631 saylı “Maliyyə gəlirləri” hesabı: müxabirləşmə nümunələri

posted in: Xəbər | 0

631 saylı “Maliyyə gəlirləri” hesabından kommersiya müəssisələr müxtəlif mənbələrdən yaranan faiz gəlirlərinin, maliyyə icarəsi üzrə gəlirlərinin və digər maliyyə gəlirlərinin uçotu üçün istifadə edirlər. Bu məqalədə 631 saylı hesab üzrə açılan subhesablar üzrə müxabirləşmə nümunələri əks olunub.

Hesablar planının “Maliyyə gəlirləri” maddəsi

Kommersiya müəssisələrində mühasibat uçotunun qurulması prosesində ən mühüm addımlardan biri maliyyə hesabatlarında gəlir və xərclərin düzgün əks olunmasının təmin edilmişdir. Çünki məhz maliyyə hesabatı gəlirlərin həcmini, strukturunu və mənbələrini nümayiş etdirərək, müəssisənin maliyyə vəziyyəti barədə maraqlı tərəflərə dəqiq informasiya verir. Uçotun qurulması zamanı kommersiya müəssisələri AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları” dan istifadə edir (bundan sonra – Qaydalar). Bu qaydalar müəssisənin gəlirlərini bur neşə kateqoriyaya bölür ki, onlardan biri də “Maliyyə gəlirləri” maddəsidir (63-cü maddə). Həmin maddə Qaydaların 6-cı “Gəlirlər” bölməsinə daxildir. Bölməyə aşağıdakı uçot hesabları aiddir:

631 saylı “Maliyyə gəlirləri” hesabı

Qaydaların 49.2 bəndinə görə “Maliyyə gəlirləri” hesabında “mühasibat uçotu subyektinin maliyyə fəaliyyətinin həyata keçirilməsi zamanı faiz gəliri, qiymətdən düşmüş borclar üzrə faiz gəlirləri, maliyyə iсarəsi üzrə gəlir, faiz xərcləri yaradan öhdəliklər üzrə məzənnə gəliri və digər maliyyə gəlirləri barədə ümumiləşdirilmiş məlumatlar əks etdirilir.” Hesab üzrə aşağıdakı subhesablar açılır:

  • 631-1 №li “Faiz gəliri”;
  • 631-2 №li “Qiymətdən düşmüş borclar üzrə faiz gəlirləri”;
  • 631-3 №li “Maliyyə iсarəsi üzrə gəlir”;
  • 631-4 №li “Faiz xərcləri yaradan öhdəliklər üzrə məzənnə gəliri”;
  • 631-5 №li “Digər maliyyə gəlirləri”.

631 saylı hesabda, habelə 631-1, 631-2 saylı subhesablar üzrə uçotun tənzimlənməsi haqqında buradan oxumaq olar.

 631-3 saylı subhesab üzrə müxabirləşmə nümunəsi

Nümunə: ABC MMC 2020-ci ilin avqustunda 3 il müddətinə XYZ müəssisəsinə 20000 manatlıq avadanlıq maliyyə icarəsini verilib. Müqaviləyə əsasən XYZ müəssisəsi 2500 manat əsas borc, 1200 manat faiz xərci olmaqla hər il ABC müəssisəsinə 3700 manat pul ödəyəcək.   

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Maliyyə icarəsi alınır 174: ”İcarə üzrə uzunmüddətli debitor borcları” 111: “Torpaq, tikili və avadanlıqların dəyəri” (icarəyə verilən) 20 000
2 2020-ci il üçün əldə ediləcək faiz hesablanır 216: “Faizlər üzrə qısamüddətli debitor borcları” 631-3: “Maliyyə gəlirləri: maliyyə iсarəsi üzrə gəlir” 1 200
3 2020-ci il üçün faiz borcu ABC MMC-yə ödənir 223: “Bank hesablaşma hesabları” 216: “Faizlər üzrə qısamüddətli debitor borcları” 1 200
4  2020-ci il üçün faiz borcu ABC MMC-yə ödənir 223: “Bank hesablaşma hesabları” 174: ”İcarə üzrə uzunmüddətli debitor borcları” 2 500
5 Hesabat ilinin sonunda maliyyə gəlirləri mənfəətə aid edilir 631-3: “Maliyyə gəlirləri:maliyyə iсarəsi üzrə gəlir” 801:”Ümumi məfəət(Zərər)” 1 200

Qeyd edək ki, ödənişlər aylar üzrə həyata keçirilir, habelə müxabirləşmələr müqavilənin sonundək növbəti iki il üçün də eyni qaydada aparılır.

Məzənnə fərqindən yaranan gəlirlər (631-4 saylı subhesab)

Nümunə: ABC müəssisəsi ilin əvvəlində 10000 dollar ödəyərək istiqraz alıb. Alınma tarixində 1 dollar=1,7 manat idi. Müqavilə bir il müddətinə, illik faiz dərəcəsi 5% almaqla bağlanıb. Müqaviləyə uyğun olaraq ABC MMC ilin soununda istiqrazlardan əldə edəcəyi faiz gəlirini 850 manat kimi qiymətləndirməklə tanıyıb. Həmin ilin iyun ayında  dolların məzənnəsi 1,80 manat olub. Bu zaman müxabirləşmələr şağıdakı kimi olacaq.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 İstiqrazlarım alınması  uçota alınır

(10000*1,7)

232:” Ödənişə qədər saxlanılan qısamüddətli investisiyalar” 223: “Bank hesablaşma hesabları” 17 000
2 İstiqrazlar üzrə hesablanmış faiz

(10000*5%)*1,7)

216: “Faizlər üzrə qısamüddətli debitor borcları” 631-1: “Maliyyə gəlirləri: faiz gəlirləri” 850
3 Müsbət məzənnə fərqi

(500*0.10)

216: “Faizlər üzrə qısamüddətli debitor borcları” 631-4: “Faiz xərcləri yaradan öhdəliklər üzrə məzənnə gəliri” 50
4  İstiqrazların geri qayıtması zamanı məzənnə fərqi

(10000*0.10)

223: “Bank hesablaşma hesabları” 332: ”Məznnə fərqləri üzrə ehtiyat” 1 000
6 Faiz gəliri mədaxil edilir 223: “Bank hesablaşma hesabları” 216: “Faizlər üzrə qısamüddətli debitor borcları” 850
7 Faiz xərcləri yaradan öhdəliklər üzrə məzənnə gəliri mədaxil edilir 223: “Bank hesablaşma hesabları” 216: “Faizlər üzrə qısamüddətli debitor borcları” 50
8 Hesabat ilinin sonunda maliyyə gəlirləri mənfəətə aid edilir 631-1: “Maliyyə gəlirləri: faiz gəlirləri” 801:”Ümumi məfəət(Zərər)” 850
9 Hesabat ilinin sonunda maliyyə gəlirləri mənfəətə aid edilir 631-4: “Faiz xərcləri yaradan öhdəliklər üzrə məzənnə gəliri” 801:”Ümumi məfəət(Zərər)” 50

 

631 saylı “Maliyyə gəlirləri” hesabı üzrə uçotun əsas prinsipləri

posted in: Xəbər | 0

Maliyyə gəlirləri müəssisənin gəlirlərinin əsas tərkib hissələrindən biridir. Bu məqalədə kommersiya müəssisələrində 631 saylı “Maliyyə gəlirləri” hesabında uçotun əsas prinsipləri şərh olunur.

Hesablar planının “Gəlirlər” bölməsi

Müəssisənin fəaliyyəti zamanı əldə etdiyi iqtisadi faydanı ifadə edən gəlirlər, əsasən, məhsul və xidmətlərin satışından, icarə, faiz, dividend və digər maliyyə əməliyyatlarından formalaşır və maliyyə hesabatlarında əsas göstəricilərdən biri kimi əks olunur. Maliyyə hesabatı gəlirlərin həcmini, strukturunu və mənbələrini nümayiş etdirərək, müəssisənin maliyyə vəziyyəti barədə maraqlı tərəflərə dəqiq informasiya verir. Gəlir və onalrın əldə edilməsinə çəkilən xərclər əsasında müəssisənin mənfəəti, rentabellik səviyyəsi və inkişaf potensialı qiymətləndirilir.

Məsrəflər, xərclər və mənfəət haqqında ümumi anlayışlar bizə xərclər üzrə mühasibat uçotunun qurulması prosesində kömək edir. Kommersiya müəssisələrində uçotun qurulması AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”  (bundan sonra-Qaydalar) əsasında tənzimlənir Bu qaydalar müəssisənin gəlirlərini bur neşə kateqoriyaya bölür ki, onlardan biri də “Maliyyə gəlirləri” maddəsidir (63-cü maddə). Müəssisənin əldə etdiyi gəlirlər barədə ümumiləşdirilmiş məlumatlar bu naddədə təqdim edilir.

631 saylı “Maliyyə gəlirləri” hesabı

63-cü maddə Qaydaların “Gəlirlər” adlı 6-cı bölməsinə aiddir. Gəlirlərin uçotu aparılan bu bölməyə aşağıdakı uçot hesabları aiddir:

Qaydaların 49.2 bəndinə görə “Maliyyə gəlirləri” hesabında “mühasibat uçotu subyektinin maliyyə fəaliyyətinin həyata keçirilməsi zamanı faiz gəliri, qiymətdən düşmüş borclar üzrə faiz gəlirləri, maliyyə iсarəsi üzrə gəlir, faiz xərcləri yaradan öhdəliklər üzrə məzənnə gəliri və digər maliyyə gəlirləri barədə ümumiləşdirilmiş məlumatlar əks etdirilir.” Hesab üzrə aşağıdakı subhesablar açılır:

  • 631-1 №li “Faiz gəliri”;
  • 631-2 №li “Qiymətdən düşmüş borclar üzrə faiz gəlirləri”;
  • 631-3 №li “Maliyyə iсarəsi üzrə gəlir”;
  • 631-4 №li “Faiz xərcləri yaradan öhdəliklər üzrə məzənnə gəliri”;
  • 631-5 №li “Digər maliyyə gəlirləri”.

Hesab üzrə uçotun tənzimlənməsi

631 saylı “Maliyyə gəlirləri” hesabı üzrə tənzimləmələr Qaydaların 49.1 – 49.21 bəndlərinə uyğun aşağıdakı qaydada aparılır.

  • müəssisnən verdiyi borclara, kreditlərə görə hesablanmış faizlər üzrə gəlirin tanınma meyarlarına uyğun olaraq hesablanmış uzunmüddətli və qısamüddətli debitor borcların 631-1 saylı “Faiz gəliri” subhesabında uçotu qaydaların 49.5-49.8 bəndlərinə uyğun aparılır;
  • qiymətdən düşmüş borclar üzrə faiz gəlirləri 176 (216) saylı hesabların müvafiq subhesablarının debeti və 631-2 saylı subhesabın kreditində əks etdirilir (bənd 49.9), bu zaman hesab üzrə yaranan məbləğə Db631-2/Kr801 kimi mühaisbat yazılışı verilir;
  • maliyyə icarəsində olan aktivlərə görə hesabat dövrü ərzində hesablanan faiz məbləğlər Db216/Kr631-3 müxabirləşməsi verilməklə uçota alınır (49.12-ci bənd);
  • maliyyə icarəsi üzrə uzunmüddətli öhdəliklərin cari dəyəri hesablandıqda həmin öhdəliyin dəyəri ilə cari dəyər arasındakı fərqə Dt406/Kr631-3, qısamüddətli kreditor borclarının cari dəyəri hesablandıqda həmin kreditor borcun dəyəri ilə cari dəyər arasındakı fərqə isə Dt535/Kr631-3 mühasibat yazılışı verilir. Bu zaman 631-3 saylı subhesabın qalığı 801 saylı hesabın müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilərək bağlanır;
  • mühasibatlıqda faiz xərcləri yaradan öhdəlikləri üzrə müsbət məzənnə fərqinə 631-4 saylı subhesabın krediti üzrə mühasibat yazılışı verilir və yığılan məbləğ hesabat dövrünün mənfəəti kimi 801 saylı №li hesabın kreditinə aid edilir (bənd 49.17-bənd 49.18);
  • 631-1 – 631-4 saylı subhesablarda uçota alınmayan məbləğlər 631-5 saylı “Digər maliyyə gəlirləri” subhesabında uçota alınır, yığılan məbləğ 801 saylı hesabın müvafiq subhesablarının kreditinə aid edilir.
  • faiz xərcləri yaradan öhdəliklərinin bağışlanılması və ya iddia müddətinin keçməsi ilə əlaqədar qanunvericiliyə uyğun silinməsi digər maliyyə gəliri kimi 631-5 №li subhesabın kreditində əks etdirilir.

Faizlərlə bağlı maliyyə gəlirləri üzrə müxabirləşmə nümunəsi

Nümunə: ABC MMC XYZ müəssisəsinin 10 ədəd istiqrazını almaqla ona 100000 manat qısamüddətli investisiya yatırıb. Bağlanmış investisiya müqaviləsinə əsasən qoyuluş zamanı 10000 manat faiz hesablanıb. 631 saylı “Maliyyə gəlirləri” hesabının uyğun subhesabı üzrə mühasibat yazılışları aşağıda verilib.  

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 İnvestisiya qoyuluşu uçota alınır 232:” Ödənişə qədər saxlanılan qısamüddətli investisiyalar” 223: “Bank hesablaşma hesabları” 100 000
2 İstiqrazlar üzrə hesablanmış faiz 216: “Faizlər üzrə qısamüddətli debitor borcları” 631-1: “Maliyyə gəlirləri: faiz gəlirləri” 10 000
3 İnvestisiya üzrə hesablanmış faiz gəlir formasında hesablaşma hesabına mədaxil edilir 223: “Bank hesablaşma hesabları” 216: “Faizlər üzrə qısamüddətli debitor borcları” 10 000
4  Yığılan faiz gəliri ilin sonunda mənfəətə aid edilir 631-1: “Maliyyə gəlirləri: faiz gəlirləri” 801:”Ümumi məfəət(Zərər)” 10 000
5 Müqavilə bitdiyi üçün qoyulmuş investisiya qaytarılır 223: “Bank hesablaşma hesabları” 232:” Ödənişə qədər saxlanılan qısamüddətli investisiyalar” 10 000

Qiymətdən düşmüş borclar üzrə faiz gəlirləri

Müəssisə tərəfindən verilmiş qiymətdən düşmüş borclara görə hesablanmış faiz gəlirlərinin uçotu üçün 631 saylı “Maliyyə gəlirləri” hesabının 631-2 saylı subhesabında aparılır.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Qiymətdən düşmüş borclara görə hesablanmış faiz gəlirləri (uzunmüddətli debitor borclar) 176:” Faizlər üzrə uzunmüddətli debitor borcları” 631-2: “Maliyyə gəlirləri: qiymətdən düşmüş borclar üzrə faiz gəlirləri”; 10 000
2 Qiymətdən düşmüş borclara görə hesablanmış faiz gəlirləri (qısamüddətli debitor borclar) 216: “Faizlər üzrə qısamüddətli debitor borcları” 631-2: “Maliyyə gəlirləri: qiymətdən düşmüş borclar üzrə faiz gəlirləri” 50 000
4  Yığılan faiz gəliri ilin sonunda mənfəətə aid edilir 631-2: “631-2: “Maliyyə gəlirləri: qiymətdən düşmüş borclar üzrə faiz gəlirləri” 801:”Ümumi məfəət(Zərər)” 15 000

 631 saylı “Maliyyə gəlirləri” hesabının digər subhesabları üzrə müxabirləşmə nümunələri ilə buradan tamış olmaq olar.

“e-mühasibat” informasiya sistemi haqqında Əsasnamə” təsdiq edildi

posted in: Xəbər | 0
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
e-mühasibat” informasiya sistemi haqqında Əsasnamə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 7 mart tarixli 154-VIIQD nömrəli Qanununun tətbiqi və “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 192 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 19 aprel tarixli 375 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “e-mühasibat” informasiya sistemi haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bu Qərarın 1- ci hissəsi nəzərə alınmaqla, “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər” haqqında Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanının tələblərindən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etsinlər.

Əsasnaməyə nəzər yetirmək üçün keçid edin.

Mənbə: nk.gov.az

172 saylı “Törəmə (asılı) müəssisələrin uzunmüddətli debitor borcları” hesabı üzrə uçot

Birbank Biznes-dən sahibkar qadınlara özəl imkanlarla dolu biznes kartı

posted in: Xəbər | 0

Birbank Biznes tərəfindən Azərbaycanda qadın sahibkarlığının inkişafına dəstək məqsədilə təqdim olunan “She’s Next” biznes kartı istifadəçilərə müxtəlif imkanlar yaradır. Bu eksklüziv kart həm hüquqi şəxslər, həm də fərdi sahibkar statusuna malik xanımlar üçün nəzərdə tutulub.

“She’s Next” biznes kartı sahibkar qadınlara manat, dollar və avro olmaqla üç valyutada sərbəst istifadə imkanı verir. Kart eyni zamanda əlavə hədiyyələr və bonuslarla zəngin imtiyazlardan faydalanmaq imkanı yaradır.

Kart istifadəçiləri üçün əlavə üstünlüklər də nəzərdə tutulub: POS ödənişləri və bankomatdan nağd vəsait çıxarışı üzrə aylıq dövriyyə limitlərini keçdikdə, istifadəçilərə  müəyyən məkanlardan kuponlar təqdim olunur.

“She’s Next” kartını əldə etmək istəyən sahibkar xanımlar Birbank Biznes-in rəsmi internet saytına və ya mobil tətbiqə daxil olaraq onlayn sifariş verə bilərlər. Bu kart sahibinə yalnız maliyyə əməliyyatlarında deyil, həm də biznes fəaliyyətində daha geniş perspektivlər və yeni təcrübələr vəd edir.

Kart haqqında ətraflı məlumat:  www.b-b.az/bbbv

Sahibkarlığın inkişafına önəm verən Birbank Biznes Kapital Bank-ın əmtəə nişanı olaraq həm sahibkarların, həm də onların bizneslərinin inkişafına dəstək olur, biznes sahiblərinə innovativ və rahat məhsullar təqdim edir. Birbank Biznes müştərilərində suallar yaranarsa, onlara istənilən vaxt canlı çat vasitəsilə də dəstək göstərilir. Sahibkarlara vaxta qənaət etmək imkanı verən Birbank Biznes sistemi haqqında ətraflı məlumat üçün https://birbank.business/ saytına keçid edin və ya 896 məlumat mərkəzinə zəng edin.

İşçilərin attestasiya edilməsi qaydaları

1 164 165 166 167 168 169 170 2. 700