Müəssisənin maliyyə hesabatlarının etibarlı olması üçün kreditor borclarının düzgün təsnifatı vacib şərtdir. Qısamüddətli kreditor borcları müəssisənin maliyyə öhdəlikləri strukturunda mühüm rol oynayır. Bu məqalədə kommersiya müəssisələri üçün hesablar planının 53-cü “Qısamüddətli kreditor borcları” maddəsinə aid olan 538 saylı “Digər qısamüddətli kreditor borcları” hesabı üzrə uçotun əsas prinsipləri izah edilir.
538 saylı hesabın təyinatı
Hesabın təyinatı AR MN Kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”-nın 43.52-ci bəndi ilə müəyyən edilib: “538 saylı “Digər qısamüddətli kreditor borcları” hesabında mühasibat uçotu subyektinin 531 – 537 saylı hesablarında göstərilməyən, hesabat tarixindən sonra 12 ay ərzində ödənilməli olan görülmüş işlərin və göstərilmiş xidmətlərin qəbulu nəticəsində yaranan bütün digər qısamüddətli kreditor borcları barədə ümumiləşdirilmiş məlumatlar əks etdirilir.”
531-537 saylı hesablarda uçotun əsas prinsiplərini şərh edən məqalələrə keçidlər aşağıda verilib:
- 531-ci hesab: “Malsatan və podratçılar üzrə qısamüddətli kreditor borcları”;
- 532-ci hesab: “Törəmə (asılı) cəmiyyətlərə qısamüddətli kreditor borcları”;
- 533-cü hesab: “Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar”;
- 534-cü hesab: “Dividendlərin ödənilməsi üzrə təsisçilərə kreditor borcları”;
- 535-ci hesab: “İcarə üzrə qısamüddətli kreditor borcları”;
- 536-cı hesab: “Tikinti müqavilələri üzrə qısamüddətli kreditor borcları”;
- 537-cı hesab: “Faizlər üzrə qısamüddətli kreditor borcları”.
Müəssisənin maliyyə hesabatlarında kreditor borcların düzgün təsnifatı maliyyə hesabatlarının etibarlılığını təmin edən əsas şərtlərdən biridir. Kreditor borclar müəssisənin likvidlik səviyyəsinə, maliyyə dayanıqlığına və qısamüddətli maliyyə strategiyasına birbaşa təsir göstərir.
Digər kreditor borclara nümunələr
Belə öhdəliklərə aşağıdakıları nümunə göstərmək olar:
- hüquqi şəxs yaratmadan birgə fəaliyyətlə bağlı əməliyyatlar üzrə hesablaşmalar.
- təsadüfi tərəflərlə, məsələn, alıcı və ya sifarişçi olmayan fiziki şəxslərlə bağlanmış borc müqavilələri.
- müəssisənin bank hesabına səhvən daxil olmuş və 12 ay ərzində yaxud daha çox müddət ərzində qaytarılması razılaşdırılmış məbləğlər.
- digər hesablaşmalar nəticəsində yaranan uzunmüddətli öhdəliklər.
Müəssisələrin belə öhdəlikləri uzunmüddətli və qısamüddətli kimi təsnifləşdirilir. Digər uzunmüddətli kreditor borcları 435 saylı hesabda uçota alınır.
“Digər qısamüddətli kreditor borcları” hesabında uçotun tənzimlənməsi
538 saylı hesabda qısa uzunmüddətli kreditor borclarının uçotu Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin yuxarıda qeyd edilən qaydalarının 43.52-43.58-cu bəndləri əsasında tənzimlənir.
- borcun yaranması 538-ci hesabın krediti üzrə əks olunur, bu zaman qaydaların 43.52-ci bəndinin tələbləri nəzərə alınır;
- görülmüş iş və xidmətlərin qəbulu zamanı yaranan ƏDV “Debet 241-1, Kredit 538” yazılışı ilə uçota alınır (43.52-ci bəndi);
- öhdəlik uzunmüddətli kimi təsnif edildikdə “Debet 538, Kredit 435” yazılışı verilir (43.53-cü bənd);
- məzənnə fərqləri üzrə yazılışlar qaydaların 43.55-ci bəndi ilə tənzimlənir, müsbət fərqi 538-ci hesabın debeti və 611-8 saylı subhesabın krediti, mənfi məzənnə fərqi 731-8 saylı subhesabın debeti və 538-ci hesabın krediti üzrə uçota alınır;
- borc birbaşa müəssisə tərəfindən ödənildikdə qaydaların 43.56, üçüncü şəxs tərəfindən ödənildikdə isə 43.57-ci bəndi tətbiq edilir;
- digər qısamüddətli kreditor borclarının bağışlanılması və ya qanunvericiliklə müəyyən edilmiş qaydada silinməsi 538 saylı hesabın debetində və 611-10 saylı subhesabın kreditində əks etdirilir, bu zaman digər müxabirləşmələr qaydaların 43.58-ci bəndi ilə tənzimlənir.
“Digər qısamüddətli kreditor borcları” hesabı passiv hesabdır. Bu hesabın kredit dövriyyəsi borcun yaranmasını, debet dövriyyəsi isə borcun ödənilməsini və ya azalmasını əks etdirir. Hesabın saldosu isə hesabat dövrünün sonunda müəssisənin digər qısamüddətli kreditorlara olan borclarının məbləğini göstərir.
Beynəlxalq standartların uçota təsiri
538 saylı hesabından istifadənin əsas məqsədlərindən biri beynəlxalq uçot standartlarının prinsiplərini yerli hesablar planında tətbiqini təmin etməkdir. Bu zaman aşağıdakı standartların tələbləri nəzərə alınmalıdır:
- IAS 1 (“Maliyyə hesabatlarının təqdimatı”) standartı öhdəlikləri qısamüddətli (cari) və uzunmüddətli (qeyri-cari) kreditor borclar kimi fərqləndirir (61-ci maddə).
- IAS 32 (“Maliyyə alətləri: təqdimat”) standartı baxımından kreditor borcları müəssisənin müqaviləyə əsasən digər tərəfə pul vəsaiti ödəməyə məcbur olduğu maliyyə öhdəliyidir (maddə 11).
- IFRS 9 (“Maliyyə alətləri”) – standartın 4.2.1 bəndinə görə belə öhdəliklərin qiymətləndirilməsi zamanı effektiv faiz dərəcəsi metodundan istifadə edilir.
Yerli qanunvericiliyin və beynəlxalq standartların düzgün tətbiqi, şirkətin maliyyə vəziyyəti haqqında hesabatda öhdəlikləri dəqiq əks etdirməyə imkan verir.
538 saylı hesabın tətbiq nümunələri
Nümunə: Müəssisənin digər uzunmüddətli kredit borcu kimi təsnif edilmiş 25000 manat öhdəliyi var. Bu borcun ödəniş müddəti 2025-ci ilin birinci rübündə bitəcək. 2024-cü ilin noyabr ayında borcdan 7000 manat ödənilir. Maliyyə hesabatlarının hazırlanması zamanı bu öhdəlik uzunmüddətli borclardan qısamüddətli borclara köçürülməlidir.
| Əməliyyatın Məzmunu | Debet | Kredit | Məbləğ (manat) |
| Digər uzunmüddətli kreditor borcların qalığı | 435: “Digər uzunmüddətli kreditor borcları” | 25000.00 | |
| Kreditor borcun bir hissəsi ödənilir | 435: “Digər uzunmüddətli kreditor borcları” | 223 “Bank hesablaşma hesabı” | 7000.00 |
| İlin sonunda uzunmüddətli kreditor borc qısamüddətli kimi təsnifləşdirilir | 435: “Digər uzunmüddətli kreditor borcları” | 538: “Digər qısamüddətli kreditor borcları” | 18000.00 |
| Digər qısamüddətli (2025-ci ilin I rübü) kreditor borcun ödənir | 538: “Digər qısamüddətli kreditor borcları” | 223 “Bank hesablaşma hesabı” | 100,000.00 |
538 saylı hesab, 531-538 nömrəli hesablarda təsnif edilməyən mürəkkəb xarakterli qısamüddətli öhdəliklərin düzgün uçotu üçün əhəmiyyətli bir vasitədir. Bu hesabın düzgün tətbiqi həm şirkətin maliyyə vəziyyəti haqqında hesabatlarda öhdəliklərin dəqiq əks etdirilməsin, həm də analitiklər və investorlar üçün maliyyə sabitliyi haqqında etibarlı məlumatların təmin edilməsin təmin edir.
