Elektron Qaimə Faktura verilərsə Təhvil-Təslim aktına ehtiyac varmı?

posted in: Vergi, Xəbər | 0

Sual: Əgər işlərin və xidmətlərin təqdim olunması zamanı E-Qaimə yazılmışdırsa, “İşlərin və xidmətlərin görülməsinin təhvil-təslim aktı”nın doldurulmasına ehtiyac vardırmı? Xahiş edirəm hər iki halı “vardır” və “yoxdur” cavablarını qanunvericiliyə əsasən cavablandırasınız.

Cavab: Bildiririk ki, elektron qaimə-faktura “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”na əsasən tərtib edilir və həmin qaydalara əsasən elektron qaimə-faktura malların (işlərin, xidmətlərin) alıcıya təqdim edilməsi barədə məlumatları özündə əks etdirən sənədlər (müqavilələr (əqdlər), təhvil-təslim aktları, malların alınması üçün vəkalətnamə və s.) əsasında doldurulur və bu barədə məlumat isə elektron qaimə-fakturanın “Əsas” rekvizitində öz əksini tapır.

Bax: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”.

Mənbə: taxes.gov.az


Bax:


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Gəlirli startapı necə təsis etməli? (2-ci hissə)

posted in: Xəbər | 0

Gəlirli startapı necə təsis etməli? (2-ci hissə)

1-ci hissəyə nəzər yetirmək üçün keçidə daxil olun

Biznesə yeni başlayan sahibkarlardan ötrü 5 addımdan ibarət təlimat

  1. Sizin şirkətin mahiyyəti nədir?

Startap layihəyə başlamamışdan öncə fəaliyyətinizin dəqiq istiqamətini müəyyən edin.

“Mən nə ilə məşğul olacağam?” Startap yaratmaq barədə fikrə düşən kimi sizin özünüzə verəcəyiniz ən mühüm və nəticə etibarilə, ən birinci sual bu olmalıdır.

Şirkətin fəaliyyət istiqaməti – evin təməlidir: gələcək mərtəbələr üçün təməl zəruridir.

Uğurlu startap yaratmağın təməl amili – özünüzdən ötrü bacarıqlarınız, maraqlarınız və sizə niyə pul ödəməli olanlar arasında mükəmməl bir keçid nöqtəsini müəyyənləşdirməkdir.

Demək olar ki, hər bir uğurlu sahibkar öz maraqları, bacarığı və öz ideyası hesabına pul qazanmaq imkanı arasında optimal qızıl ortanı tapıb.

Məsələn, Stiv Cobsu nümunə götürək. Dizayn onun xoşuna gəlirdi (bu onun ehtirası idi), əla marketinq və məhsul meneceri (bacarıq) idi və müəyyən anda bazarda populyar olanlarla imkanları birləşdirməyi bacarırdı (pul qazanma) – bunlar həm fərdi kompüterlər, MP3 formatında audiopleyerlər, 3D effektli filmlər və həm də prinsipial olaraq yeni mobil cihazlar idi.

Soruşaqsınız, bundan sonra bəs nə? Aşağıdakı əsas suallara cavab verməyənə kimi əlinizə qələm və bir kağız parçası götürün.

Ehtiras

Gələcək şirkətiniz üçün siz hansı fəaliyyət növünü seçəcəksiniz? Siz ən çox nə ilə məşğul olmağı sevirsiniz? Sizi nələr coşdurur və “yatmağa” qoymur?

Coşqu olmadan uğurlu startap yaratmaq mümkün deyil, lakin, bu da hələ hamısı deyil.

Uğurlu olduğunuzu hiss etdiyiniz zaman çox vaxt işə olan həqiqi sevgi artır. Şirkətinizin istiqaməti barədə düşünərkən, diqqətinizi ani həvəsə yönəltməyin, gələcəkdə sizə nəyin məmnunluq hissi gətirə biləcəyini təsəvvür edin.

Hobbinizin siyahısını tərtib edin və növbəti mərhələyə keçin.

Bacarıq

Sizdə ən yaxşı nə alınır? Hansı mükəmməl istedadlar və ya qabiliyyətlərə maliksiniz? Başqalarından nəyi daha yaxşı bacarırsınız? Siz yüksək ixtisaslı bir dizayner, inkişaf etdirici, satıcı və ya hər şeydən baş çıxaran bir mahir sənətkarsınız?

Mümkün olduğu qədər daha çox bacarıqlarınızı yazın.


3-cü hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Hansı halda Mikro sahibkarlar dividend gəlirlərindən mütləq vergi ödəməlidir?

posted in: Xəbər | 0

dividendVergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən Mikro Sahibkarlıq subyekti olan hüquqi şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75 faizi vergidən azaddır. Eyni zamanda 106.10-cu maddəyə əsasən Mikro sahibkarlıq subyekti olan hüquqi şəxslərin təsisçilərinin Dividend gəlirləri də vergidən azad edilmişdir. Lakin burda kiçik bir nüans vardır ki, Vergi ödəyiciləri buna xüsusi fikir verməlidirlər, belə ki 106.10-cu maddədə deyilir:

106.10. Bu Məcəllə ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan və əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatadək olan rezident müəssisənin təsisçisi (payçısı) və yaxud səhmdarları olan hüquqi şəxslərin dividend gəlirləri vergidən azaddır.

Buna əsaslanaraq deyə bilərik ki, Mikro sahibkarlıq subyekti olan rezident müəssisənin təsisçisi (payçısı) və yaxud səhmdarları olan hüquqi şəxslərin dividend gəlirləri aşağıdakı 2 hal nəzərə alınarsa vergidən azad edilir:

  1. Müəssisə ƏDV ödəyicisi olmamalıdır.
  2. Məcəllə ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmalıdır.

Odur ki, Mikro sahibkarlıq subyekti olan rezident müəssisələr təsisçisilərinin dividend gəlirlərinin vergidən azad olmasını istəyirlərsə, yuxarıda qeyd edilən hər 2 halı nəzərə almalıdırlar.

Ramin Ramazanov / Muhasibat.Az


Bax:


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

“Apple” şirkəti haqqında nə bilirik?

posted in: Məqalə, Xəbər | 0

“Apple” şirkəti haqqında nə bilirik?

Şirkət haqqında və oradakı iş rejimi ilə əlaqəli bir çox faktları sözügedən şirkətdə indi də çalışan və vaxtilə işləmiş əməkdaşların maraqlı və qeyri-adi şərhlərindən öyrənə biləcəyik.

1. Çox fərqli insanlarla işləməli olursan. Rodrigo Estrada xatırlayır ki, onların şöbəsində idman fotoqrafı, sənədli filmlər rejissoru, rəqqas, folklor-musiqiçi, ssenari müəllifi, nəzəriyyəçi-fizik və bir çoxları çalışıb. Onun sözlərinə görə, heç vaxt bu cür maraqlı yerdə işləməyib.

2. Şirkətin kafesində yeganə pulsuz qida almadır.

3. Şirkətdə işləmək qeyri-formaldır. Burada vərdiş etdiyimiz testlər, daimi şifrə və versiya yoxlamaları, müntəzəm toplantılar olmur.

4. Şirkət statistika ilə bağlı çox narahatlıq keçirir. Əvvəllər ofisdə böyük ağ rəngli yazı taxtası mövcud olub ki, orada gəlirlərin göstəriciləri, texniki dəstəklə bağlı qəbul edilən zənglər və s. barədə daim yenilənən məlumatlar əks olunurdu.

5. Təcrübəyə gələnlərin hamısı ilk gündə “Apple”in xüsusi köynəyini geyinməli idilər. Pol Arkanın sözlərinə görə, əgər sən “Apple”in loqosu olan köynək geyinmiş çoxlu adam görürsənsə, deməli, həmin gün bazar ertəsidir və burada iştirak edənlərin hamısı təcrübə keçməyə ilk gün qatılanlardır.

6. Şirkətin bütün Kupertino üzrə hər yerdə çoxlu sayda kiçik ofisləri var. Əgər siz “İnfinite Loop”-dakı baş ofisdə işləyirsinizsə, deməli, azlıqdasınız.

7. Bir çox yeni işçilər xəyali məhsullar üzərində işləyir. Etibar qazanmaqdan ötrü əvvəlcə demək olar ki, tamamilə faydasız işləri yerinə yetirməkdən başlamalısan.

8. Müsahibə heç də çoxlarının düşündüyü kimi çox sərt deyil. Şirkətin keçmiş əməkdaşı “Apple”da işə qəbulla bağlı müsahibəni “Amazon”, “Yahoo” və “Akamai”-dəki ilə müqayisə edib və deyir ki, adları sonda çəkilən üç şirkətdəki müsahibələr daha çətindir və sərtlikləri ilə seçilir.

9. “Apple”da işləmək həqiqətən çox çətindir. İş qrafiki heç də həmişə normalara uyğun gəlmir, olur ki, istirahət günləri, nahar fasiləsi zamanı və bəzən gecələr də işləməli olursan.

10. Şam yeməyinə şirkətə pizza, burger və hətta pivə də gətirə bilərlər. Əgər bu baş veribsə, deməli bilmək lazımdır ki, bütün gecəni işləməli olacaqsan.


Mühasibat haqqında bir neçə maraqlı fakt


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 964 965 966 967 968 969 970 2. 693