“Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”nda dəyişiklik edilib

posted in: Xəbər | 0

korrupsiya, Əmək müqaviləsi, Topdansatış ticarət, mühasiblərlə görüş, Vergi inzibatçılığı, Rəqəmsal vergi idarəetməsi, elektron dövlət qeydiyyatı, icbari tibbi sığorta, Rəqəmsal Transformasiya Şurası, alt fəaliyyət növləri, Vergi orqanları, ikiqat vergitutma, Dövlət Vergi Xidməti, vergi sistemi, DVX, vergi xidməti, peşə bayramı,işə qəbul, DTA-03 ərizə forması, DTA-05 ərizə forması, ərizə formaları, Müvəqqəti vergi rejimi, Sosial sığorta haqqı, Nəqliyyat vasitələrinin fəaliyyəti, Vergi Xidməti, Vergi bəyannamələri, icarə müqaviləsi, Obyekt kodu, İcarə müqaviləsi, sərəncam, sahibkar, onlayn növbə, Könüllü vergi ödəyicisi, Bəyannamələrin elektron forması, Vergi güzəştləri, bəyannamə formaları, Fərdi sahibkarlar, maliyyə dəstəyi, ƏDV-nin qaytarılması, Riskli vergi ödəyiciləri, elektron alış aktı, alış aktları, Vergi ödəyicilərinin qəbulu, qeyri-rezident, ödənilmiş vergilər, vergi hesabatları, vergi hesabatlarının vaxtıİqtisadiyyat Nazirliyinin Kollegiyası ləğv edilmiş və hazırda Dövlət Vergi Xidməti adlanan Vergilər Nazirliyinin Kollegiyasının 7 sentyabr 2016-cı il tarixli rərarı ilə təsdiq edilmiş “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”nda dəyişiklik edib.

Bununla bağlı qərarı nazir Mikayıl Cabbarov imzalayıb.

Qərara əsasən, ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200 min manatdan artıq olan, ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği 30 min manatdan, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği 15 min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlərin yalnız nağdsız qaydada həyata keçirilməsi tələbi aradan qaldırılıb. Bu tələb yalnız ictimai iaşə fəaliyyəti ilə məşğul olan sahibkarlar üçün saxlanılıb.

Nazirliyin Hüquq şöbəsinin müdiri Tural İsgəndərova qərarı Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi məqsədi ilə 3 gün müddətində Ədliyyə Nazirliyinə göndərilməsi üçün zəruri tədbirlər görməli, Kollegiyanın məsul katibi, Daxili nəzarət şöbəsinin müdir müavini Elnur Əliyev isə qərarın surətini göndərilmə siyahısına uyğun çatdırmalıdır.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Avro üçün dizaynı kim düşünüb tapır? (III hissə)

posted in: Xəbər | 0
lots of euro bills on the table

Avro üçün dizaynı kim düşünüb tapır? Avropalıların həyatından onlar hansı süjetləri əks etdirirlər?

III hissə (II hissəyə nəzər yetirmək üçün keçidə daxil olun)

Sikkələrin öyrənilməsi formatında Avropa ekskursiyası

Çox vaxt mühüm tarixi hadisələr motivə çevrilir. Belə ki, alman xatirə sikkələrinin ən son seriyası, 30 000 ədəd sayında, oktyabrın 8-də, “Varşavada diz çökmə”nin əlli illiyi şərəfinə buraxılmışdı. Sikkənin üz tərəfində Varşava gettosunda 1943-cü ildə baş vermiş və faşistlər tərəfindən qəddarlıqla yatırılan üsyanı xarakterizə edən Memorialın önündə diz çökən Qərbi Almaniya kansleri Villi Brandtın təsviri yer alıb. Bu jest Villi Brandtın Şərq siyasətinin simvolu oldu. Sikkənin sol küncündə iudaizmin simvolu olan yeddi şam təsvir olunub.

Xatirə sikkələrində bir çox digər hadisələr də əks olunub: Berlin divarının yıxılması, Birinci dünya müharibəsinin başlanması, Vatikanın əsasının qoyulması, Ümumdünya insan hüquqları bəyannaməsinin qəbul olunması.

Bəzən mühüm sosial mövzular da motivə çevrilir.  Məsələn, keçən ilin dekabrında Andorrada qadınların seçki hüququnun əllinci ildönümü şərəfinə dalğavari saçı olan qadının simvolik təsviri əks edilmiş 60.000 sikkə buraxıb. Ötən ilin oktyabrında buraxılan fransız xatirə sikkələrinin seriyası da çox aktualdır: üz tərəfində mikroskopda DNK strukturunu tədqiq edən qadın təsviri yer alıb. Sikkələrin mövzusu – tibbi tədqiqatlardır.

Şən motivli sikkələr də olur. Bu yaxınlarda Maltada buraxılan xatirə sikkələri uşaqlara həsr olunub.

Hava ilanı, top və digər oyuncaq təsvirlərini istisnasız olaraq uşaqlar arasında keçirilən müsabiqə çərçivəsində bir məktəbli düşünüb tapmışdı.

Çox vaxt sikkələr mühüm bir tarixi və ya mədəniyyət xadiminə həsr olunur, belə ki, üzərində keçmiş prezident Şarl de Qoll və filosof Simona Veyl, italiyalı yazıçı Covanni Bokkaçço və bəstəkar Cuzeppe Verdinin təsviri olan fransız avroları var.

Bəzən motivlər çox geniş ifadə olunur –

  • Malta öz sikkələrini təbiətə və ətraf mühitə həsr edib;
  • Latviya – çıxan günəşə;
  • Finlandiya – fin saunasına;
  • Sloveniya – arılara;
  • Vatikan – şəfqətə;
  • Belçika – bitkilərin sağlamlığına.

Son növ sikkələr – kolleksiya üçündür. Adi və xatirə sikkələrindən fərqli olaraq, onlardan pul kimi sitifadə olunmur, yalnız kolleksiyaçılar tərəfindən toplanılır. Belə sikkələrlə bağlı vahid Avropa tənzimlənməsi yoxdur – burada hər bir ölkənin milli bankı öz təsəvvürünə uyğun hərəkət edir.

Məsələn, bu yaxınlarda Belçika Milli bankı Belçika komikslərinin qəhrəmanları olan Bleyk və Mortimerə həsr olunmuş 5 və 25 avro nominallı kolleksiya sikkələri buraxıb.

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

“Vergi qanunvericiliyi və Test Toplusu 2021”

posted in: Xəbər | 0

Mks.az-dan daha bir faydalı nəşr: “Vergi qanunvericiliyi və Test Toplusu 2021”

Mks.az saytı vergi qanunvericiliyini (Vergi Məcəlləsi və əlaqəli normativ hüquqi aktları) əhatə edən yeni test toplusu hazırlayıb.  Kitabda 500 qapalı test sualı yer alıb. Saytın ekspert qrupu tərəfindən hazırlanan test tapşırıqları indiyədək heç bir yerdə dərc olunmayıb və istifadə edilməyib. Test tapşırıqlarının hazırlanması zamanı onların nəzəri baxımdan vergi qanunverciliyinin mənimsənilməsində açar (həlledici) məsələlər olması, praktiki nöqteyi-nəzərdən faydalılığı, riyazı hesablama vərdişlərini aşılaması, vergi yaddaşının möhkəmlənməsinə və məntiqi təfəkkürün inkişafına xidmət etməsi kimi prinsiplər əsas götürülüb. Test tapşırıqlarının əksəriyyəti konkret təsərrüfat əməliyyatlarına əsaslanan vergi öhdəliklərinin  müəyyənləşdirilməsi üzərində qurulduğundan hesablama tələb edir. Cavabların oxucular üçün əsaslandırılmış və aydın olması məqsədilə hesablamalar ayrıca cədvəldə təqdim olunub.

Qeyd edək ki, test sualları Vergi Məcəlləsi və əlaqəli qanunvericiliyin əhatə etdiyi aktual mövzulara uyğun olaraq təsnifləşdirilərək bölmələrə ayrılıb. Hər bölmədə toplanan test suallarının düzgün cavabları bölmənin sonunda yerləşdirilib. Bütün sualların düzgün cavablarının əsaslandığı qanunvericilik aktlarının adları, müvafiq maddələri və tələb olunan riyazı hesablamalar isə kitabın testlər hissəsi yekunlaşdıqdan sonra vahid cədvəldə təqdim olunub.

Testlərdə qoyulan məsələlərin doğru həllərinin üzləşdirmə yolu ilə yaddaşda möhkəmləndirilməsi məqsədilə kitabın ikinci hissəsində 1 may 2021-ci il tarixinə Vergi Məcəlləsi və əlaqəli vergi və sosial qanunvericilik aktları yerləşdirilib. Üstəlik, Vergi Məcəlləsinin mətnində bütün “müvafiq icra hakimiyyəti” ifadələrinin açılışı (tanımı) verilib.

“Vergi qanunvericiliyi. Test toplusu: 2021” kitabı təkcə vergi qanunvericiliyini öyrənənlər, vergi imtahanlarına hazırlaşanlar, bakalavrlar, magistrlər və doktorantlar üçün deyil, eyni zamanda, mühasiblər, vergi sahəsində çalışanlar və təlimçilər üçün faydalı vəsaitdir.

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Mühasibatlığı kimə etibar etməli?

posted in: muhasibat, Məqalə, Xəbər | 0

Hər bir sahibkar mühasibat uçotunun aparılmasını necə və kimə etibar edilməsi ilə bağlı məsələdə problemlərlə qarşılaşır. Müvafiq qanunvericiliyə görə mühasibat uçotunu bu mütəxəssislər yerinə yetirməlidirlər:

– Ştatlı iqtisadçı, müqavilə əsasında kənar mühasibat təşkilatı, müəsssisənin öz rəhbəri.

İri təşkilatlarda, şirkətlərdə işlərin həcmi böyük olduğundan ayrıca mühasibatlığın saxlanılması bir zərurətə çevrilir, kiçik təşkilat və müəssisələrdə isə mühasibat uçotunun istənilən üç üsulundan birinin təşkili məqsədəuyğun sayılır. Bütün üsulların müsbət və mənfi tərəflərinə diqqət yetirək.

Hər hansı bir şirkətə işə qəbul üçün yeni adam gələndə, müəssisə rəhbərləri həmin şəxsin zahiri görkəmindən onun necə bir işçi, qabiliyyətlərinin hansı səviyyədə olduğunu müəyyən etməkdə çətinlik çəkirlər. Əməkdaş müvafiq biliklərə malik ola bilər, amma praktiki iş təcrübəsi olmaya bilər. Mühasiblər çox vaxt iş prosesi zamanı dərk oluna bilərlər.

Səhvlər aşkar olunduqda, buna görə cərimə sanksiyaları ilə bağlı məsuliyyəti rəhbərlik daşıyır. Yüksək ixtisaslı baş mühasib və ondan ötrü iş yerinin təşkil olunması, böyük  məsrəflərə gətirib çıxarır. O səbəbdən bəzi müəssisələrə belə bir əməkdaşın saxlanılması sərf etmir.

Mühasibat uçotunun sərbəst şəkildə aparılmasından ötrü xüsusi biliklər və təhsil gərəkdir. Amma müəssisə rəhbərlərinin əksəriyyətinin iqtisadi və ya maliyyə təhsili olmur. Belə halda böyük problemlər ortaya çıxa bilər və sonda yenə də mühasibat uçotunun aparılmasından ötrü xüsusi şirkətlərə müraciət etmək lazım gələcək. Çünki mühasibat uçotunun bərpası bir zərurətdir və bunu yalnız mütəxəssis yoluna qoya bilər.

Mühasibatlıq işlərinin kənar təşkilatlar tərəfindən aparılması orta və kiçik biznes sahəsində çox geniş yayılıb. Belə bir şirkətlə əməkdaşlığı təxminən bu cür  xarakterizə etmək olar. Həmin şirkət sizin biznesinizin xüsusiyyətlərini öyrənir, yerinə yetirməli olduğunuz işləri müəyyənləşdirir, görəcəyi işlərə görə alacağı məbləği sizinlə razılaşdırır və nəhayət tərəflər arasında müqavilə imzalanır. Siz yalnız mühasibat şirkətinə bütün ilkin sənədləri təqdim edirsiniz, mühasibat hesabatlarını və vergi deklarasiyalarını imzalayırsınız.

Əgər, həmin şirkətin təqsiri üzündən hər hansı bir zərərə düşsəniz,  siz onu mülki məsuliyyətə cəlb edə bilərsiniz ki, bu da təşkilat üçün böyük üstünlükdür. Əgər, sizə vergi xidmətləri sahəsində konsultasiyalar lazımdırsa, onda şirkət sizə vergi məsləhətçisi  təyin edə bilər. Çünki mühasiblərin heç də hamısı sizin vergilərlə bağlı suallarınıza düzgün cavab vermək iqtidarında deyil. Vergi Kodeksinin düzgün başa düşülməməsi isə ciddi maliyyə itkilərinə gətirib çıxara bilər.

Müəssisənizin gəlirləri bir çox hallarda mühasibat uçotunun düzgün aparılmasından asılıdır və onu necə aparmalısınız, bax, bunu isə özünüz müəyyən etməlisiniz.


Mühasibat haqqında bir neçə maraqlı fakt


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 963 964 965 966 967 968 969 2. 693