201 saylı “Material ehtiyatları” hesabı üzrə müxabirləşmə nümunələri

posted in: Xəbər | 0
birbank biznes

Material ehtiyatları

Mühasibat uçotunun hesablar planının 201 saylı “Material ehtiyatları” hesabı “Qısamüddətli aktivlər” bölməsinin 20-ci maddəsinə (“Ehtiyatlar”) aiddir. Hesab üzrə əməliyyatlarının uçotu, müxabirləşmələrin verilməsi qaydası AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”  ilə tənzimlənir.

Uçotun məqsədi, açılması mümkün olan subhesablar barədə burda məlumat vermişik.

Material ehtiyatlarının alınması ilə bağlı müxabirləşmə nümunələri

Nümunə 1: “A” MMC mətbəx mebellərinin istehsalı sektorunda fəaliyyət göstərir. İstehsalın taxta ilə təmin edilməsi məqsədilə digər bir şirkətlə müqavilə bağlayıb. Müqavilə şərtlərinə əsasən taxtanın daşınmasını onları alan şəxs həyata keçirməlidir. 26000 manatlıq xammalın daşınması zamanı 700 manat xərc çəkilib. Daşınma xərcini onların dəyərinin üzərinə gəlirik.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Material ehtiyatları alındıqda 201 – Material ehtiyatları 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 26000,00
2 ƏDV hesablandıqda 241 – Əvəzləşdirilən ƏDV 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 4680,00
3 Daşınma xərci material ehtiyatlarına aid edildikdə 201 – Material ehtiyatları 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 700,00

Nümunə 2: Müəssisə istehsal fəaliyyətində istifadə ediləcək 5000 manatlıq mismarın alınmasını təhtəlhesab şəxsə həvalə etmişdir.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Təhtəlhesab şəxsə ödəniş edildikdə 244 – Təhtəlhesab məbləğlər 221 – Kassa 5000,00
2 Təhtəlhesab şəxs tərəfindən materiallar alındıqda 201 – Material ehtiyatları 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 5000,00
3 Təhtəlhesab şəxs tərəfindən materialların ödənişi edildikdə 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 244 – Təhtəlhesab məbləğlər 5000,00

Material ehtiyatları istehsalat məsrəflərinə aid edildikdə

Nümunə 3:     “A” MMC mətbəx mebellərinin istehsalı fəaliyyətilə məşğul olan müəssisədir. Mebellərin hazırlanması üçün taxtanın təmin edilməsi məqsədilə digər bir şirkətlə müqavilə bağlamışdır. Müqavilə şərtlərinə əsasən sözügedən taxtalar onları alan şəxs tərəfindən daşınmalıdır. 26000 manatlıq materialların daşınması zamanı 700 manat xərc çəkilmişdir. 22695 manat dəyərində olan mebellər hazır edilmişdir.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Material ehtiyatları hazır məhsula aid edildikdə 202 – İstehsalat (iş və xidmət) məsrəfləri 201 – Material ehtiyatları 22695,00

Material ehtiyatları satıldıqda

Nümunə 4: Müəssisə mətbəx mebellərinin istehsalı fəaliyyətilə məşğul olur. Mebellərin hazırlanması üçün lazım olan taxtanın təmin edilməsi məqsədilə digər bir şirkətlə müqavilə bağlamışdır. Müqavilə şərtlərinə əsasən daşınmanı onları alan şəxs etməlidir. 26000 manatlıq xammalın daşınması zamanı 700 manat xərc çəkilmişdir. İstehsal prosesi başa çatdıqdan sonra məlum oldu ki, xammalın 15%-lik hissəsi mebellərin hazırlanmasında istifadə edilməyib. Həmin materiallar “D” MMC-ə satılmışdır.

Xammalın alışının uçotu “Nümunə 1”dəki kimi həyata keçirilir. 201-ci hesabda cəmlənmiş 26700 manatlıq xammalın 4005 manatlıq hissəsinin satışının uçotu aşağıdakı kimidir:

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Satılan malların maya dəyəri nəzərə alındıqda 701 – Satışın maya dəyəri üzrə xərclər 201 – Material ehtiyatları 4005,00
2 Satışın həyata keçirilməsi nəticəsində debitor borcları formalaşdıqda 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları 601 – Satış 5000,00
3 ƏDV nəzərə alındıqda 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları 545 – Digər qısamüddətli öhdəliklər 900,00

Yanacaq xərcləri material ehtiyatları kimi uçota alındıqda

Nümunə 5:  Şirkət balansında olan nəqliyyat vasitələri üçün yanacaq alır. Alınan 700 AZN-lik yanacaq istifadə olunduqca xərcə silinərək uçota alınır.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Yanacağa görə avans məbləği bank hesablaşma hesabından ödənildikdə 243 – Verilmiş qısamüddətli avanslar 223 – Bank hesablaşma hesabları 700.00
2 Yanacağa görə avans məbləği ƏDV Depozit hesabından ödənildikdə 243 – Verilmiş qısamüddətli avanslar 226 – ƏDV-nin Depozit hesabı 126.00

Yanacaq ehtiyatlarının istifadə edildikcə xərcə silinməsi aşağıdakı kimidir:

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Birinci ay üzrə istifadə olunan yanacağa görə e-qaimə alındıqda 201 – Material ehtiyatları 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 200.00
2 ƏDV hesablandıqda 241 – Əvəzləşdirilən ƏDV 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 36.00
3 Verilmiş avans nəzərə alındıqda (əsas məbləğ) 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 243 – Verilmiş qısamüddətli avanslar 200.00
4 Verilmiş avans nəzərə alındıqda (ƏDV məbləği) 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 243 – Verilmiş qısamüddətli avanslar 36.00
5 Birinci ay üzrə istifadə olunan yanacaq xərcə silindikdə 721 – İnzibati xərclər 201 – Material ehtiyatları 200.00

Qeyd: Yanacağın istifadəsilə bağlı növbəti aylarda baş verəcək proseslər də eyni qaydada uçota alınır.

Material ehtiyatları əskik gəldikdə

Nümunə 6: “A” MMC-də aparılan audit yoxlaması zamanı müəssisəyə məxsus 1200 manat dəyərində şüşə lövhələrin əskik gəlməsi halı aşkarlanmışdır. Auditor şüşə lövhələrin əskik gəlməsinin səbəbini işçinin məsuliyyətsiz yanaşması kimi qiymətləndirmiş, həmin işçi ona qarşı qaldırılan bütün iddiaları qəbul etmişdir. Bu zaman, həmin lövhələr işçinin hesabına aid edilmiş, onun əməkhaqqısından tutulmuşdur. “A” MMC üçün bu əməliyyat xammal, materialların təqdim edilməsi kimi hesab edilmişdir.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Əskik gələn materiallar silindikdə 731 – Sair əməliyyat xərcləri 201 – Material ehtiyatları 1200.00
2 Materiallar müəssisə işçisinin hesabına aid edildikdə 217 – Digər qısamüddətli debitor borcları 611 – Sair əməliyyat gəlirləri 1200.00
3 ƏDV hesablandıqda 217 – Digər qısamüddətli debitor borcları 545 – Digər qısamüddətli öhdəliklər 216.00
4 Təqsirkar şəxsin əmək haqqısından tutulma edildikdə 533 – Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar 217 – Digər qısamüddətli debitor borcları 1416.00
5 Daxil olan ödənişə əsasən büdcə qarşısında vergi öhdəliyi yarandıqda (ƏDV) 545 – Digər qısamüddətli öhdəliklər 521 – Vergi öhdəlikləri 216.00
6 Hesabat dövrü üzrə yaranmış vergi öhdəliyi büdcəyə ödənildikdə 521 – Vergi öhdəlikləri 226 – ƏDV-nin Depozit hesabı 216.00

2-ci halda şüşə lövhələrin əskik gəlməsinin səbəbləri, bundan təqsirkar hesab edilən şəxslər məlum olmur. Eyni misal üzərindən təsəvvür edək ki, təqsirkar şəxs məlum deyil, onun təyin edilməsi mümkün deyil.

Alış tarixində ƏDV əvəzləşdirilməmişdir:

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Əskik gələn materiallar silindikdə 731 – Sair əməliyyat xərcləri 201 – Material ehtiyatları 1200.00
2 Əskik gələn materialların ƏDV-si silindikdə 731 – Sair əməliyyat xərcləri 241 – Əvəzləşdirilən ƏDV 216.00

Alış tarixində ƏDV əvəzləşdirilmişdir:

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Əskik gələn materiallar silindikdə 731 – Sair əməliyyat xərcləri 201 – Material ehtiyatları 1200.00
2 Əskik gələn materialların əvəzləşdirilmiş ƏDV-si qədər büdcə qarşısında öhdəlik yarandıqda 731 – Sair əməliyyat xərcləri 521 – Vergi öhdəlikləri 216.00

Əvəzləşdirilməyən ƏDV xammalın dəyərinə aid edildikdə

Nümunə 7:  ƏDV ödəyicisi olmayan şirkət digər ƏDV ödəyicisi olan müəssisədən 6000 AZN dəyərində mismar almışdır.

Qarşı tərəf ƏDV ödəyicisi olduğundan, xammalı ƏDV ilə birlikdə təqdim etmişdir. Bu zaman xammalın alıcısı olan şirkət əvəzləşdirə bilmədiyi vergini xammalın dəyərinin üzərinə əlavə etməlidir.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Material ehtiyatları alındıqda 201 – Material ehtiyatları 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 6000.00
2 ƏDV hesablandıqda 241 – Əvəzləşdirilən ƏDV 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 1080.00
3 Əvəzləşdirilməyən ƏDV materialların dəyərinə əlavə edildikdə 201 – Material ehtiyatları 241 – Əvəzləşdirilən ƏDV 1080.00
4 Material ehtiyatları hazır məhsula aid edildikdə 202 – İstehsalat (iş və xidmət) məsrəfləri 201 – Material ehtiyatları 7080.00

Print Friendly, PDF & Email