Ümidsiz borcların uçotu

posted in: Xəbər | 0

Ümidsiz borcların birbaşa silinmə metodu ilə uçotu

Birbaşa metod – ümidsiz borclar üzrə xərclərin qeyd olunmasının praktiki metodu olub, ayrıca hesab məbləğinin qayıtmasına tamamilə ümidin olmadığı hallarda istifadə olunur. Bu metodun tətbiqi zamanı dövrün sonuna hər hansı ehtiyat qeyd olunmur, ümidsiz debitor borcun silinməsi birbaşa aparılaraq ümidsiz borclar üzrə xərc şəklində mənfəət və zərərlər haqqında hesabata daxil edilir.

Hər hansı debitorla ciddi problem olduqda, müəssisənin kreditlə satışlar şöbəsinin rəyi əsasında mühasib “birbaşa silinmə” metodundan istifadə etməklə belə borcunu birbaşa xərcə silə bilər.

Nümunə 1: Noyabr ayının əvvəlində təşkilatın kredit şöbəsi hesab edir ki, “A” MMC-nin borclarının 1700 manat hissəsinin qayıtmasına ümid yoxdur. Deməli mühasibatlıqda belə yazılış verilməlidir:

01.03.XX Ümidsiz borclar üzrə xərclər 1700
Debitorun borcu – “A” MMC 1700

İndi isə təsəvvür edin ki, bütün proqnozlara baxmayaraq noyabr ayının sonunda “A” MMC gözlənilmədən ümidsiz borcun 650 manat hissəsini qaytarır. Deməli:

Mühasibat xidmətləri
01.03.XX Debitor borcu – “A” MMC 650
Ümidsiz borclarla bağlı xərclər 650
Pul vəsaiti 650
Debitorun borcu – “A” MMC 650

Jurnaldan göründüyü kimi, əvvəlcə debitorun borcunun qaytarılan hissəsini bərpa etmək üçün düzəliş qeydi, sonra isə debitor hesabına pul vəsaitlərinin daxil olmasına görə yazılış verilir.

Birbaşa metod o vaxt səmərə verir ki, debitorların yığılması ümidi sıfıra bərabər olsun. Birbaşa metodla debitor borcu hesabı ümidsiz borc qədər azaldılır. Ümidsiz borclara görə xərclər də həmin məbləğ qədər artır. Yəni, mühasiblər şübhəli borc hesabının üstündən keçərək Mənfəət və zərər haqqında hesabata xərcləri birbaşa qeyd edir. Debitorlar hesabı da həmin məbləğ qədər azaldılır.

Nümunə 2:  Təsəvvür edin 2021-ci ildə “Gənclər” şirkəti ümumilikdə 120.000 məbləğində kreditlə xidmət göstərmişdi. Bu əməliyyatın ümumilikdə yazılışını aşağıdakı kimi vermək olar:

2021 Debitorlar 120.000
Xidmətdən gəlir 120.000

2022-cü ildə müəssisə, müştərilərdən birinin 2021-ci ildə göstərilmiş 2300 manat məbləğində xidmətin haqqını ödəmə imkanına malik olmadığını müəyyən etmişdir. Belə vəziyyətdə, yığılmayan məbləğ əsas məbləğlə müqayisədə o qədər də çox deyil. Ona görə də təşkilat 2021-ci ildəki gəlirini birbaşa metodla silə bilər. Birbaşa silinmə Debitor borcu hesabını azaldacaq, Ümidsiz borclara görə xərcləri isə artıracaqdır:

2022 Ümidsiz borclara görə xərclər 2300
Debitor borcu 2300

Ümidsiz borcların ehtiyat metodu ilə qiymətləndirilməsi və uçotu

İndi isə bir qədər ehtiyat metodundan danışaq. Bu metodun mahiyyəti ondan ibarətdir ki, öncə bir ehtiyat yaradılır və sonra bu ehtiyatla bağlı hələ də qayıtmağı gözlənilən şübhəli borclar ümidsiz borclardan tam şəkildə ayırd edilir.

Yuxarıda qeyd etdiyimiz kimi, əgər alacaqların müəyyən qismində ümumi problem olarsa müəssisə həmin hissəni şübhəli borclar sırasına salıb xərcə silmə hüququna malikdir. Bunun üçün mühasib alacaqların (debitorların)- şübhədə olan hissəsi üzrə ehtiyat yaradaraq növbəti dövr üzrə Mənfəət və zərərlər haqqında hesabatda xərcləri əvvəlcədən nəzərə alır. Buna ehtiyat metodu deyilir.

Ehtiyat metodunun 2 əsas üstünlüyü vardır:

  • Öncə bir ehtiyat yaradılmışdı: balans hesabatında (son sınaq balansında) debitor borclarının əsas və xalis hissəsini, o cümlədən şübhəli borclar üzrə ehtiyatı görmək mümkün olur.
  • Balans hesabatında (son sınaq balansında) debitor borclarının əsas və xalis hissəsini, o cümlədən şübhəli borclar üzrə ehtiyatı görmək mümkün olur: Balans hesabatında (son sınaq balansında) debitor borclarının əsas və xalis hissəsini, o cümlədən şübhəli borclar üzrə ehtiyatı görmək mümkün olur.

Ümidsiz (şübhəli) borclarla bağlı ehtiyatın qiymətləndirilməsi metodları

Ehtiyat metodu ilə ümidsiz (şübhəli) debitor borclarla bağlı ehtiyat məbləğinin qiymətləndirilməsinin aşağıdakı 2 metodundan istifadə olunur:

  1. Satışa nisbətən faiz metodu;
  2. Debitor borcu metodu.
Yeri gəlmişkən, əgər sizin ümidsiz (şübhəli) debitor borclarla bağlı ehtiyat məbləğinin qiymətləndirilməsi metodunun seçimində çətinliyiniz varsa Accounting.Az konsaltinq şirkətinə müraciət edin. Beynəlxalq arenada tanınan bu şirkət 112 ölkədən 300-dən çox müstəqil firmanı özündə birləşdirən Məsləhətçi və Mühasibat Firmaları Assosiasiyası “PrimeGlobal”-ın üzvüdür.

Satışa nisbətən faiz metodu

Ümidsiz borclar üzrə xərclər satışa nisbətən faiz metodundan istifadə zamanı aşağıdakı düsturla hesablanır:

Ümidsiz borclar üzrə xərc hesabat dövründə satışların ümidsiz borc faiz dərəcəsinə hasili kimi hesablanır

Düsturda verilən ümidsiz borclar üzrə faizin kəmiyyəti praktikadan irəli gələn bir rəqəm olub 2-6% arasında dəyişir.

Debitor borcu metodu

Bu metodun özü də 2 üsuldan ibarətdir:

  1. a) debitor borcuna nisbətən faiz metodu;
  2. b) debitor borcunun müddətinə nisbət metodu.

Debitor borcuna nisbətən faiz metodu ilə ÜBX-i tapmaq üçün aşağıdakı 2 mərhələdən ibarət düsturlar tətbiq etmək lazımdır:

   Birinci mərhələdə Şübhəli borclarla bağlı Ehtiyatın Arzu olunan Balans məbləği tapılır:

Debitor borcuna nisbətən faiz metodu ilə ümidsiz borc xərclərini tapmaq üçün 2 mərhələli düsturlar tətbiq etmək lazımdır

İkinci mərhələdə ÜBX-i tapmaq üçün aşağıdakı düsturdan istifadə olunaraq tapılan məbləğin mühasibat yazılışı veriləcək:

Ümidsiz Borclar üzrə Xərci hesablamaq üçün şübhəli borclar üzrə ehtiyatın balans məbləğini tapmaq lazımdır.

Debitor borcunun müddətinə nisbət metodu ilə ÜBX-i tapmaq üçün aşağıdakı 4 mərhələ üzrə iş aparmaq lazımdır:

  • hər bir debitor öz müddətinə görə qruplaşdırılır;
  • hər bir qrup öz QÜB faizinə vurulur;
  • hər bir qrup üçün hesablanmış ÜB cəmlənərək sonda ŞBEAB məbləği tapılır;
  • alınmış cəmdən (ŞBEAB-dan) mövcud ŞB üzrə ehtiyat çıxılaraq ÜBX tapılır.
  • ümidsiz (şübhəli) borclar silinir.

Lakin unutmayaq ki, bu yazılış o vaxt verilir ki, borcun qayıtmayacağı dəqiq bilinsin. Bu zaman ŞBE hesabına debet, debitor borcu hesabına isə kredit yazılışı verilməsi lazım gəlir. Məsələn, fərz edək ki, “A” MMC şirkətinin borclarının 6500 manatının silinməsi qərara alınmışdır. Yəni mühasibatlıqda aşağıdakı yazılış veriləcəkdir:

DT

KT

Şübhəli borclara görə ehtiyat 6500
Debitorlar 6500

Silinən ümidsiz borcların vergi uçotu

Vergi orqanları tərəfindən vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borcların şərtləri Vergi Məcəlləsinin 93-cü maddəsində şərh olunub. Məcəllənin 111-ci maddəsi ümidsiz borcların gəlirdən çıxılması hüququnun yaranması hallarını izah edir. “Gəlirdən çıxılan xərclər hansılardır?” sualını cavabını eyni adlı yazıdan tapmaq olar.

Silinmə zamanı VM-lə yanaşı tərəflər arasındakı müqavilə şərtləri, həmçinin Mülki Məcəllənin tələbləri nəzərə alınmalıdır, məsələn:

  • iddia müddəti (MM, maddə 373);
  • öhdəliklərin icra vəziyyəti;
  • kassa metodu tətbiq edildiyi halda gəlirin əldə edilməsi vaxtı (VM, maddə132)
  • tələb hüququ ilə bağlı digər müddəalar.

Ümidsiz borclar silinırkən ƏDV silinməsi də müvafiq qaydada icra olunur.

Silinən debitor və kreditor borcların vergi uçotunun necə aparılması barədə buradan daha ətraflı oxumaq olar.

Uçot subyektlərinin debitor və kreditor borcları