Azərbaycan sahibkarlarının dövlət tenderlərində iştirakı asanlaşdırılacaq

posted in: Xəbər | 0

tenderİqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti iyunun 22-dən qüvvəyə minmiş “Dövlət satınalmaları haqqında” qanuna dəyişikliklərin tətbiqi ilə əlaqədar dövlət müəssisə və təşkilatlarının satınalmalara məsul 100-ə yaxın nümayəndəsinin iştirakı ilə onlayn görüş təşkil edib.

Məlumata görə, görüşdə dəyişikliklərin sahibkarların dövlət satınalmalarında iştirakının daha da asanlaşdırılmasına, onlar arasında sağlam rəqabətin artmasına, dövlət vəsaitindən səmərəli və qənaətli istifadə edilməsinə daha geniş imkanlar yaratdığı vurğulanıb.

Tədbir iştirakçılarına məlumat verilib ki, dəyişikliklər kotirovka sorğusu və təkliflər sorğusu metodlarının təşkili üzrə müddətlərin konkret müəyyən edilməsi, ixtisas uyğunluğunun əvvəlcədən müəyyənləşdirilməsi prosedurunun, həmçinin tender təkliflərinin açılması və qiymətləndirilməsi müddətinin dəqiqləşdirilməsi, tender təklifinin kənarlaşdırılmasına dair əsaslandırılmış qərarın malgöndərənə (podratçıya) göndərilməsi, müqavilənin icrasına başlama tarixi, habelə tələb olunduğu halda əldə edilmiş icazələr barədə bildirişin göndərilməsi müddətləri, kotirovka sorğusu metodunun, texniki şərtlərin və icazələrin elektronlaşması, müqavilənin yerinə yetirilməsi təminatının şərtləri, satınalmalarda iştirak haqlarının məbləğlərinin azaldılması məsələlərini əhatə edir. Bundan başqa, dəyişikliklərə əsasən, satınalan təşkilatların “Dövlət satınalmaları haqqında” qanunda nəzərdə tutulmuş müvafiq müddətin və satınalma müqaviləsi üzrə ödəmələrlə bağlı tələblərin pozmasına görə inzibati məsuliyyət tədbirləri nəzərdə tutulduğundan, iştirakçılara qanunvericiliyin tələblərinə tam riayət edilməsi tövsiyyə edilib.

Görüşdə həmçinin, iştirakçılar ilə dəyişikliklərdən sonra dövlət sаtınаlmа prosedurlarının elektronlaşdırılması və sağlam rəqаbətin təmin оlunmаsı istiqamətində həyata keçiriləcək tədbirlərlə bağlı fikir mübadiləsi aparılıb.

Mənbə: report.az


Hansı halda dividendlər vergidən azad edilir?

posted in: Xəbər | 0

Dividendlər nə deməkdir, vergi, dividend, təsisçi,Dividendlərin vergidən azad edilməsi sahibkarların gəlir və xərclərinin uçotunun aparılması istiqamətində stimullaşdırıcı addımlardan hesab olunur. Mövzunu iqtisadçı ekspert Anar Bayramov şərh edir.

Vergi Məcəlləsinin 218-1.1.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan və əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatadək olan rezident müəssisənin təsisçisi (payçısı) və yaxud səhmdarları olan şəxslərə ödənilən dividendlər vergidən azaddır.

Vergi Məcəlləsi ilə müəyyən olunan qaydada gəlirlərin və xərclərin uçotunu aparan, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan və əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatadək olan rezident müəssisənin təsisçisi (payçısı) və yaxud səhmdarları olan şəxslərə ödənilən dividendlər sadələşdirilmiş vergidən azaddır. Burada diqqət yetirilməli məqam odur ki, bu güzəşt Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlir və xərclərinin uçotunu aparan rezident müəssisənin təsisçisi (payçısı) və ya səhmdarları olan hüquqi şəxslərin dividend gəlirlərinə tətbiq olunur.

Misal: “AA” müəssisəsi xərclərinin uçotunu aparmır, ancaq yekunda dividend gəlirlərinin vergidən azad olunması hüququndan istifadə edir. Vergi nəzarəti tədbirləri zamanı xərclərin uçotunun aparılmadığı müəyyən olunur. Bu halda azadolma qüvvədən düşmüş hesab ediləcək, dividend kimi ödənilən məbləğə ödəmə mənbəyində 10 faiz vergi tətbiq olunmaqla yanaşı, vergidən yayınma və xərclərin rəsmiləşdirilməməsinə görə maliyyə sanksiyaları da tətbiq olunacaq.

Vergi Məcəlləsində edilən dəyişikliklər yolu ilə gəlirlərin və xərclərin uçotunun aparılması ilə bağlı tələblər sərtləşdirildiyindən və bu istiqamətdə maliyyə sanksiyaları nəzərdə tutulduğundan gəlirin və xərcin uçotu qaydası ilə bağlı bəzi vacib məsələləri qeyd etmək istəyirik. Vergi ödəyiciləri gəlir və xərclərinin uçotunu Vergi Məcəlləsinə və mənsub olduqları fəaliyyət növünü nəzərə almaqla Azərbaycan Respublikası Prezidentinin “İctimai iaşə fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın və “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın təsdiq edilməsi haqqında 19 aprel 2017-ci il tarixli və “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın və “İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın təsdiq edilməsi haqqında 16 iyun 2017-ci il tarixli fərmanlarına uyğun olaraq aparmalıdırlar.

Mənbə: vergiler.az


Bax:



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Uğurlu insan olmağa mane olan 7 vərdiş (I hissə)

posted in: Xəbər | 0

Bəlkə də hər bir insan uğur qazanmaq istəyir, amma bu, heç də hamıda alınmır. İndiki zamanda çoxsaylı biznes-təlimlər və şəxsi inkişaf təlimləri var ki, orada bir çox enerjili təlimçilər həyatsevər səsləri ilə öz uğur tarixçələrindən bəhs edirlər. Bu cür vebinarların kimlərəsə fayda gətirəcəyi mümkündür. Lakin çox vaxt bütün “mükəmməl” strategiyalar yalnız nəzəriyyədə işləyir. Ola bilsin ki, iş heç strategiyada da deyil, həyat obrazındadır.

Bu yazıda bir insanın inkişaf etməsinə imkan verməyən və həyatını yaxşı bir şəkildə dəyişdirməyə mane olan bəzi vərdişlər sadalanır.

Yuxudan əvvəl baxılan seriallar və filmlər

Ümumiyyətlə götürdükdə, nə seriallar, nə də filmlər, xüsusilə də dünya kinematoqrafiyasının inciləri öz-özlüyündə zərər verirlər. Lakin yatmazdan öncə ekrana baxmaq qəti şəkildə tövsiyə olunmur. Axşam işdən evə gələn bir insan, ilk növbədə ən çox istirahət etmək istəyir və bu məqsədlə film daha uyğun gəlir. Amma o, sinir sistemini həyəcanlandırır və onu rahatlaşdırmır, bu da yuxunun keyfiyyətini pisləşdirir. Sabahkı gün insan özünü çox yorğun və halsız hiss edə bilər.

Sosial şəbəkələr 

Bundan əlavə, sosial şəbəkələr çox vaxt insanın fikrini formalaşdırır. Ona yalan mənəvi prinsipləri sırıyır, onların daha bir əhəmiyyətli çatışmazlığı da var. Sosial şəbəkələr informasiya axınını artırırlar, buna görə də insan onu təhlil etməyə vaxt tapmır və işin məhsuldarlığı azalır.

Eyni zamanda bir çox işləri yerinə yetirmək

Şübhəsiz ki, böyükləri yamsılamada qəbahətli bir şey yoxdur. Amma həqiqətən, öz şüurunu bölüb, bir neçə vəzifəni keyfiyyətcə yalnız tək-tük adamlar yerinə yetirə bilər. Əksəriyyət isə hər şeyi real səylər sərf etmədən “fon rejimində” edir ki, bu da işin keyfiyyətinə əhəmiyyətli dərəcədə təsir göstərir.


II hissəyə nəzər yetirmək üçün keçidə daxil olun



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Fiziki şəxslərin zərərləri növbəti illərə keçirilə bilərmi?

posted in: Xəbər | 0

gəlir vergisi, Ezamiyyə norması, Vergi borcları, Vergi ödəyicisi, Vergi ödəyicisimalların uçotu, azadolmalar, vergi güzəştləri, mükafatdan vergi, Vergi güzəşti, təsisçi, Borc məbləğləri, Zərərin keçirilməsi, Zərər, Kameral uyğunsuzluq məktubları, Kameral uyğunsuzluq məktubu, Hüquqi şəxs, nizamnamə kapitalı, əsas vəsaitlər, 57.1 və 58.1-1-ci maddələrin fərqi, vergi ödəyicilərinin mənfəəti, sənədlər, Təmir xərcləri, malların təqdim edilməsi, Xidmətlərin göstərilməsi, Vergi Məcəlləsində dəyişiklik, vergi uçotu, daşımalar, Ödəmə mənbəyində vergi, Vergi elementləri, vergi məcəlləsi, qayda pozuntusu, icra, Nağdsız hesablaşmalar?Sadələşdirilmiş vergi, qayda pozuntusu, təmir xərcləri, vergi ödəyicisinin vergi öhdəliyi, maliyyə dəstəyi, Pandemiya, Vergi Məcəlləsi, Vergi ödəyiciləri, Ezamiyyə xərci, vergi borcu, vergi mükəlləfiyyəti, koronavirusla bağlı fəsil, Vergi Məcəlləsi, vergitutma, Mənfəət vergisi üzrə güzəşt, debitor borclar üzrə – iddia müddətinin bitdiyi vaxt, , maliyyə sanksiyası, Vergi Məcəlləsi, Gəlir vergisi, 102.2.5 maddəsi, 102.2.5 maddəsindəki güzəşt, güzəşt hüququ, satış, fərqlənmə nişanı, EDV, güzəşt, Vergi Məcəlləsi, xərcin çəkilməsi, kassa, vergi mecellesi, Vergi Məcəlləsi, mal, nağd,ÖMV, ƏDV,Əsas vəsaitlər, MMC-nin satılması,Fiziki şəxslərin zərərlərinin növbəti ilə keçirilə bilməsi barədə:

Fiziki şəxsin sahibkarlıq fəaliyyətindən əldə edilən ümumi gəlirindən çıxılmasına yol verilən xərclərinin ümumi gəlirdən artıq olan hissəsi fiziki şəxsin digər gəlirlərdən çıxıla bilməz. Lakin gələcək dövrlərdə sahibkarlıq fəaliyyətindən ümumi gəlir hesabına kompensasiya edilməsi üçün üç ilədək davam edən sonrakı dövrə keçirilə bilər.

Əsaslandırılma: Vergi Məcəlləsinin 121.2-ci maddəsi.

Mənbə: sosial.gov.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 919 920 921 922 923 924 925 2. 705