Birbank Star – xərcləməyi rahatlaşdıran kredit kartı

posted in: Xəbər | 0

Kredit kartları müasir insanın gündəlik həyatının vacib bir hissəsidir. Birbank Star isə təqdim etdiyi şərtlərlə istifadəçilərə rahat maliyyə əlçatanlığı təqdim edir. Bu gün minlərlə müştəri Birbank Star-ın təqdim etdiyi imkanlardan faydalanmaq şansına sahibdir. Bəs onların Birbank Star-ı seçmək səbəbləri hansılardır?

Maliyyə azadlığı

Birbank Star-ın ən vacib üstünlüyü sahibinə əlavə ödəniş etmədən xərcləmək imkanı yaratmasıdır. Belə ki, istifadəçilər xərclədikləri məbləği ayın sonuncu gününədək balansa geri qaytardıqda əlavə heç bir ödəniş etmirlər.

Komissiyasız ödənişlər

Birbank Star-la alış-verişdən tutmuş gündəlik xərclərə qədər bütün ödənişlər komissiyasızdır. Bu isə müştərilərə rahat maliyyə azadlığı qazandırır.

30 000 manatadək kredit xətti əldə etmə fürsəti

Birbank Star 30 000 manatadək kredit limiti ilə hər bir müştərinin ehtiyaclarına uyğun maliyyə imkanı təqdim edir. Ayrılan limit şəxsin maliyyə davranışına əsasən müəyyən olunur. Bu kredit xətti müştərilərə xəyallarını daha tez və rahat həyata keçirmək imkanı verir.

Xərclədikcə qazanılan bonuslar

Birbank Star-la partnyor şəbəkələrdə edilən hər alış-veriş minlərlə Bir ekosistem partnyorlarında bonuslar qazandırır. Həmçinin, QR ödənişlərdə ikiqat ƏDV geri al imkanı da kart istifadəçiləri üçün əlçatandır.

Asan sifariş imkanı

Birbank Star kartını Birbank mobil tətbiqindən və Birbank.az saytından, həmçinin Kapital Bank/Birbank filiallarından sifariş etmək mümkündür.

Birbank Star kart sahibi olmaq üçün: www.b-b.az/prst

Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Kapital Bank-ın əmtəə nişanı olan Birbank, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 115 filial və 50 şöbədən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı Kapital Bank adı altında müştərilərinə xidmət göstərib və PAŞA Holding-ə daxildir. Kapital Bank isə hazırda maliyyə institutu olaraq fəaliyyətini davam etdirir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün Birbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Xarici vətəndaşlara tibbi xidmətlər üzrə ödənilən ƏDV-nin geri qaytarılması

posted in: Xəbər | 0

Nazirlər Kabineti “Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması üçün elektron qaimə-fakturanın Vahid Forması”nın təsdiq edilməsi haqqında” 7 iyul 2020-ci il tarixli qərarlnda dəyişiklik edib.

Bnunla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, xarici vətəndaşlar Azərbaycanda onlara göstərilən tibbi xidmətlərə görə ödədiyi əlavə dəyər vergisinin (ƏDV) bir hissəsini geri alacaq.

ƏDV aşağıdakılara əməl edildiyi hallarda qaytarılır:

  • bir elektron qaimə-faktura üzrə malların və ya göstərilən tibbi xidmətlərin dəyəri (ƏDV ilə birlikdə) 300 manatdan çox olduqda;
  • elektron qaimə-faktura tərtib edildiyi gündən 90 gün müddətində əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ölkə ərazisini tərk edərkən həmin elektron qaimə-fakturada gömrük orqanı tərəfindən müvafiq qeyd aparıldıqda;
  • göstərilən tibbi xidmətlərin dəyəri nağdsız qaydada ödənildikdə.

ƏDV-nin geri qaytarılmasını ölkə ərazisini tərk edərkən müvəkkil bankdan tələb edə və ya bu elektron qaimə-fakturada göstərilən hesaba köçürülməsi məqsədilə qeyd olunan Formanı bunun üçün yaradılmış qutuya atmaq olar.

Mənbə: report.az

232 saylı “Ödənişə qədər saxlanılan qısamüddətli investisiyalar” hesabı üzrə uçot

232 saylı “Ödənişə qədər saxlanılan qısamüddətli investisiyalar” hesabı üzrə uçot

posted in: Xəbər | 0

İnvestisiyaların təsnifatı

232 saylı aktiv hesabı üzrə uçota alınan ödənişə qədər saxlanılan qısamüddətli investisiyalar Hesablar Planının 23-cü maddəsinin (“Sair qısamüddətli maliyyə aktivləri”) tərkibinə daxildir. Başqa bir şirkətin səhmlərinin alınması alıcı şirkət üçün investisiyadır. İnvestisiyaların alınması üzrə müxabirləşmələrin düzgün aparılması üçün şirkət həmin investisiyalara necə sərəncam verəcəyi müəyyən etməlidir. Birdən çox əməliyyat dövrü üçün saxlanacağı gözlənilən investisiyalar uzunmüddətli investisiya kimi təsnif edilir. Əgər investisiya qısa müddətdə reallaşmaq niyyəti ilə alınırsa, o zaman belə investisiya qısamüddətli investisiyala kimi təsnif edilir.

Müddətə görə təsnifatdan başqa investisiyalar, ilkin tanınmadan sonra  qiymətləndirilməsi məqsədilə, MHBS 39 (IFRS39)–yə əsasən aşağıdakı kateqoriyalara bölünür:

  • mənfəət və ya zərər vasitəsilə ədalətli dəyərdə əks olunan maliyyə aktivləri;
  • ödənişə qədər saxlanılan investisiyalar;
  • kreditlər və debitor borclar, və;
  • satış məqsədilə saxlanılan qısamüddətli investisiyalar.

Belə təsnifat qeyd edilən MHBS üzrə qiymətləndirməyə tətbiq olunur. Maliyyə hesabatlarının özündə məlumatların təqdimatı zamanı müəssisə bu kateqoriyalar üçün digər təsvirləri və ya digər təsnifatları istifadə edə bilər  (MHBS39/45).

Ödənişə qədər saxlanılan qısamüddətli investisiyalar

232 saylı “Ödənişə qədər saxlanılan qısamüddətli investisiyalar“ hesabı ödəniş məbləği və ödəniş tarixi məlum olan qısamüddətli maliyyə aktivlərinin hərəkətini və mövcudluğunu uçota almaq üçün nəzərdə tutulub.

Belə investisiyalara aşağıdakı xüsusiyyətlər xasdır:

  • sabit və ya müəyyən edilə bilən gəliri və sabit ödəmə müddəti var;
  • başqa müəssisələrə borc kimi verilməyib;
  • şirkət ödəmə (ödəniş) tarixindən əvvəl satmaq niyyətində deyil.

Ödənişə qədər saxlanılan qısamüddətli investisiyalara başqa müəssisələrin qiymətli kağızları, dövlət və yerli borclar üzrə faizli istiqrazları və s. nümunə gətirmək mümkündür.

İstiqraz dedikdə müəyyən bir müddətə, təyin edilmiş faiz dərəcəsinə, əsas borcun müddət sonunda birdəfəyə yaxud başqa bir ödəmə formasına görə geri dönmə sözü verən maliyyə aktivi nəzərdə tutulur.

Bir ildən artıq müddətə saxlanılması nəzərdə tutulmuş belə investisiyalar uzunmüddətli investisiyalar kateqoriyasına edilməklə uçotu 181 saylı Ödənişə qədər saxlanılan uzunmüddətli investisiyalar” hesabında aparılır.

232 saylı hesab üzrə uçot

Ödənişə qədər saxlanılan qısamüddətli investisiyalar üzrə uçotun əsasları AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”  ilə tənzimlənir.

232 №li “Ödənişə qədər saxlanılan qısamüddətli investisiyalar“ aktiv hesabı qeyd edilən Qaydaların 25.1-ci maddəsində açılan aşağıdakı hesablar qrupuna aiddir.

232 №li “Ödənişə qədər saxlanılan qısamüddətli investisiyalar“ aktiv hesabı qeyd edilən Qaydaların 25.1-ci maddəsində açılan hesablar qrupuna aiddir.

Hesabda mühasibat uçotu subyektinin ödənişə qədər saxlanılan qısamüddətli investisiyalarının hərəkəti haqqında ümumiləşdirilmiş məlumatlar əks etdirilir.

Ödənişə qədər saxlanılan qısamüddətli investisiyalar ilkin dəyəri ilə uçota alınan zaman yaranan hallar sözü gedən qaydaların 25.8-ci, tanınmanın dayandırılma halları isə 25.12-ci bəndilə nizamlanır.

Belə investisiyalar üzrə hər il faiz məbləğlərinin hesablanması zamanı yaranan hallara  qaydaların 25.11-ci bəndi tətbiq olunur.

Ödənişə qədər saxlanılan qısamüddətli investisiyaların tanınmanın dayandırılması zamanı yaranan hallar sözügedən qaydaların 25.12-ci bəndilə nizamlanır.

Debitor borclarının müqabilində əldə edilmiş ödənişə qədər saxlanılan qısamüddətli investisiyaların uçotu qaydaların 25.13-cü bəndi əsasında nizamlanır.

Ödənişə qədər saxlanılan qısamüddətli investisiyalar

Nümunə 1:  “A” MMC fəaliyyət göstərdiyi dövrdə müəyyən layihələri maliyyələşdirə bilmək üçün “B” MMC-dən 100 manat nominal dəyəri 1 il müddəti 10% illik gəliri olan  2000 ədəd istiqraz alıb. Faizlər istiqraz sahiblərinə ildə bir dəfə ödənilir.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 İstiqrazların əldə edilməsi 232 – Ödənişə qədər saxlanılan qısamüddətli investisiyalar 223 – Bank hesablaşma hesabları 20000.00
2 Hesablanmış faiz gəlirlərinin uçota alınması 216 – Faizlər üzrə qısamüddətli debitor borcları 542 – Gələcək hesabat dövrünün gəlirləri 2000.00
3 Hesablanmış faizlərin bank hesabına ödənilməsi 223 – Bank hesablaşma hesabları 216 – Faizlər üzrə qısamüddətli debitor borcları 2000.00
4 Faizlərdən olan gəlirlərin maliyyə gəlirlərinə tanınması 542 – Gələcək hesabat dövrünün gəlirləri 631 – Maliyyə gəlirləri 2000.00
5 İlin sonunda faiz gəlirlərinin Ümumi mənfəət (zərər) hesabına bağlanması 631 – Maliyyə gəlirləri 801 – Ümumi mənfəət (Zərər) 2000.00
6 1 ildən sonra qoyulan investisiyanın hesablaşma hesabına qaytarılması 223 – Bank hesablaşma hesabları 232 – Ödənişə qədər saxlanılan qısamüddətli investisiyalar 2000.00

Nümunə 2: “A” MMC   B müəssisənin emissiya etdiyi nominal dəyəri 5 manat, 1 il müddəti, illik faiz dərəcəsi 20% olan 2000 ədəd istiqrazını, müddəti sonuna kimi saxalmaq üçün əldə etmişdir. Bank hesablaşma hesabından köçürülmə üsulu ilə istiqrazların dəyəri ödənilmişdir.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 İstiqrazların əldə edilməsi 232 – Ödənişə qədər saxlanılan qısamüddətli investisiyalar 223 – Bank hesablaşma hesabları 10000.00

Bank depozitləri üzrə gəlir vergisinin hesablanması qaydası

Azərbaycan gömrüyü avtoburaxılış sisteminə keçmək niyyətindədir

posted in: Xəbər | 0

Sahibkarlıq subyektlərinin bəyannamələrinə müəyyən limit çərçivəsi qoyulmaqla avtoburaxılış sisteminə keçməyi nəzərdə tutulur.

Bunu Dövlət Gömrük Komitəsi sədrinin müavini Natiq Şirinov “Gömrük-Biznes Forumu 2025: Dialoq və Etimad” adlı tədbirdə bildirilib.

O qeyd edib ki, yeni rəqəmsal alətlər gələcəkdə artıq etibarlı tərəfdaş olan sahibkarlıq subyektlərinin bəyannamələrini müəyyən limit çərçivəsi qoymaqla avtoburaxılış sisteminə keçirməyə imkan verəcək: “Biz bunu hədəfləmişik. Bu, beynəlxalq təcrübədə də da var. Yaxın dövrlərdə bizim beynəlxalq səfərlərimiz olub və digər ölkələrin də təcrübəsinə baxmışıq. Şərti olaraq, əgər risk sistemi özü, Rəqəmsal Gömrük Dəyəri sistemi özü hər şeyin yerli-yerində olduğunu göstərirsə, şərti olaraq 30 dəqiqə ərzində limit qoyulur”.

N.Şirinov qeyd edib ki, əgər bəyannamə gömrük məmuru tərəfindən 30 dəqiqə ərzində təsdiqlənməsi həyata keçirilmirsə, artıq sistem özü onu avtomatik təsdiqləyir və malların buraxılışı həyata keçiriləcək: “Bu, təbii ki, növbəti illərdə qarşımızda duran layihədir. Dövlət Gömrük Komitəsinin qarşısında belə bir hədəf var. Növbəti ən yaxın illərdə, yəqin ki, gələn ilin sonuna qədər biz çalışacağıq ki, bu sistemin də istifadəsi ilə bağlı IV Gömrük Biznes Forumunda təqdimatlar edə bilək. Bu, bizim indi strateji hədəflərimizdən biridir və yəqin ki, biz ona nail olacağıq”.

Mənbə: report.az

Hansı hallarda nəqliyyat vasitəsinə ƏDV hesablanmır?

1 94 95 96 97 98 99 100 2. 693