Dövlət təşkilatının pullu xidmətlər göstərməsi sahibkarlıq fəaliyyəti sayılır?

posted in: Xəbər | 0

Dövlət təşkilatının pullu xidmətlər göstərməsi sahibkarlıq fəaliyyəti sayılır?

sahibkarSual: Büdcədən maliyyələşən dövlət təşkilatının pullu xidmətlər göstərməsi sahibkarlıq fəaliyyəti sayılırmı və buna görə hansı vergi ödənilməlidir?

Cavab: Hüquqi şəxslər fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdən ibarət olan (kommersiya hüquqi şəxsləri) və ya əsas məqsədi mənfəət götürməkdən ibarət olmayan və götürülən mənfəəti iştirakçıları arasında bölüşdürməyən (qeyri-kommersiya hüquqi şəxsləri), habelə ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan (publik hüquqi şəxslər) qurumlar ola bilər.

Büdcə təşkilatı – büdcə smetası əsasında fəaliyyəti tamamilə və ya qismən büdcə vəsaiti hesabına maliyyələşdirilən, hesablaşma hesabı olmayan qeyri-kommersiya təşkilatıdır.

Eyni zamanda, qeyri-kommersiya hüquqi şəxsləri sahibkarlıq fəaliyyəti ilə yalnız o hallarda məşğul ola bilərlər ki, bu fəaliyyət onların yaradılması zamanı qarşıya qoyulmuş məqsədlərə nail olmağa xidmət etsin və bu məqsədlərə uyğun gəlsin.

Azərbaycan Respublikasında rezident və qeyri-rezident müəssisələr, habelə sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyri-kommersiya təşkilatları mənfəət vergisinin ödəyiciləridir. Vergi Məcəlləsinin 105.1-ci maddəsində qeyd olunan dərəcə ilə vergiyə cəlb olunur.

Əsas: Mülki Məcəllənin 43-cü, Vergi Məcəlləsinin 13.2.38-ci103.1-ci və 105-ci maddələri.

Mənbə: taxes.gov.az


Bax:



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Muzdlu işə aid olmayan fəaliyyətdən gəlirlər dedikdə nə başa düşülür?

posted in: Xəbər | 0

Mühasibat konsaltinqi xidmətinin növləri, Mühasibat konsaltinqi xidməti,Muzdlu iş – əmək qanunvericiliyinə uyğun olaraq müqavilə (kontrakt) əsasında haqqı ödənilməklə yerinə yetirilən əmək fəaliyyətidir. Muzdlu işlə əlaqədar əldə edilən gəlirlərə, əməkhaqqından başqa, işçinin əldə etdiyi hər hansı fayda da daxildir. Bəs muzdlu işə aid olmayan fəaliyyətdən gəlirlər dedikdə nə başa düşülür? Suala iqtisadçı ekspert Radil Fətullayev aydınlıq gətirir.

Muzdlu işə aid olmayan fəaliyyətdən gəlirlər iki qismə bölünür:
  • sahibkarlıq fəaliyyətindən gəlirlər;
  • qeyri-sahibkarlıq fəaliyyətindən gəlirlər.
Sahibkarlıq fəaliyyətindən gəlirlər – fərdi sahibkarın və hüquqi şəxsin mənfəət (gəlir) götürülməsi məqsədilə həyata keçirdiyi fəaliyyətdən gəlirlərdir. Bu fəaliyyət iqtisadiyyatın müxtəlif sahələrində malların təqdim edilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi formasında ola bilər. Məsələn, VÖEN-i olan şəxs (fərdi sahibkar və ya hüquqi şəxs) istənilən müəssisədə hər hansı xidmət göstərərək elektron-qaimə faktura yazaraq gəlir əldə edirsə, deməli, sahibkarlıq fəaliyyətindən gəlir əldə edir. Yaxud hər hansı bir fərdi sahibkar (VÖEN-li fiziki şəxs) mağaza açıb ticarət fəaliyyəti ilə məşğul olursa, oradan əldə etdiyi gəlirlər sahibkarlıq fəaliyyətindən gəlir adlanır.
Vergi Məcəlləsinə görə sahibkarlıq fəaliyyətindən gəlirə aşağıdakılar aiddir:
  • sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunan aktivlərin təqdim edilməsindən gəlir;
  • sahibkarlıq fəaliyyətinin məhdudlaşdırılmasına və ya müəssisənin bağlanmasına razılıq verilməsinə görə alınan gəlir;
  • əsas vəsaitlərin təqdim edilməsindən alınan və bu Məcəllənin 114.7-ci maddəsinə uyğun olaraq gəlirə daxil edilən məbləğlər;
  • bu Məcəllənin 141-ci maddəsinə uyğun olaraq gəlirdən çıxılan kompensasiya edilən məbləğlərdən və ya ehtiyatların azalmasından gəlir (Əvvəllər gəlirdən çıxılmış xərc, zərər və ya şübhəli borcların ödənilməsi, əvvəllər gəlirdən çıxılmış ehtiyat məbləğin azalması).

Qeyri-sahibkarlıq fəaliyyətindən gəlirlər – şəxsin (adi vətəndaş və ya fərdi sahibkarın) özünün sahibkarlıq fəaliyyətində iştirak etmədən əldə etdiyi gəlirlərdir. Məsələn, fiziki şəxsin özünə məxsus hər hansı bir əşyanı sataraq gəlir əldə etməsi, öz əmlakını icarəyə verərək gəlir əldə etməsi, hər hansı bir müəssisənin səhmlərini alıb oradan dividend əldə etməsi, hər hansı bir müəssisənin istiqrazını alıb oradan faiz gəliri əldə etməsi və s. buna bənzər gəlirlər onun üçün qeyri-sahibkarlıq fəaliyyətindən gəlir sayılır. Əgər adi bir vətəndaş olan fiziki şəxs sahibkarlıq fəaliyyəti ilə məşğul olan başqa bir şəxsə xidmət göstərərsə, fəaliyyəti qeyri-sahibkarlıq, əldə etdiyi gəlir də qeyri-sahibkarlıq fəaliyyətindən gəlir kimi qəbul olunacaq. Eyni şəxs VÖEN alaraq həmin xidməti fərdi sahibkar kimi göstərərsə, bu zaman əldə etdiyi gəlir sahibkarlıq fəaliyyətindən gəlir hesab olunacaqdır.

Vergi Məcəlləsinin 99.3-cü maddəsinə görə qeyri-sahibkarlıq fəaliyyətindən gəlirlərə aşağıdakılar aiddir:
  • faiz gəliri;
  • dividend;
  • əmlakın icarəyə verilməsindən gəlir;
  • royalti;
  • vergi ödəyicisinə bağışlanmış borcun məbləği, bu Məcəllənin 98.2.4-cü maddəsində göstərilənlər istisna olmaqla;
  • sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan aktivlərin təqdim edilməsindən gəlir;
  • təqvim ili ərzində alınan hədiyyə və mirasların məbləği bu Məcəllənin 98.2.2-ci maddəsində göstərilənlər istisna olmaqla;
  • vergi ödəyicisinin aktivlərinin ilkin qiymətinin artdığını göstərən hər hansı digər gəlir (təqdim olunduğu və ya vergitutma məqsədləri üçün amortizasiya hesablandığı təqdirdə) — əməkhaqqından başqa;
  • həyatın yığım sığortası üzrə sığorta olunanın ödədiyi və ya onun xeyrinə ödənilən sığorta haqları ilə sığorta ödənişləri arasındakı fərq;
  • xüsusi notarius tərəfindən aparılan notariat hərəkətlərinə, habelə notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətlərə görə alınan haqqlar;
  • vəkillik fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən bu fəaliyyətlə bağlı göstərilən xidmətə görə alınan haqq;
  • idman mərc oyunlarından əldə edilən uduşlar.

Mənbə: vergiler.az


Bax:



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Məzuniyyət haqqının hesablanması

posted in: Xəbər | 0

Qeyri-iş günlərində əmək haqqı, ƏDV məbləği, MDSS, Orta aylıq əmək haqqı məbləğiİşçilərlə işəgötürənlər arasında mübahisə doğuran məsələlərdən biri məzuniyyət haqqının hesablanması məsələsidir. Bəzən hesablanan məbləğlə işçinin iş vaxtı aldığı məbləğ arasında fərq yaranır.

İqtisadçı ekspert Anar Bayramov bu məsələyə aydınlıq gətirmək üçün Əmək Məcəlləsinin 140-cı maddəsinin tələbləri əsasında əmək məzuniyyətinin hesablanmasını düstur şəklində təqdim edir. Həmin maddədə qeyd olunur ki, məzuniyyət günlərinin haqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əməkhaqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əməkhaqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına – 30,4-ə bölmək yolu ilə bir günlük əməkhaqqının məbləği müəyyən edilir.

30,4 əmsalının necə hesablanması ilə bağlı bildirmək istəyirik ki, həmin əmsal il ərzində 365 günün 12 aya bölünməsi nəticəsində tapılır. Dörd ildən bir fevral ayının 29 gün olduğu səbəbindən bəzi mühasiblər 30,5 (366 gün /12 ay) əmsalını tətbiq etmək istəsələr də, əmsal konkret olaraq 30,4 qəbul edildiyi üçün burada başqa yanaşma düzgün hesab edilə bilməz.

Qeyd etdiyimiz qayda ilə müəyyən edilmiş bir günlük əməkhaqqının məbləği, məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur. Məzuniyyət haqqı = ((əvvəlki 12 təqvim ayının qazancı) /12 ay/ 30,4 əmsalı) x məzuniyyət müddətinin təqvim günlərinin sayı.

Misal. “A” MMC-nin işçisi Rövşən Qurbanov 25 günlük əmək məzuniyyətinə çıxır. İşçinin əvvəlki 12 ayda gəliri 6.000 manat olub. İşçinin məzuniyyət haqqını hesablayaq.

Məzuniyyət haqqı = ((əvvəlki 12 təqvim ayının qazancı) / 12 ay / 30,4 əmsalı) x məzuniyyət müddətinin təqvim günlərinin sayı = ((6.000 manat) / 12 ay / 30,4 əmsalına) x 25 gün= 411,18 manat.

Mənbə: vergiler.az


Bax:



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Kapitalizm nə vaxt işə yarayır, nə vaxt yox? (V hissə)

posted in: Xəbər | 0

Kapitalizm nə vaxt işə yarayır, nə vaxt yox? (V hissə)

IV hissəyə nəzər yetirmək üçün keçidə daxil olun

Kapitalizm,

Nyu-York universitetinin professoru Robert Allenin Abu-Dabidə çıxışı  

Bunun ardınca biz 1867-ci ildən 1973-cü ilə kimi davam edən sənaye erasına keçid edirik. O, Böyük Britaniya və ABŞ-da baş verib, lakin, mən həmin vaxt iqtisadi lider olan Amerika Birləşmiş Ştatlarından söz açacağam. Həm ABŞ-da, həm də Böyük Britaniyada sənaye istehsalı mümkün coğrafi genişlənmələr imkanları hesabına yüksəlirdi. Böyük Britaniya imperiya idi, onların istehsalı ixracın yüksəlməsi və hər yerdə ənənəvi istehsal üsullarının dağıdılması hesabına artırdı. Nəticədə, biz inkişaf etməmiş, əsasən kənd təsərrüfatı ilə məşğul olan və sənayenin praktiki olaraq yox olduğu ölkələri əldə etdik. ABŞ-da isə qitənin qərbinə doğru hərəkət etmək imkan var idi. Yeni ərazilərin məskunlaşdırılması buna gətirib çıxardı: Böyük Britaniyada olduğu kimi istehsal və əməkhaqları artırdı.

İqtisadçılar, ümumilikdə, işçilərin əmək haqqına və məhsuldarlığına göstərilən texniki dəyişikliklərin təsiri ilə bağlı nikbindirlər. Bu məsələdə nikbinlik ümumiləşdirmə və bütövlükdə dövr üçün baxışla əlaqəlidir. Lakin vəziyyət müxtəlif insanlar, dövrlər və yerlər üçün fərqlənirdi.

Yaradıcı dağılma o dövrdə elə də güclü və pozitiv deyildi. Mövcud texnologiyaların ekspansiyası baş verirdi, fabriklər getdikcə çoxalırdı. Bu, köhnə modelin dağılması deyildi və bu, həm də sənaye inqilabı deyildi. Nəticədə qərbdə rifahın kütləvi yüksəlişi baş verirdi. Əgər makroməlumatlara nəzər salsaq, məhsuldarlığın dinamikasının və əmək haqqının XIX əsrin ortalarına qədər əvvəlki uyğunsuzluğu aradan qalxmışdı: onlar az-çox sinxronlaşdırılmışdı və 1890-1973-cü illər arasında real maaşlar qədər hər bir işçiyə düşən məhsul da artmışdı.

Bunun ardınca innovasiya dalğalarının necə yayıldığına və yeni ixtira mənbələrinin ortaya çıxdığına baxmaq olar. Elmin inkişafı universitetləri də hərəkətə gətirmişdi. Tədqiqat universitetləri texniki bilik mənbəyinə çevrilmişdi. Universitetlər və sənaye arasında əlaqələr yaranmışdı.

Stenford universiteti və Silikon vadisi universitet və sənayenin qarşılıqlı fəaliyyətinin ilk nümunələri deyildi. XIX əsrin ortalarında Almaniya və Birləşmiş Ştatlarla bağlı bir çox nümunələr var. Biz həm də hədəf araşdırmalarının inkişafını müşahidə edirik. Kənd təsərrüfatı və səhiyyə sahələrində konkret problemlərin həlli üçün institutlar yaradılırdı. Məsələn, ABŞ-da XIX əsrin ortalarında Kənd Təsərrüfatı Nazirliyi yaradıldı, onun vəzifəsi sektorun inkişafı üçün yollar axtarıb tapmaq, becərmək üçün məhsul seçmək, qərb ərazilərinin mənimsənilməsi metodlarını işləyib hazırlamaqdan ibarət idi.

Hərbi tədqiqatlar – həm də hədəfli tədqiqatların vacib bir nümunəsi idi, çünki onun nəticələri həm hərbi, həm də sənaye problemlərini həll edirdi. Bir çox hərbi ixtiralar vətəndaş sənayesində öz tətbiqini tapmışdır, məsələn, smartfonlar. Hədəflənmiş tədqiqatlar sənaye sektorunun davamlı inkişafı üçün vacib olan yeni məhsulların ortaya çıxmasına gətirib çıxardı.


VI hissəyə nəzər yetirmək üçün keçidə daxil olun



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 880 881 882 883 884 885 886 2. 705