Read More9
Read More9

ƏMAS-da tarif maaşından aşağı məbləğ halları

posted in: Xəbər | 0

Mövzunu iqtisadçı ekspert Anar Bayramov şərh edir.

Əmək Məcəlləsinin 157-ci maddəsinə əsasən, əməkhaqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. Həmin maddədə tarif (vəzifə) maaşı, əməkhaqqına əlavə və mükafata da aydınlıq gətirilib:

“Tarif (vəzifǝ) maaşı – işin mürəkkəbliyi, əməyin gərginliyi və işçinin ixtisas səviyyəsinə görə müəyyən edilən əməkhaqqının əsas hissəsidir.

Əməkhaqqına əlavə – əmək şəraiti ilə əlaqədar əvəzödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əməkhaqqına müəyyən edilən əlavə ödənişdir.

Mükafat – əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədi ilə əməkhaqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaitidir”.

Əvvəlcə tarif (vəzifə) maaşının Əmək və Məşğulluq Altsistemində (ƏMAS) qeyd edilməsi ilə bağlı məqamlara aydınlıq gətirək. Əmək Məcəlləsinin 155-ci maddəsinin 3-cü hissəsində qeyd edilir ki, aylıq iş vaxtı normasını işləmiş və əmək funksiyasını yerinə yetirmiş işçinin aylıq əməkhaqqı dövlət tərəfindən müəyyən edilmiş minimum əməkhaqqı məbləğindən aşağı ola bilməz.

Məlumat üçün bildirək ki, 1 yanvar 2025-ci il tarixdən etibarən Azərbaycanda minimum əməkhaqqı 400 manat təşkil edir. ƏMAS altsistemində də minimum əməkhaqqı ilə bağlı tələblər gözlənilir.

Misal 1

İşəgötürən vəzifəni yaratdıqda onu tam ştat kimi qeyd edib, amma işçinin əməkhaqqını minimum əməkhaqqından (400 manatdan) aşağı müəyyən etmək istəyir. Bu halda 400 manatdan aşağı əməkhaqqını proqram təminatı qəbul etməyəcək və ən azı minimum əməkhaqqı qədər olması barədə bildiriş çıxacaq.

Misal 2

İşəgötürən tam ştat olaraq yaratdığı vəzifəyə əlavə iş yeri üzrə işçi qəbul edir. Bu halda işçinin iş yeri əlavə iş yeri kimi qeyd olunduğundan, sistem tarif (vəzifə) maaşı bölməsində hər hansı məhdudiyyət tətbiq etmir. İşəgötürən işçiyə minimum əməkhaqqından aşağı əməkhaqqı təyin edə bilir.

Misal 3

İşəgötürən ştatı yaratdıqda “Tam” yox, “Digərləri (3/4, 1/2 vǝ)” seçimini edib. İşəgötürən işçini əsas iş yeri üzrə işə qəbul etdiyi zaman ştat vahidi tam olaraq qeyd edilmədiyindən, ƏMAS tərəfindən minimum əməkhaqqı tələbi qoyulmur.

Bəs tam ştat vəzifəsi üzrə işçiyə natamam iş vaxtı tətbiq edib minimum əməkhaqqından aşağı məbləğ ödənilə bilərmi?

Təcrübədə ən çox rast gəlinən hallardan biri də ştat vahidi yaradarkən “Ştat məlumatları” bölməsində “Tam”ı seçən (qeyd edən) işəgötürənin işə qəbul edilən işçiyə iş vaxtı normasını tam olaraq müəyyən etmək istəməməsidir.

Misal 4

İşəgötürən tam ştatla yaratdığı satış meneceri vəzifəsinə işçi qəbul edir. Əmək müqaviləsinin şərtlərinə əsasən, işçinin iş vaxtı gündəlik 5 saat müəyyən edilib. ƏMAS-da işçinin əmək müqaviləsi bildirişinə işçinin əsas iş yeri üzrə işə qəbul olunması qeyd edilib. İşəgötürən işçinin aylıq iş vaxtı normasını tam işləməyəcəyini əsas gətirərək, ona 400 manat yox, 250 manat əməkhaqqı müəyyən edib.

ƏMAS altsistemi işçinin iş yerinin əsas, ştatın tam olduğunu nəzərə alaraq, işçiyə minimum əməkhaqqından aşağı – 250 manat əməkhaqqı müəyyən edilməsinə icazə verməyəcək. Əmək qanunvericiliyi baxımından, qeyd edilən hal mümkün olsa da ƏMAS altsistemi tərəfindən məhdudiyyət tətbiq edilir. Çıxış yolu kimi işəgötürən tam ştat yaratdığı şatış meneceri vakant vəzifəsini ləğv edərək, işçinin iş saatına müvafiq olaraq 3/4, 1/2 vǝ ya 1/4 olmaqla yeni ştat yaratmalıdır.

Mənbə: vergiler.az

Azərbaycanda dövlət rüsumundan azad edilən şəxslərin siyahısı genişlənir

Video: “Vergi Məcəlləsinə gözlənilən dəyişikliklər – 2026”

posted in: Xəbər | 0

“Azərbaycan Mühasiblər Məktəbi”nin “Vergi Məcəlləsinə gözlənilən dəyişikliklər – 2026” mövzusunda təşkil etdiyi ödənişsiz vebinara qoşula bilməyənlər, keçid edərək video yazını izləyə bilərlər.

Vebinarın təqdimatçısı Azər Qənbərov Azərbaycan Dövlət İqtisad Universitetində “Dövlət maliyyəsində vergi siyasəti”, “Vergi müqavilələri”, “Vergi auditi”,  “Rəqəmsal iqtisadiyyat və vergiqoyma”, “Vergiqoymanın prinsipləri” fənlərini tədris edir. Eyni zamanda “Azərbaycan Mühasiblər Məktəbi”ndə vergi üzrə təlimçi olaraq fəaliyyət göstərir. Dövlət İmtahan Mərkəzində PMS imtahanları üzrə ekspertdir.

Azercell şirkətində Vergi hesabatları bölümünün rəhbəridir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində “Biznesə başlama, vergi və hesabatlılıq” üzrə işçi qrupunun üzvüdür.

SOCAR Baş ofisində Vergilər Departamentində rəis müavini vəzifələrində çalışmışdır. Vergi qanunvericiliyinin tətbiqinə dair 50-dən artıq məqalənin müəllifidir. Peşəkar Mühasib Sertifikat imtahanını hər iki sektor üzrə müvəfəqiyyətlə vermişdir. “CİMA və ACCA” üzrə “Diplom Performance Management” və “DİPİFR” beynəlxalq diplomların, həmçinin Daxili audit Sertifikatının sahibidir.

Azərbaycanda ilk dəfə mənfəət vergisinin SAP ERP sistemində avtomatlaşdırılması və vergi uçotu ilə maya dəyərinin, gəlir və xərclərin uçotunun, eləcə də vergi registrlərinin düzgün formalaşması üzrə layihənin rəhbəridir.

Vergi auditi və daxili audit üzrə 15 ildən çox təcrübəyə malikdir.

Azər Qənbərovun təqdimatında digər ödənişli kurslarda iştirak edə bilərsiniz:

Azərbaycanda dövlət rüsumundan azad edilən şəxslərin siyahısı genişlənir

posted in: Xəbər | 0

Azərbaycanda dövlət rüsumu tutulmayan şəxslərin əhatə dairəsi genişləndirilir.

Bununla bağlı “Dövlət rüsumu haqqında” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunlara yeni maddələr əlavə olunur.

Sözügedən qanun layihəsi Milli Məclisin dekabrın 16-da keçiriləcək plenar iclasının gündəliyinə daxil edilib.

Yeni maddəyə görə, ölkənin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi, 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar, həmçinin hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini), o cümlədən Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirməklə əlaqədar əlilliyi müəyyən edilmiş, habelə şəhid ailəsi statusu almış şəxslərdən bəzi xidmətlər və hüquqi hərəkətlər üçün dövlət rüsumu tutulmur.

Qeyd edilib ki, həmin xidmətlər daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsi ilə bağlıdır.

Buraya aiddir:

  • daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınması ilə bağlı reyestrdən çıxarışın, texniki sənədlərin (pasport ve plan ölçü) verilməsi;
  • torpaq sahələri üzərində hüquqların qeydiyyatı üçün mərzçəkmə işlərinin görülməsi;
  • əmlak üzərində hüquqların məhdudlaşdırılmasına daşınmaz (yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsi,
  • ipotekanın dövlət qeydiyyatına alınması, eləcə də daşınmaz əmlaka dair digər hüquqi hərəkətlər

Mənbə: report.az

Çıxarışı olmayan evə görə əmlak vergisi ödənilməlidirmi?

Çıxarışı olmayan evə görə əmlak vergisi ödənilməlidirmi?

posted in: Xəbər | 0

Mənə məxsus yaşayış evinin mülkiyyət sənədi (çıxarışı) olmadığı halda ərazi bələdiyyəsi tərəfindən iyul ayında tədiyyə bildirişi təqdim edilib. Həmin bildirişdə 95 manat əmlak vergisi borcumun olduğu qeyd edilib. Bilmək istərdim ki, mülkiyyət sənədi olmayan evə görə əmlak vergisi hesablanılırmı?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, fiziki şəxs mülkiyyətində olan yaşayış sahəsinə görə əmlak vergisinin ödəyicisidir. Vergi Məcəlləsinin 197.1.1-ci maddəsinin müddəalarına əsasən, fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalar, o cümlədən fərdi yaşayış evləri əmlak vergisinin vergitutma obyektidir.

Bununla yanaşı, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 12.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
Göründüyü kimi, fiziki şəxslər mülkiyyətində olan daşınmaz əmlaka görə əmlak vergisinin ödəyicisi sayılır və daşınmaz əmlaka mülkiyyət hüququ müvafiq qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla müəyyən olunur.

Yuxarıda qeyd olunanlar Vergi Məcəlləsinin 196-cı və 197-ci maddələri, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

Mənbə: vergiler.az

235 saylı “Sair qısamüddətli maliyyə aktivlərinin dəyərinin azalmasına görə düzəlişlər” hesabı üzrə uçot

1 90 91 92 93 94 95 96 2. 693
error: Content is protected !!