçün maşınlar, əczaçılıq üçün substansiyalar, kənd təsərrüfatı üçün toxum materialları istehsalı və s. İndi bu istiqamətlərdə investisiya resurslarının yönləndirmə üçün yaxşı bir zamandır”.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 859 860 861 862 863 864 865 2. 359