Çin maska satışlarından on milyardlarla dollar qazanıb

posted in: Xəbər | 0

maskadan istifadə, Gömrük rüsumu, Tibbi maska, Tibbi maskalardan istifadə, cərimələr,Peterson dünya iqtisadiyyatı institutunun (PIIE) hesabatına görə, Çin şirkətləri koronavirus pandemiyasının birinci ilində tibbi maskalar və digər fərdi qoruyucu vasitələrin (FQV) ixracından təxminən 90 milyard dollar qazanıb, bu haqda RBK saytı məkumat verib.

2020-ci ilin yekunları üzrə fərdi qoruyucu vasitələrin satışından əldə edilən gəlir 88,1 milyard dollar həcmində qiymətləndirilir, halbuki bir il əvvəl – 2019-cu ildə 22,9 milyard dollar təşkil edib. Beləliklə, gəlirlər 3,8 dəfə yüksəlib. Ümumi məbləğin 53,8 milyard dolları maska və respiratorlara, 16,8 milyardı üz qoruyucu vasitələrə, 10,8 milyardı qoruyucu geyimlərə, 3,9 milyardı isə əlcəklərin payına düşüb.

Gəlirlərin artması koronavirus pandemiyası ilə əlaqədar olub. Belə ki, hətta istehsal yüksəlsə də, tələbatın kəskin artması baş verib. 2020-ci ilin aprel ayında bir tibbi maskanın ixrac qiyməti 2019-cu ilin dekabrına nisbətən 720,8 faiz artıb. Çin məhsullarının qiymətinin artmasına səbəb olan daha bir amil daxili bazarın tələbatını ödəmək məqsədilə ixracın məhdudlaşdırılmasıdır.

2020-ci ildə Çin Səhiyyə Nazirliyinin ən iri idxalçıları müvafiq olaraq 24,6 və 23,4 milyard dollarlıq müdafiə vəsaitləri alan ABŞ və Avropa İttifaqı olub. Rusiya üzrə bu göstərici isə iki milyard dollara bərabər olub.



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Smolenskdə baş mühasib işdən çıxarıldığına görə həmkarlarından qisas alıb

posted in: Xəbər | 0

Vergi Xidmətinin proqram təminatı, Hüquqi, evdən çıxma icazəsi,Büdcə müəssisəsinin baş mühasibi vəzifəsindən azad edilən Smolensk sakini, özü ilə pis rəftar etdiklərinə görə həmkarlarından qisas alıb. Smolenskdən olan bu xanım etdiyi əmələ görə məhkəmə qarşısında cavab verməli olub.

Qadın barəsində Rusiya Federasiyası cinayət məcəlləsinin (CM) 272-ci maddəsinin 1-ci hissəsinə (qanunla mühafizə olunan kompüter informasiyasına qanunsuz daxil olmaq, əgər bu əməl kompüter informasiyasının məhvinə, bloklanmasına, dəyişdirilməsinə və ya surətinin çıxarılmasına səbəb olmuşdursa) görə cinayət işi qaldırılıb.

Müəyyən edilmişdir ki, təşkilatın eks-əməkdaşı işdən çıxarıldıqdan sonra kompüterdə saxlanılan təhlükəsiz informasiyaya çıxış üçün qanuni əsaslar olmadan əməliyyat sisteminə daxil olmuş və bir sıra məlumatlara çıxış əldə etmişdir. Qadın, sahibkarın bu fayllarla işləmək üçün əvvəllər ona IP ünvanı verməsindən istifadə edib.

Həmkarına qarşı düşmənçilik hiss edərək, o, məsafədən girişdən istifadə etməklə, qovluqlar arasında maliyyə hesabatı üçün zəruri olan məlumatları olan bir kataloq tapıb və onu məhv edib. Sözügedən məlumatlar müəssisə tərəfindən 3 səviyyəli təhlükəsizlik dərəcəsi ilə qeyd edilibmiş.

“Məhkəmə cinayətin ilk dəfə törədilməsini, iş yeri üzrə müsbət xarakteristikasını, əvvəlki iş yerindən savadlı və ixtisaslı mütəxəssis kimi xarakterizə olunmasını, səhhətini və xroniki xəstəliyinin mövcudluğunu nəzərə alaraq, bunları müttəhimin cəzasını yüngülləşdirici halları kimi tanıyıb. Cəzanı ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyənləşdirilməyib”, – Sənaye rayonunun məhkəməsindən əldə etdiyi məlumata əsasən bu haqda Smolensk-i.ru saytı xəbər verib.

Məhkəmə, təqsirləndirilən şəxsin qazancından hər ay 10% çıxılmaqla, 10 ay müddətinə islah işlərinə məhkum edib.



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Büdcə səviyyə kodu barədə məlumat

posted in: Xəbər | 0

Məlum olduğu kimi, Dövlət Vergi Xidməti tərəfindən vergi orqanlarının xətti ilə dövlət büdcəsinə nəzərdə tutulan vergilər və digər büdcə daxilolmaları ilə yanaşı, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının da uçotu aparılır.

Aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, vergi ödəyiciləri tərəfindən vergilər, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə ödəniş tapşırıqları tərtib olunan zaman büdcə səviyyə kodu düzgün qeyd olunmur və ödənişlər təşkilatlar tərəfindən büdcə səviyyə kodunda müvafiq düzəlişlər edilmədən həyata keçirilir. Qeyd olunan hallar ödənişlərin vergi ödəyicilərinin şəxsi hesab vərəqələrinə işlənilməsində müəyyən çətinliklər yaradır.

Ödənişlərin vaxtında və təyinatı üzrə düzgün işlənilməsi məqsədilə “Büdcə səviyyə kodu” barədə məlumatı vergi ödəyicilərinin diqqətinə bir daha çatdırırıq:

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Avtomobillərin pərakəndə qaydada satışı zamanı alıcıya kassa mədaxil orderi verilə bilər?

posted in: Xəbər | 0

Nəqliyyat xidmətiSual: Fərdi sahibkar xaricdən nəqliyyat vasitəsi idxal edərək daxildə vətəndaşlara satışını həyata keçirmək istəyir. Nəqliyyat vasitəsini vətəndaşa satarkən kassa mədaxil orderindən istifadə edə bilərmi? Vergi ödəyicisi olmayan vətəndaşlara satdığından NKA yəni kassa aparatı ilə fəaliyyət göstərməlidir yoxsa kassa aparatı olmadan kassa mədaxil orderi ilə fəaliyyət göstərə bilər? Əgər kassa mədaxil orderi ilə satışa icazə verilirsə hansı fəaliyyət kodunu seçməlidir ki, vergilər kassa aparatı quraşdırılmasını tələb etməsinlər? Nəqliyyat vasitəsinin və yük maşınlarının idxalı və vətəndaşlara satışı ilə məşğul olarkən könüllü olaraq ƏDV ödəyicisi olmadan mikro sahibkar olan gəlir vergisi ödəyicisi ola bilərəmmi?

Cavab: Bildiririk ki, pərakəndə satış malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron-qaimə faktura və ya elektron vergi hesab-fakturası) təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir.

Pərakəndə ticarət fəaliyyəti göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) nəzarət-kassa aparatı və POS-terminal tətbiq edilməklə həyata keçirilir. Malların dəyəri nağdsız qaydada (POS-terminal vasitəsilə) ödənildikdə, alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki  ilə yanaşı, POS-terminaldan çıxarış verilir.

Qeyd olunanlara əsasən, avtomobillərin pərakəndə qaydada satışı zamanı alıcıya nəzarət-kassa aparatının çeki təqdim edilməlidir.

Vergi öhdəlikləri isə vergi uçotuna alınarkən təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir vergisi, ƏDV) ibarət olacaqdır.

Belə ki, həmin fiziki şəxs tərəfindən sadələşdirilmiş vergitutma sistemi seçildiyi halda ticarət fəaliyyətindən əldə edilən gəlirlərdən (ümumi hasilatdan) xərclər çıxılmadan 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablanıb dövlət büdcəsinə ödənilir.

Qeyd olunan fəaliyyət gəlir vergisinin ödəyicisi kimi həyata keçirildiyi halda əldə edilmiş gəlirdən həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğdən 20 faiz dərəcə ilə gəlir vergisi hesablanıb dövlət büdcəsinə ödənilir. Bu zaman həmin şəxs mikro sahibkarlıq subyekti hesab olunduğu halda (illik gəliri 200.000 manatdan yuxarı olmayan şəxslər) sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirdən gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxılmaqla qalan fərqdən 75 faiz vergi güzəşti də çıxılmaqla 20 faiz dərəcə ilə, nəticə etibari ilə əldə etdiyi gəlirdən 5 faiz dərəcə ilə gəlir vergisi ödəməlidir.

Eyni zamanda bildiririk ki, sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan şəxslər ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur.

Vergi orqanlarında uçot prosedurları, fəaliyyətinizin xüsusiyyətlərindən asılı olaraq etməli olduğunuz hərəkətlər barədə daha ətraflı məlumat almaq üçün “Vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 16-cı, 20-ci, 101-ci, 155-ci və 220-ci maddələri.

Mənbə: taxes.gov.az


Bax:



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 874 875 876 877 878 879 880 2. 685