Read More9
Read More9

Bu işçilərə öz xahişləri ilə ödənişsiz məzuniyyətlər veriləcək

posted in: Xəbər | 0

İşçilərin xahişi ilə verilən ödənişsiz məzuniyyətlərə əlavələr ediləcək.

Bu məsələ Milli Məclisin Regional məsələlər komitəsinin dekabrın 3-də keçirilən onlayn iclasında müzakirə olunan Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, işçilərin xahişi ilə bir iş ilində aşağıdakı hallarda və müddətdə ödənişsiz məzuniyyətlər veriləcək:

  • əsas iş yerində ezamiyyətə gedən işçiyə – əlavə iş yerində əsas iş yeri üzrə ezamiyyə müddətində;
  • əlavə iş yerində ezamiyyətə gedən işçiyə – əsas iş yerində əlavə iş yeri üzrə ezamiyyə müddətində.

Mənbə: banker.az

Əmək müqaviləsi və dəyişikliklər nə zaman hüquqi qüvvəyə minir?

233 saylı “Verilmiş qısamüddətli borclar” hesabı üzrə uçot

posted in: Xəbər | 0

Qısamüddətli aktivlər

Qısamüddətli aktivlər 12 ayadək istifadə olunan aktivlərdir. Belə aktivlər hesablar planının ikinci bölməsinin uçot hesabları üzrə qeydə alınır. Onlara qısamüddətli maliyyə investisiyaları, cari dövriyyə aktivləri, pul vəsaitləri və onların ekvivalentləri, qısamüddətli debitor borcları və satış üçün alınmış qısamüddətli aktivlər nümunə göstərilə bilər.

Verilmiş qısamüddətli borclar sair qısamüddətli aktivlər qrupuna aid edilir. Müəssisələrin borc öhdəliklərinin olması adi işgüzar təcrübədir. Borc kapitalı tez-tez əlavə maliyyə mənbəyi kimi istifadə olunur: xammal, material və avadanlıqların alınması üçün. Əgər borcu alan varsa, verilmiş borcların olması da təbiidir.

Qısamüddətli maliyyə aktivlərə aşağıdakılar nümunə göstərilə bilər:

  • saxlanılan qısamüddətli investisiyalar;
  • verilmiş qısamüddətli borclar;
  • digər qısamüddətli investisiyalar.

Sair qısamüddətli maliyyə aktivləri Hesablar Planının 23-cü maddəsinə uyğun olaraq uçota alınır.

Sair qısamüddətli maliyyə aktivləri

Maliyyə qoyuluşları müddətinə görə uzunmüddətli və qısamüddətli kimi təsnif edilə bilər. Müəssisə qoyuluşların hansı kateqoriyaya aid olduğu dəqiq müəyyən etməlidir. Qısamüddətli maliyyə aktivləri, adından da göründüyü kimi, qısamüddətli ödəmə müddəti ilə xarakterizə olunur – adətən bir ilə qədər. Çox vaxt daha qısa ödəmə şərtləri var – 30 günə qədər verilmiş qısamüddətli maliyyə aktivləri var.

Sair qısamüddətli maliyyə aktivləri üzrə mühasibat uçotunun aparılması AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”  əsasında aparılır. Bu qaydalar mühasibat uçotunda tətbiq edilən hesabların tərkibini, subhesabların açılması, müxabirləşmələrin verilməsi qaydalarını tənzimləyir.

Həmin qaydaların Qaydaların 25.1-ci maddəsinə görə sair qısamüddətli maliyyə aktivləri üçün aşağıdakı hesablar açıla bilər:AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları” əsasında aparılır. Bu qaydalar mühasibat uçotunda tətbiq edilən hesabların tərkibini , subhesabların açılması, müxabirləşmələrin verilməsi qaydalarını tənzimləyir. Həmin qaydaların Qaydalarına görə Sair qısamüddətli aktivlər üçün aılan hesablar

233 №li “Qısamüddətli verilmiş borclar” hesabı üzrə müxabirləşmə nümunəsi

Mühasibat uçotu subyekti tərəfindən verilmiş qısamüddətli borcların hərəkəti haqqında ümumiləşdirilmiş məlumatlar 233 saylı “Qısamüddətli verilmiş borclar” hesabında əks etdirilir.

Qısamüddətli verilmiş borclar bu hesabın debeti və 221, 223, 225 saylı hesabların kreditində əks etdirilir.

Debitor borcları verilmiş qısamüddətli borclar kimi təsnifləşdirilən zaman müxabirləşmələr yuxarıda qeyd edilən qaydaların 25.16 bəndi ilə nizamlanır.

Verilmiş qısamüddətli borcların mənbəyi mühasibat uçotu subyekti tərəfindən buraxılan səhmlər olduqda, aşağıdakı mühasibat yazılışı verilir:

  • Debet 302 saylı hesab, kredit 301 saylı hesab;
  • Debet 233 saylı hesab, kredit 302 saylı hesab.

Müəssisəyə qısamüddətli borcların verilməsi halı ilə bağlı aşağıdakı nümunəyə baxaq:

Nümunə: A” MMC “B” MMC-ə  aylıq, faiz dərəcəsi 20% olmaq şərti ilə 40000 manat qısamüddətli borc vermişdir. Verilmiş qısamüddətli borcla bağlı “B” MMC cəmi 8000 manat faiz ödəməlidir.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Müəssisəyə uzunmüddətli borc verilir 233 – Qısamüddətli verilmiş borclar 223 – Bank hesablaşma hesabları 40000.00
2 Hesablanan faiz gəlirləri gələcək dövrün gəlirləri kimi faizlər üzrə qısamüddətli debitor borcları kimi tanınır 216 – Faizlər üzrə qısamüddətli debitor borcları 542 – Gələcək hesabat dövrünün gəlirləri 8000.00
3 Hesablanan faiz borcunun ödənilməsi 223 – Bank hesablaşma hesabları 216 – Faizlər üzrə qısamüddətli debitor borcları 8000.00
4 Hesablanan faizlərdən olan gəlirlərin maliyyə gəlirlərinə tanınması 542 – Gələcək hesabat dövrünün gəlirləri 631 – Maliyyə gəlirləri 8000.00
5 İlin sonu üçün olan maliyyə gəlirləri Ümumi mənfəət (zərər) hesabına bağlanır 631 – Maliyyə gəlirləri 801 – Ümumi mənfəət (Zərər) 8000.00
6 Qısamüddətli verilmiş borclar qaytarılır 223 – Bank hesablaşma hesabları 233 – Qısamüddətli verilmiş borclar 40000.00

232 saylı “Ödənişə qədər saxlanılan qısamüddətli investisiyalar” hesabı üzrə uçot

Əmək müqaviləsi və dəyişikliklər nə zaman hüquqi qüvvəyə minir?

posted in: Xəbər | 0

Əmək Məcəlləsinin 49-cü maddəsinin birinci hissəsinə əsasən, bu maddənin 2-ci və 3-cü hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsi və ya ona dəyişiklik tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalandıqda, son imzalanma tarixindən əmək müqaviləsi bağlanılmış və ya ona dəyişiklik edilmiş hesab olunur və hüquqi qüvvəyə minir.

İqtisadçı ekspert Anar Bayramov bu maddə ilə bağlı diqqət yetirilməli olan məqamlara aydınlıq gətirir. 

Birinci məqam elektron əmək müqaviləsinin imzalanmasında istisnaların olmasıdır. Əmək Məcəlləsinin 49-cu maddəsinin ikinci və üçünçü hissələri, müvafiq olaraq, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikası Prezidentinin 8 iyul 2014-cü il tarixli 206 nömrəli fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranan vəzifələrin (peşələrin) siyahısı” üzrə halları tənzimləyir. Qeyd edilən qanunvericiliyə uyğun olaraq, əmək müqavilələrinin hüquqi qüvvəyə minməsi ilə bağlı fərqli yanaşmalar tətbiq edilir.

İkinci məqam əmək müqaviləsi və ya ona dəyişikliklərin hər iki tərəfdən gücləndirilmiş elektron imza ilə imzalanması tələbinin olmasıdır. Əmək Məcəlləsində edilmiş son dəyişikliyədək işəgötürən və işçi arasında əmək müqaviləsi kağız formada imzalanırdı. İşəgötürən ƏMAS altsistemində tələb olunan məlumatları daxil etdikdən sonra sənədi yalnız özü elektron imza ilə imzalayırdı. Həmin prosesdən sonra dövlət qurumu tərəfindən əmək müqaviləsi bildirişi göndərilməsi ilə əmək müqaviləsi hüquqi qüvvəyə minirdi.

Yeni dəyişiklikdən sonra prosesin həyata keçirilməsi ardıcıllığı aşağıdakı kimi müəyyən edilib:

  • işəgötürən ƏMAS altsistemində elektron əmək müqaviləsi hazırlayır;
  • hazırlanmış əmək müqaviləsi qeydiyyata alındıqdan sonra təsdiq üçün işə qəbul olunacaq şəxsə göndərilir;
  • işə qəbul olunan şəxs ƏMAS altsisteminə daxil olub, elektron kabinetində işəgötürən tərəfindən göndərilən əmək müqaviləsini gücləndirilmiş elektron imza ilə imzalayır;
  • işçi tərəfindən imzalanmış əmək müqaviləsi işəgötürən tərəfindən elektron imza ilə imzalandıqdan sonra əmək müqaviləsi hüquqi qüvvəyə minmiş hesab edilir.

Bir məlumatı da qeyd edək ki, ƏMAS altsistemində edilmiş son dəyişikliklər nəticəsində əmək müqaviləsinin bağlanma tarixi avtomatik olaraq müəyyən edilib. Bu zaman işəgötürən tərəfindən əmək müqaviləsinin bağlanması tarixinə hər hansı müdaxiləyə məhdudiyyət qoyulub.

Mənbə: vergiler.az

Dövlət orqanlarına qəbul qaydasında dəyişiklik

Dövlət orqanlarına qəbul qaydasında dəyişiklik

posted in: Xəbər | 0

Dövlət qulluğuna qəbul qaydalarında dəyişiklik təsdiq edilid.

Bu məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan “Dövlət qulluğu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Mövcud qanunvericiliyə əsasən, 1-3-cü kateqoriya dövlət orqanlarında (müvafiq icra hakimiyyəti orqanı, habelə Azərbaycan Respublikasının xarici ölkələrdə ticarət nümayəndələri istisna olmaqla) inzibati vəzifələrin birinci üçüncü təsnifatlarına uyğun olan vəzifələrə qəbul daxili müsahibə əsasında həyata keçirilir.

Təklif olunan dəyişikliyə əsasən, 1-3-cü kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin birinci üçüncü təsnifatlarına uyğun olan vəzifələrə (yerli icra hakimiyyəti orqanlarının rəhbərlərinin müavinləri və Azərbaycan Respublikasının xarici ölkələrdə ticarət nümayəndələri istisna olmaqla) qəbul daxili müsahibə əsasında həyata keçiriləcək.

Qanun layihəsi səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Mənbə: banker.az

Xarici vətəndaşlara tibbi xidmətlər üzrə ödənilən ƏDV-nin geri qaytarılması

1 93 94 95 96 97 98 99 2. 693
error: Content is protected !!