İqtisadiyyatın bərpası üçün əsas amil açıqlanıb

posted in: Xəbər | 0

Rəqəmsal tipli iqtisadiyyat,Britaniyanın “TS Lombard” investisiya tədqiqatları şirkətinin baş iqtisadçısı Çarlz Düma, iqtisadiyyatın pandemiyanın nəticələrindən bərpası üçün qlobal istiləşmə ilə mübarizəni başlıca amil adlandırıb. CNBC-nin istinad etdiyi qeyddə analitik, hökumətlərə iqlim dəyişikliyinin qarşısının alınmasına daha çox vəsait ayırmağı məsləhət görüb.

“TS Lombard” tədqiqatlar şirkətinin məlmatına görə, son on ildə günəş və külək enerjisi daha əlçatan olub, eyni zamanda kömürün və təbii qazın qiyməti isə dəyişikliyə uğramayıb. Dümanın proqnozun görə, 2030-cu ilə kimi bərpa olunan enerji ənənəvi yanacaq növlərindən iki dəfə ucuz başa gələcək – deməli, perspektivdə isə bərpa olunan enerjiyə keçid, təkcə atmosferə zərərli qaz tullantılarının sıfra enməsinə görə faydalı olmayacaq.

Cari ilin noyabr ayında Qlazqo şəhərində (Şotlandiya) BMT-nin iqlim dəyişikliyi Konfransı (COP26) – Paris razılaşmasının imzalanmasından bəri ən əhəmiyyətli çoxtərəfli görüşlərdən biri keçirələcək. Duma hesab edir ki, COP26-nın keçirilməsi ərəfəsinədək hökumətlər qlobal istiləşməyə qarşı mübarizədə əsas prioritetlərini müəyyənləşdirməlidirlər. Bir çox ölkələr üçün bu, mövsümdən və ya ekstremal hava şəraitindən asılı olmayaraq, bərpa olunan enerjinin sabit şəkildə verilməsini təmin etmək üçün elektrik stansiyalarının infrastrukturuna investisiya yatırımları olacaq.

Düma təmiz enerjinin yayılmasını digər bir böyümə nöqtəsi adlandırıb. Afrikanın inkişaf etməkdə olan ölkələrində, məsələn, günəş enerjisinin istehsalında Avropa regionları ilə bölüşmək mümkün olacaq böyük potensial var – bunun üçün hökumətlər bahalı tədqiqatlara və enerjinin uzun məsafələrə ötürülməsi texnologiyalarına sərmayə qoymalıdırlar. Bundan əlavə, iqtisadçı, karbon qazının tutulması və saxlanılması sistemlərini atmosferin zərərli qazlarla çirkləndirilməsinin sıfra endirilməsinə nail olmaq üçün bahalı da olsa, ən təsirli bir vasitə kimi göstərib. Bununla birlikdə, Düma, karbon qazının atmosferə buraxılmasına görə vergi tətbiq edilməsini də ən ehtimal olunan tədbir olduğunu düşünür.

Öz növbəsində, Beynəlxalq ətraf mühit və inkişaf institutunun baş iqtisadçısı Pol Stil qeyd edib ki, bərpa olunan energetikaya yatırılan investisiyalar nəinki iqlim böhranını, həm də iqtisadi böhranı aradan qaldırmağa kömək edəcək – onlar pandemiyadan sonra bərpa üçün iş yerləri yaradacaqlar. Digər məsələlərlə yanaşı, Pol Stilə görə, iqlim üçün əlverişli iqtisadiyyatın maliyyələşdirilməsi qısamüddətli olmamalı və sürətli nəticələr əldə etməyə hesablanmamalıdır.



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Orta əmək haqqı əvvəlki iki aydan hesablanarkən nəzərə alınmayan ödənclər hansılardır?

posted in: Xəbər | 0

təmir xərcləri, istismar xərcləri, Əmək məzuniyyəti, Qismən ödənişli məzuniyyət, Əlillik təyinatı, Məzuniyyət haqqının hesablanması, ƏDV, vergi öhdəliyi, Cari vergi ödəmələri, sosial məzuniyyət, əmək məzuniyyəti, Mühasibat uçotu, təmir, gəlir, xərc,boşdayanma, boşdayanmaya görə ödəniş,Orta əmək haqqı əvvəlki iki aydan hesablanarkən nəzərə alınmayan ödənclər:

  • Birdəfəlik xarakter daşıyan əlavə mükafatların bütün növləri, yubiley və bayram günləri, anadan olan günlər ilə bağlı və digər analoji hallarda verilən həvəsləndirici ödənclər (mükafatlar da daxil olmaqla);
  • işçinin öz vəzifəsinə aid olmayan ayrı-ayrı tapşırıqların yerinə yetirilməsinə görə ödəmələr;
  • iş vaxtından artıq iş saatlarının ödənilməsi;
  • istirahət, səsvermə, iş günü hesab edilməyən bayram və ümumxalq hüzn günlərində işə görə ödəmələr;
  • əmək alətlərinin, vəsaitlərinin və digər əşyaların amortizasiyasına görə pul əvəzi ödəmələr;
  • maddi yardım şəklində verilən müxtəlif növ ödənişlər;
  • ezamiyyət ilə bağlı verilən ödəmələr, çöl xərcləri, daimi işi yolda olan, yaxud gediş-gəliş və ya gəzəri xarakter daşıyan işçilərə ödənilən əlavələr, bilavasitə tikintidə çalışan işçilər üçün səyyar xarakterli işə görə, işin növbə metodu ilə yerinə yetirilməsinə görə əlavələr;
  • müvəqqəti əvəzetməyə görə ödəmə;
  • ayrı-ayrı işçilərə pulsuz verilmiş mənzil, kommunal xidmətlərinin, yanacağın, nəqliyyatda gediş biletlərinin dəyəri və ya onların kompensasiyası;
  • işçilərə verilən iş paltarlarının, iş ayaqqabılarının və başqa fərdi mühafizə vasitələrinin, sabunun, başqa yuyucu vasitələrin, südün və müalicə-profilaktika qidalarının dəyəri;
  • qanunvericilikdə nəzərdə tutulmuş hallarda pulsuz qidaların dəyəri (pulsuz kollektiv yeməklər, müəssisənin mənfəətinin hesabına işçilərə pulsuz və ya güzəştli şərtlərlə verilən yeməklər);
  • sanatoriya-kurort müalicəsinə və istirahət evlərinə yollayışların dəyəri;
  • başqa əraziyə işə keçirildikdə və yaxud köçdükdə mənzil kirayəsi və əmlakın daşınması üzrə xərclərin ödənilməsi;
  • istehsalatdan ayrılmaqla təhsil almağa göndərilmiş işçilərə müəssisə və təşkilatlar tərəfindən ödənilən təqaüdlər;
  • yarış, baxış və müsabiqə qaliblərinə verilən pul mükafatları;
  • gənc mütəxəssislərə ali və yaxud orta ixtisas təhsil müəssisəsini qurtardıqdan sonra verilən məzuniyyət zamanı müəssisələrin, idarələrin və təşkilatların hesabına ödənilən müavinətlər;
  • mülki hüquqi müqavilələr üzrə işlərin yerinə yetirilməsinə görə ödəmələr;
  • istifadə edilməmiş əmək məzuniyyətlərinə görə kompensasiya.

Mənbə: sosial.gov.az


Bax:



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Azərbaycanda “Fərqlənmə nişanı”nın verilməsi proseduru sadələşdirilib

posted in: Xəbər | 0

Azərbaycanda avtomobil nəqliyyatı ilə daşımalara dair prosedur qaydalarının təkmilləşdirilməsi məqsədilə fərqlənmə nişanlarının verilməsi ilə bağlı müvafiq qaydalara dəyişiklik edilib.

Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən (DANX) məlumat verilib.

Məlumata görə, məqsəd daşıyıcıların və sürücülərin rahatlığının təmin edilməsi, fiziki təmasların minimuma endirilməsi və prosesin icrası zamanı sui-istifadə hallarının aradan qaldırılmasıdır.

Yeni prosedur qaydalarının tətbiq edilməsinə qədər “Fərqlənmə nişanı” vergi ödəyicisinin ərizəsinə əsasən 2 iş günü ərzində verilirdi. Avtomobil nəqliyyatı ilə sərnişin və yükdaşımalarını həyata keçirən vergi ödəyicilərinə (Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili sərnişindaşımanı və taksi minik avtomobilləri ilə sərnişindaşımanı həyata keçirən vergi ödəyiciləri istisna olmaqla) “Fərqlənmə nişanı” və “Xüsusi fərqlənmə nişanı”nı DANX verir. Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yükdaşımalarını həyata keçirən şəxslər hər bir avtomobil nəqliyyatı vasitəsi üçün təqvim ayının sonunadək öz istəklərinə uyğun olaraq növbəti ay, rüb, yarım il və ya il üçün ciddi hesabat blankı olan “Fərqlənmə nişanı” almalıdır.

Yeni qaydalara əsasən, bu fəaliyyətlə məşğul olan və ya olmaq istəyən şəxs “Fərqlənmə nişanı” əldə etmək üçün Bakı Beynəlxalq Avtovağzal Kompleksi də daxil olmaqla respublikanın müvafiq region avtovağzallarında xidmət göstərən Nəqliyyat xidmət mərkəzlərinə müraciət edərkən ona prosedurun icra mexanizmi barədə ətraflı məlumat verilir. İlkin mərhələdə vergi ödəyicisi avtovağzalın 1-ci mərtəbəsində yerləşən NRYTN-a məxsus “Azərpoçt” MMC-nin “Şəbəkə” xidmət mərkəzində, respublikanın digər şəhər və rayonlarında isə “Azərpoçt”un müvafiq şöbələrinə yaxınlaşıb ərizə blankını doldurmalıdırlar. Növbəti mərhələdə sərnişindaşıma fəaliyyəti ilə məşğul olan (həmçinin yeni müraciət edən) şəxs nəqliyyat vasitəsinin şəhadətnaməsini təqdim edərək, göstərəcəyi daşıma xidməti üçün nəzərdə tutulan vergini ödədikdən sonra “Fərqlənmə nişanı”nı əldə edir. Prosesin yekununda avtovağzalların ərazisində yerləşən Texniki Müayinə Mərkəzində nəqliyyat vasitəsi vizual olaraq texniki müayinədən keçirilir. Texniki müayinənin nəticələri barədə müvafiq sənədlər möhürləndikdən sonra vergi ödəyicisi nəqliyyat vasitəsi ilə reysə başlamaq üçün icazə əldə edir.

Bu prosesin icrası üçün ümumi prosedur 40 dəqiqə təşkil edir. 2 iş günündən 40 dəqiqəyə qədər azaldılan icra müddəti həm sahibkarın vaxtına qənaət etmiş olur, həm verginin ödənilməsi tam şəffaf həyata keçirilir, həm də bütün proses eyni məkanda təşkil edilir.

Prosesin təşkili və icrası üçün “Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili” MMC-nin müfəttişləri avtovağzallara və “Azərpoçt”un müvafiq şöbələrinə ezam edilib.

Mənbə: report.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Maya dəyərinin hesablanması zamanı statistik dəyər nəzərə alınmalıdırmı?

posted in: Xəbər | 0

Maya dəyərinin hesablanması, təmir xərcləri, Əmək haqqı hesablanması, sosial sığorta, Ezamiyyə, əmək haqqı hesablanması, Vakansiya Baş MühasibSual: İdxaldan daxil olan malların maya dəyəri hesablanan zaman invoys ilə hesablanmalıdır, yoxsa gömrük tərəfindən hesablanmış statistik dəyər ilə?

Cavab: Bildiririk ki, vergi tutulan idxalın dəyəri malların Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə uyğun olaraq müəyyən edilən gömrük dəyərindən və mallar Azərbaycan Respublikasına gətirilərkən ödənilməli olan rüsumlardan və vergilərdən (ƏDV və yol vergisi nəzərə alınmadan) ibarətdir. Gömrük qanunvericiliyinə uyğun olaraq idxal olunan malların gömrük dəyəri müəyyənləşdirilərkən həmin malların sığorta xərcləri, gömrük ərazisinə daxil olduğu yerədək nəqliyyat xərcləri və həmin yerədək yüklənmə və boşaldılma xərcləri bu malların gömrük dəyərinə aid edilir.

Bunlarla yanaşı vergi ödəyicisi əmtəə-material ehtiyatlarının uçotunu apararkən istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur. Vergi ödəyicisi bu malların saxlanmasına və nəql olunmasına çəkilən xərcləri də onların dəyərinə daxil etməlidir.

Qeyd olunanlara əsasən idxal olunan malların anbara mədaxil dəyəri həmin malların alışı dəyəri (invoys dəyəri), rüsumlar və vergilər, habelə həmin malların sığorta xərcləri, gömrük ərazisinə daxil olduğu yerədək nəqliyyat xərcləri və həmin yerədək yüklənmə və boşaldılma xərcləri daxil olmaqla faktiki ödənilmiş məbləğlər əsasında müəyyənləşdirilir.

Əlavə olaraq bildiririk ki, mallar Azərbaycan Respublikasına idxal olunarkən gömrük orqanları tərəfindən malların statistik dəyərinin hesablanması yalnız gömrük məqsədləri üçün istifadə olunur.

Əsas: Vergi Məcəlləsinin 139-cu və 162-ci maddələri və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsi.

Mənbə: taxes.gov.az


Bax:



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 907 908 909 910 911 912 913 2. 705