Dividend güzəştləri hansı vergi ödəyicilərinə aiddir?

posted in: Vergi, Xəbər | 0

vergi ödəyiciləri, Dividend güzəştləri, Sadələşdirilmiş vergi, Sadələşdirilmiş sistem,Vergi Məcəlləsinin 13.2.15-ci maddəsinə görə, dividend – hüquqi şəxsin öz təsisçilərinin (payçılarının) və yaxud səhmdarlarının xeyrinə xalis mənfəətinin (sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən vergi və xərclər çıxıldıqdan sonra gəlirin) bölüşdürülməsi, o cümlədən hüquqi şəxs ləğv edilərkən xalis mənfəəti hesabına formalaşan əmlakın (aktivlərin) bölüşdürülməsi, habelə səhmlərin (payların) xalis mənfəət hesabına artırılan nominal dəyəri hüdudlarında geri alınması ilə bağlı pul və ya digər ödəmələr şəklində etdiyi ödənişdir.

Hüquqi şəxsin ləğvi ilə bağlı əmlakın bölüşdürülməsi nəticəsində əldə edilən gəlir (bölüşdürülməmiş mənfəət hesabına formalaşan əmlak istisna olmaqla), həmçinin səhmdarların səhmlərinin faiz nisbətini dəyişdirməyən səhmlərin bölüşdürülməsi, səhmlərin (hissələrin, payların) nominal dəyəri (bölüşdürülməmiş mənfəət hesabına səhmlərin (payların) artan nominal dəyəri istisna olmaqla) hüdudlarında geri alınması ilə bağlı edilən ödənişlər dividend sayılmır.

İqtisadçı ekspert Rəşad Əliyev qeyd edib ki, “dividend” anlayışının Vergi Məcəlləsində verilmiş yeni redaksiyası bu anlayışın əhatə dairəsini genişləndirir:

“Əvvəllər “dividend” ancaq hüquqi şəxsin öz təsisçilərinin (payçılarının) və ya səhmdarlarının xeyrinə xalis mənfəətinin bölüşdürülməsi ilə bağlı pul və ya digər ödəmələr şəklində etdiyi ödəniş hesab olunurdu. Anlayışın tərifinə edilmiş yeni əlavələrə əsasən, bundan sonra hüquqi şəxs ləğv edilərkən xalis mənfəəti hesabına formalaşan əmlakın bölüşdürülməsi nəticəsində əldə olunan ödəniş (və ya digər formada əldə edilmə) və səhmlərin (payların) xalis mənfəət hesabına artırılan hissəsi vergiqoyma məqsədləri üçün dividend hesab ediləcək. Bunların hər birinin üstündə ayrıca dayanmaq lazımdır. Çünki burada edilmiş iki əlavə vergiqoyma prinsiplərində yeni qaydaların tətbiqini nəzərdə tutur.

Hazırda qüvvədə olan qanunla səhmlərin (payların) xalis mənfəət hesabına artırılan hissəsi mahiyyətcə dividend hesab edilir. Çünki bu hallarda nizamnamə kapitalının artırılması faktiki olaraq səhmdarların (və ya payçıların) hesabına, yəni onların dividend şəklində almaq hüququ olan vəsaitdən istifadə etməklə həyata keçirilir. Lakin “dividend” anlayışının Məcəllənin 13.2.15.ci maddəsində verilən əvvəlki redaksiyası bu cür əməliyyatlarda istifadə edilən vəsaitləri dividend kimi müəyyənləşdirə bilmirdi. Bu səbəbdən, həmin vəsaitlər dividend kimi vergiyə cəlb olunmurdu. Yeni əlavədən sonra nizamnamə kapitalının artırılmasına yönəldilən xalis mənfəət dividend kimi vergiyə cəlb ediləcək”.

R.Əliyevin sözlərinə görə, digər əlavə daha maraqlıdır: “Əvvəllər hüquqi şəxs ləğv edilərkən xalis mənfəət hesabına formalaşan əmlakın bölüşdürülməsi nəticəsində əldə olunan ödəniş (və ya digər formada əldə edilmə) dividend hesab edilmirdi. Bundan sonra isə xalis mənfəətin həcmi həddində bölüşdürülən hissə dividend kimi vergiyə cəlb olunacaq”.

MİSAL:

Tutaq ki, “AAA” MMC ləğv edilir və onun 1 təsisçisi var. MMC-nin nizamnamə kapitalı 100 min manat, balans üzrə toplanmış (əvvəlki və cari illər üzrə) xalis mənfəəti 50 min manatdır. Müəssisə ləğv olunanda təsisçiyə 140 min manat qalır. Təsisçinin nizamnamə kapitalına qoyduğu 100 min manat paydan artıq olan 40 min manat sərəncamda qalmış xalis mənfəət (yəni 50 min manat və ondan az) həddində olduğu üçün həmin məbləğ dividend hesab ediləcək.

R.Əliyev onu da vurğulayıb ki, bu dəyişikliklərin bəzi biznes subyektləri üçün heç bir təsiri olmayacaq:

“Əslində, yeni dəyişikliklərə əsasən, bir sıra vergi ödəyiciləri dividend ödənişləri üzrə vergi güzəştləri alıblar. Məcəllə ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan və əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatadək olan rezident müəssisənin təsisçisi (payçısı) və yaxud səhmdarları olan fiziki və hüquqi şəxslər dividend gəlirləri üzrə vergidən azad ediliblər”.

Mənbə: vergiler.az


Bax:


Kapital Bank-ın kart sahibləri əlavə keşbek qazanacaqlar!

posted in: Xəbər | 0

Kapital Bank-ın Mastercard və Maestro kart sahibləri üçün yeni qazandıran aksiya keçirilir. Şərtlərə görə, Mastercard və Maestro kart sahibləri istənilən NFC ödənişləri həyata keçirən zaman, ilk 5 əməliyyatın hər birinə görə 1 AZN, 5-ci əməliyyat zamanı isə əlavə olaraq 5 AZN keşbek qazanacaqlar.

Aksiyada iştirak etmək üçün minimal ödəniş məbləği 5 AZN təşkil etməlidir. 8 iyun 2021-ci il tarixinədək davam edəcək aksiyada müştərilər hər Mastercard və Maestro kartları üzrə yalnız 1 dəfə yararlanaraq, əlavə 10 AZN qazana bilərlər.

Qeyd edək ki, Android əməliyyat sisteminin istifadəçiləri BirBank mobil tətbiqində NFC ödənişləri üçün Kapital Bank-ın istənilən Mastercard və Maestro ödəniş kartını əlavə etməklə, ödənişləri həyata keçirə bilərlər. Bu zaman telefonu POS-terminala yaxınlaşdırmaq kifayətdir. Aksiya barədə əlavə məlumatı saytdan almaq mümkündür – https://kbl.az/bmcnc.

Xatırladaq ki, ölkə üzrə ən məşhur olan BirBank tətbiqinin 2 milyondan artıq istifadəçisi var. iOS və Android əməliyyat sistemlərinin istifadəçiləri 1 dəqiqə vaxt sərf edərək, onlayn qeydiyyatdan keçməklə xidmətdən yararlana bilərlər. Tətbiqin bir sıra üstünlükləri vardır: rahat qeydiyyat, yerinde digital kartın aktivləşdirilməsi, NFC odənişlər, bonuslarin toplanılması və s. Ətraflı məlumat üçün www.birbank.az və ya 196 Məlumat Mərkəzi.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Dividend gəlirinin mənfəət vergisinə cəlb edilməsi

posted in: Vergi, Xəbər | 0

Dividend güzəştləriRezident müəssisə xarici şirkətdə sahib olduğu iştirak payına görə dividend əldə edir. Həmin gəliri Azərbaycan Respublikasında mənfəət vergisinə cəlb olunurmu?

Rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir.

Qeyd olunanlara əsasən, rezident müəssisənin Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend gəliri Azərbaycanda mənfəət vergisinə cəlb olunur.
Mənbə: vergiler.az

Bax:


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Qeyri-hökumət təşkilatlarının sənəd dövriyyəsi həm kağız daşıyıcılarla həm də elektron qaydada aparılacaq

posted in: Xəbər | 0

əmək haqqı, Peşəkar mühasib sertifikatı, iş günlərinə dəyişiklik, Ailə kəndli təsərrüfatı, əmək haqqının normativləri, Elektron qaimə-fakturanın forması, maliyyə dəstəyi, 190 manat, icbari tibbi sığorta, Kommersiya hüquqi şəxslərin təsisçiləri, karantin rejimi sərtləşdirilir, Gələn ilin bayram günləri, Karantin rejiminin müddəti, Malların ixrac qeydi ilə satışı Qaydası, aztəminatlı azərbaycanlılar, sosial yardım, gömrük güzəştlərinin səmərəliliyinin qiymətləndirilməsi, aqrar sığorta, xüsusi karantin rejimi, Sığortaolunanların fərdi uçotu, Sığortaolunanların fərdi uçotunun aparılması, uyğunluq nişanı, Uyğunluq sertifikatı, Uyğunluq sertifikatının forması, kassa əməliyyatları, Nağd pul vəsaitinin uçotu, Əmək qabiliyyəti, müavinət, Xüsusi karantin rejimi, icbari tibbi sığorta, Dövlət büdcəsi, gömrül rüsumları, gömrük rüsumlarının dərəcələri, Vahid büdcə təsnifatı , Ölkəyə mal gətirilməsi, işçilərin sayı ilə bağlı məhdudiyyət, Karantin rejimi yumşaldılır, Xüsusi karantin rejiminin sərtləşdirilməsi, Sərtləşdirilmiş xüsusi karantin rejimi, Riskli vergi, karantin rejimi yenidən uzadıldı, Sərt karantin rejimi, e-qaimə fakturanın Vahid Forması, E-qaimə faktura, dövlət dəstəyi, Elektron alış aktı, ictimai iaşə, müştəri qəbulu, Xüsusi karantin rejimi, karantin rejimi, 190 manatlıq birdəfəlik ödəmə, Xidməti vəsiqə, işləməyəcək yerlər, Təşkilatlarda çalışanlar, həftəsonu qadağası, həftə sonu qadağası, Vahid büdcə təsnifatı, Kənd təsərrüfatı, təlim, dərslər dayandırıldı, karantin dövrü artırılır, sahibkarlıq subyektləri, Özünüməşğulluğun təşkili, Müavinətlər, karantin rejiminin müddəti uzadıldı, vergi ödəyiciləri, Müvəqqəti vergi rejimi, idxal, digər rayonlara getmək, ƏDV-dən azad, , əmək haqqı, Karantin qaydaları, xüsusi karantin rejimi, sərəncam,işçi qrupların tərkibi, iş yerlərinin standartları, məzuniyyət, tibb müəssisəsinə təhkimolunma, sahibkarlara dəstək, Vergidən azadolunma məqsədləri, Novruz bayramı, İdxal gömrük rüsumları, Koronavirus, təlim-tədris dayandırıldı, gömrük rüsumları, Nazirlər Kabineti, aksiz dərəcələri, məhsul, gömrük güzəştlərinin tətbiqi, vergi, Gömrük rüsumları ,vəsait, nağdsız, qiymətləndirilmə, KOB indeksi, Turizm Reyestri, Publik hüquqi şəxs, Dövlət qulluğuna qəbul, Dövlət qulluğuna qəbul, İcbari tibbi sığorta, yanacaq ehtiyatı, , Vahid büdcə təsnifatı, İcbari tibbi sığorta, hüquqi şəxs, Hüquqi şəxslərin dövlət reyestri, gömrük rüsumu, kvalifikasiya standartının hazırlanması, Peşə, idxal, ixrac,məzuniyyət hesablanması, gömrük rüsumları, idxal, ixrac,İş və istirahət günləri, dövlət reyestrinin aparılması hüquqiAzərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  “Qeyri-hökumət təşkilatının,   habelə   xarici   dövlətlərin   qeyri-hökumət təşkilatlarının  filial  və  ya  nümayəndəliklərinin  qəbul  etdiyi ianələrin məbləği və ianəni vermiş şəxslər barədə məlumatların təqdim edilməsi Qaydası”nın təsdiq edilməsi barədə” 2015-ci  il 21  oktyabr  tarixli  336  nömrəli  və  “Qeyri-hökumət  təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri tərəfindən xarici maliyyə mənbələri hesabına xidmətlərin  göstərilməsi  və  ya  işlərin  görülməsi  haqqında müqavilələrin qeydiyyata alınması Qaydası”nın təsdiq edilməsi barədə” 2015-ci il 21 oktyabrtarixli 337 nömrəliqərarlarında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci  abzasını  rəhbər  tutaraq,  Azərbaycan  Respublikasının Nazirlər Kabineti qərara alır:

1.Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  2015-ci   il 21 oktyabr tarixli 336 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, No 11, maddə 1407) ilə təsdiq edilmiş “Qeyri-hökumət təşkilatının, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin qəbul etdiyi ianələrin məbləği  və  ianəni  vermiş  şəxslər  barədə  məlumatların  təqdim edilməsi Qaydası”na aşağıdakı məzmunda 1.2-1-ci və 1.6-cı bəndlər əlavə edilsin:

“1.2-1.  Qeyri-hökumət  təşkilatları  qəbul  etdikləri  ianə  barədə məlumatların təqdim edilməsinin “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun 24-3-cü maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin  “Fərdi  elektron  pəncərə”  elektron  məlumat  sistemi vasitəsilə  elektron  qaydada  həyata  keçirilməsi  üçün  müraciət  edə bilərlər.

1.6. Qeyri-hökumət təşkilatlarının bank hesabları üzrə maliyyə əməliyyatlarının  aparılması  zamanı  Azərbaycan  Respublikası Ədliyyə  Nazirliyinin  “Fərdi  elektron  pəncərə”  elektron  məlumat sistemi  vasitəsilə  əldə  edilmiş  sənədlərdən  kağız  daşıyıcılarda, yaxud  “Elektron  imza  və  elektron  sənəd  haqqında”  Azərbaycan Respublikasının Qanununa uyğun olaraq elektron qaydada istifadə edilir.”.

2. Azərbaycan Respublikası Nazirlər  Kabinetinin  2015-ci   il 21 oktyabr tarixli 337 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, No 11, maddə 1408) ilə təsdiq edilmiş “Qeyri-hökumət  təşkilatları,  habelə  xarici  dövlətlərin  qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri tərəfindən xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilələrin qeydiyyata alınması Qaydası”na aşağıdakı məzmunda 1.3-1-ci və 1.6-cı bəndlər əlavə edilsin:

“1.3-1. Qeyri-hökumət təşkilatları müqavilələrin “Qeyri-hökumət təşkilatları  (ictimai  birliklər  və  fondlar)  haqqında”  Azərbaycan Respublikası  Qanununun  24-3-cü  maddəsinə  uyğun  olaraq  qeydə alınmasının  Ədliyyə  Nazirliyinin  “Fərdi  elektron  pəncərə”  elektron məlumat sistemi vasitəsilə elektron qaydada həyata keçirilməsi üçün müraciət edə bilərlər.

1.6. Qeyri-hökumət təşkilatlarının bank hesabları üzrə maliyyə əməliyyatlarının  aparılması  zamanı  Ədliyyə  Nazirliyinin  “Fərdi elektron pəncərə” elektron məlumat sistemi vasitəsilə əldə edilmiş sənədlərdən kağız daşıyıcılarda, yaxud “Elektron imza və elektron sənəd  haqqında”  Azərbaycan  Respublikasının  Qanununa  uyğun olaraq elektron qaydada istifadə edilir.”.

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 7may 2021-ci il

No 137

Mənbə: nk.gov.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 965 966 967 968 969 970 971 2. 693