Əmək Məcəlləsində dəyişiklik: Bu hallarda mülki hüquqi müqavilələrin bağlanılması qadağandır

posted in: Xəbər | 0

Əmək Məcəlləsində dəyişiklik edildi

əmək məcəlləsi, Əmək məcəlləsində dəyişiklik, işə qəbul, Sahibkarlıq, Mühasibat uçotu haqqında Qanun, "Mühasibat uçotu haqqında" Qanun, 2021-ci il üçün yaşayış minimumu, iqtisadi Şura, dövlət reyestri, dövlət qeydiyyatı, Dövlət rüsumu, Sosial sığorta, Dövlət satınalmaları, iqtisadi zona, Miqrasiya, Dövlət Gömrük Komitəsi, Dövlət Vergi Xidmətinin işçiləri, , emek pensiyaları, əmək pensiyaları, saziş, qrant, Məşğulluq haqqında Qanun, Xətalar Satınalmalar, Məşğulluq,Azərbaycan Respublikasının Prezidenti  Cənab İlham Əliyev Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. Dəyişikliyə əsasən, bundan sonra aşağıdakı hallarda tərəflər arasında yaranan münasibətlərin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir:

2-3. Aşağıdakı hallarda tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir:

2-3.1. müqavilənin məzmunu bu Məcəllənin 43-cü maddəsinin 2-ci hissəsinə, forması isə bu Məcəllənin 44-cü maddəsinin 2-ci hissəsi ilə müəyyən edilmiş formaya uyğun olduqda;

2-3.2. bu Məcəllənin 48-ci maddəsinə uyğun olaraq tərəflər arasında münasibətlərin rəsmiləşdirilməsi və müvafiq qeydlərin aparılması üçün əmək kitabçası təqdim edildikdə;

2-3.3. tərəflər arasında münasibətlər müvafiq peşə və ya vəzifəyə qəbul (təyin) edilmə, o cümlədən ödənişli seçkili və ya təyinatlı, habelə müsabiqə əsasında vəzifəni tutma, kvota üzrə işə düzəlmə, məhkəmənin qərarı ilə işə bərpa olunma ilə bağlı yarandıqda;

2-3.4. tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda;

2-3.5. tərəflər arasında münasibətlər işlərin (xidmətlərin) əvəzçilik və ya müvəqqəti əvəzetmə qaydasında yerinə yetirilməsi ilə bağlı yarandıqda;

2-3.6. yerinə yetirilməsi şərtlərinə görə iş (xidmət) müvəqqəti xarakterə malik olduğu halda müqavilənin müddətinin uzadılması bu Məcəllənin 73-cü maddəsinə uyğun tənzimləndikdə;

2-3.7. yerinə yetirilən işə (xidmətə) görə ödənilən haqqın tərkibi bu Məcəllənin 157-ci maddəsinin 3-cü hissəsində göstərilən aylıq tarif (vəzifə) maaşından, əlavədən və mükafatdan ibarət olduqda;

2-3.8. müqavilədə bu Məcəllənin 10-cu, 77-ci, 112-ci, 179-cu və 186-cı maddələrində nəzərdə tutulmuş məsələlərin tənzimlənməsi nəzərdə tutulduqda.

Mənbə: president.az

Qərarın tam mətni aşağıdakı kimidir:

https://president.az/articles/51402


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

9 may Qələbə Günü – Qəhrəman Mühasiblər

posted in: muhasibat, Məqalə, Xəbər | 0

9 may Qələbə Günü – Qəhrəman Mühasiblər

Bəşəriyyətin alman faşistləri üzərində qələbə çalmasının 76-cı ildönümüdür.

Alman faşistlərinə qarşı altı ilə yaxın davam edən ikinci dünya müharibəsində bir çox dövlətlər və millətlərin nümayəndələri iştirak ediblər. Təbii ki, müharibə iştirakçıları arasında yalnız müntəzəm ordu döyüşçüləri və zabitləri deyil, digər peşə sahibləri də iştirak ediblər. O cümlədən ümumi səfərbərlik zamanı müharibəyə çağırılanlar arasında mühasiblərin də olması şübhəsizdir.

Bəs, görəsən, mühasiblər arasından qəhrəman adına layiq görülənlər də olubmu?

İndi sizə müharibəyə qədər mühasib kimi çalışmış və ikinci dünya müharibəsində şücaət göstərmiş üç Sovet ittifaqı qəhrəmanı olan mühasiblər haqqında məlumat verəcəyik.


İvan Nikolayeviç Selyaqin

İvan Selyaqin 1918-ci il iyulun 26-da Minino kəndində (Pskov vilayətinin Velikolutskiy rayonu) anadan olub. Onuncu sinfi bitirdikdən sonra Velikolutskiydə mühasib kimi işləməyə başlayıb, eyni zamanda aeroklubda təyyarə sürməyi öyrənib. 1938-ci ildə ordu sıralarına çağırılıb. 1940-cı ildə Voroşilovqrad hərbi aviasiya məktəbini pilot kimi başa vurub. 1943-cü ilin may ayından döyüşən ordu sıralarına çağırılıb. 1945-ci ildə baş leytenant İvan Selyaqin hava hücum alayının 6-cı eskadrilyasının komandiri olub. 167 hərbi uçuş həyata keçirib və düşmənin çoxsaylı hərbi texnikasını və canlı qüvvəsini məhv edib.

Göstərdiyi igidliyə görə 1945-ci il avqustun 18-də Selyaqin Sovet ittifaqı qəhrəmanı adına layiq görülüb.

Müharibədən sonra da o, ordu sıralarında xidmət edib və polkovnik rütbəsində tərxis olunub. Tərxis olunduqdan sonra Velikiy Lukiy rayonunda yaşayıb və işləyib. 1990-cı ildə vəfat edib və elə yaşadığı rayonda da dəfn edilib.


Aleksey Vasilyeviç Juravlyov

Aleksey Juravlyov 1913-cü ildə Şentala kəndində (hazırda Samara vilayətinin Şentala rayonu) anadan olub. Orta məktəbi bitirdikdən sonra mühasib kurslarına gedib. Oranı bitirdikdən sonra Şentala rayon istehlak cəmiyyətində baş mühasib kimi çalışmağa başlayıb. 1941-ci ilin iyul ayında orduya çağırılıb. 1942-ci ilin fevral ayından döyüşən ordu sıralarında cəbhə bölgəsində vuruşub. 1944-cü ilin avqust ayında o, kapitan rütbəsində 132-ci qvardiya atıcı batalyonun komandiri olub. Rumıniyanın faşistlərdən azad olunması zamanı igidlik göstərib. 1944-cü il avqustun 19-da Juravlyovun rəhbərlik etdiyi batalyon alman müdafiəsinin üç müdafiə xəttini yararaq düşmən ərazisinin içərilərinə doğru irəliləyə bilib. Bu zaman rəqibin iki rota əskəri məhv edilib. Həmin döyüşlərdə Juravlyovun özü də yaralanıb, lakin o, döyüşməkdə davam edib.

1945-ci il martın 24-də göstərdiyi şücaətə görə Aleksey Juravlyova Sovet ittifaqı qəhrəmanı adı verilib.

1945-ci ildə əliliyi ilə əlaqədar ehtiyata göndərilib. Bundan sonra Şentalaya qayıdıb. 1958-ci il fevralın 28-də vəfat edib.


Aleksandr Petroviç Sedunov

Aleksandr Sedunov 1919-cu il noyabrın 7-də Urdoma kəndində (hazırda Arxangelskiy vilayətinin Lenskiy rayonu) anadan olub. Elə həmin kənddə orta məktəbi bitirib. Rayon tədarük kontorunda əvvəl mühasib, sonra isə Baş mühasib kimi işləməyə başlayıb.

Ordu sıralarına 1939-cu ildə çağırılıb. Müharibənin ilk günlərindən atıcı diviziyanın tərkibində cəbhəyə göndərilib.

Sedunovun xidmət keçdiyi alay cəbhənin ən mühüm istiqamətində, Moskva Yelnya yolunu qoruyub. 26 gün ərzində Sibir diviziyasının döyüşçüləri düşmənin ardı-arası kəsilməyən hücumlarının qarşısını ala bilib. Sonra isə diviziya özü hücuma keçərək 8 alman hərbi birləşməsini məhv edib. Moskva ətrafındakı döyüşlərdə Sedunov düşmənin tank hücumlarının qarşısının alınmasında şücaət göstərib. Maloyaroslavk şəhərinin azad olunması zamanı isə o, yaralanıb.

Sağaldıqdan sonra yenidən öz hissəsinə qayıdıb və burada rəhbərliyin onu Moskva hərbi mühəndislik məktəbinə oxumağa göndərilməsi xəbərini alıb. O, hərbi məktəbi 1943-cü ildə bitirir. 1943-cü il oktyabrın 3-də Dnepr çayının paromla keçirilməsi işlərinə rəhbərlik edir. Bir neçə parom reysi ilə o, iki atıcı alayının artilleriya sistemlərini çayın o biri sahilinə keçirməyə müvəffəq olub. Həmin döyüşlər zamanı yaralanmış alay komandirini atəş altında çıxararaq ölümdən xilas edir. Lakin, bu zaman özü də yaralanır.

1944-cü il fevralın 22-də leytenant Aleksandr Sedunov göstərdiyi igidliyə görə Sovet ittifaqı qəhrəmanı adına layiq görülür.

Sağaldıqdan sonra o, yenidən öz hərbi hissəsinə qayıdır. Yassı-Kişinyov əməliyyatında, Çexoslovakiya və Macarıstanın azad olunmasında iştirak edir. Avstriyanın paytaxtı Vyana uğrunda gedən döyüşlərdə üçüncü dəfə yaralanır.

Müharibədən sonra ordu sıralarında xidmətini davam etdirir. 1974-cü ildə polkovnik rütbəsində ehtiyata buraxılıb və Leninqradda yaşayıb. 8 avqust 1992-ci ildə vəfat edib.


Elon Musk ABŞ-da ən yüksək ödəniş edilən baş direktor olub

posted in: Xəbər | 0

Elon Musk, Elon Musk-ın sərvəti,“Tesla” şirkətinin qurucusu  və sahibi Elon Musk, ötən ilin yekunlarına görə ABŞ-da ən yüksək ödəniş edilən baş direktor olub. Sözügedən reytinq “Forbes” jurnalında dərc edilib.

2018-ci ildə Musk “Tesla” şirkətində öz əmək haqqından imtina etmişdi. Bunun əvəzində isə o, işlədiyi şirkətdə səhmlərə görə opsionlar qismində mükafat əldə edir. “Forbes” jurnalı 2020-ci ildə sahibkarın avtomobil konserninin səhmlərinə görə 11 milyard dollar dəyərində opsionlar əldə etdiyi barədə məlumat verib.

Reytinqdə ikinci yeri 211 milyon dollarla “Paycom” biznes üçün proqram təminatının tərtibatçısı Chad Richison tutub. Üçüncü yerdə 199 milyon dollarla “1Life Healthcare” tibb şirkətinin baş direktoru Amir Den Rubin qərarlaşıb.

Bundan əvvəl “Tesla” şirkətinin 2021-ci ilin birinci rübünü rekord gəlirlə başa vurduğu məlum olmuşdu. Qazanc ötən ilin analoji dövrü ilə müqayisədə (16 milyon dollar) 27 dəfə artaraq, yanvar-mart ayları ərzində (hər səhmə görə 0,39 dollar) 438 milyon dollar təşkil etmişdi.

Gəlir 5,99-dan 10,39 milyard dollara yüksəlib. Lakin hesabat dərc olunduqdan sonra istehsalçının səhmlərinin dəyəri 3,1 faiz azalıb, çünki şirkət bu il üçün avtomobil tədarükü ilə bağlı konkret rəqəm göstərməyib.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Gəlirli startapı necə təsis etməli? (1-ci hissə)

posted in: Xəbər | 0

Startap, Startapların hüquqi tənzimlənməsi,Biznesə yeni başlayan sahibkarlardan ötrü 5 addımdan ibarət təlimat

Startapa necə başlamalı? Tez sıradan çıxan və uğurlu məhsul yarada bilməyən şirkətlərə heç kim ömrünün aylarını və illərini həsr etməyi planlaşdırmır. Bütün hallarda startapların 90%-i sıradan çıxır.

Müvəffəqiyyətli şirkətləri işə salmış təcrübəli sahibkarlara nələr məlumdur, uğursuz layihələrin təsisçiləri nədən xəbərsizdirlər?

“30-dan 30-a” Forbes reytinqinin iştirakçısı Hamfri, uğurlu startap qurmağa necə düzgün başlamaqla bağlı fikirlərini bölüşür. “Tilda Publishing” sahibkarlardan ötrü onun praktiki məsləhətlərini tərcümə dərc edib.

Məzmun:

  • Yaxşı başlanğıc niyə çox mühümdür?
  • Sizin startapın mahiyyəti nədən ibarətdir?
  • Problemlər = imkanlar.
  • Bazara çıxırıq.
  • Minimum həll.
  • Gəliri proqnozlaşdırırıq.
  • Startapı lap əvvəldən yaxşı başlamaq niyə əhəmiyyətlidir?

4 startapdan 3-nün uğursuz olma səbəbləri fərqlidir, lakin, çox vaxt buna aşağıdakı səbəblər gətirib çıxarır:

  • Şirkət mövcud olmayan bazar üçün məhsul hazırlayır (tələbat yetərli deyil).
  • Menecerlər pul axınını idarə edə bilmirlər, məsələn, gəlir əldə etmək üçün işləməyən modeldən istifadə edirlər
  • Şirkət bazardakı dəyişikliklərə uyğunlaşmır
  • Layihə kifayət qədər sürətlə böyümür
  • Təsisçi işdə uğursuzluğa düçar olur

Burada müzakirə ediləsi çox şey var, lakin, maraqlı fakt –  startap yaradılarkən, ona lap başlanğıcda lazımi diqqətin yetirilməməsidir.

Appster agentliyində çoxlu sayda startaplarla işlədikdən sonra Cosayya Hamfri  və komandası istənilən startapın müvəffəqiyyətinin hər hansı bir şirkət qurmazdan əvvəl cavablandırılması lazım olan beş əsas sualdan asılı olduğunu gördü:

  1. Sizin şirkətin fəaliyyətinin konkret istiqaməti nədir?
  2. Siz məhz, hansı problemi həll etməyə çalışırsınız?
  3. Siz hansı bazara çıxmaq istəyirsiniz?
  4. Problemin həlli üçün siz hansı məhsulu təklif edəcəksiniz?
  5. Biznes modelinizin hansı iqtisadi hesablaması var?

İlk hərəkətlərinizdən şirkətinizin milyonlarla dollar dəyərində olub-olmaması asılı ola bilər və ya siz də heç kimin xatırlamadığı 90 faiz startaplardan birinə çevrilə bilərsiniz.


2-ci hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 966 967 968 969 970 971 972 2. 693