Gəlir vergisi
Fiziki şəxslərin gəlir vergisi birbaşa vergilərin əsas növüdür. Qüvvədə olan qanunvericiliyə uyğun olaraq gəlir vergisinin hesablanması fiziki şəxslərin gəlirinə müvafiq faizlər tətbiq etməklə aparılır. Bu zaman vergi qanunvericiliyində nəzərdə tutulmuş güzəşt və azadolmalar, habelə sənədləşdirilmiş xərclər nəzərə alınır.
Gəlir vergisinin hesablanması və ödənilməsi fiziki şəxsinin gəlirinin əldə edildiyi mənbəyə görə fərqlənə bilər. Məsələn, əmək haqqından tutulmaların hesablanması aylıq gəlir vergisi kimi ödənir, idman mərc oyunlarından uduşlara görə vergilər ödəmələrin verildiyi vaxt həyata keçirilir.
Gəlir vergisi ödəyiciləri və vergitutma obyektləri
Gəlir vergisinin hesablanması aşağıdakı fiziki şəxslər üzrə aparılır:
- Azərbaycan Respublikasının rezidenti olan fiziki şəxslərin gəliri (respublika ərazisində ardıcıl 12 ay ərzində ən azı 183 təqvim günü qalan şəxslər və Məcəllənin 13.2.5 maddəsinə uyğun digər fiziki şəxslər);
- Azərbaycan mənbəyindən gəlir əldə edən qeyri-rezident qeyri-fiziki şəxslərin gəlirləri.
Gəlir vergisinin hesablanması qaydası
Fiziki şəxslərin gelir vergisinin hesablanmasi vergitutma bazasının vergi dərəcəsinə hasili kimi müəyyən edilir. Azərbaycan Respublikasının Vergi Məcəlləsi fiziki şəxsin gəlir vergisi üçün fərqli vergi dərəcəsi nəzərdə tutur. Məcəllədə həm gəlir növləri, həm də vergi ödəyicilərinin kateqoriyaları üzrə müxtəlif gəlir vergisi dərəcələri müəyyən edilib. Vergitutma bazası vergisi dərəcələrinə uyğun hər bir gəlir növü üçün ayrıca tapılır.
Fiziki şəxslərin gəlirini əldə edilmə mənbəyinə görə üç qrupa ayırmaq olar:
- muzdlu işlə bağlı fiziki şəxslərin gəliri, bunu bəzən əmək haqqından tutulmaların hesablanması da adlandırılır. vergi öhdəliyi aylıq gəlir vergisi şəklində hesablanır və ödənir.
- muzdlu işlə bağlı olmayan gəlirlər, buraya sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətindən əldə edilmiş gəlirlər aiddri
- fiziki şəxsin digər gəliri, məsələn, yarışlarda qazanılmış pul şəklində mükafatlar.
Gəlir vergisinin hesablanması zamanı dərəcələr bu qruplar, habelə onların daxilində ödəyici kateqoriyaları əsasında müəyyən edilir.
Muzdlu işlə bağlı gəlir vergisinin hesablanması
Muzdlu işlə bağlı gelir vergisinin hesablanmasi zamanı fiziki şəxslərin gəlirindən aylıq gəlir vergisi hesablanır və ödənir. Bu vergi ödəyiciləri arasında daha çox əmək haqqından tutulmaların hesablanması kimi tanınır. Amma belə hesablamalar zamanı təkcə əmək haqqı deyil, həm də muzdlu işlə bağlı fiziki şəxsin bütün gəlirləri nəzərə alınır. Muzdlu işlə fiziki şəxsin gəlirləri burada ətraflı şərh edilib. İşəgötürən fiziki şəxsin belə gəlirlərinə işçi kateqoriyalarına uyğun vergi dərəcələri tətbiq edir. Muzdlu işlə bağlı gəlir vergisinin hesablanması zamanı tətbiq edilən vergi dərəcələri AR VM-in 101.1, 101.1-1, 101.7 maddələri ilə müəyyən edilir.
Muzdlu işə aid olmayan fəaliyyətdən gəlirlər
Belə fəaliyyətdən fiziki şəxslərin gəliri iki qrupa ayrılır:
- sahibkarlıq fəaliyyətindən gəlirlər;
- qeyri-sahibkarlıq fəaliyyətindən gəlirlər.
Yuxarıda əmək haqqından tutulmaların hesablanması və ödənilməsinin aylıq gəlir vergisi şəklində aparıldığın qeyd etmişdik. Burada isə bir qədər fərqlidir, gəlir vergisi ödəyiciləri illik vergi bəyannaməsi təqdim edir, ödənişlər ona uyğun olaraq nizamlanır.
Azərbaycan Mühasiblər Məktəbi təqdim edir: “Mənfəət (gəlir) vergisi bəyannaməsinin hazırlanması”
Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin gəlir vergisinin hesablanması vergitutma bazasına 20 faiz dərəcə tətbiq edilməklə aparılır. Sahibkarlıq fəaliyyətindən gəlirlərin tərkibi və vergi tutulan gəlirlər burada şərh edilib.
Qeyri-sahibkarlıq fəaliyyəti zamanı fiziki şəxsin illik gəliri 14 faiz dərəcə ilə vergiyə cəlb edilir. Xüsusi notariuslar üçün vergitutma bazası Məcəllənin 96.1 maddəsi ilə müəyyən edilir və ona 10 faiz vergi dərəcəsi tətbiq edilir.
Qeyri-sahibkarlıq fəaliyyətindən gəlirlərin tərkibi, habelə digər gəlirləri haqqında buradan oxuya bilərsiniz.
Vergi orqanlarında uçota durmayan fiziki şəxslərin göstərdiyi xidmətlərə (işlərə) münasibətdə gelir vergisinin hesablanmasi Məcəllənin 101.1-3 maddəsi əsasında 101.1-ci maddəsinə uyğun vergi dərəcəsi tətbiq edilməklə aparılır. Yəni bu, Əmək haqqından tutulmalarının hesablanması qaydalarına oxşardır.
Cari vergi ödəmələri
Gəlir vergisinin hesablanması zamanı digər maraqlı cari vergi ödəmələri ilə bağlıdır. Məlumdur ki, hüquqi və sahibkar fiziki şəxslərin gəlir vergisi bəyannaməsi illik təqdim edilir, yəni onlarda dövlət büdcəsi qarşısında aylıq gəlir vergisi öhdəliyi yaranmır. Bu səbəbdən hesabatlılığın təmin edilməsi üçün hər rübdən sonrakı ayın 15-dən gec olmayaraq “Cari vergi ödəmələrinin hesablanması haqqında” Arayış təqdim edir və cari ödəmələri həyata keçirir. Cari vergi ödəmələrinin hesablanması Vergi Məcəlləsinin 151-ci maddəsi ilə tənzimlənir.
Cari vergi ödəmələri vergi ödəyicisinin hesabat ili üçün ödəməli olduğu vergilərə aid edilir və ilin sonunda gəlir vergisinin hesablanması bu ödənişlər nəzərə alınmaqla yenidən aparılır. Cari vergi ödəmələrinin hesablanamsı qaydası haqqında buradan oxumaq olar.