Kapital Bank bayram günlərində xidmət göstərəcək

posted in: Xəbər | 0

Kapital Bank 9 may – Qələbə Günü və Ramazan bayramı ilə əlaqədar istirahət günləri elan edilən günlərdə müştərilərə xidmət göstərəcək. Xidmət göstərən filialların siyahısı saytda qeyd olunub – https://kapitalbank.az/files/locations/ish-rejimi.pdf.

Kapital Bank xalqımızı bayramlar münasibətilə təbrik edir, cansağlığı, firavan həyat və yeni nailiyyətlər arzu edir.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holdinq-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 102 filialı və 20 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Azərbaycanda gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları 3% azalıb

posted in: Xəbər | 0

büdcə proqnozu, büdcə daxilolmaları, plastik əşyaların idxalı, birdəfəlik müavinət, DGK, "Smart Customs" proqram təminatı, risk qiymətləndirməsi, büdcə daxilolmaları, Araz Supermarket, inzibati protokol, Gömrük Komitəsi, Dövlət Gömrük KomitəsiBu ilin yanvar-aprel aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcə daxilolmaları 1 314,4 milyon manat təşkil edib.

DGK-ya istinadən xəbər verilir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,5% azdır.

Son 1 ildə gömrük rüsumları üzrə daxilolmalar 10,1% artaraq 360,556 milyon manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 7,8% azalaraq 888,803 milyon manat, aksizlər üzrə daxilolmalar 16,7% artaraq 51,145 milyon manat, yol vergisi üzrə daxilolmalar isə 9,8% artaraq 13,882 milyon manat olub.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Avro üçün dizaynı kim düşünüb tapır? (II hissə)

posted in: Xəbər | 0

Avro üçün dizaynı kim düşünüb tapır? Avropalıların həyatından onlar hansı süjetləri əks etdirirlər?

II hissə (I hissəyə nəzər yetirmək üçün keçidə daxil olun)

Sikkələrin öyrənilməsi formatında Avropa ekskursiyası

İtalyan avrosunda hər bir nominalın öz dizaynı var – məşhur incəsənət abidələrinin təsviri: orta əsrlər Kastel-del-Monte qəsri, Turinin simvolu olan Mole-Antonelliana qülləsi, Roma Kolizeyi, Bottiçellinin rəsm əsərindən Veneranın başı, rəssam Umberto Boççoninin “Fəzada fasiləsizliyin unikal formaları” futuristik heykəli, Mark Avreliyanın at üzərində heykəli, Leonardo da Vinçinin Vitruvian insanı və Rafelin freskalarından Dante Algiyerinin təsviri.

Nominalından asılı olmayaraq, Vatikanın bütün sikkələrində hakimiyyətdə olan Roma  papalarının portretləri, Belçikada – monarxın profili: 2013-cü ilə kimi II Albertin, 2014-cü ildən isə hazırda hakimiyyətdə olan I Filippin profilləri mövcuddur.

Almanlar öz milli simvollarından – palıd yarpağı, qartal və Brandenburq qapılarından istifadə ediblər.

Bütün irland sikkələrinin üz tərəfi eynidir – orada kelt arfası təsvir olunub.

Bütün bunlar adi sikkələrə aiddir – onlardan başqa xatirə sikkələri də vardır. Avro ilk dəfə dövriyyəyə buraxılan vaxt belə qərara alınmışdı ki, sikkənin zahiri təsvirini düşünüb tapan ölkə, bir daha onu dəyişdirməyəcək, yalnız dizayn qismində dövlət başçısının təsvirini verən ölkələr istisna təşkil etmişdi: hökmdar dəyişdikdə, onlara yeni seriyadan olan sikkələrdə yeni dövlət başçısının təsvirini vermək hüququ verilmişdi.

Bu qərara 2004-cü ildə Afinada keçirilən Olimpiya oyunları zamanı yenidən baxılmışdı – o zaman Yunanıstana üzərində olimpiya halqaları və diskatanın təsviri olan 2 avroluq xüsusi sikkələr buraxılmasına icazə verilmişdi.

Hazırda hər bir ölkə il ərzində iki dəfə yalnız 2 avro nominalında xatirə sikkələri buraxa bilər. Amma, bu o həcmdə olmalıdır ki, onların ümumi sayı avrozonada dövriyyədə olan iki avroluq bütün xatirə sikkələrinin sayının 0,1 fazini ötüb keçməsin.

Bir neçə dəfə bütün avrozona üzrə mərkəzləşdirilmiş şəkildə də xüsusi xatirə sikkələri buraxılıb, məsələn, 2012-ci ildə – valyutanın onilliyi və 2015-ci ildə Avropa birliyinin bayrağının otuz illiyi şərəfinə buraxılıb.

Xatirə sikkələri üçün motivləri ölkələrin özləri seçirlər. Belə ki, Estoniya bankının muzeyinin əməkdaşı İnqrid Şmuulun sözlərinə görə, ölkənin istənilən sakini xatirə sikkəsi üçün öz ideyasını təklif edə, dizayn çəkə və onu xüsusi sayt vasitəsilə təqdim edə bilər. İdeyalar avqustun 15-ə kimi irəli sürülə bilərdi, bundan sonra Estoniya bankının mütəxəssisləri ərizələri emal edir və onlardan yalnız birini seçir. Düzdür, Estoniya heç də hər il xatirə sikkələri buraxmır, amma, 2020-ci ildə Tartu sülh müqaviləsinin bağlanılmasının yüz illiyi və Antraktidanın dəniz səyyahı Faddey Bellinshauzen tərəfindən kəşfinin iki yüz illiyi şərəfinə iki dəfə belə sikkələr buraxmışdı.


III hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Dövlət Vergi Xidmətində 2 yeni baş idarə yaradılıb

posted in: Xəbər | 0

korrupsiya, Əmək müqaviləsi, Topdansatış ticarət, mühasiblərlə görüş, Vergi inzibatçılığı, Rəqəmsal vergi idarəetməsi, elektron dövlət qeydiyyatı, icbari tibbi sığorta, Rəqəmsal Transformasiya Şurası, alt fəaliyyət növləri, Vergi orqanları, ikiqat vergitutma, Dövlət Vergi Xidməti, vergi sistemi, DVX, vergi xidməti, peşə bayramı,işə qəbul, DTA-03 ərizə forması, DTA-05 ərizə forması, ərizə formaları, Müvəqqəti vergi rejimi, Sosial sığorta haqqı, Nəqliyyat vasitələrinin fəaliyyəti, Vergi Xidməti, Vergi bəyannamələri, icarə müqaviləsi, Obyekt kodu, İcarə müqaviləsi, sərəncam, sahibkar, onlayn növbə, Könüllü vergi ödəyicisi, Bəyannamələrin elektron forması, Vergi güzəştləri, bəyannamə formaları, Fərdi sahibkarlar, maliyyə dəstəyi, ƏDV-nin qaytarılması, Riskli vergi ödəyiciləri, elektron alış aktı, alış aktları, Vergi ödəyicilərinin qəbulu, qeyri-rezident, ödənilmiş vergilər, vergi hesabatları, vergi hesabatlarının vaxtıİqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Sənədlərlə iş və müraciətlərə baxılması Baş İdarəsi (Katiblik) ləğv edilib.

Onun bazasında 2 yeni baş idarə – Sənədlərlə iş və icra intizamına nəzarət (Katiblik) Baş İdarəsi və İnzibati şikayətlərə baxılması Baş İdarəsi yaradılıb.

Bununla da, Dövlət Vergi Xidmətinin tərkibindəki strukturların sayı 27-yə çatıb.

Mənbə: report.az

 

 


1 967 968 969 970 971 972 973 2. 693