Təsisçidən alınmış borc məbləğinin nağd qaydada qaytarılmasına məhdudiyyət varmı?
Məlum olduğu kimi, yalnız nağdsız qaydada aparılmalı olan, habelə nağd qaydada aparılmasına icazə verilən əməliyyatların dairəsi və nağd xərcləmələrin limiti “Nağdsız hesablaşmalar haqqında” Qanunla (bundan sonra – Qanun) tənzimlənir.
Vergi orqanında uçotda olmayan təsisçidən alınmış borc məbləğləri vergi ödəyicisinin Qanununun (bundan sonra – Qanun) 3.3-cü maddəsində göstərilən şəxslər kateqoriyasına aid olmasından asılı olaraq həmin maddədə göstərilən hədlər daxilində (30 000 manat və ya 15 000 manat) nağd qaydada qaytarıla bilər. Təqvim ayı ərzində 30 000 manatdan və ya 15 000 manatdan artıq hesablaşmalar üzrə ödənişlər, o cümlədən alınmış borcların qaytarılması yalnız nağdsız qaydada həyata keçirilməlidir.
Qanunun 3.4.6-cı maddəsinin tələbinə görə vergi orqanında qeydiyyatda olan təsisçiyə isə borc məbləğləri yalnız nağdsız qaydada qaytarılmalıdır.
Qanunun qeyd olunan tələblərinin pozulmasına görə borc vəsaitlərini nağd qaydada ödəyən və qəbul edən şəxsə Qanun pozulmaqla aparılan əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.
Yuxarıda qeyd olunanlar Vergi Məcəlləsinin 58.7-1-ci maddəsi və “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
Mənbə: taxes.gov.az
Bax:
Qeyri-rezidentə ödənilən məbləğə görə hesablanmış əlavə dəyər vergisi invoys yoxsa ödəmə vaxtı məzənnəsi ilə nəzərə alınmalıdır?
Bank hesabına ödənilən məbləğə görə kassa çeki verilməlidirmi?
Barter əməliyyatlarının rəsmiləşdirilməsi və bu əməliyyatlar zamanı ƏDV-nin əvəzləşdirilməsi
Ezamiyyə xərclərinin rəsmiləşdirilməsində nələr nəzərə alınmalıdır?
Tələbələrlə əmək müqaviləsi bağlana bilərmi?
Konsiqnasiya qaydasında satışların sənədləşməsi necə aparılmalıdır?
Varislərin pensiya almaq hüququ
İxtisar olunan işçilərə müavinət necə hesablanır?


Əyani təhsil alan və dərsdən sonrakı boş vaxtlarında işləmək istəyən tələbə iş üçün müraciət etdikdə işəgötürənlər tələbə olduğunu əsas gətirərək onunla əmək müqaviləsi bağlamaqdan imtina edirlər. Məsələyə Dövlət Əmək Müfəttişliyi Xidmətinin baş əmək müfəttişi Arif İmamverdiyev aydınlıq gətirilir.
Dünyada çətin ki, elə bir adama rast gələ biləsən ki, məşhur Wall Street küçəsi barədə eşitməmiş olsun, onun tarixi və indiki maliyyə statusu sahəsində xüsusi əhəmiyyətə malik olmamasından xəbərsiz olsun. Wall Street-i tam əminliklə bütün dünyanın maliyyə mərkəzi adlandırmaq olar. Belə ki, burada, New York-da fond birjası yerləşir və aparıcı kapitallar da məhz, burada toplanıb. New York-un mərkəzində yerləşən bu küçənin özünə gəldikdə, o çox dardır və ölçülərinə görə olduqca balacadır.