Sənədlər vergi orqanı tərəfindən vergi ödəyicisinə göndərildikdə nə zaman çatdırılmış sayılır?

posted in: Xəbər | 0

Başqa işə keçirilmə, Gəlir vergisindən güzəşt, rəsmiləşdirmə, VÖEN, hüquqi şəxs, fiziki şəxs, gəlir vergisi, rəsmiləşdirmək sədərək MMC sənədlər sənədləşməSənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə aşağıdakı formalardan birinə uyğun göndərildikdə (verildikdə), lazımi qaydada çatdırılmış sayılır:

– vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) şəxsən verildikdə – şəxsən verildiyi gün;

– poçt rabitəsi vasitəsilə vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvanına göndərildikdə – poçta təqdim edildiyi gündən 5 iş günü keçdikdən sonra;

– elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra.

Əsaslandırma: Vergi Məcəlləsinin 70.2-1-ci maddəsi.

Mənbə: sosial.gov.az


Bax:



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Nəqliyyat vasitəsinin yanacaq xərclərinin gəlirdən çıxılması

posted in: Xəbər | 0

Mühasiblərin tez-tez qarşılaşdıqları məsələlərdən biri də nəqliyyat vasitəsinin işlətdiyi yanacağa çəkilən xərclərin hansı hallarda gəlirdən çıxılmasıdır. Mövzuya mühasibat mütəxəssisi İlqar Əsədov aydınlıq gətirir.

Yanacaq xərcləri təsdiqedici sənədlər əsasında gəlirdən çıxılan xərclərə aid edilir. Lakin bunun üçün yeganə şərt təsdiqedici sənədlərin olması deyil, burada həm də yanacaq xərclərinin müəssisənin fəaliyyəti və gəlirin əldə edilməsi ilə bağlı olması nəzərə alınmalıdır. Vergi Məcəlləsinin 108-ci maddəsində bildirilir ki, gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır.

Ona görə də vergi ödəyicisinin gəlirin əldə edilməsi ilə bağlı olmayan yanacaq xərcləri təsdiqedici sənədlər olsa belə, gəlirdən çıxılan xərclərə aid edilmir. Bəzi hallarda fərdi sahibkar və ya müəssisənin direktoru minik avtomobilindən faktiki olaraq öz şəxsi məqsədləri üçün istifadə etsə də, yanacaqla bağlı müvafiq şirkətlərlə müqavilə bağlayaraq onlardan yanacağa görə elektron qaimə faktura alır və bu fakturada göstərilən məbləği gəlirdən çıxılan xərclərə aid edir. Bu tamamilə yanlış addımdır və yoxlama zamanı aşkar ediləcək bu cür hallar vergi ödəyicisi üçün ciddi problemlərin yaranmasına səbəb ola bilər.

Vergi Məcəlləsinin 109.2-ci maddəsinə əsasən, qeyri-kommersiya fəaliyyəti ilə bağlı xərclərin gəlirdən çıxılmasına yol verilmir. Bu səbəblə də gəlirdən çıxılan xərc əsas etibarlə ya gəlirin əldə edilməsi ilə bağlı, ya da icbari ödəniş formasında olmalıdır.

Bəs yanacağa görə hansı sənəd xərcin gəlirdən çıxılmasına əsas verən təsdiqedici sənəd hesab olunur?

Vergi Məcəlləsinin 16.1.11-6-ci maddəsinə əsasən, bir qrup şəxslər istisna olmaqla, digər şəxslər tərəfindən vergi ödəyicisi kimi uçotda olan şəxslərə mal, iş və xidmətlərlə bağlı bu Məcəllədə nəzərdə tutulmuş qaydada elektron qaimə-faktura göndərmək vergi ödəyicisinin vəzifələrinə aid edilib. “Elektron qaimə fakturalarının forması, tətbiqi, uçotu qaydaları”-nın 1.2 və 1.3-cü bəndlərinə nəzər salsaq görərik ki, elektron qaimə-faktura Qaydalara uyğun olaraq tərtib edilməklə elektron formada hazırlanan və vergi orqanında uçotda olan şəxslərə göndərilən ilkin uçot sənədidir.

Qaydalara uyğun tərtib edilməyən elektron qaimə-faktura isə mal (iş, xidmət) təqdim edilməsinin rəsmiləşdirilməsinə əsas vermir. Həmin qaydalara uyğun tərtib edilməyən elektron qaimə-faktura mal (iş, xidmət) təqdim edilməsinin rəsmiləşdirilməsinə əsas vermirsə, onun, ümumiyyətlə, tərtib edilməməsi də əməliyyatın rəsmiləşdirilməməsi mənasına gəlir. Bu həm də vergi qanunvericiliyinin pozulması deməkdir. Buna görə də hətta nəqliyyat vasitəsi müəssisənin sahibkarlıq fəaliyyəti ilə bağlı istifadə edilsə belə, alınmış yanacağa görə mütləq e-qaimə olmalıdır. Əgər bu sənəd yoxdursa, vergi ödəyicisinin yanacaqdoldurma məntəqələrindən aldıqları qəbzlə həmin xərcləri gəlirdən çıxmağa icazə verilmir. Çünki Vergi Məcəlləsinin 109.8-ci maddəsinə əsasən, nəzarət-kassa aparatının çeki və ya qəbz (bu Məcəllənin 16.1.11-6.1-ci – 16.1.11-6.3-cü maddələrində nəzərdə tutulan şəxslər tərəfindən verilən qəbz və ya digər ciddi hesabat blankları istisna olmaqla) malların (işlərin, xidmətlərin) alınması ilə bağlı çəkilən xərcləri təsdiq edən sənəd hesab olunmur.

Bəs yanacaq alınan zaman elektron qaimə-faktura üzrə yalnız yanacağın dəyəri gəlirdən çıxılmadır, yoxsa xərclər yol vergisi ilə birgə çıxılmalıdır?

Vergi ödəyicisi aldığı e-qaimə üzrə ödədiyi yol vergisini də gəlirdən çıxmaq hüququna malikdir. Belə ki, benzin alarkən yol vergisini ödəmək icbari formada baş verir. Başqa sözlə, yol vergisi benzinin dəyəri ilə birgə ödənilir. Qeyd etdiyimiz kimi, qanunla müəyyən edilmiş icbari ödənişlər gəlirdən çıxılır. Bu səbəblə müvafiq bəyannamədə də “Yanacaq xərcləri” bölməsinə yol vergisi benzinin dəyəri ilə birgə daxil edilməlidir.

Mənbə: vergiler.az


Bax:



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Kapital Bank Sberbank ilə əməkdaşlığı genişləndirir

posted in: Xəbər | 0

Kapital Bank Rusiyanın nəhəng bankı olan Sberbank ilə pul köçürməsi sahəsində əməkdaşlıq edir. Əməkdaşlıq çərçivəsində Kapital Bank, Sberbank tərəfindən tərtib edilən mobil telefon nömrəsi vasitəsilə ani pul köçürmə sisteminə qoşulub.

Hazırda Kapital Bank-a məxsus kartlara Sberbank-ın mobil tətbiqi vasitəsilə pul köçürmək mümkündür. Bu üsulla maksimum məbləği sutka ərzində 150 000 Rusiya rublu civarında olan köçürmələr zamanı 1% (minimum 30 Rusiya rublu) komissiya haqqı tutulur. Sberbank-ın mobil tətbiqi üzərindən köçürmələr Rusiya rublu valyutasında icra edilir, kartlara isə Kapital Bank-ın kursuna əsasən manat valyutasında mədaxil olunacaqdır.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 103 filialı və 20 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Auditin təşəkkül tarixi və zəruriliyi

posted in: Audit, Məqalə, Xəbər | 0

audit xidməti, audit, Xaricdə auditin xüsusiyyətləri,Müasir mənada audit XIX əsrin ortalarında bazar münasibətlərinin inkişafı ilə əlaqədar formalaşmağa başlamışdı. Bazar iqtisadiyyatının təşəkkülü şirkətlərin kütləvi müflisləşməsi ilə müşayiət olunurdu.

Şirkətlərin tez-tez iflas etməsi, rəhbərlik tərəfindən aldadılmalar, maliyyə yatırımları riskini əhəmiyyətli dərəcədə artırırdı. Müflisləşmiş səhmdarların müdafiəsinə zərurət yaranmışdı. İnvestorlar və mövcud səhmdarlara isə şirkətlərdəki işlərin vəziyyəti barədə etibarlı məlumatlar lazım idi. Səhmdarlar əmin olmaq istəyirdilər ki, onları aldatmırlar, administrasiyaların təqdim etdiyi hesabat isə tamamilə doğrudur. Bu məqsədlə, mühasibat hesabatlarının düzgünlüyünü yoxlamaq üçün, səhmdarların düşüncəsinə görə, etibar edilə bilən insanlar dəvət olunmağa başladı. Auditin məqsədi maliyyə-təsərrüfat fəaliyyətinin və şirkətlərin hesablarının düzgünlüyünün ətraflı yoxlanılmasından ibarət idi. Həmin dövrdə auditorun şəxsiyyətinin əsas xüsusiyyətləri onun qüsursuz saflığı, dürüstlüyü və müstəqilliyi idi.

1844-cü ildə səhmdarlara təqdim etmək üçün müstəqil mühasiblər tərəfindən hesabların və hesabatların yoxlanılmasını təmin edən bir sıra qanunların qəbul edildiyi auditin tarixi vətəni İngiltərə hesab olunurdu. 1862-ci ildə İngiltərədə məcburi audit haqqında qanun qəbul edildi. Daha sonra məcburi audit haqqında qanunlar digər ölkələrdə də qüvvəyə mindi. 1887-ci ildə ABŞ-da auditorlar Assosiasiyası yaradıldı, 1896-cı ildə isə Nyu-York ştatında qanunvericilik yolu ilə auditor fəaliyyəti reqlamentləşdirildi. ABŞ-da audit haqqında ilk rəsmi qərar 1917-ci ildə dərc edilib və “balansların auditi”nə həsr olunub.

Almaniyada, 1870-ci ildə, səhmdar cəmiyyətlər haqqında qanuna əlavə olaraq, bu cəmiyyətlərin müşahidə şuralarının əsas hesabat balans-formalarının yoxlanmasını həyata keçirməsini və mənfəətin bölüşdürülməsi barədə hesabatları və bu yoxlamaların nəticələrini səhmdarların diqqətinə çatdırmağı öhdəsinə götürdüyü ilk audit cəhdi edilmişdi.

1932-ci ildə Almaniyada 1941-ci ilə qədər fəaliyyət göstərən Auditorlar İnstitutu yaradılmışdı. İkinci dünya müharibəsi başa çatdıqdan sonra, 1954-cü ildə Auditorlar İnstitutu, Almaniyanın Auditorlar İnstitutu adlandırıldı. Almaniyada auditor fəaliyyətinə dövlət təsiri onunla müəyyən edilir ki, bütün auditorlar və auditor firmaları mütləq AFR-in Auditor Palatasının üzvlərindən ibarət olmalıdırlar.

1867-da Fransada, müfəttişləri səhmdar cəmiyyətlərinin balansını yoxlamaq və qiymətləndirmək üçün məcbur edən qanunlar qəbul edildi. Hazırda Fransada auditor fəaliyyəti ilə məşğul olan iki əsas təşkilat fəaliyyət göstərir. Onlardan biri ekspert-mühasiblər Palatası, ikinci isə – hesablama komissarlarının milli şirkəti adlanır. Onların arasında əsas fərq ondan ibarətdir ki, birincilər Səhmdar cəmiyyətlərində mühasibat uçotu və hesabat yoxlamalarının keçirilməsi üçün dəvət olunurlar, ikincilər isə yoxlamaların keçirilməsi üçün məcburi qaydada təyin edilirlər.

1991-ci ildə İtaliyada hökumət tərəfindən qərarı qəbul edilmişdi, ona uyğun olaraq qanuni auditor fəaliyyətini yalnız Ədliyyə Nazirliyinin nəzarəti altında olan xüsusi şəxsi reyestrə daxil edilmiş şəxslər həyata keçirə bilərlər. Bu reyestrə mühasibat uçotu, hüquq, hesablama texnikası və informatika üzrə imtahan vermiş auditorlar daxil edilə bilər.



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 914 915 916 917 918 919 920 2. 692