Sahibkarlar üçün ödənişsiz təlimlər keçirilir
Mikro, kiçik və orta sahibkarlıq subyektləri üçün müxtəlif dəstək tədbirləri və güzəştlərlə yanaşı, onların sahibkarlıq fəaliyyəti ilə bağlı bilik və bacarıqlarının, məlumatlılıq səviyyəsinin artırılması da dövlət tərəfindən dəstəklənir. Bu məqsədlə KOB subyektləri, startaplar və biznesə başlamaq istəyən şəxslərə müasir çağırışlar nəzərə alınmaqla peşəkar təlimçi-ekspertlər tərəfindən təlim və məsləhət xidmətləri göstərilir.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) bildirilib ki, Bakı, Sumqayıt, Xaçmaz, Yevlax və Şəki şəhərlərində yerləşən KOB inkişaf mərkəzləri (KOBİM) tərəfindən pandemiya şəraitinin tələbləri nəzərə alınmaqla mərkəzlərdə və onlayn formatda biznesyönümlü təlimlər təşkil olunur.
Təlimlərdə iştirak ödənişsizdir. Sahibkarlıq subyektləri may ayında keçiriləcək təlimlər barədə ətraflı məlumatı KOBİA-nın rəsmi internet səhifəsindən (https://bit.ly/3yekQAW) və ya KOBİM-lərin vahid internet saytından – www.kobim.az əldə edə bilərlər.
Qeyd edək ki, KOB inkişaf mərkəzləri tərəfindən keçirilən təlimlər biznesin planlaşdırılması və inkişafı, marketinq və satış, maliyyə, vergilər, sığorta, insan resurslarının idarə edilməsi, ixrac, sahibkarlıq sahəsində qanunvericilik, peşəkar ünsiyyət bacarıqları və sair kimi istiqamətləri əhatə edir. Təlimlər KOB subyektlərinin ehtiyacları, eləcə də biznes sahəsində müasir çağırışlar və yeniliklər nəzərə alınmaqla planlaşdırılır. KOBİM-lər, həmçinin sahibkarlara fərdi və qrup halında məsləhət xidmətləri göstərir, biznes planın və layihələrin hazırlanması, biznes ideyanın reallaşdırılması üçün dövlət və özəl qurumlarla əlaqələndirmə və maliyyə resurslarına çıxış istiqamətlərində və sair dəstək göstərir.
Mənbə: vergiler.az

Maliyyə Nazirliyinin Kollegiyası 30 noyabr 2018-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Büdcə təşkilatları və dövlət büdcəsindən maliyyə yardımı alan təşkilatlar üçün həmin vəsaitlərdən istifadə barədə aylıq, rüblük və ilin əvvəlindən artan yekunla funksional, iqtisadi və inzibati təsnifatlar üzrə hesabat formaları və onların təqdim edilmə Qaydası”nda
“Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli Qərarında dəyişiklik edilməsi barədə