Yaxşı əməkdaşların motivasiyasını itirmələrinin 4 səbəbi (III hissə)

posted in: Xəbər | 0

Yaxşı əməkdaşların motivasiyasını itirmələrinin 4 səbəbi (III hissə)

II hissəyə nəzər yetirmək üçün keçidə daxil olun

Mənəvi dəstək. Depressiya bəzən işçinin nəzarətindən kənarda olan bir sahədə müvəffəqiyyətsiz olduğuna dair inancından yaranır. Yəni, hər şey çox pisdir və heç nəyi dəyişdirmək mümkün deyil. Bu vəziyyətdə fokusun gələcəyə yönəldilməsi kömək edir. Məsələnin həllinə optimal yanaşmanın işlənib hazırlanmasına öz yardımınızı təklif edin. Adətən depressiv əməkdaşlar belə bir dəstəyə minnətdarlıqla reaksiya verirlər: başqalarının onlara inanmağa davam etdiyini bilmək, əməkdaşlar üçün çox vacibdir.

4-cü səbəb. Uğursuzluqların düzgün qavranılmaması: “Başa düşmürəm, niyə heç nə alınmır”.

Elə olur ki, əməkdaşlar uğursuzluqların səbəblərini təhlil edə bilmir və nəticədə “yerinə yetirilməyən” tapşırıqlar qarşısında acizanə vəziyyət alırlar. Onlar ya ümumiyyətlə, niyə uğursuzluqlara düşdüklərini izah edə bilmirlər, ya da uğursuzluqların səbəbinin onların nəzarət zonasından kənara çıxdığına inanırlar. Əməkdaşa səbəb-nəticə amillərindən baş çıxarmaqda kömək edin. Çox vaxt insanlar darıxdırıcı bir iş görməmək üçün sadəcə bəhanələr tapırlar: onlar pis əhval-ruhiyyədən, ağır yüklənmədən və ya vaxt çatışmazlığından şikayətlənirlər və özlərinin yerinə yetirməli olduqları funksiyaları başqalarının üzərinə atmaq istəyirlər.

Detallı araşdırma. Tapşırıqları yerinə yetirməməsinin səbəblərini anlamaq üçün siz birlikdə işləməyə başladığınız zaman həm boş bəhanələr, həm də icraçının nəzarəti xaricində olan səbəblər ortaya çıxacaq. Məsələn, əgər əməkdaş uğursuzluqlarında öz həmkarlarını ittiham edirsə və ya özünün hansısa aradan qaldırılması mümkün olmayan hər hansı bir çatışmazlığından söz açırsa, onda bir rəhbər kimi sizin vəzifəniz – əməkdaşa vəziyyət üzərində nəzarəti geri qaytarmağa kömək edin. Fərdi iş strategiyası işləyib hazırlamaq, cari işləri planlaşdırmaq kimi işlərin zəruriliyini ona xatırladın.

Bu, qeyd olunan dörd üsul əməkdaşlarda işləmək istəyi və çalışdıqları işdən zövq almalarını geri qaytara bilən motivasiya tədbirləri, sizə uyğun təsiretmə strategiyası işləyib hazırlamaqda kömək edəcək.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

II Elizabetin sərvəti hesablanıb

posted in: Xəbər | 0

Ən böyük əmlak agentliklərindən biri Böyük Britaniya kraliçası II Elizabet ilə əlaqələndirilir. Sahibinin tam adı müəyyənləşdirilməyən “The Crown Estate” şirkətindən söhbət gedir, bu haqda mütəxəssislərə istinadən “Deutsche Welle” nəşri xəbər verib.

Mütəxəssislərin məlumatına görə, II Elizabet böyük sərvətə malikdir: Qeyd edək ki, “The Crown Estate” aktivlərinin məbləği 17 milyard dollardan çoxdur.

“The Crown Estate” bir sıra mülklərə yalnız Londonda deyil malik deyil, həm də bütün ölkə üzrə daşınmaz əmlaka sahibdir. Bunlar həm qəsrlər, həm kotteclər, həm meşələrlə birlikdə kənd təsərrüfatı torpaqları, həm də ticarət mərkəzləridir. Böyük Britaniyanın bütün sahilyanı ərazilərinin yarıdan çoxu bu şirkətə məxsusdur ki, bu da ona offşor kommersiya fəaliyyəti ilə bağlı –  məsələn, külək elektrik stansiyaları – mülkiyyət hüququ verir.

Bununla bərabər “The Crown Estate” öz qazancını hər il Britaniya hökumətinə verir. Şirkətdən “millətin dayanıqlı və ümumi rifahını təmin etməyə” çalışdıqları vurğulanıb. Lakin kral ailəsinin hər il maliyyələşdirilməsi üçün istifadə olunan suveren qrantın bir hissəsi kimi gəlirin 25 faizi kraliça və kraliça ailəsinə verilir ki, nəşrin versiyasına görə, bu da II Elizabetin “The Crown Estate” şirkəti ilə birbaşa əlaqəli olduğunu sübut edir.



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Avropanın ən varlı və ən yoxsul ölkəsinin adı açıqlanıb

posted in: Xəbər | 0

Avropa İttifaqı, vaksinasiya,Danimarka ailələrin maliyyə aktivlərinin həcminə görə Avropa İttifaqında ən zəngin ölkədir. Bu göstərici 1,88 milyon Danimarka kronuna (300 min dollar) bərabərdir. Bu barədə ölkənin Milli bankının hesabatında deyilir.

Ancaq, qonşu ölkələrin sakinləri ilə müqayisədə danimarkalıların daha çox borcu var. Öhdəliklərin böyük hissəsi daşınmaz əmlakın girovu ilə bank və ipoteka borcu (təxminən 86 faiz) ilə bağlıdır. Ümumilikdə, danimarkalıların maliyyə göstəriciləri Aİ üzrə orta göstəricidən təxminən üç dəfə çoxdur.

Bundan əlavə, bu ilin birinci rübündə onların adambaşına zənginliyi orta hesabla daha 24 min danimarka kronu (3,8 min dollar) artmışdır. Niderlanddakı ev təsərrüfatları maliyyə aktivlərinin həcminə görə ikinci yeri tutur, onların ardınca Lüksemburq və İsveç gəlir.

Araşdırmada ən yoxsul ölkə kimi Rumıniyanın adı çəkilir, orada ailələrin aktivləri 80 min danimarka kronu (12,7 min dollar) təşkil edir.



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Yüzdən çox ölkə vergi islahatına razılıq verib

posted in: Xəbər | 0

İqtisadi əməkdaşlıq və inkişaf təşkilatının (İƏİT) saytında deyilir ki, yüzdən çox ölkə iri korporasiyalar üçün beynəlxalq vergitutma sisteminin tətbiqini təsdiqləyib.

130 dövlət minimum faiz dərəcəsi 15 faiz təşkil edəcək vahid verginin islahatına razılıq vermişdir. Təşkilat qeyd edir ki, iri transmilli korporasiyalar fəaliyyət göstərdikləri və mənfəət götürdükləri yerlərdə vergiləri ödəməlidirlər.

İƏİT-ə əlavə ediblər ki, vergilər alınmadığı üçün dövlətlər ildə 100 milyard dollardan 240 milyard dollaradək itki ilə üzləşirlər. Bu tarixi saziş, iri transmilli şirkətlər tərəfindən ədalətli vergi payının ödənilməsini təmin edəcək, təşkilatın baş katibi Matias Korman buna əmindir. Sistemin fəaliyyətə başlaması üçün ölkələr müvafiq qanunlar qəbul etməlidirlər.

Bundan əvvəl isə Macarıstanın baş naziri Viktor Orban bildirmişdi ki, minimal korporativ verginin tətbiqi ilə bağlı planlar absurddur və Avropa İttifaqı ölkələrində investisiyaların azalmasına gətirib çıxaracaq. Həmçinin Çinin də sözügedən vergi islahatına razılıq verməyə hazır olmadığını bildirilirdi.

Bu arada Rusiya prezidenti Vladimir Putin isə baş nazir Mixail Mişustinə beynəlxalq korporasiyalara vergilərin artırılması imkanlarını araşdırmağı tapşırıb.



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 913 914 915 916 917 918 919 2. 692