202 saylı “İstehsalat (iş və xidmət) məsrəfləri” hesabı üzrə uçot

posted in: Xəbər | 0
birbank biznes

Ehtiyatlar üzrə uçot hesabları

İstehsal prosesi xammal, materiallardan istifadə etməklə yeni növ məhsulun yaradılması prosesidir. Bu, bütün növ ticarət əməliyyatlarının lap əvvəlidir. İstehsalat məsrəflərinin xərcdən fərqi odur ki, onlar ilk olaraq aktiv şəklində məhsulun maya dəyərini formalaşdırır və yalnız məhsul satıldıqdan, silindikdən sonra maya dəyəri xərci kimi tanınır. Çünki yalnız satıldıqdan, və ya hər hansı səbəbdən silindikdən sonra sözügedən məsrəflərin və ya onların formalaşdırdığı hazır məhsulun geri dönüşü olmayacaqdır. İstehsal (iş və xidmət) məsrəfləri Hesablar Planının 20-ci maddəsinin (“Ehtiyatlar”) 202 saylı aktiv hesabı üzrə uçota alınır.

Beynəlxalq maliyyə hesabatı standartlarında ehtiyatların uçotu “Ehtiyatlar” (“Inventory”) adlı 2 saylı MUBS (IAS 2) ilə tənzimlənir. Belə aktivlərin dövriyyə müddəti, əsasən 12 aydan azdır, qısamüddətli aktivlər kimi xarakterizə olunur.

202 saylı “İstehsalat (iş və xidmət) məsrəfləri” hesabı üzrə müxabirləşmələrin verilməsi qaydası AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları” ilə tənzimlənir. Bu hesabdan başqa “Qısamüddətli aktivlər” bölməsinin 20-ci maddəsi üzrə digər hesablar da açıla bilər, məsələn 201 saylı “Material ehtiyatları” hesabı. Bu maddədə açılan hesabların siyahısı aşağıdakı cədvəldə verilib (Qaydalar: 22.1).

Ehtiyatlarin uçotu zamanı istifadə olunan hesablar- material hesablar – 201, İstehsalat məsrəfləri 202, Tikinti müqavilələri üzrə çəsrəflər 203, Hazır məhsullar 204, mallar -205, satış məqsədi ilə saxlanılan digər aktivlər 206, digər ehtiyatlar 207, ehtiyatların dəyərinin azalmasına görə güzəştlər 208.

202 saylı “İstehsalat (iş və xidmət) məsrəfləri” hesabı

Bu hesabda mühasibat uçotu subyektinin istehsal, iş, xidmətlərinin həyata keçirilməsi prosesində məsrəflərin hərəkəti haqqında ümumiləşdirilmiş məlumatların uçotu aparılır.

Yuxarıda qeyd edilən Qaydaların 22.8 bəndinə əsasən 202 saylı “İstehsalat (iş və xidmət) məsrəfləri” hesabı üzrə aşağıdakı subhesablar açmaq olar.

Hesab və subhesablar üzrə mühasibat yazılışları verilərkən yuxarıda qeyd edilən Qaydaların 22.30.1, 22.30.5, 22.31.2, 22.38.1, 22.38.7 və 22.39  bəndlərinin tələbləri nəzərə alınmalıdır.

İstehsalat (xidmət) məsrəflərinə onlarla birbaşa bağlı olan məsrəflər üzrə müxabirləşmə verilərkən Qaydaların 22.47-ci bəndi nəzərə alınır.

İstehsalat məsrəfləri istehsal prosesi başa çatdıqdan sonra aktiv kimi tanınan zaman mühasibat yazılışları Qaydaların 22.48-ci bəndi əsasında verilir.

Xidmət prosesi başa çatdıqdan sonra xidmət məsrəflərinin xərc kimi tanınması Qaydaların 22.50-ci bəndinə uyğun nizamlanır.

Bioloji aktivlərdən və ya bioloji aktivin transformasiyasından əldə edilən kənd təsərrüfatı məhsulları üzrə istifadə edilmiş məsrəflərin uçotu Qaydaların 22.51-ci bəndinə uyğun aparılır.

202 saylı “İstehsalat (iş və xidmət) məsrəfləri” hesabı ilə bağlı müxtəlif müxabirləşmə nümunələri aşağıda verilib.

Material ehtiyatları istehsalat məsrəfləri hesabına aid edildikdə

Nümunə 1: “A” MMC mətbəx mebelləri istehsal edir. Mebellərin hazırlanmasında istifadə olunan taxtanın təmin edilməsi məqsədilə digər bir şirkətlə müqavilə bağlayıb. Müqavilə şərtlərinə əsasən sözügedən taxtalar onları alan şəxs tərəfindən daşınır. 26000 manatlıq materialların daşınması zamanı 700 manat xərc çəkilmiş, 22695 manat dəyərində materiallar istifadə edilərək mebel hazırlanaraq satılıb.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Material ehtiyatları hazır məhsula aid edildikdə 202 – İstehsalat (iş və xidmət) məsrəfləri 201 – Material ehtiyatları 22695,00
2 İstifadə olunan materiallar hazır məhsul kimi uçota alındıqda 204 – Hazır məhsul 202 – İstehsalat (iş və xidmət) məsrəfləri 22695.00

İstehsal sahəsində əməkhaqqı hesablandıqda

Nümunə 2: “A” MMC dəmir qapılar istehsal edir. Müəssisənin 35 nəfər işçisinin 27-si istehsal binasında, 8-i isə inzibati binada işləyir. İnzibati binada işləyən işçilərdən fərqli olaraq istehsalatda çalışan işçilərin əməkhaqqı xərcləri istehsalat məsrəflərinə aid edilir.

İstehsal binasında işləyən işçilər üzrə hesablanmış əməkhaqqı 14050 manatdır.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Əməkhaqqı hesablandıqda 202 – İstehsalat (iş və xidmət) məsrəfləri 533 – Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar 14050.00
2 İşçi hesabına sosial sığorta haqqı hesablandıqda (3%) 533 – Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar 522-1 – Sosial sığorta və təminat üzrə öhdəliklər 1027.00
3 İşçi hesabına işsizlikdən sığorta haqqı hesablandıqda (0.5%) 533 – Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar 523-1 – Digər məcburi ödənişlər üzrə öhdəliklər 70.25
4 İşçi hesabına icbari tibbi sığorta haqqı  hesablandıqda (2%) 533 – Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar 523-2 – Digər məcburi ödənişlər üzrə öhdəliklər 281.00
5 İşəgötürən hesabına sosial sığorta haqqı istehsalat məsrəflərinə aid edildikdə (22%) 202 – İstehsalat (iş və xidmət) məsrəfləri 522-2 – Sosial sığorta və təminat üzrə öhdəliklər 2485.50
6 İşəgötürən hesabına işsizlikdən sığorta haqqı istehsalat məsrəflərinə aid edildikdə (0.5%) 202 – İstehsalat (iş və xidmət) məsrəfləri 523-3 – Digər məcburi ödənişlər üzrə öhdəliklər 70.25
7 İşəgötürən hesabına icbari tibbi sığorta haqqı  istehsalat məsrəflərinə aid edildikdə (2%) 202 – İstehsalat (iş və xidmət) məsrəfləri 523-4 – Digər məcburi ödənişlər üzrə öhdəliklər 281.00

Qeyd: İnzibati binada çalışan işçilərin əməkhaqqı xərcləri 721 saylı “İnzibati xərclər” hesabına aid ediləcək.

Amortizasiya xərcləri istehsalat məsrəfləri hesabına aid edildikdə

Nümunə 3: Şirkət mebellərin hazırlanmasında istifadə etmək üçün 75000 AZN dəyərində avadanlıq almışdır. Avadanlıq alındığı tarixdə istismara verilib. Avadanlığa görə hesablanmış amortizasiya məbləği 3100 AZN olmuşdur.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 İstehsalat binasına avadanlıq alındıqda 113 – Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 75000.00
2 Avadanlıq istismara verildikdə 111 – Torpaq, tikili və avadanlıqların dəyəri 113 – Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması 75000.00
3 Amortizasiya xərci istehsalat məsrəflərinə aid edildikdə 202 – İstehsalat (iş və xidmət) məsrəfləri 112 – Torpaq, tikili və avadanlıqlar üzrə yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləri 3100.00

Bioloji aktivlər istehsalat məsrəfləri hesabına aid edildikdə 

Nümunə 4: “A” MMC cəmi qiyməti 52500 AZN olan 35 baş ana inək almışdır. Bu inəklərin saxlanmasına (yemlənmə, dərman) 22500 AZN xərc çəkilmişdir. 5 ay sonra inəklərin 20-si 1 bala, 15-i 2 bala olmaqla cəmi 50 bala doğmuşdur.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Bioloji aktiv digər müəssisələrdən əldə edildikdə 131 – Bioloji aktivlər – Dəyər 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 52500.00
2 5 ay boyunca inəklərin saxlanmasına xərc çəkildikdə 202 – İstehsalat (iş və xidmət) məsrəfləri 201 – Material ehtiyatları 22500.00
3 Təzə doğulan buzovlar bioloji aktivlərə aid edildikdə 131 – Bioloji aktivlər – Dəyər 202 – İstehsalat (iş və xidmət) məsrəfləri 22500.00
Print Friendly, PDF & Email