204 saylı “Hazır məhsul” hesabı üzrə uçot

posted in: Xəbər | 0

Ehtiyatlar üzrə uçot hesabları

Mövcud qanunvericiliyə görə istehsal prosesinin nəticəsi olaraq yaranan hazır məhsulların hərəkəti haqqında ümumiləşdirilmiş məbləğlər 204 saylı “Hazır məhsul” hesabı üzrə uçota alınır. Qeyd edilən uçot hesabı hesablar planının “Qısamüddətli aktivlər” bölməsinin 20-ci maddəsinə (“Ehtiyatlar”) aiddir.

Beynəlxalq maliyyə hesabatı standartlarında ehtiyatların uçotu “Ehtiyatlar” (“Inventory”) adlı 2 saylı MUBS (IAS 2) ilə tənzimlənir.

204 saylı “Hazır məhsul” hesabı aktiv hesabdır. Hesab üzrə müxabirləşmələr AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”  ilə nizamlanır. 20-ci maddə üzrə açıla bilən hesabların siyahısı aşağıda verilib (yuxarıda qeyd edilən Qaydaların 22.1 bəndi).

Qısamüddətli aktivlər, Ehtiyatlar maddəsinin 20-ci maddə üzrə açılan hesablar

204 saylı “Hazır məhsul” hesabı

Hazır məhsul, artıq adından göründüyü kimi, istehsal müəssisələrində satışa çıxarılmağı planlaşdırılan məhsulun son halıdır.

204 №-li “Hazır məhsul” hesabında mühasibat uçotu subyektinin istehsal prosesinin nəticəsi olaraq yaranan hazır məhsullarının hərəkəti haqqında ümumiləşdirilmiş məlumatların uçotu aparılır.

Bu hesab üzrə aşağıdakı subhesabları açmaq olar (qaydaların 22.15 bəndi):

Qısamüddətli aktivlər kimi hazır məhsulun üzrə 204 saylı hesaba qaydaların 22.15-cu maddəsi üzrə subhesablar açılır.

Hazır məhsul, material ehtiyatları, mallar, satış məqsədilə saxlanılan digər aktivlər, digər ehtiyatlar torpaq, tikili, avadanlıqlar kimi təsnifləşdirildikdə yuxarıda qeyd edilən qaydaların 22.43-cü bəndə uyğun aparılır.

Hazır məhsulun, malların, satış məqsədilə saxlanılan digər aktivlərin satılması yaxud əvəzsiz verilməsi zamanı bağlı xərclər mühasibat uçotunda əks etdirildikdə onların dəyərinin azalmasına görə düzəlişlər (mövcud olduqda) həmin qaydaların 22.45-ci bənd əsasında nizamlanır.

İstehsal prosesi başa çatdıqda istehsalat məsrəfləri aktiv kimi tanınması 22.48-ci bəndə uyğun aparılır.

Hazır məhsul mühasibat uçotu subyektinin öz ehtiyaclarına görə material ehtiyatı kimi istifadə edildiyi halda həmin qaydaların 22.49-ci bəndi tətbiq olunur.

Bu hesab üzrə mühasibat yazılışlarına nümunələr aşağıda verilib.

Hazır məhsul satıldıqda

Nümunə 1: “A” MMC mətbəx mebellərinin istehsalı fəaliyyətilə məşğul olur. Mebellərin hazırlanması üçün lazım olan taxtanın təmin edilməsi məqsədilə digər bir şirkətlə müqavilə bağlamışdır. Müqavilə şərtlərinə əsasən sözügedən taxtalar onları alan şəxs tərəfindən daşınmalıdır. 96 000 manatlıq materialların daşınması zamanı 1200 manat xərc çəkilmişdir. İstehsal binasında işləyən işçilərə, yəni sözügedən mebellərin hazırlanmasında iştirak edən işçilərə hesablanmış əməkhaqqı 9500 manat, işəgötürən hesabına sosial tutulmalar 1850 manat olmuşdur. İstehsalatda istifadə olunan avadanlıqların amortizasiya xərcləri 4500 manat, digər xərclər isə (işıq, su və s.) 6000 manat təşkil etmişdir.

Alınmış bütün materiallar istifadə olunmuş, mebellərin hazırlanmasında çəkilən xərclər də aid edilərək 1 mebelin qiyməti 5068 AZN olaraq formalaşmışdır. Cəmi 25 ədəd hazırlanmış mebellərin hər birinin satış qiyməti 6300 AZN təyin edilmişdir. Onlardan 14-ü “B” MMC-ə satılmışdır.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Material ehtiyatları alındıqda 201 – Material ehtiyatları 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 96 000.00
2 ƏDV hesablandıqda 241 – Əvəzləşdirilən ƏDV 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 17 280.00
3 Daşınma xərci material ehtiyatlarına aid edildikdə 201 – Material ehtiyatları 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 1200.00
4 Alınan materiallar istifadə olunaraq istehsalat məsrəflərinə aid edildidkdə 202 – İstehsalat (iş və xidmət) məsrəfləri 201 – Material ehtiyatları 97 200.00
5 Əməkhaqqı hesablandıqda 202 – İstehsalat (iş və xidmət) məsrəfləri 533 – Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar 9500.00
6 İşəgötürən hesabına sosial sığorta haqqı istehsalat məsrəflərinə aid edildikdə (22%) 202 – İstehsalat (iş və xidmət) məsrəfləri 533 – Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar 9260.00
7 İşəgötürən hesabına işsizlikdən sığorta haqqı istehsalat məsrəflərinə aid edildikdə (0.5%) 202 – İstehsalat (iş və xidmət) məsrəfləri 523 – Sosial sığorta və təminat üzrə öhdəliklər 50.00
8 İşəgötürən hesabına icbari tibbi sığorta haqqı  istehsalat məsrəflərinə aid edildikdə (2%) 202 – İstehsalat (iş və xidmət) məsrəfləri 523 – Sosial sığorta və təminat üzrə öhdəliklər 190.00
9 İstifadə olunan avadanlıqların amortizasiya xərcləri istehsalat məsrəflərinə aid edildikdə 202 – İstehsalat (iş və xidmət) məsrəfləri 112 – Torpaq, tikili və avadanlıqlar üzrə yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləri 4500.00
10 Digər xərclər istehsalat məsrəflərinə aid edildikdə 202 – İstehsalat (iş və xidmət) məsrəfləri 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 6000.00
11 Hazır məhsul formalaşdıqda 204 – Hazır məhsul 202 – İstehsalat (iş və xidmət) məsrəfləri 126 700.00
12 Hazır məhsul xərcə silindikdə 701 – Satışın maya dəyəri üzrə xərclər 204 – Hazır məhsul 70 952.00
13 Hazır məhsulun satılması nəticəsində debitor borcları formalaşdıqda 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları 601 – Satış 88 200.00
14 ƏDV nəzərə alındıqda 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları 545 – Digər qısamüddətli öhdəliklər 15 876.00

Hazır məhsul əskik gəldikdə

Nümunə 2: “A” MMC-də aparılan audit yoxlaması zamanı müəssisəyə məxsus 10 136 manat dəyərində olan 2 ədəd hazırlanmış mebelin əskik gəlməsi halı aşkarlanmışdır. Auditor əskik gəlmənin səbəbini işçinin məsuliyyətsiz yanaşması kimi qiymətləndirmiş, həmin işçi ona qarşı qaldırılan bütün iddiaları qəbul etmişdir. Bu zaman, həmin mebellər işçinin hesabına aid edilmiş, onun əməkhaqqıdan tutulmuşdur. “A” MMC üçün bu əməliyyat hazır məhsul təqdim edilməsi kimi hesab edilmişdir.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Əskik gələn məhsullar silindikdə 731 – Sair əməliyyat xərcləri 204 – Hazır məhsul 1200.00
2 Məhsullar müəssisə işçisinin hesabına aid edildikdə 217 – Digər qısamüddətli debitor borcları 611 – Sair əməliyyat gəlirləri 1200.00
3 ƏDV hesablandıqda 217 – Digər qısamüddətli debitor borcları 545 – Digər qısamüddətli öhdəliklər 216.00
4 Təqsirkar şəxsin əməkhaqqından tutulma edildikdə 533 – Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar 217 – Digər qısamüddətli debitor borcları 1416.00
5 Daxil olan ödənişə əsasən büdcə qarşısında vergi öhdəliyi yarandıqda (ƏDV) 545 – Digər qısamüddətli öhdəliklər 521 – Vergi öhdəlikləri 216.00
6 Hesabat dövrü üzrə yaranmış vergi öhdəliyi büdcəyə ödənildikdə 521 – Vergi öhdəlikləri 226 – ƏDV-nin Depozit hesabı 216.00

2-ci halda mebellərin əskik gəlməsinin səbəbləri, bundan təqsirkar hesab edilən şəxslər məlum olmur. Eyni misal üzərindən təsəvvür edək ki, təqsirkar şəxs məlum deyil, onun təyin edilməsi mümkün deyil.

Alış tarixində ƏDV əvəzləşdirilməmişdir:

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Əskik gələn məhsullar silindikdə 731 – Sair əməliyyat xərcləri 204 – Hazır məhsul 1200.00
2 Əskik gələn məhsulların ƏDV-si silindikdə 731 – Sair əməliyyat xərcləri 241 – Əvəzləşdirilən ƏDV 216.00

Alış tarixində ƏDV əvəzləşdirilmişdir:

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Əskik gələn məhsullar silindikdə 731 – Sair əməliyyat xərcləri 204 – Hazır məhsul 1200.00
2 Əskik gələn məhsulların əvəzləşdirilmiş ƏDV-si qədər büdcə qarşısında öhdəlik yarandıqda 731 – Sair əməliyyat xərcləri 521 – Vergi öhdəlikləri 216.00

Hazır məhsul haqqında daha ətraflı məlumat almaq üçün buraya keçid  ala bilərsiniz.

Lizinq əməliyyatları üzrə ƏDV-yə cəlbetmədə hansı dəyişikliklər olub?

Mühasibat auditi xidməti axtarıram: nəyi, necə etməliyəm?

posted in: Audit, muhasibat, Xəbər | 0

“Mühasibat auditi xidməti axtarıram” deyən bir çox sahibkarlarda dərhal suallar yaranır: “Nədən başlamalıyam? Hansı sənədlər lazımdır? Hansı şirkətə etibar etmək olar?”

Əslində audit prosesi çətin görünür, amma düzgün yanaşma ilə bu, biznesin şəffaf və sabit idarə edilməsinin ən güclü addımı ola bilər.
Gəlin addım-addım baxaq — mühasibat auditi xidməti axtaran sahibkar nəyi və necə etməlidir?

  1. Audit nədir və niyə vacibdir?

Audit – şirkətin maliyyə hesabatlarının düzgünlüyünü yoxlayan müstəqil və peşəkar prosesdir.
Auditor sənədləri, əməliyyatları və hesabatları araşdıraraq müəssisənin qanunlara, mühasibat standartlarına və vergi tələblərinə uyğun işlədiyini müəyyənləşdirir.

Sadə dillə desək, audit biznesin “maliyyə güzgüsüdür”.
Bu güzgü sizə real vəziyyəti göstərir: gəlir və xərclər düzgün yazılıb, vergi öhdəlikləri yerinə yetirilib, uçot qaydaları pozulmayıb.

Əsas məqsəd:

  • maliyyə hesabatlarının şəffaflığını təmin etmək;
  • riskləri və səhvləri vaxtında aşkarlamaq;
  • tərəfdaş və dövlət qarşısında etibar yaratmaq.

Sonda yoxlamanın nəticələrini özündə əks etdirən audit rəyi hazırlanır.

  1. Audit xidmətlərinin növləri

Audit xidmətləri müxtəlif məqsədlərə görə aparılır. Hər sahibkar bilməlidir ki, auditin növü onun biznes tipindən və hüquqi statusundan asılıdır.

Məcburi audit

Qanunvericiliklə müəyyən edilmiş şirkətlər üçün aparılır.
Məsələn:

  • ASC-lər (Açıq Səhmdar Cəmiyyətləri);
  • sığorta və maliyyə qurumları;
  • iri dövriyyəli MMC-lər.

Bu müəssisələr illik maliyyə hesabatlarını təsdiq etdirmək üçün məcburi auditdən keçməlidirlər. Məqsəd dövlətə və cəmiyyətə etibarlı məlumat təqdim etməkdir.

Könüllü audit

Qanunla tələb olunmur, amma sahibkarın öz təşəbbüsü ilə aparılır. Adətən bu xidmətə müraciət olunur:

  • yeni layihə başlamazdan əvvəl;
  • investor və ya tərəfdaş cəlb edilərkən;
  • şirkətin daxili vəziyyətini qiymətləndirmək istədikdə.

Könüllü audit müəssisənin real vəziyyətini ortaya qoyur və gələcək planların daha düzgün qurulmasına kömək edir.

Daxili və xarici audit

Daxili audit – şirkətin öz audit şöbəsi tərəfindən aparılır.
Xarici audit – müstəqil auditor və ya audit şirkəti tərəfindən həyata keçirilir. Xarici audit yaxud kənar audit  nəticəsində şirkətə rəsmi audit rəyi təqdim olunur. Bu rəy investorlar və dövlət orqanları üçün obyektiv sübut sayılır.

  1. Audit xidməti seçərkən nələrə diqqət etməli?

Audit hər kəsə etibar ediləcək iş deyil.
Ona görə də xidmət seçərkən bu amilləri nəzərə alın:

  • auditorun təcrübəsi və sertifikatları olmalıdır;
  • şirkət beynəlxalq audit standartları (ifrs) üzrə fəaliyyət göstərməlidir;
  • məxfilik və etibarlılıq təmin olunmalıdır;
  • audit nəticələri sadə və başadüşülən şəkildə izah edilməlidir.

Azərbaycan bazarında bu tələblərə cavab verən şirkətlərdən biri Audit.Az MMC-dir. Şirkət uzun illərdir ki, audit, mühasibat və konsaltinq xidmətlərini peşəkar səviyyədə və beynəlxalq standartlara uyğun şəkildə təqdim edir.

Audit.Az-ın mühasibat auditi xidməti sizə nə verir?

  • maliyyə sənədlərinin dəqiq və şəffaf yoxlanılması;
  • vergi və hüquqi risklərin azaldılması;
  • auditor rəyinə əsaslanan inkişaf planı;
  • hər müştəriyə fərdi yanaşma və real nəticə.

Audit.Az MMC-nin audit xidmətləri ilə tanış olun

  1. Audit xidmətləri hansı sahələri əhatə edir?

Şirkətin xidmətləri yalnız maliyyə sənədlərinin yoxlanılması ilə məhdudlaşmır. Müxtəlif istiqamətlərdə aparılan auditlər şirkətin fərqli sahələrini əhatə edir və idarəetməni təkmilləşdirməyə kömək edir. Ən çox müraciət olunan audit xidməti bunlardır:

  1. Maliyyə hesabatlarının auditi – şirkətin illik maliyyə hesabatlarının düzgün tərtib edilib-edilmədiyini müəyyən edir. Belə audit investorlar və vergi orqanları üçün əsas etibar mənbəyidir.
  2. Vergi auditi – vergi hesablamalarının və bəyannamələrin qanunvericiliyə uyğunluğunu yoxlayır. Nəticədə, müəssisə vergi cərimələrindən və əlavə ödəniş risklərindən qorunur.
  3. Daxili audit sisteminin yoxlanması – şirkətin öz daxili proseslərini və nəzarət sistemlərini qiymətləndirir. Bu, risklərin vaxtında aşkarlanmasına və xərclərin optimallaşdırılmasına imkan verir.
  4. Kadr auditi – insan resursları şöbəsinin sənədlərini, əmək müqavilələrini və işçi məlumatlarını yoxlayır. Əmək Məcəlləsinə uyğunluq burada əsas məqsəddir.
  5. Uyğunluq (compliance) auditi – şirkətin fəaliyyətinin dövlət tənzimləmələri və beynəlxalq standartlarla uzlaşdığını müəyyən edir.

Bu audit xidmətlərindən istifadə şirkətə şəffaflıq, məsuliyyət və etibar qazandırır. Hər müəssisə öz fəaliyyət sahəsinə uyğun xidmət növünü seçməklə daha güclü idarəetmə sistemi qurur.

  1. Audit üçün necə hazırlaşmalı?

Audit prosesi daha rahat keçsin deyə, müəyyən sənədləri əvvəlcədən toplamaq lazımdır. Bunlara daxildir:

  • mühasibat jurnalları və maliyyə hesabatları;
  • bank çıxarışları və ödəniş tapşırıqları;
  • əmək haqqı cədvəlləri və müqavilələr;
  • vergi bəyannamələri və sənəd arxivləri.

Auditor bu sənədlərə əsaslanaraq şirkətin fəaliyyətini və uçotun keyfiyyətini qiymətləndirir. Nəticədə siz obyektiv audit rəyi və praktik tövsiyələr əldə edirsiniz.

  1. Audit xidmətlərinin dəyəri necə müəyyən edilir?

Azərbaycanda audit xidmətlərinin dəyəri qanunvericilik, peşə etikası və bazar amilləri əsasında müəyyən edilir.

Minimum hədlər:

  • Azərbaycan Respublikasının Auditorlar Palatası Şurasının müəyyən etdiyi minimum hədlər xidmətin dəyərinə birbaşa təsir edir. Bu hədlərin tətbiqi auditor təşkilatları və sərbəst auditorlar üçün məcburidir və bazarda haqsız rəqabətin qarşısını almağa xidmət edir.
  • minimum hədlər təsərrüfat subyektinin fəaliyyət sahəsindən (bank, sığorta, BOKT, publik hüquqi şəxs və s.) və illik dövriyyəsinin/gəlirinin həcmindən asılı olaraq dəyişir (məsələn, illik dövriyyənin faizi kimi hesablanır).

Müəssisənin xüsusiyyətləri:

  • təsərrüfat subyektinin ölçüsü və fəaliyyətinin mürəkkəbliyi: aktivlərin, əməliyyatların, filialların sayı və risk dərəcəsi qiymətə birbaşa təsir edir.
  • uçot sisteminin vəziyyəti: uçotun keyfiyyəti və daxili nəzarət sisteminin etibarlılığı auditə sərf olunacaq vaxtı və resursu (iş saatlarını) müəyyənləşdirir.

Auditor təşkilatının potensialı:

  • auditorun təcrübəsi, reputasiyası və peşəkarlığı: beynəlxalq sertifikatlara (ACCA, CPA və s.) və spesifik sahələr üzrə səriştəyə malik auditorların iştirakı dəyəri artırır.
  • xidmətin həcmi və növü: maliyyə hesabatlarının auditi (məcburi/könüllü), vergi auditi, daxili nəzarət sisteminin qiymətləndirilməsi və s. kimi xidmət növləri fərqli qiymətləndirilir.

Qeyd etmək lazımdır ki, müqavilə qiyməti minimum hədlərdən aşağı ola bilməz, lakin qarşılıqlı razılaşma əsasında və işin həcmindən asılı olaraq yuxarı məbləğdə təyin edilə bilər.

  1. Audit rəyindən necə istifadə etmək olar?

Audit bitdikdən sonra sizə təqdim olunan rəy və hesabat yalnız formal sənəd deyil.
Bu, şirkətin maliyyə sağlamlığını göstərən yol xəritəsidir.

Audit nəticələrindən istifadə edərək siz:

  • uçotda olan boşluqları aradan qaldıra bilərsiniz;
  • daxili nəzarət sistemini təkmilləşdirə bilərsiniz;
  • qərar qəbul edərkən real məlumatlara əsaslana bilərsiniz.

Yəni auditin məqsədi yalnız “səhv tapmaq” deyil, inkişaf istiqaməti göstərməkdir.

Auditə laqeyd qalmayın

Bəzi sahibkarlar auditə yalnız məcbur olduqda müraciət edirlər. Amma bu, ən böyük səhvdir.
Peşəkar audit riskləri azaldır, sabitliyi artırır və şirkətin etibarını möhkəmləndirir.

Əgər siz biznesinizi uzunmüddətli və şəffaf idarə etmək istəyirsinizsə, mühasibat auditi xidməti sizin üçün vacib addımdır.

Beləliklə…

“Mühasibat auditi xidməti axtarıram: nəyi, necə etməliyəm?” sualının cavabı sadədir:

  • nəyi – peşəkar auditə ehtiyacınız var;
  • necə – bu işi etibarlı tərəfdaşa həvalə etməklə.

Audit.Az MMC sizə beynəlxalq standartlara uyğun, şəffaf və etibarlı audit xidməti təqdim edir.
Audit rəyi, sadəcə bir yoxlamanın nəticəsi deyil – biznesinizin inkişafı üçün güclü zəmindir.

Mühasibat auditi xidməti haqqında ətraflı oxuyun

Vergi Məcəlləsinə görə əsas vəsait satışında gəlir hesablanmayan vəziyyətlər

posted in: Xəbər | 0

Vergi Məcəlləsinin 143-cü maddəsinə əsasən, aktivlərin dəyərinə onların alınması, gətirilməsi, istehsalı, tikilməsi, quraşdırılması və qurulması üçün çəkilən xərclər, həmçinin vergi ödəyicisinin gəlirdən çıxmaq hüququna malik olduğu xərclər və əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq) istisna edilməklə, aktivlərin dəyərini artıran digər xərclər daxil edilir. 

Bəs bu halda əldə olunan vəsaitlər hansı qaydada vergiyə cəlb olunur? Suala iqtisadçı ekspert Mahmud Abasquliyev aydınlıq gətirir. 

Vergi Məcəlləsinin 142.1-ci və 142.2-ci maddələrinə nəzər saldıqda görərik ki, 142.1-ci maddədə aktivlərin təqdim olunmasından əldə edilən gəlir aktivlərin təqdim edilməsindən daxilolmalar və aktivlərin Məcəllənin 143-cü maddəsinə uyğun olaraq müəyyənləşdirilən dəyəri arasındakı müsbət fərq deməkdir. Aktivlərini əvəzsiz əsasla və ya güzəştli qiymətlə təqdim edən şəxsin gəliri bu qayda ilə təqdim edilən aktivin bazar qiyməti və onun Vergi Məcəlləsinin 143-cü maddəsinə uyğun olaraq müəyyənləşdirilən dəyəri arasındakı fərqdən ibarətdir.

Vergi Məcəlləsinin 142.2-ci maddəsində isə aktivlərin təqdim olunmasından yaranan zərərin aktivlərin təqdim edilməsindən daxilolmalar və həmin aktivlərin 143-cü maddəyə müvafiq surətdə müəyyənləşdirilən dəyəri arasındakı fərq olduğu göstərilir. Məcəllənin 114.7-ci maddəsinə əsasən, əsas vəsaitlərin (vəsaitin) təqdim edilməsindən əldə olunan məbləğ həmin əsas vəsaitlərin (vəsaitin) qalıq dəyərindən artıqdırsa, yaranmış fərq gəlirə daxil edilir.

Əsas vəsaitləri şərti olaraq dəzgah adlandıraq:

Misal 1

“MR” MMC-nin balansında olan tornaçı dəzgahı haqqında məlumat aşağıdakı kimidir:

İlkin dəyər – 17.000 manat;
Yığılmış amortizasiya – 6.000 manat;
Qalıq dəyəri – 11.000 manat.

Şirkət tornaçı dəzgahını 13.000 manata satır. Bu zaman şirkətin vergiyə cəlb olunan gəliri 2.000 manat (13.000 – 11.000) olacaq.

Vergi Məcəlləsinin 114.9-cu maddəsinə nəzər yetirsək görərik ki, əsas vəsaitlərin (vəsaitin) təqdim edilməsindən əldə olunan məbləğ həmin əsas vəsaitlərin (vəsaitin) qalıq dəyərindən azdırsa, yaranmış fərq gəlirdən çıxılır.

Misal 2

“MR” MMC-nin balansında olan tornaçı dəzgahı haqqında məlumat aşağıdakı kimidir:

İlkin dəyər – 17.000 manat;
Yığılmış amortizasiya – 6.000 manat;
Qalıq dəyəri – 11.000 manat.

Şirkət tornaçı dəzgahını 9.000 manata satır, vergi ödəyicisi satışda 2.000 manat zərər edir. Ancaq onun öz vəsaiti hesabına aldığı dəzgahın balansında qalan dəyərini sıfırlamaq üçün qalıq dəyəri gəlirdən xərc kimi çıxılır. Təbii ki, əsas vəsaitin dəyərindən aşağı satılmasının bir neçə səbəbi ola bilər. Əsas odur ki, vergi ödəyicisi onun bazar dəyərindən aşağı satmaq məcburiyyətində qalmasına dair əsaslı dəlil gətirsin.

Bəs hansı halda dəzgahın satışı gəlir və ya zərər kimi qəbul edilmir. Bunun üçün Vergi Məcəlləsinin 144.1.3-cü maddəsinə nəzər yetirmək lazımdır. Maddədə aktivin ləğv edildiyi, yaxud özgəninkiləşdirildiyi ildən sonrakı ilin axırınadək daxilolmaları analoji aktivə və ya eyni xarakterli aktivə təkrar investisiya etməklə aktiv qərəzsiz, yaxud onun sahibinin iradəsindən asılı olmayaraq məhv edildikdə, ləğv olunduqda və ya özgəninkiləşdirildikdə dəzgahın satışı gəlir və ya zərər kimi qəbul edilmir.

Misal 3

“MR” MMC-nin balansında olan tokar dəzgahı haqqında məlumat aşağıdakı kimidir:

İlkin dəyər – 17.000 manat;
Yığılmış amortizasiya – 6.000 manat;
Qalıq dəyəri – 11.000 manat.

Şirkət dəzgahı 13.000 manata satır və əldə olunan məbləği eyni növdə olan digər dəzgahın üzərinə investisiya edir. Şirkət bu zaman 11.000 manatı gəlirdən xərc kimi çıxacaq. Lakin şirkətin fərqdən əldə etiyi 2.000 manat məbləği (13.000-11.000) isə qərəzsiz şəkildə eyni növdə olan digər dəzgahın üzərinə investisiya kimi qoyduğu zaman həmin məbləğ vergiyə cəlb olunan gəlir kimi tanınmadan dəzgahın dəyərini artıracaq.

Əlavə olaraq onu da qeyd edək ki, Vergi Məcəlləsinin 115-ci maddəsinə əsasən, təmir norması nəzərə alınmadan 2.000 manat birbaşa olaraq eyni növdə olan dəzgahın üzərinə əlavə edilərək onun qalıq dəyərini artırır.

Mənbə: vergiler.az

Hansı sahibkarlıq subyektləri xammal və material sərfi normaları barədə vergi orqanına məlumat verməlidir?

Mühasibat auditi xidməti axtarıram: nə etməliyəm?

posted in: Xəbər | 0

Bu gün bir çox sahibkar eyni sualı verir: “Mühasibat auditi xidməti axtarıram, amma bilmirəm, haradan başlamaq və kiminə etibar etmək lazımdır?”

Əgər siz də bu mərhələdəsinizsə, deməli, artıq biznesinizdə şəffaflıq, etibar və məsuliyyət mədəniyyətinə doğru addım atmısınız.
Düzgün auditor seçimi yalnız qanuni öhdəlik deyil – şirkətinizin gələcəyinə verilən strateji qərardır.

Addım 1. Audit xidmətlərinin nə olduğunu və niyə lazım olduğunu anlayın

Auditin məqsədi sadəcə “hesabatı yoxlamaq” deyil. Peşəkar mühasibat auditi xidməti müəssisənin maliyyə sistemini, uçot sənədlərini və hesabatların düzgünlüyünü obyektiv şəkildə qiymətləndirir.
Auditor yalnız səhv axtarmır — riskləri azaldır, idarəetməni gücləndirir, qərarvermə prosesini asanlaşdırır.

Əgər siz bu mərhələyə çatmısınızsa, deməli, artıq biznesinizdə hesabatlılıq mədəniyyəti formalaşır. Bu, istənilən sahibkar üçün uğurun başlanğıcıdır.

Auditin əsas məqsədləri:

  • maliyyə hesabatlarında etibarlılığı təmin etmək;
  • şirkətin daxili nəzarət sistemini qiymətləndirmək;
  • vergi və hüquqi riskləri minimuma endirmək;
  • tərəfdaş və investor qarşısında şəffaflıq yaratmaq.

Addım 2. Hansı növ audit sizə uyğundur – məcburi, yoxsa könüllü?

Bunu bilmədən auditor seçmək çətindir. Audit iki əsas formada həyata keçirilir: məcburi (obligatory) və könüllü (voluntary).

Məcburi audit

Azərbaycan qanunvericiliyinə əsasən, müəyyən şirkətlər hər il mühasibat auditindən keçmək məcburiyyətindədir.
Buraya daxildir:

  • açıq səhmdar cəmiyyətləri (asc-lər);
  • banklar, sığorta və lizinq təşkilatları;
  • xarici investisiyalı və dövlət payı olan mmc-lər;
  • illik gəliri müəyyən həddi aşan müəssisələr.

Əgər bu kateqoriyaya daxilsinizsə, audit hesabatının olmaması hüquqi məsuliyyət doğura bilər.

Könüllü audit

Əgər qanun sizi məcbur etmir, bu o demək deyil ki, auditə ehtiyac yoxdur.
Könüllü audit – şirkətin öz təşəbbüsü ilə, şəffaflıq və idarəetməni təkmilləşdirmək məqsədilə həyata keçirilən yoxlamadır.
Adətən bu hallarda tətbiq olunur:

  • yeni investor və ya tərəfdaşla müqavilə bağlanarkən;
  • kredit, qrant və ya beynəlxalq layihələrdə iştirak zamanı;
  • şirkətin daxili uçot sisteminin optimallaşdırılması üçün.

Sadə dillə desək – ağıllı rəhbər audit xidmətlərinə məcburiyyətdən müraciət etmir, o başa düşür ki, şəffaflıq qorumaqdan daha ucuz başa gəlir, bərpa etməkdən isə min dəfə asandır.

Addım 3. Peşəkar auditor və ya audit şirkəti seçin

Auditi kiməsə etibar etmək asan məsələ deyil. Bir səhv rəy və ya səthi analiz sizi vergi riski, etibar itkisi və maliyyə itkiləri ilə üz-üzə qoya bilər. Ona görə də seçdiyiniz şirkət müəyyən meyarlara cavab verməlidir:

  1. Lisenziya və təcrübə – auditor və ya audit şirkəti qanunvericiliyə uyğun fəaliyyət göstərməlidir.
  2. Sertifikatlı mütəxəssislər – beynəlxalq audit standartlarını (ISA) tətbiq edən komandaya üstünlük verin.
  3. Məxfilik və etika – audit məlumatları yalnız sizin icazənizlə paylaşılmalıdır.
  4. Real nəticə yönümlü yanaşma – sadəcə hesabat yox, təkmilləşmə planı təqdim edən şirkəti seçin.

Bu meyarlara Audit.Az MMC tam cavab verir. Şirkət mühasibat auditi xidmətini həm məcburi, həm də könüllü əsasda təqdim edir və beynəlxalq metodologiyaya əsaslanan real nəticələrə yönəlir.

Audit.Az MMC-nin audit xidmətləri ilə tanış olun

Addım 4. Audit prosesinə hazırlaşın

Bir çox sahibkar düşünür ki, auditor gəlir, sənədlərə baxır və gedir. Əslində audit prosesinin hazırlıq mərhələsi ən vacib hissədir. Əgər bu mərhələdə düzgün yanaşma olmasa, auditorun işi uzanacaq və nəticələr gecikəcək.

Hazırlıq üçün tövsiyələr:

  • mühasibat sənədləriniz tam və ardıcıl olsun;
  • vergi, əmək haqqı və inventar uçotları dəqiq tərtib edilsin;
  • elektron və kağız sənədlər arasında uyğunsuzluq olmasın;
  • auditorla açıq kommunikasiya qurun, suallardan çəkinməyin.

Yadda saxlayın: audit yoxlama deyil, əməkdaşlıqdır.
Auditorun məqsədi sizi cərimələtmək deyil, sistemi daha etibarlı etməkdir.

Addım 5. Audit nəticələrindən faydalanın

Ən dəyərli məqam məhz budur. Peşəkar mühasibat auditi xidməti almaqla siz maliyyə risklərinizi, daxili nəzarət boşluqlarını və inkişaf potensialınızı aydın şəkildə görürsünüz.
Yekun rəy təkcə hesabat deyil — biznesin gələcəyi üçün yol xəritəsidir.

Məsələn, audit nəticəsində şirkətinizdə:

  • uçot prosedurlarının sadələşdirilməsi;
  • vergi risklərinin azaldılması;
  • büdcə planlaşdırmasının təkmilləşdirilməsi;
  • məsuliyyət bölgüsünün optimallaşdırılması kimi təkliflər verilə bilər.

Bu nəticələr uzunmüddətli qənaət və səmərəlilik yaradır.

Addım 6. Audit qiymətləri barədə nə bilməliyəm?

Azərbaycanda audit xidmətlərinin qiymətləri üçün minimum hədlər müəyyən edilib. Məsələn:

  • banklar üçün illik audit xərci şirkətin illik gəlirinin 0,6 %-i səviyyəsindədir və minimum 30 000 manat təşkil edə bilər;
  • sığorta şirkətləri üçün bu hədd daxil olan sığorta və təkrar sığorta haqlarının 0,04%-i həddidədir və minimum 12 000 manat ola bilər;
  • digər müəssisələr üçün də Azərbaycan Respublikasının Auditorlar Palatası Şurası tərəfindən gəlir və ya xərclərin məbləğindən asılı olaraq faiz və sabit manat məbləğləri müəyyənləşdirilmişdir.

Eyni zamanda, tərəfdaşımız Accounting.Az MMC saytında audit xidmətlərinin dəyərinin hesablanması  üçün onlayn kalkulyator mövcuddur.

Bu, sizə “necə qiymət gözləyim” sualına cavab verir və auditə hazırlaşmaq üçün faydalıdır.

Qeyd etmək vacibdir ki, göstərilmiş minimum hədlər yalnız başlanğıc çərçivəsidir. Müəssisənin risk səviyyəsi, əməliyyatlarının mürəkkəbliyi və auditor işinin həcmi kimi faktorlar qiyməti artıra bilər

Niyə məhz Audit.Az MMC?

Audit.Az MMC – Azərbaycanda audit xidmətləri sahəsində etibar qazanmış, beynəlxalq standartlara uyğun fəaliyyət göstərən peşəkar şirkətdir.

Şirkətin əsas üstünlükləri:

  • peşəkar və sertifikatlı auditor heyəti;
  • beynəlxalq audit standartlarına (isa) əsaslanan metodologiya;
  • şəffaflıq, məxfilik və obyektivlik prinsipləri;
  • daxili nəzarət və risk analizinə dərin yanaşma;
  • fərdi xidmət paketi və nəticə yönümlü dəstək.

Audit.Az auditi sadəcə hesabat kimi deyil, maliyyə idarəetməsinin inkişaf vasitəsi kimi təqdim edir.
Bu, onu bazarda fərqləndirən əsas amildir.

Beləliklə…

Daha sadə şəkildə desək – audit xidmətlərinə müraciət etmək “vacib sənədi doldurmaq” deyil, biznesin şəffaflığını qorumaq və etibarı qazanmaq addımıdır.
Bir çox müəssisələr bu addımı gec atdığı üçün sonradan böyük problemlərlə üzləşir.

Əgər siz “mühasibat auditi xidməti axtarıram” deyirsinizsə, artıq doğru istiqamətdəsiniz.
İndi əsas məsələ düzgün tərəfdaş seçməkdir.

Audit.Az MMC – sadəcə auditor deyil, etibarlı maliyyə tərəfdaşınızdır.
Auditi vaxtında və peşəkarcasına aparın – çünki şəffaflıq gələcəyin ən güclü kapitalıdır.

Mühasibat auditi xidməti haqqında ətraflı oxuyun

1 122 123 124 125 126 127 128 2. 693