Sahibkar olan fiziki şəxs ezamiyyə xərci ala bilərmi?

posted in: Xəbər | 0

uzunmüddətli borc, Ümidsiz borcların gəlirdən çıxılması, Ümidsiz borclar, Sərbəst vəsaitlərin xərclənməsi, vakansiya, mühasib, Amortizasiya normaları, Mənfəət vergisi,İşçilərin ezamiyyə məsələləri ilə bağlı təcrübədə bir çox maraqlı hallar üzə çıxır. Sərbəst auditor Altay Cəfərov həmin hallarla bağlı yaranan suallara aydınlıq gətirir. Maraqlı suallardan biri budur ki, ezamiyyə ilə bağlı məsələlər ancaq hüquqi şəxslərəmi aid edilir. Sahibkar kimi fəaliyyət göstərən fiziki şəxs ezamiyyə qaydalarından istifadə edə bilərmi?

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ezamiyyə xərclərinin normaları haqqında” 25 yanvar 2008-ci il 14 nömrəli qərarının və 18 yanvar 2012-ci il tarixli “İşçilərin Ezamiyyə Qaydaları”nın tələbinə görə, dövlət orqanının, müəssisə, idarə və təşkilatın (bundan sonra-təşkilatın) rəhbərinin sərəncamı (əmri) ilə işçinin daimi iş yerindən müəyyən olunmuş müddətə başqa yerə xidməti tapşırığı yerinə yetirmək üçün getməsi xidməti ezamiyyət sayılır.

Hər iki normativ akta baxdıqda yaranan ilkin təəssürat budur ki, ezamiyyə qaydalarından ancaq idarə, müəssisə, təşkilat, daha doğrusu, hüquqi şəxslər istifadə edə bilər. Əslində isə normalar və tələblər istisnasız olaraq ezamiyyəyə gedən işçilər üçün nəzərdə tutulub. Yəni ezamiyyəyə gedən işçilərin hansı sənədləri təqdim etməsi, həmçinin hansı normalarla ödənişlər aparılması ilə bağlı tələblər normativ aktlarda qeyd edilib. Deməli, istənilən bir subyektdə işçi vardırsa və o, ezamiyyəyə göndərilsə, bu qaydalar ona şamil olunmalıdır. Fiziki şəxs sahibkarlarda da hüquqi şəxslərdə olan fəaliyyət sahələri ola bilər, hüquqi şəxslərdə olduğu kimi fiziki şəxsin də çoxlu işçiləri ola bilər və hüquqi şəxslər kimi fiziki şəxslər də işçilərini ezam edə bilərlər.

Odur ki, Nazirlər Kabinetinin qərarında və ya qaydalarda birbaşa fiziki şəxs sahibkar anlayışı olmasa da, işçilərini ezamiyyəyə göndərən fiziki şəxslərin mühasibi bu normativ aktları tətbiq etməlidir.
Bəs fiziki şəxs sahibkarın özü ezamiyyəyə gedə, yaxud özünə ezamiyyə xərcləri hesablayıb götürə bilərmi?

Həm yuxarıda adı çəkilən qaydalara, həm də digər normativ aktlara əsasən, təşkilatların işçilərinin ezamiyyətə göndərilməsi həmin təşkilatların rəhbərləri tərəfindən müəyyən edilir və müvafiq əmrlə rəsmiləşdirilir.

Bundan əlavə, Əmək Məcəlləsinin 3-cü maddəsində qeyd edilib ki, işçi işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir.

İşəgötürən – tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxsdir.

Göründüyü kimi, fiziki şəxs sahibkar özü işəgötürəndir: o özü ilə əmək müqaviləsi bağlaya, işçi sayıla bilməz. O, fəaliyyəti ilə bağlı əsas iş yerindən digər yerlərə getdikdə işçi kimi yox, fəaliyyətini formalaşdıran, quran və bununla bağlı olaraq gəlir əldə edən sahibkar kimi çıxış edir. Belə səfərlərə görə ona ezamiyyə normaları ilə deyil, təqdim etdiyi təsdiqedici sənədlər əsasında vəsaitlər ödənilə bilər və həmin xərclər də gəlirdən çıxılır. Sahibkar işçi sayılmadığına görə ona ezamiyyə qaydaları tətbiq oluna bilməz. Ezamiyyə qaydaları və normaları isə ancaq işçilərin ezamiyyəsi ilə bağlıdır.

Mənbə: vergiler.az


Bax:


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Pensiya yaşını hansı ölkələr aşağı salıb?

posted in: Xəbər | 0

Pensiya yaşı, pensiya təminatı, pensiya yaşı, pensiyalar,Deyilənə görə, Çində pensiya yaşını qaldırmaq istəyirlər, Yaponiyada isə dövlət qulluqçularına pensiya yalnız 70 yaşına çatdıqdan sonra ödəniləcək. Bəs, əksini düşünənlər, yəni pensiya yaşını aşağı salan ölkələr də varmı?

Bir neçə ölkə öz pensiya islahatlarını korrəktə edib. Belə ki, 2013-cü ildə Polşada pensiya yaşının həm kişilər, həm də qadınlar üçün 67 yaşa qədər qaldırılması qərara alınıb. Lakin 2015-ci ildə hakimiyyətə gələn partiya həmin qərarı ləğv etdi və hazırda polşalı kişilər 65 yaşında, qadınlar isə 60 yaşında pensiyaya çıxırlar.

2012-ci ildə Kanadanın mühafizəkar hökuməti baza pensiyasının təyinat yaşını 65 yaşdan 67 yaşadək artırmaq niyyətini açıqlamışdı. Amma sonradan hakimiyyətə gələn Justin Trudeau-nun liberal hökuməti həmin plandan imtina etmişdi.

İtaliyada 2019-cu ildə əmək stajının və pensiya yaşının məbləği 100% – ə bərabər olduqda, pensiyanın vaxtından əvvəl təyin edildiyi qayda tətbiq edilmişdir:  Məsələn, 38 il və 62 yaş. Moldovanın parlamenti isə bir neçə ay bundan əvvəl pensiya yaşını 2016-cı il səviyyəsinə – qadınlar üçün 57 il və kişilər üçün 62 yaş – qaytarıb.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Analıq məzuniyyəti ödənişinin hesablanması

posted in: Xəbər | 0

Mühasib köməkçisi, vakansiya, əməkhaqqının ödənilməsi, Əmək pensiyaları, qismən ödənişli məzuniyyət hüququ, Mühasib köməkçisi, mühasib, vakansiya, Əmək məzuniyyəti, əlavə məzuniyyət,İşçinin analıq məzuniyyətinə çıxması, analıq məzuniyyəti ödənişinin hesablanması, müavinətlərin verilməsi ilə bağlı müəyyən suallar doğuran məqamlar var. Mövzuya iqtisadçı ekspert Anar Bayramov aydınlıq gətirir.

Əmək Məcəlləsinin “Hamiləliyə və doğuşa görə məzuniyyətlər” adlı 125- ci maddəsinə əsasən, hamiləlik dövründə və doğuşdan sonrakı dövr üçün işləyən qadınlara 126 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 56 təqvim günü) müddətində ödənişli məzuniyyət verilir.

Doğuş çətin olduqda, iki və daha çox uşaq doğulduqda isə doğuşdan sonrakı məzuniyyət 70 təqvim günü müddətində verilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında” Əsasnaməyə əsasən, analıq məzuniyyəti ödənişinin hesablanması zamanı işçinin məzuniyyətə çıxdığı dövrdən əvvəlki son 12 aydakı cəmi əməkhaqqı 12 ayda olan iş günlərinin sayına bölünür. Bir iş gününə düşən qazanc tapılır. Qazancın məbləği məzuniyyət dövründəki iş günlərin sayına vurulur. Hamiləliyə görə müavinət tam olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ödənilir.
Misal 1: Fərz edək ki, işçi 2 aprel 2019-cu ildən hamiləliyə görə məzuniyyətə çıxıb və onun aprel 2018 – mart 2019-cu il (12 ay) müddətində əməkhaqqı 2640 manat olub. Şərti olaraq hesab edək ki, 12 ayda iş günlərinin cəmi sayı 248 gündür. İşçi təqdim etdiyi xəstəlik vərəqəsinə əsasən, 6 avqust 2019-cu il tarixində işə çıxmalıdır. Bu zaman işçiyə analıq məzuniyyəti hesablamaq üçün əvvəlcə hər iş gününə düşən orta qazanc məbləği tapılır:

2640:248 = 10,65 manat.

Sonra 2 aprel 2019-cu il tarixindən 06 avqust 2019- cu il tarixinə kimi neçə iş günü olduğunu müəyyənləşdirmək lazımdır. Tutaq ki, bu müddətdə 85 iş günü var. Bu halda cəmi analıq məzuniyyətini hesablamaq üçün gündəlik qazanc (10,65 manat) 85 iş gününə vurulur:

10,65 x 85 = 905,25 manat.

Deməli, işçiyə analıq (hamiləliyə və doğuma görə) məzuniyyətinə görə 905,25 manat düşür.

İcbari ödənişlərə gəlincə, Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinə əsasən, analıq məzuniyyətləri gəlir vergisinə cəlb edilmir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində isə göstərilir ki, analıq məzuniyyətinə məcburi dövlət sığorta haqqı hesablanmır.

Əsasnaməyə əsasən, hamiləliyə və doğuma görə müavinət almaq hüququ ən azı 6 ay sosial sığorta stajı olan şəxslərə şamil edilir. Qeyd edək ki, 6 aylıq müddət bir iş yerində yox, ümumilikdə nəzərə alınır.

Misal 2: Tutaq ki, “AA” MMC-nin işçisinin bir illik sosial sığorta stajı var, ancaq o, adı çəkilən təşkilatda 5 aydır çalışır. İşçi analıq məzuniyyətinə çıxması haqqında xəstəlik vərəqəsini işəgötürənə təqdim edir. Bəzi işəgötürənlər səhvən belə düşünürlər ki, işçinin təşkilatda işləməsi müddəti 6 aydan az olduğu üçün ona müavinət hesablanmamalıdır. Amma qeyd etdiyimiz kimi, bu zaman ümumi sosial sığorta stajı əsas götürülür. Misalımızdakı işçinin əvvəlki bir illik sosial sığorta stajı imkan verir ki, işəgötürən 5 ay müddətində çalışan işçiyə müavinət hesablasın.

Misal 3: İşçinin əvvəlki iş yerlərində cəmi 3 ay sosial sığorta stajı olub, son təşkilatda isə 4 aydır çalışır. İşçi xəstəlik vərəqəsi təqdim etdiyi halda, ümumi sosial sığorta stajı dövrü 7 ay (3 ay + 4 ay) olduğu üçün ona müavinət hesablanır.

Misal 4: İşçi analıq məzuniyyətinə çıxmazdan əvvəl əsas iş yerində 4 ay, bununla yanaşı, əlavə iş yerində də 3 ay çalışıb. Bu halda işçi əsas iş yerinə xəstəlik kağızı təqdim etsə də, ona müavinət hesablanmayacaq. Çünki işçinin ümumi sosial sığorta stajı dövrü 6 aydan azdır: o, əsas və əlavə iş yerlərində paralel dövrdə çalışdığından bu müddətlər toplanmır.

Təcrübədə rast gəlinən yanlışlardan biri də müavinət hesabanmayan işçinin məzuniyyətə göndərilməməsi halıdır. Misal üçün, tutaq ki, “AA” MMC-nin ümumi sosial sığorta stajı 3 ay olan işçisi analıq məzuniyyətinə çıxmaq üçün xəstəlik vərəqəsi təqdim edir. Şirkətin müavinət komissiyası işçinin cəmi sosial sığorta stajı 6 aydan az olduğuna görə işçiyə analıq məzuniyyətinə görə müavinət ödənilməməsi barədə qərar verir. Amma bu o anlama gəlmir ki, işçi analıq məzuniyyəti hüququndan istifadə etməyəcək. Bu halda işçi analıq məzuniyyətinə çıxır, ancaq ona hər hansı müavinət ödənilmir.

Mənbə: vergiler.az


Bax:


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

BirBank-da Xəzri pul köçürmələri sistemi ilə bank kartından vəsait göndərmək mümkün oldu

posted in: Xəbər | 0

Ölkənin ən məşhur mobil tətbiqi olan BirBank növbəti yeniliklə xidmət çeşidini genişləndirib. Belə ki, mobil tətbiqdə olan ödəniş kartından Xəzri sürətli pul köçürməsi sistemi vasitəsilə vəsait göndərmək mümkün olub.

Bu zaman tətbiqdə “Köçürmələr” menyusunda “Pul köçürmə sistemləri” bölməsindən “Xəzri” sistemi seçilir, köçürməni alan və köçürməni göndərən barədə müvafiq məlumatlar daxil edilir və vəsait köçürülür. Bir dəfə üçün minimum 1, maksimum 1 000 manat olmaqla, manat valyutasında köçürmələr etmək mümkündür. Köçürülən məbləğ üçün 0,8% (minimum 1 AZN) komissiya tutulur. Xəzri ilə göndərilən vəsaiti Kapital Bank filiallarından və ya bankomatlarından almaq mümkündür.

Qeyd edək ki, BirBank tətbiqinin istifadəçiləri POS-terminal, İnternet və BirBank vasitəsilə ödənişlər edərək “Ürəklər” qismində olan bonuslar qazana bilərlər. Sonra həmin bonusları toplayıb, müxtəlif hədiyyələrə dəyişmək mümkündür. BirBank vasitəsilə Kapital Bank-a aid olan kartlarla yanaşı, digər istənilən bankların kartları ilə də ödənişlər edib, bu proqrama qoşularaq hədiyyələr qazanmaq mümkündür. Bonusların hesablanması qaydası ilə saytdan tanış ola bilərsiniz – www.kapitalbank.az/tariffs.

Xatırladaq ki, ölkə üzrə ən məşhur olan BirBank tətbiqinin 2 milyondan artıq istifadəçisi var. iOS və Android əməliyyat sistemlərinin istifadəçiləri 1 dəqiqə vaxt sərf edərək, onlayn qeydiyyatdan keçməklə xidmətdən yararlana bilərlər. Tətbiqin bir sıra üstünlükləri vardır: rahat qeydiyyat, tətbiqə istənilən bankların ödəniş kartlarını əlavə etmək imkanı, əməliyyatlara və hesaba bağlı bonuslarını idarə edilməsi və s. Ətraflı məlumat üçün www.birbank.az və ya 196 Məlumat Mərkəzi.

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 975 976 977 978 979 980 981 2. 693