Read More9
Read More9

Xaricdən gələn minik avtomobilləri üçün yol vergisi

posted in: Vergi, Xəbər | 0

yol vergisi, Mənfəət vergisi, vergi yoxlamaları, Mənfəət vergisinin hesablanması,Vergi Məcəlləsinin 209-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazisinə daxil olan və həmin ərazidən sərnişin və yük daşınması üçün istifadə edən avtonəqliyyat vasitələrinin sahibləri olan qeyri-rezident şəxslər, habelə Azərbaycan Respublikasının ərazisində avtomobil benzininin, dizel yanacağının və maye qazın istehsalı və ya idxalı ilə məşğul olan şəxslər yol vergisinin ödəyiciləridir. (minik avtomobilləri,yol vergisi)

Yol vergisinin vergitutma obyektləri isə aşağıdakılardır:

  • Azərbaycan Respublikası ərazisinə daxil olan və tərk edən zaman yol vergisinə cəlb edilməli olan xarici dövlətlərin avtonəqliyyat vasitələri;
  • Azərbaycan Respublikası ərazisində istehsal edilib daxili istehlaka yönəldilən (topdan satılan) benzini, dizel yanacağı və maye qaz;
  • Azərbaycan Respublikası ərazisinə idxal edilən benzin, dizel yanacağı və maye qaz.

Yol vergisinin hesablanması və ödənilməsi ilə bağlı qanunvericiliyin tələblərini şərh edən iqtisadçı ekspert Ramin Ramazanov bildirib ki, minik avtomobilləri üçün yol vergisinin hesablanma dərəcələrləri onların mühərriklərinin həcmindən və Azərbaycan Respublikasının ərazisində qaldığı müddətdən asılı olaraq hesablanır. Məsələn, tutaq ki, Ukrayna vətəndaşı özünə məxsus mühərrikin həcmi 1.800 kubsantimetrədək olan minik avtomobili ilə sentyabr ayının 15-də Azərbaycana gəlib və həmin ayın 25-də Azərbaycanı tərk edib.

Maşın ölkə ərazisində bir ayadək qaldığı üçün və mühərrik həcmi 2.000 kubsantimetrədək olduğundan onun ödəyəcəyi vergi məbləği 15 ABŞ dolları təşkil edib. Həmin şəxs Azərbaycanın gömrük sərhədini keçərkən gömrük orqanları tərəfindən ondan 15 ABŞ dolları məbləğində yol vergisi tutulur. Əgər mühərrikin həcmi 4.800 kubsantimetr olsaydı, o halda vergi məbləği 40 ABŞ dolları olacaqdı.

Qeyd edək ki, xaricdən gələn minik avtomobilləri üçün yol vergisinin hesablanması Vergi Məcəlləsinin 211.1.1.1-ci maddəsi ilə tənzimlənir. Məcəllədə müddətlər və mühərrikin həcmi dəqiq qeyd edilib:

Ölkə ərazisində qaldığı müddət Mühərrikin həcmi 2.000 kubsantimetrədək olduqda Mühərrikin həcmi 2.000 kubsantimetrdən 4.000 kubsantimetrədək olduqda Mühərrikin həcmi 4.000 kubsantimetrdən çox olduqda
1 aya qədər 15 dollar 20 dollar 40 dollar
3 aya qədər 30 dollar 40 dollar 60 dollar
1 ilə qədər 40 dollar 80 dollar 20 dollar
1 ildən yuxarı 40 dollar + 1 ildən artıq qalan hər gün üçün 0,5 dollar 80 ABŞ dolları + 1 ildən artıq qalan hər gün üçün 0,6 dollar 120 ABŞ dolları + 1 ildən artıq qalan hər gün üçün 1,2 dollar

R.Ramazanovun sözlərinə görə, Azərbaycan Respublikasının ərazisinə daxil olan və bəyan edilmiş müddətdən artıq ölkə ərazisində qalan xarici dövlətlərin avtonəqliyyat vasitələri üçün ölkə ərazisini tərk edən zaman burada artıq qaldığı müddətdən asılı olaraq ödənilməli olan yol vergisinin yekun məbləği yuxarıda qeyd edilənlərə uyğun olaraq hesablanmış yol vergisinin məbləğindən ölkə ərazisinə daxil olarkən ödənilən yol vergisinin məbləği çıxılmaqla hesablanacaq.

Azərbaycan Respublikası ilə xarici dövlətlər arasında qüvvədə olan beynəlxalq avtomobil əlaqələri haqqında hökumətlərarası sazişlərə əsasən, kvotalar çərçivəsində mübadilə edilən “İcazə” blankları ilə Azərbaycan Respublikasının ərazisinə daxil olan xarici ölkələrin avtonəqliyyat vasitələri üçün yol vergisi ödəmələrində azadolmalar nəzərdə tutulduğu hallarda daxil olduqları andan 30 gün sonra ölkədə əlavə qaldıqları müddətdən asılı olaraq yol vergisinə cəlb edilirlər.

Xarici dövlətlərin avtonəqliyyat vasitələrindən yol vergisini həmin avtonəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olan zaman və ölkə ərazisini tərk edərkən yol vergisinə cəlb olunmalı hallarda gömrük orqanları tuturlar və bir bank günü ərzində dövlət büdcəsinə keçirirlər.

Mənbə: vergiler.az



Vergilər Nazirliyi “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”nda dəyişiklik edib

posted in: Vergi, Xəbər | 0

Vergi ödəyicisinin fəaliyyət növü, Dövriyyələrin şəffaflaşması, vergi güzəştlərinin müddəti, Vergilər Nazirliyi, Könüllü fəaliyyət, Vergi ödəyicisinin dövriyyəsi, hüquqi şəxs,startap, Vergilər naziri, Sosial Sığorta, vergi, Vergilər nazirinin müavinləri,, Vergilər Naziri, Əmək münasibətləri şirkət Nizamnamə kapitalı Vergi ödəyicisi Asan İmza Simkartı daxilolma ödənilməli vergilər vergi sistemi fiziki şəxs vergi öhdəlikləri İşçilərin sayı EDV ƏDV MDSS İşsizlik hesabat vergiler naziri Vergilər naziri vergiler kameral vergi hesabat bəyannamə ödənilməli vergilər İstifadəçi kodu parol fiziki şəxs Vergi müvəkkilləri Hüquqi şəxs sosial daxilolmalar Asan İmza vergi daxilolmaları aksizli mallar, ödənilməli vergilər, Vergilər nazirinin birinci müavini,Vergilər Nazirliyinin Kollegiyası “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”nda dəyişiklik edib.

Dəyişiklik ödəmə mənbəyində tutulan vergilərin yoxlanılması ilə əlaqədardır.

Qüvvədə olan Qaydalara əsasən, güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş (qeydiyyatdan keçmiş) subyektlərə rezidentlər və qeyri-rezidentlərin Azərbaycan Respublikasındakı daimi nümayəndəlikləri tərəfindən birbaşa və ya dolayısı ilə  edilən ödənişlərdən verginin tutulması yoxlanılıb. Dəyişikliyə əsasən, güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş (qeydiyyatdan keçmiş) şəxslərə, o cümlədən digər ölkələrdə olan filial və ya nümayəndəliklərinə, habelə güzəştli vergi tutulan ölkələrdə olan bank hesablarına rezidentlərin və qeyri-rezidentlərin Azərbaycan Respublikasındakı daimi nümayəndəlikləri tərəfindən birbaşa və ya dolayısı ilə edilən ödənişlərdən (alınmış borclar üzrə qaytarılan borcun əsas məbləği (faizlər nəzərə alınmadan) istisna olunmaqla) verginin tutulması yoxlanacaq.

Dəyişiklik bu gündən – noyabrın 6-dan qüvvəyə minir.

Qeyd edək ki, Vergi Məcəlləsinə əsasən, güzəştli vergi tutulan xarici ölkə dedikdə, vergi dərəcəsi bu Məcəllədə müəyyən edilmiş dərəcədən 2 dəfə və ya daha çox aşağı olan və (və ya) maliyyə məlumatını, yaxud əmlakın faktiki sahibi və ya gəlir (mənfəət) götürən barədə sirri qorumaq imkanı verilmiş şirkətlər haqqında məlumatın məxfiliyinə dair qanunun mövcud olduğu ölkə başa düşülür. Hər il üçün güzəştli vergi tutulan ölkələrin və ya ərazilərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

Vergi Məcəlləsinə əsasən, aşağıda göstərilən tələblərin birinə cavab verən istənilən fiziki şəxs vergitutma məqsədləri üçün rezident sayılır:

– Təqvim ilində üst-üstə 182 gündən artıq vaxtda həqiqətən Azərbaycan Respublikasının ərazisində olan;

– təqvim ili içərisində, yaxud bir təqvim ili ərzində xarici ölkədə Azərbaycan Respublikasının dövlət xidmətində olan;

Azərbaycan Respublikasının ərazisində və xarici ölkədə (hər hansı birində) fiziki şəxsin olma müddəti 182 gündən artıq olmadıqda, həmin fiziki şəxs aşağıdakı ardıcıllıqla göstərilən meyarlarla Azərbaycan Respublikasının rezidenti sayılır:

– daimi yaşayış yeri;

– həyati mənafelərinin mərkəzi;

– adətən yaşadığı yer;

– Azərbaycan Respublikasının vətəndaşlığı.

– Vergi Məcəlləsinə 13.2.5.3-cü maddəsinə əsasən isə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq təsis edilən və sahibkarlıq fəaliyyətini həyata keçirən və ya Azərbaycan Respublikasında idarə edilən istənilən hüquqi şəxs.

Azərbaycan Respublikasının qeyri-rezidentlərinə aşağıdakı şəxslər aid edilir:

– Azərbaycan Respublikasının ərazisində diplomatik və ya konsulluq statusu olan şəxs və onun ailə üzvlər; (sahibkarlıq fəaliyyəti göstərən şəxslər istisna olmaqla)

– Azərbaycan Respublikasının ərazisində müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçmiş beynəlxalq təşkilatın əməkdaşı və ya Azərbaycan Respublikasında xarici ölkənin dövlət xidmətini həyata keçirən şəxs və onların ailə üzvlər (sahibkarlıq fəaliyyəti göstərən şəxslər istisna olmaqla);

– məqsədi yalnız Azərbaycan Respublikasının ərazisindən bir xarici dövlətdən digər xarici dövlətə keçmək olan şəxs;

– Azərbaycan Respublikasının ərazisində yerləşən diplomatik imtiyazları və immunitetləri olan diplomatik nümayəndəliklər, konsulluq idarələri və xarici ölkələrin digər rəsmi nümayəndəlikləri, beynəlxalq təşkilatlar və onların nümayəndəlikləri, habelə sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan xarici təşkilatların və firmaların nümayəndəlikləri.

Mənbə: apa.az



Mühasibat balansının strukturu

posted in: muhasibat, Məqalə, Xəbər | 0

Mühasibat balansı hesabat tarixinə görə pul qiymətləndirməsində təşkilatın maliyyə vəziyyətini xarakterizə edir, hesabat dövrünün son gününə tərtib edilir.

Balans iki hissədən ibarət bir cədvəldir. Balansın sol hissəsi növlər üzrə (əsas vəsaitlər, istehsal ehtiyatları, hazır məhsul və s.) vəsaitlərin tərkibini əks etdirir və aktiv adlanır.

Sağ hissədə bu vəsaitlərin təşkil olunma mənbələri (nizamnamə kapitalı, bank kreditləri, kreditor borcları və s.), yəni müəssisənin təsərrüfat fəaliyyətinə qoyulan vəsaitin miqdarı əks olunur və bu, passiv adlanır.

Müəssisənin vəsaitlərinin formalaşması mənbələri öhdəliklərkapitaldır. Öhdəliklər – təşkilatın kreditorlardan aldığı vəsaitlərdir.

Təşkilatların kapitalı investorlardan alınan vəsaitlərdir və müəssisənin səmərəli fəaliyyətinin nəticəsi olaraq bölüşdürülməmiş mənfəətdir. Təşkilatların vəsaitləri onun öhdəliklərinin və kapitalının cəminə bərabərdir.

Aktivin və passivin hər bir elementi balansın maddələri adlanır.

Balans maddəsi – o təsərrüfat vəsaitlərinin (aktiv maddə) və ya onların mənbələrinin (passiv maddə) müəyyən növünü xarakterizə edən göstəricidir.

Balans maddələri qruplara, qruplar isə bölmələrə daxil edilir. Maddələr iqtisadi məzmuna dair bölmələr üzrə qruplaşdırılıb. (aktivdə 2 bölmə və passivində 3 bölmə).

Balansın aktivinə aşağıdakı bölmələr daxildir:

1-ci bölmə. Dövriyyədən kənar aktivlər.

Bu bölmə qeyri-maddi aktivlər, tədqiqat və inkişaf nəticələri, əsas vəsaitlər, maddi dəyərlərə, uzunmüddətli maliyyə yatırımlarına və s. gəlir yatırımlarından ibarətdir. Bu əmlakın bir bölmədə birləşdirilməsi ən mobil (növbədənkənar) aktivlərə aidiyyatla şərtlənir.

2-ci bölmə. Dövriyyə aktivləri.

Bu bölmədə ehtiyatlar, əldə edilmiş dəyərlər üzrə ƏDV, təşkilatın debitor borcları və qısamüddətli maliyyə qoyuluşları, pul vəsaitlərinin mövcudluğu barədə məlumatlar vardır.

Balansın passivi aşağıdakı bölmələrdən ibarətdir:

3-cü bölmə. Kapital və ehtiyatlar.

Burada müəssisənin öz kapitalı əks olunur – nizamnamə, əlavə, ehtiyat, bölüşdürülməmiş mənfəət (açıq olmayan zərər). Həmçinin, burada səhmdarlardan alınan öz səhmləri, qeyri-dövriyyədən kənar aktivlərin yenidən qiymətləndirilməsi barədə məlumatlar verilir.

4-cü bölmə. Uzunmüddətli öhdəliklər.

Bu bölmə bankların uzunmüddətli kreditləri və istiqraz üzrə borclarını əks etdirmək, şərti öhdəliklərdən ötrü ehtiyatların əks olunması üçün nəzərdə tutulmuşdur.

5-ci bölmə. Qısamüddətli öhdəliklər.

Burada qısamüddətli kreditlər və borclar üzrə hesablaşmaların vəziyyəti, həmçinin kreditor borcları haqqında məlumatlar əks olunur. Buraya gələcək dövrlərin gəlirləri və gələcək xərclərin ehtiyatları da daxildir.

Balansın bir xüsusiyyəti, aktivin və passivin yekunlarının bərabərliyidir. Aktiv və passivdə eyni məbləğ (müəssisənin bütün vəsaitləri) əks etdirilməklə, lakin müxtəlif qruplarda təmin edilir. Buna görə də, tərkibinə və yerləşdirilmə üzrə əmlakın ümumi məbləği həmişə bu əmlakın mənbələrinin ümumi məbləğinə bərabərdir. Aktivin və passivin maddələrinin nəticəsi mühasibat balansının valyutası adlanır. Bu balans tənliyi aşağıdakı kimi ifadə edilə bilər:

Vəsaitlər = Öhdəliklər + Kapital

A = K + Ö = P, burada

A – mühasibat balansının aktivi;

P – mühasibat balansının passivi;

K – təşkilatların kapitalı;

Ö – təşkilatların öhdəlikləri.

Kapital təşkilatın mülkiyyətçiləri tərəfindən edilən investisiyaların dəyərini xarakterizə edir. Bəzən bu kapital qalıq adlanır, çünki o, mülkiyyətçi bütün passivləri ödədikdə qalacaq vəsaitləri əks etdirir. Bu halda balans tənliyi aşağıdakı növü qəbul edir:

Kapital = Vəsaitlər – Öhdəliklər

Balans hesabatı tərtib etmək üçün məlumat mənbəyi mühasibat hesablarıdır (əsas Kitab).



Vergilər Nazirinin müavini vətəndaşları qəbul edəcək

posted in: Vergi, Xəbər | 0

edv,vergi ödəyicisi, ƏDV qeydiyyatı, büdcə, aylıq vergi, Vergidən yayınma, Cari vergi ödəmələri,Vergilər nazirinin birinci müavini Sahir Məmmədxanov noyabrın 14-də Xaçmaz şəhərində yerləşən Vergi ödəyicilərinə xidmət mərkəzində (ünvan: H.Əliyev prospekti) Xaçmaz, Quba, Qusar və Şabran rayonlarından olan vətəndaşları qəbul edəcək. (Vergilər Naziri)

Qəbula gəlmək istəyən vətəndaşlar 6-12 noyabr 2019-cu il tarixlərində 3 saylı Ərazi Vergilər İdarəsinə, habelə Xaçmaz, Quba, Qusar və Şabran rayon vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də Vergilər Nazirliyinin “195-1” Çağrı Mərkəzinə zəng etməklə və ya nazirliyin  elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən qaldırmaq istədikləri məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

Mənbə: vergiler.az



error: Content is protected !!