403 saylı “Uzunmüddətli konvertasiya olunan istiqrazlar” hesabı üzrə uçot

posted in: Xəbər | 0

Konvertasiya olunan istiqrazlar

Uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər Hesablar Planının 40-cı maddəsinə uyğun olaraq uçota alınır.

İstiqraz dedikdə hər hansı bir müəssisənin orta və yaxud da uzunmüddətli borc vəsaitləri əldə etmək məqsədi ilə nominal dəyəri üzərindən buraxdıqları qiymətli kağızlar başa düşülür. Hər hansı biri layihəni maliyyələşdirilməsi və yaxud vaxtı çatmış öhdəliklərin icrası üçün müxtəlif mənbələrdən istifadə edilir.

Müəssisələr investisiya layihəsini maliyyələşdirmək istədikdə alternativ mənbələri qiymətləndirir. Bu zaman müəssisələr həmin layihənin müəyyən bir hissəsini öz vəsaiti hesabına maliyyələşdirir, çatışmayan hissə üçün isə kənar mənbələr axtarılır. Layihə üçün çatışmayan lazımi vəsaiti təmin etmənin iki yolu vardır. Birinci yol dedikdə bank krediti vasitəsi ilə təmin edilən vəsait, ikinci yol dedikdə isə istiqraz buraxmaqla əldə edilən vəsait başa düşülür.

Konvertasiya olunan istiqrazlar öz sahiblərinə faiz almaq hüququndan əlavə həmin istiqrazları emissiya edən səhmdar cəmiyyətinin digər qiymətli kağızların qarşılığında dəyişdirmək yaxud da yeni emissiya edilmiş səhmləri almaqda üstünlük əldə etməsi üçün şərait yaradır.

Mühasibat xidmətləri

Uzunmüddətli konvertasiya olunan istiqrazlar hesabı üzrə uçot

AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”-nın 34-cü bəndi  uzunmüddətli konvertasiya olunan istiqrazları üzrə subhesabların açılması, müxabirləşmələri tənzimləyir.

Qaydaların 34.1-ci maddəsi aşağıdakı hesabları əhatə edir:

Uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər üzrə (40-cı maddə) bir-neçə uçot hesabı açıla bilər. Onlardan biri 403 saylı “Uzunmüddətli konvertasiya olunan istiqrazlar” hesabıdır.

403 №li “Uzunmüddətli konvertasiya olunan istiqrazlar” hesabında mühasibat uçotu subyektinin kapitala konvertasiya oluna bilən istiqrazlar (borc kağızları) buraxdığı zaman, konvertasiyası 12 aydan artıq müddət ərzində həyata keçirilən həmin istiqrazlar barədə ümumiləşdirilmiş məlumatlar əks etdirilir. Bu hesab öhdəlik hesabıdır.

Uzunmüddətli konvertasiya olunan istiqrazlar buraxıldıqda mühasibat qeydlərinin yazılışı sözügedən qaydaların 34.12-ci bəndilə tənzimlənir.

Uzunmüddətli konvertasiya olunan istiqrazlar üzrə müsbət məzənnə fərqi yarandığı zaman baş verə biləcək mümkün hallar üzrə müxabirləşmələr həmin qaydaların 34.13-cü bəndinə əsasən aparılır.

Uzunmüddətli konvertasiya olunan istiqrazlar qısamüddətli konvertasiya olunan istiqrazlar kimi təsnifləşdirilmədən birbaşa olaraq;

  • kapitala keçirildiyi halda qaydaların 34.14-cü bəndi;
  • ödənildiyi halda isə 34.15-ci bəndi tətbiq olunur.

Uzunmüddətli konvertasiya olunan istiqrazların üçüncü şəxs tərəfindən ödənildikdə yaranan hallar həmin qaydaların 34.16-cı bəndi, bağışlanılması və ya iddia müddətinin keçməsi ilə əlaqədar qanunvericiliklə müəyyən edilmiş qaydada silinməsi isə yuxarıda qeyd edilən qaydaların 34.17-ci bəndinə əsasən tənzimlənir.

403-cü hesabla bağlı müxabirləşmə nümunələri

“A” MMC  illik faizi 15% olan 3 il müddətində 10000 manat dəyərində uzunmüddətli istiqrazlar buraxmışdır. İstiqrazların satışı başa çatdıqdan sonra əldə olunan məbləğ kassaya mədaxil edilib. Birinci il icra ediləcək əməliyyatlar aşağıdakı kimidir:

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Müəssisə tərəfindən istiqrazlar buraxıldıqda 223 – Bank hesablaşma hesabları 403 – Uzunmüddətli konvertasiay olunan istiqrazlar 10000.00
2 İstiqrazlarla bağlı birinci il üçün faiz xərcləri hesablandıqda 242 – Gələcək hesabat dövrünün xərcləri 537 – Faizlər üzrə qısamüddətli kreditor borcları 1500.00
3 Sonrakı iki il üçün olan əsas borc məbləğinin faiz xərci hesablandıqda 191 – Gələcək hesabat dövrlərinin xərcləri 434 – Faizlər üzrə uzunmüddətli kreditor borcları 2000.00
4 Birinci il üçün hesablanmış  faiz borcu ödəndikdə 537 – Faizlər üzrə qısamüddətli kreditor borclar 223 – Bank hesablaşma hesabları 1500.00
5 Faiz xərcləri maliyyə xərclərinə bağlandıqda 751 – Maliyyə xərcləri 242 – Gələcək hesabat dövrünün xərcləri) 1500.00
6 Hesabat ilinin sonunda faiz xərci ümumi mənfəət(zərər) hesabına bağlandıqda 801 – Ümymi mənfəət (Zərər) 751 – Maliyyə xərcləri 1500.00

İkinci il icra ediləcək əməliyyatlar aşağıdakı kimidir:

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 İkinci il üçün hesablanan faiz borcu uzunmüddətli xarakterdən qısamüddətli xarakterə keçirildikdə 434 – Faizlər üzrə uzunmüddətli kreditor borcları 537 – Faizlər üzrə qısamüddətli kreditor borcları 1500.00
2 İkinci ilin faiz üzrə xərcləri uzunmüddətli xarakterdən qısamüddətli xarakterə keçirildikdə 242 – Gələcək hesabat dövrünün xərcləri 191 – Gələcək hesabat dövrlərinin xərcləri 1500.00
3 Faiz borcu ödənildikdə 537 – Faizlər üzrə qısamüddətli kreditor borcları 223 – Bank hesablaşma hesabları 1500.00
4 Faiz xərcləri maliyyə xərclərinə bağlandıqda 751 – Maliyyə xərcləri 242 – Gələcək hesabat dövrünün xərcləri) 1500.00
5 Hesabat ilinin sonunda faiz xərcləri ümumi mənfəət(zərər) hesabına bağlandıqda 801 – Ümymi mənfəət (Zərər) 751 – Maliyyə xərcləri 1500.00

Üçüncü il icra ediləcək əməliyyatlar aşağıdakı kimidir:

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Üçüncü il üçün hesablanan faiz borcu uzunmüddətli xarakterdən qısamüddətli xarakterə keçirildikdə 434 – Faizlər üzrə uzunmüddətli kreditor borcları 537 – Faizlər üzrə qısamüddətli kreditor borcları 1500.00
2 Üçüncü ilin faiz üzrə xərcləri uzunmüddətli xarakterdən qısamüddətli xarakterə keçirildikdə 242 – Gələcək hesabat dövrünün xərcləri 191 – Gələcək hesabat dövrlərinin xərcləri 1500.00
3 Faiz borcu ödənildikdə 537 – Faizlər üzrə qısamüddətli kreditor borcları 223 – Bank hesablaşma hesabları 1500.00
4 Faiz xərcləri maliyyə xərclərinə bağlandıqda 751 – Maliyyə xərcləri 242 – Gələcək hesabat dövrünün xərcləri) 1500.00
5 Hesabat ilinin sonunda faiz xərcləri ümumi mənfəət(zərər) hesabına bağlandıqda 801 – Ümymi mənfəət (Zərər) 751 – Maliyyə xərcləri 1500.00

201 saylı “Material ehtiyatları” hesabı üzrə müxabirləşmə nümunələri