İşçilərin attestasiyası hansı qaydada həyata keçirilir?
İşçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə Əmək Məcəlləsinin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər.
İşəgötürənin əmri (sərəncamı) ilə işçilərin attestasiyasının keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən, habelə həmkarlar ittifaqları təşkilatının nümayəndəsindən ibarət attestasiya komissiyası yaradılır.
İşəgötürən, işçinin müvafiq iş yeri üzrə rəhbəri attestasiya komissiyasının üzvü ola bilməz. Attestasiya komissiyası azı beş nəfərdən ibarət olmaqla bütün hallarda onun say tərkibi təkrəqəmli olmalıdır. Attestasiya komissiyasının səlahiyyət müddəti onun yaradılması haqqında müvafiq əmrlə (sərəncamla) müəyyən edilir.
Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir.
Bax:
Vergi qanunvericiliyinin pozulmasında şəxsin təqsirini istisna edən hallar hansılardır?
Məcburi sosial sığortanı kimlər ödəyir?
Səyyar vergi yoxlamasının vaxtı necə müəyyən olunur?
Əmək müqaviləsinə xitam verilməsi
Vergi qanunvericiliyinin pozulması hansı hallarda vergi ödəyicisinin məsuliyyətini istisna edir?
Təsisçiyə müəssisə kassasından verilən pul dividend kimi nəzərə alınır?


Əmək məzuniyyəti və onun verildiyi iş ili bağlı tələblər Azərbaycan Respublikası Əmək Məcələsinin 113-cü maddəsində əksini tapıb. Dövlət Əmək Müfəttişliyi mövzu ilə bağlı xidməti açıqlama verib.
Rassel E. Palmer 21 yaşında Miçiqan ştatının universitetini bitirmişdi və Böyük Səkkizlikdən olan şirkətlərdən biri – “Touche Ross Detroit” şirkətinə işə düzəlmişdi. “Mən qərara gəlmişdim ki, bir qədər pul topladıqdan sonra hüquq məktəbində təhsilimi davam etdirəcəyəm”, o, belə xatırlayır. 16 ildən sonra – 37 yaşında o, şirkətin idarəedici tərəfdaşı oldu. Onun illik gəliri 300 000 dollar təşkil edirdi.
İqtisadi nəzəriyyə cəmiyyətin inkişaf tarixi ilə əlaqəli öz inkişaf tarixinə malikdir. Hələ qədim dövrün alimləri belə suallara cavab verməyə çalışırdılar: nə üçün mallar bir-birinə müəyyən nisbətlərdə mübadilə edilir, qiymətlərin formalaşmasının əsasını nə təşkil edir?