Dövlət İmtahan Mərkəzi “Peşəkar mühasib sertifikatı” əldə etmək istəyənlər üçün SINAQ imtahanı keçirəcək

posted in: Xəbər | 0

“Peşəkar mühasib sertifikatı” əldə etmək istəyənlər üçün SINAQ imtahanı

Dövlət qulluğu, Peşəkar mühasib sertifikatı, Dövlət qulluğu, Dövlət qulluğuna qəbul,DİM imtahanlara hazırlaşan namizədlərə kömək məqsədi ilə imtahanın 1-ci mərhələsi – mühasibat uçotu üzrə əsas imtahan modelinə uyğun sınaq imtahanları təşkil edəcəkdir.

Məlum olduğu kimi, “Peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 22 may tarixli 237 nömrəli Qərarına əsasən Peşəkar mühasib sertifikatının (PMS) verilməsi prosesinin təşkili və imtahanların keçirilməsi Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən həyata keçiriləcək.

İmtahanlar aşağıdakı sertifikat növlərinin verilməsi üçün keçiriləcəkdir:

1. Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS;

2. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS;

3. İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə – I, II səviyyə PMS.

Hər bir sertifikat növü üzrə imtahan proqramları DİM-in rəsmi internet səhifəsində yerləşdirilmişdir. Namizədlər proqramlarla bu linkə daxil olaraq tanış ola bilərlər.

İmtahanlar 2 mərhələ üzrə keçiriləcəkdir: 1-ci mərhələ mühasibat uçotu, 2-ci mərhələ qanunvericilik üzrə test tapşırıqlarını əhatə edəcəkdir.

DİM imtahanlara hazırlaşan namizədlərə kömək məqsədi ilə imtahanın 1-ci mərhələsi – mühasibat uçotu üzrə əsas imtahan modelinə uyğun sınaq imtahanları təşkil edəcəkdir.

İlkin olaraq sınaq imtahanı İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə – I, II səviyyə PMS-i almaq istəyən namizədlər üçün keçiriləcəkdir.

Sınaq imtahanı ödənişlidir, iştirak haqqı 40 AZN-dir.

İmtahanın davametmə müddəti 3 saatdır və namizədə biliklərin qiymətləndirilməsi üçün 40 test tapşırığı təqdim ediləcəkdir.

Sınaq imtahanında iştirak etmək üçün qeydiyyat 2021-ci il 22 yanvar – 08 fevral tarixlərində DİM-in internet səhifəsində aparılacaqdır.

Namizədlər DİM-in rəsmi internet səhifəsində bu linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər.

Sınaq imtahanı 21 fevral 2021-ci il tarixində keçiriləcəkdir.

Diqqət: Nazirlər Kabineti yanında Operativ Qərargahın verəcəyi qərarlardan asılı olaraq imtahan tarixi dəyişə bilər. Namizədlərə tövsiyə edilir ki, DİM-in rəsmi internet saytını müntəzəm olaraq izləsinlər.

İmtahan iştirakçıların sayı, mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq ya kağız daşıyıcılar vasitəsi ilə, ya xüsusi ayrılmış zallarda kompüter vasitəsi ilə elektron formada, ya da xüsusi yaradılmış proqram təminatı vasitəsilə proktorinq (proktorinq – distant video müşahidə və nəzarət qaydasında imtahanın təşkili formasıdır) qaydasında aparılacaqdır.

İmtahan kompüter vasitəsi ilə elektron formada aparılacağı təqdirdə Bakı şəhəri üzrə DİM-in Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası) ünvanında yerləşən binasında və regionlar üzrə isə DİM-regional bölmələrinin yerləşdiyi binalarda keçiriləcəkdir (DİM-in regional bölmələrinin ünvanlarını dim.gov.az saytından öyrənə bilərsiniz).

İmtahan proktorinq qaydasında təşkil olunarsa, namizəd ev və ya ofis şəraitində fərdi kompüterindən (və ya notbukundan) istifadə edərək imtahan verəcək. Proqramın yüklənmə linki DİM-in saytında elan ediləcəkdir.

İmtahan kağız daşıyıcılar vasitəsi ilə aparılacağı təqdirdə namizəd buraxılış vərəqində göstərilən vaxtda və yerdə imtahanda iştirak etməlidir.

Qeydiyyat prosesi başa çatdıqdan sonra imtahanın hansı formada keçirilməsi barədə məlumat veriləcəkdir.

Mənbə: dim.gov.az


Rusiya buğda ixracı vergisini ikiqat artıracaq

posted in: Vergi, Xəbər | 0

buğda ixracı vergisi, vergi güzəştləri, vergi qanunu, minimum maaş, yoxsulluq həddi, bank əmanətləri, itki, Rusiya iqtisadiyyatının itkiləri,Rusiya Federasiyası hökuməti ölkədə qiymətlərə nəzarət etmək üçün bəzi məhsullara tətbiq olunan ixrac vergisini artırmağa hazırlaşır.

İqtisadi inkişaf naziri Maksim Reşetnikov qeyd edib ki, bu istiqamətdə aidiyyəti qurumların təkliflərini dəstəkləyirik. Bu il martın 1-dən başlayaraq iyunun sonuna qədər bir ton üçün buğda üçün tətbiq olunan ixrac vergisi 50 avroya, qarğıdalı üçün 25 avroya, arpa üçün isə 10 avroya qaldırılacaq.

Bu qərarın daxili bazarın maraqlarını qorumaq məqsədi daşıdığını vurğulayan M.Reşetnikov deyib: “Başlıca prioritetimiz Rusiyanın daxili ehtiyaclarının təmin olunması və yeni qiymət artımlarının qarşısının alınmasıdır”.

İxrac vergisinin artırılması ilə bağlı qərarın qüvvəyə minməsi üçün Rusiyanın Baş naziri Mixail Mişustin tərəfindən təsdiqlənməsi tələb olunur.

Qeyd edək ki, dünyanın ən böyük buğda istehsalçısı olan Rusiya buğda ixracını keçən il 2019-cu illə müqayisədə 29 faiz artıraraq 10 milyard dollara çatdırmışdı.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Tender qarantiyasını Banka gəlmədən əldə etmə imkanı

posted in: Xəbər | 0

endirim kampaniyası, Umico, Onlayn biznes krediti, Black Friday, AzerGold, Biznes kreditləri, PAŞA Private Bankinq, vakansiya, Fraud idarəolunması üzrə mütəxəssis, Kreditlərin Monitorinqi üzrə Kiçik Mütəxəssis, Link ilə ödəniş, PASHA Bank Cup II, Məlumat təhlükəsizliyi xidmətləri, Private Banking müştəriləri, Biznes proqram təminatlarına dəstək, əmək haqqı tarifləri, Bonus milləri, PASHA Bank Cup - II, trendyol.com, PAŞA Bank VISA kart sahibləri, womENcourage, çirkli pulların yuyulması, PAŞA Bank, kredit, NICE Actimize,Ölkənin aparıcı korporativ bankı PAŞA Bank bizneslərini genişləndirmək arzusunda olan kiçik və orta biznes sahiblərinə tenderlərdə iştirak üçün Banka gəlmədən və nağd vəsait bloklaşdırılmadan tender qarantiyasını qısa zamanda əldə etmə imkanını təklif edir. Müştəri Onlayn Bankda qarantiya üzrə müraciət formasına məlumatları daxil edib, müqaviləni ASAN İmza ilə imzalaya və rahatlıqla, evdən çıxmadan qarantiya məktubunu əldə edə bilər.

Qeyd edək ki, qarantiya hesabda nağd vəsaitin bloklaşdırılması ilə verildiyi zaman, Müştəri müqaviləni ASAN İmza ilə imzalayir və Banka gəlmədən qarantiya məktubunu əldə edir. Qarantiya hesabda nağd vəsaitin bloklaşdırılmadan verildiyi zaman isə Müştəridən analizin aparılması üçün əlavə sənəd tələb oluna bilər.

Məhsuldan yararlanmaq üçün keçid: https://pashabank.digital/#/guarantee-letters


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Azərbaycan Respublikasının Auditorlar Palatası Auditor adı almaq üçün imtahan keçirdir

posted in: Xəbər | 0

Azərbaycan Respublikasının Auditorlar Palatası Auditor adı almaq üçün imtahan keçirdir

Beynəlxalq Maliyyə Hesabatları Standartları, auditor xidmətləri, Auditor xidmətlərinin minimum hədləri, Auditorlar Palatası, auditorların reytinqi, vebinar, Auditorlar Palatası, Kölgə iqtisadiyyatı, seminar-təlim, Auditorlar Palatası,imtahan,Daxili audit fəaliyyətinin təşkili, Auditorlar palatası, Təkliflər Paketi, Kölgə İqtisadiyyatı, Auditorlar Palatası seminar imtahan auditor

İmtahanda mühasibat uçotu, maliyyə, iqtisadçı və hüquqşünas ixtisasları üzrə ali təhsilə və ixtisas üzrə üç il əmək stajına malik olan Azərbaycan Respublikasının vətəndaşı iştirak edə bilərlər. İmtahanda iştirak etmək istəyən şəxslər 2021-ci il 01 aprel tarixinədək aşağıda göstərilən sənədləri Azərbaycan Respublikasının Auditorlar Palatasına təqdim etməlidirlər.

  • İmtahan Komissiyası sədrinin adına müəyyən olunmuş formada ərizə;
  • Şəxsiyyət vəsiqəsi və onun sürəti;
  • Ali təhsil haqqında diplomun notarial qaydada təsdiq olunmuş surəti;
  • Əmək kitabçasının surəti;
  • 4×6 sm ölçüdə 4 ədəd rəngli fotoşəkil.

İmtahan ödənişlidir!

Maraqlananlar Azərbaycan Respublikasının Auditorlar Palatasının Kadr hazırlığı şöbəsinə müraciət edə bilərlər. Məlumat üçün bildiririk ki, auditor adı almaq üçün imtahanda iştirak etmək arzusunda olan şəxslərə imtahan qabağı ödənişli kurslar təşkil edilə bilər.

Ünvan: S.Y.Bakuvi 35

Əlaqə: 564-80-62 ; 465-21-75 (daxili 211)

Mənbə: audit.gov.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun