203 saylı “Tikinti müqavilələri üzrə məsrəflər” hesabı üzrə uçot

posted in: Xəbər | 0
birbank biznes

Ehtiyatlar üzrə uçot hesabları

Mühasibat uçotu subyektlərində tikinti müqavilələri üzrə bitməmiş tikinti işlərinin dəyəri  203 saylı “Tikinti müqavilələri üzrə məsrəflər” hesabı üzrə uçota alınır. Bu hesab mühasibat uçotunun hesablar planının “Qısamüddətli aktivlər” bölməsinin 20-ci maddəsinin (“Ehtiyatlar”) tərkibinə daxildir.

Beynəlxalq maliyyə hesabatı standartlarında ehtiyatların uçotu, tikinti müqavilələri üzrə məsrəflər istisna olmaqla, “Ehtiyatlar” (“Inventory”) adlı 2 saylı MUBS (IAS 2) ilə tənzimlənir, amma tikinti müqavilələri üzrə uçot istisnadır. Bu zaman “IFRS 15- Müştərilərlə müqavilələrdən gəlirlər” beynəlxalq standartdan istifadə olunur.

203 saylı “Tikinti müqavilələri üzrə məsrəflər” hesabı aktiv hesabdır. Hesab üzrə üzrə müxabirləşmələrin verilməsi qaydası AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”  ilə tənzimlənir.

Mühasibat uçotu subyektləri 20-ci maddə üzrə açıla bilər.

Qaydaların 22.1 bəndinə görə mühasibat uçotu subyektlərinin 20-ci maddə üzrə aça biləcəyi hesabların siyahısı aşağıdakı cədvəldə verilib.

Qısamüddətli aktivlər kimi tikinti məsrəflərinin uçotu hesablar planının Ehtiyatlar maddəsinin 203-cü maddəsi üzrə aparılır.

201 saylı “Material ehtiyatları” hesabı üzrə mühasibat yazılışlarının verilməsi qaydası ilə eyni adlı səhifədən, istehsalat (iş və xidmət) məsrəflərinin uçotu ilə isə buradan tanış ola bilərsiniz.

203 saylı “Tikinti müqavilələri üzrə məsrəflər” hesabı

Tikinti fəaliyyəti dedikdə, tikinti obyektlərinin inşa edilməsi, təmiri, bərpası, yenidən qurulması, sökülməsi fəaliyyəti nəzərdə tutulur. AR “Şəhərsalma və tikinti qanunvericiliyi” şəhərsalma, tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, həmçinin dövlət, bələdiyyələrin, fiziki yaxud hüquqi şəxslərin şəhərsalma, tikinti fəaliyyəti sahəsində hüquqlarını, vəzifələrini müəyyən edir. Tikinti münasibətlərinin tənzimləndiyi digər qərar isə AR NK-nin “Əsaslı tikintidə podrat müqavilələri haqqında qaydaların təsdiq edilməsi barədə” qərarıdır.

203 saylı “Tikinti müqavilələri üzrə məsrəflər” hesabında mühasibat uçotu subyektinin tikinti müqavilələri üzrə istifadə edilmiş məsrəflərinin hərəkəti haqqında ümumiləşdirilmiş məlumatların uçotu aparılır.

Yuxarıda qeyd edilən Qaydaların 22.15-ci bəndinə görə tikinti müqavilələri üzrə məsrəflər hesabına aşağıdakı subhesablar açmaq olar:

Qısamüddətli aktivlər kimi tikinti məsrəflərinin uçotu üzrə 203 saylı hesaba qaydaların 22.15-cu maddəsi üzrə subhesablar açılır.

Tikinti müqavilələri üzrə məsrəflərə həmin qaydaların 22.52-ci, nəzərdə tutulmuş işlərin tamamlanma mərhələsinə uyğun olaraq çəkilmiş məsrəflər xərc kimi tanındıqda isə 22.53-cü bəndi tətbiq edilir.

Bu hesab üzrə mühasibat yazılışlarına nümunələr aşağıda verilib.    

Tikinti müqavilələri üzrə məsrəflər qısa müddət ərzində nəzərdə tutulduqda       

Nümunə 1: “A” MMC aldığı sifarişə əsasən “B” MMC üçün istehsal binasını 1 il ərzində inşa edib təhvil verməlidir. Ümumi qiymət 290 000 manat olan müqavilə bağlanıb. Binanın smeta dəyəri aşağıdakı kimidir:

Materiallar – 130 000 AZN

Həmin sahədə çalışan işçilərin əməkhaqqı – 55 000 AZN

Əməkhaqqından tutulmalar – 10 065 AZN

Tikintidə istifadə olunmuş avadanlıqların amortizasiya xərcləri – 10 000 AZN

Digər xərclər – 44 935 AZN

Cəmi: 250 000 AZN

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Material ehtiyatları alındıqda 201 – Material ehtiyatları 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 130000.00
2 ƏDV hesablandıqda 241 – Əvəzləşdirilən ƏDV 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 23400.00
3 Alınan materiallar istifadə olunaraq tikinti məsrəflərinə aid edildidkə 203 – Tikinti müqavilələri üzrə məsrəflər 201 – Material ehtiyatları 130000.00
4 Əməkhaqqı hesablandıqda 203 – Tikinti müqavilələri üzrə məsrəflər 533 – Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar 55000.00
5 İşəgötürən hesabına sosial sığorta haqqı tikinti məsrəflərinə aid edildikdə (22%) 203 – Tikinti müqavilələri üzrə məsrəflər 533 – Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar 9790.00
6 İşəgötürən hesabına işsizlikdən sığorta haqqı tikinti məsrəflərinə aid edildikdə (0.5%) 203 – Tikinti müqavilələri üzrə məsrəflər 523 – Sosial sığorta və təminat üzrə öhdəliklər 60.00
7 İşəgötürən hesabına icbari tibbi sığorta haqqı  tikinti məsrəflərinə aid edildikdə (2%) 203 – Tikinti müqavilələri üzrə məsrəflər 523 – Sosial sığorta və təminat üzrə öhdəliklər 215.00
8 Tikintidə istifadə olunan avadanlıqların amortizasiya xərcləri tikinti məsrəflərinə aid edildikdə 203 – Tikinti müqavilələri üzrə məsrəflər 112 – Torpaq, tikili və avadanlıqlar üzrə yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləri 10000.00
9 Digər xərclər tikinti məsrəflərinə aid edildikdə 203 – Tikinti müqavilələri üzrə məsrəflər 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 44935.00
10 Satılan binanın maya dəyəri nəzərə alındıqda 701 – Satışın maya dəyəri üzrə xərclər 203 – Tikinti müqavilələri üzrə məsrəflər 250000.00
11 Satışın həyata keçirilməsi nəticəsində debitor borcları formalaşdıqda 215 – Tikinti müqavilələri üzrə qısamüddətli debitor borcları 601 – Satış 290000.00
12 ƏDV nəzərə alındıqda 215 – Tikinti müqavilələri üzrə qısamüddətli debitor borcları 545 – Digər qısamüddətli öhdəliklər 52200.00

Tikinti müqavilələri üzrə məsrəflər hissə-hissə təqdim edildikdə

Nümunə 2: “A” MMC aldığı sifarişə əsasən “B” MMC üçün istehsal binasını 2 il ərzində inşa edib təhvil verməlidir. Ümumi qiyməti 580 000 manat olan müqavilə bağlanmışdır. Müqaviləyə əsasən hər il binanın hazır olan hissələri qarşı tərəfə təhvil verilməlidir. Binanın hissələri təqdim edildikcə gəlir kimi tanınır. Binanın smeta dəyəri aşağıdakı kimidir:

Materiallar – 130 000 manat

Həmin sahədə çalışan işçilərin əməkhaqqı – 55 000 manat

Əməkhaqqından tutulmalar – 10 065 manat

Tikintidə istifadə olunmuş avadanlıqların amortizasiya xərcləri – 10 000 manat

Digər xərclər – 44 935 manat

Cəmi: 250 000 manat

Birinci ildə əldə edilən gəlir 55 000 AZN olmuşdur:

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Material ehtiyatları alındıqda 201 – Material ehtiyatları 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 130000.00
2 ƏDV hesablandıqda 241 – Əvəzləşdirilən ƏDV 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 23400.00
3 Birinci il alınan materiallar istifadə olunaraq tikinti məsrəflərinə aid edildidkə 203 – Tikinti müqavilələri üzrə məsrəflər 201 – Material ehtiyatları 130000.00
4 Əməkhaqqı hesablandıqda 203 – Tikinti müqavilələri üzrə məsrəflər 533 – Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar 55000.00
5 İşəgötürən hesabına sosial sığorta haqqı tikinti məsrəflərinə aid edildikdə (22%) 203 – Tikinti müqavilələri üzrə məsrəflər 533 – Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar 9790.00
6 İşəgötürən hesabına işsizlikdən sığorta haqqı tikinti məsrəflərinə aid edildikdə (0.5%) 203 – Tikinti müqavilələri üzrə məsrəflər 523 – Sosial sığorta və təminat üzrə öhdəliklər 60.00
7 İşəgötürən hesabına icbari tibbi sığorta haqqı  tikinti məsrəflərinə aid edildikdə (2%) 203 – Tikinti müqavilələri üzrə məsrəflər 523 – Sosial sığorta və təminat üzrə öhdəliklər 215.00
8 Tikintidə istifadə olunan avadanlıqların amortizasiya xərcləri tikinti məsrəflərinə aid edildikdə 203 – Tikinti müqavilələri üzrə məsrəflər 112 – Torpaq, tikili və avadanlıqlar üzrə yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləri 10000.00
9 Digər xərclər tikinti məsrəflərinə aid edildikdə 203 – Tikinti müqavilələri üzrə məsrəflər 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 44935.00
10 Birinci il üzrə hazır olan hissənin maya dəyəri nəzərə alındıqda 701 – Satışın maya dəyəri üzrə xərclər 203 – Tikinti müqavilələri üzrə məsrəflər 250000.00
11 Satışın həyata keçirilməsi nəticəsində debitor borcları formalaşdıqda 175 – Tikinti müqavilələri üzrə uzunmüddətli debitor borcları 601 – Satış 290000.00
12 ƏDV nəzərə alındıqda 175 – Tikinti müqavilələri üzrə uzunmüddətli debitor borcları 545 – Digər qısamüddətli öhdəliklər 52200.00

İkinci il üzrə binanın smeta dəyəri aşağıdakı kimidir:

Materiallar – 137 000 manat

Həmin sahədə çalışan işçilərin əməkhaqqı – 40 000 manat

Əməkhaqqından tutulmalar – 9 065 manat

Tikintidə istifadə olunmuş avadanlıqların amortizasiya xərcləri – 10 000 manat

Digər xərclər – 36 935 manat

Cəmi: 233 000 manat

İkinci ildə əldə edilən gəlir 42 000 AZN olmuşdur:

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Material ehtiyatları alındıqda 201 – Material ehtiyatları 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 137000.00
2 ƏDV hesablandıqda 241 – Əvəzləşdirilən ƏDV 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 24660.00
3 İkinci il alınan materiallar istifadə olunaraq tikinti məsrəflərinə aid edildidkə 203 – Tikinti müqavilələri üzrə məsrəflər 201 – Material ehtiyatları 137000.00
4 Əməkhaqqı hesablandıqda 203 – Tikinti müqavilələri üzrə məsrəflər 533 – Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar 40000.00
5 İşəgötürən hesabına sosial sığorta haqqı tikinti məsrəflərinə aid edildikdə (22%) 203 – Tikinti müqavilələri üzrə məsrəflər 533 – Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar 8755.00
6 İşəgötürən hesabına işsizlikdən sığorta haqqı tikinti məsrəflərinə aid edildikdə (0.5%) 203 – Tikinti müqavilələri üzrə məsrəflər 523 – Sosial sığorta və təminat üzrə öhdəliklər 80.00
7 İşəgötürən hesabına icbari tibbi sığorta haqqı  tikinti məsrəflərinə aid edildikdə (2%) 203 – Tikinti müqavilələri üzrə məsrəflər 523 – Sosial sığorta və təminat üzrə öhdəliklər 230.00
8 Tikintidə istifadə olunan avadanlıqların amortizasiya xərcləri tikinti məsrəflərinə aid edildikdə 203 – Tikinti müqavilələri üzrə məsrəflər 112 – Torpaq, tikili və avadanlıqlar üzrə yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləri 10000.00
9 Digər xərclər tikinti məsrəflərinə aid edildikdə 203 – Tikinti müqavilələri üzrə məsrəflər 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 36935.00
10 İkinci il üzrə hazır olan hissənin maya dəyəri nəzərə alındıqda 701 – Satışın maya dəyəri üzrə xərclər 203 – Tikinti müqavilələri üzrə məsrəflər 233000.00
11 Satışın həyata keçirilməsi nəticəsində debitor borcları formalaşdıqda 175 – Tikinti müqavilələri üzrə uzunmüddətli debitor borcları 601 – Satış 275000.00
12 ƏDV nəzərə alındıqda 175 – Tikinti müqavilələri üzrə uzunmüddətli debitor borcları 545 – Digər qısamüddətli öhdəliklər 49500.00

111-ci hesabda torpaq, tikili və avadanlıqların xaric olması üzrə müxabirləşmələr

Print Friendly, PDF & Email