Birbank-da Yığım hesabı: pulunuz illik 7% gəlir gətirsin

posted in: Xəbər | 0

Birbank-lılar artıq daha çox qazanırlar. Bankın yeni məhsulu, Yığım hesabı müştərilərə illik 7% gəlir və hesablanan faizə faiz qazanmaq şansı yaradır. Dollar valyutasında isə bu qazanc 2.5% təşkil edir. Məhsulun ən cəlbedici tərəfi gəlirlərin gündəlik hesablanmasıdır. Yəni, Yığım hesabında vəsait saxlayan hər kəs, pulunu faiz gəlirlərini itirmədən və istədiyi zaman çıxara bilər. Şərtlər isə olduqca rahat və sadədir.

  • Minimum məbləğ yoxdur: hesabı 0.00 AZN/USD ilə açmaq mümkündür;
  • Hesaba istənilən zaman pul əlavə etmək mümkündür;
  • Faiz gəliri gündəlik hesablanır və günün sonunda balansa yüklənir;
  • Faiz gəliri faiz qazandırır: qazanılmış faiz gəlirinə də faiz hesablanır;
  • Pulu istənilən zaman faiz və komissiya ödəmədən çıxarmaq mümkünüdür;
  • Rahat və etibarlı nəzarət: Birbank tətbiqi ilə hesaba asanlıqla nəzarət etmək mümkündür;

Yığım hesabını sizə ən yaxın Birbank filialından və Birbank mobil tətbiqindən “Əmanətlər” bölməsinə keçərək “Yığım hesabı aç” bölməsindən açmaq olar.

Bu məhsul uzunmüddətli depozit hesabı açmaq istəməyən, aşağı risklə yüksək gəlir qazanmağı hədəfləyən hər kəs üçündür. Həmçinin, bu hesabda minimum məbləğ tələbi olmadığı üçün hər kəs üçün əlçatandır. Məhsul müştərilərə büdcələrini daha səmərəli idarə etmək, aylıq və ya illik gəlirlərdən asılı olmayaraq, vəsaitlərini istədkləri zaman artırmaq və idarə etmək şansı verir.

Pulunu gündəlik gəlir ilə artırmaq və hər an nəzarət etmək üçün Birbank Yığım hesabı ən ideal seçimdir.

Ətraflı məlumat üçün: http://b-b.az/yhpr

Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Birbank, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 118 filialı və 54 şöbəsindən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı Kapital Bank adı altında müştərilərinə xidmət göstərib və Paşa Holding-ə daxildir. Kapital Bank isə hazırda maliyyə institutu olaraq fəaliyyətini davam etdirir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün  https://birbank.az/ saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Əhalidən qızıl alışına çəkilən xərclər hansı formada gəlirdən çıxıla bilər?

Bazarın sahibi icarəyə götürülən obyektin vergi orqanında uçota qoyulmasını tələb edə bilərmi?

posted in: Xəbər | 0

Mən geyimlərin topdan satışı ilə məşğulam və geyim satışı bazarında mağaza işlədirəm. Vergi uçotum var, lakin elektron qaimə-faktura təqdim etməklə satış apardığımdan, obyekti uçota alıb nəzarət-kassa aparatı quraşdırmamışam. 2025-ci ilin oktyabr ayında bazarın sahibi icarəyə götürdüyüm obyekti vergi orqanında uçota qoymağımı tələb edir. Bunu tələb etməyə onun hüququ varmı?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, vergi qanunvericiliyinin tələblərinə əsasən, vergi ödəyicisi həm özünün olduğu yer üzrə, həm də təsərrüfat subyektinin (obyektinin) olduğu ünvan üzrə vergi uçotuna alınmalıdır və təsərrüfat subyektinin (obyektinin) vergi orqanına uçota alınmamasına görə mikro sahibkarlıq subyektlərinə münasibətdə 40 manat məbləğində, digər şəxslərə isə 400 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Bununla yanaşı, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 16 dekabr 2024-cü il tarixli 98-VIIQD nömrəli Qanunun 3.1-ci maddəsinə əsasən, bazarlara nəzarətlə bağlı müddəalar qanun qəbul edildikdən doqquz ay sonra qüvvəyə minir. Qanun qüvvəyə mindikdən sonra kənd təsərrüfatı məhsulları bazarları və kənd təsərrüfatı kooperativi bazarları istisna olmaqla, əmlak icarəyə verildikdə əmlakı icarəyə götürənin təsərrüfat subyektinin (obyektinin) vergi orqanında uçota alınması həyata keçirildikdən sonra onun həmin təsərrüfat subyektlərində (obyektlərində) fəaliyyət göstərməsinə şərait yaratmaq bazarların mülkiyyətçilərinin (bazarlar idarəetməyə verildikdə – idarəedicilərinin) vəzifəsi kimi müəyyən edilib.

Qanun qüvvəyə mindikdən sonra 6 ay müddətində bazarların mülkiyyətçiləri (idarəediciləri) tərəfindən vergi orqanında uçota alınmamış təsərrüfat subyektinin (obyektinin) uçota alınması və həmin təsərrüfat subyektini (obyektini) icarəyə götürənlərin təsərrüfat subyektinin (obyektinin) vergi orqanında uçota alınması təmin edilməlidir.

Həmçinin, əmlak icarəyə verildikdə icarəyə götürən tərəfindən sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə edildikdə təsərrüfat subyektinin (obyektinin) girişində həmin təsərrüfat subyektinin (obyektinin) vergi orqanında uçota alınması ilə bağlı (vergi ödəyicisinin adı və VÖEN-i göstərilməklə) məlumat (arayış) əks etdirilməlidir.

Qeyd olunanlara əsasən, bazarların mülkiyyətçiləri (bazarlar idarəetməyə verildikdə – idarəediciləri) tərəfindən icarəyə götürənlərin təsərrüfat subyektinin (obyektinin) vergi orqanında uçota alınmasının tələb edilməsi qanunun tələbidir və tərəfinizdən geyim satışı bazarından icarəyə götürdüyünüz təsərrüfat subyektinin vergi orqanında uçota alınması və onun girişində həmin təsərrüfat subyektinin vergi orqanında uçota alınması ilə bağlı (vergi ödəyicisinin adı və VÖEN-i göstərilməklə) məlumatın (arayışın) əks etdirilməsi (yerləşdirilməsi) təmin edilməlidir.

Əsas: Vergi Məcəlləsinin 16.1.11-15-ci, 16.1.11-16-cı, 16.1.11-17-ci, 33.2-ci, 57.3-cü, 58.2-1-ci və 58.15-2-ci maddələri, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 16 dekabr 2024-cü il tarixli 98-VIIQD nömrəli Qanununun 2.1-ci və 3.1-ci maddələri

Mənbə: vergiler.az

İşçilərə verilən yemək xərcləri elektron qaimə-faktura ilə alındıqda ödənilən ƏDV-nin əvəzləşdirilməsi

Kapital Bank-ın 30 000 000 AZN həcmində istiqrazlarının yerləşdirilməsi başa çatdı

posted in: Xəbər | 0

Kapital Bank-ın ümumi dəyəri 30 000 000 (otuz milyon) AZN olan və yüksək gəlirlilik təklif edən istiqrazlarının abunə yazılışı 21 may 2025-ci il tarixində Bakı Fond Birjasında başa çatıb. 55 investorun iştirak etdiyi yerləşdirmədə sifarişlərin həcmi 42 317 900 AZN təşkil edib. Ümumilikdə, 50 fiziki şəxs tərəfindən 28 317 900 AZN, 5 hüquqi şəxs tərəfindən 14 000 000 AZN həcmində sifariş verilib. İstiqrazların yerləşdirilməsi 23 may tarixində uğurla yekunlaşıb.

Qeyd edək ki, istiqrazların nominal dəyəri 100 AZN, illik faiz dərəcəsi 11%, faiz ödəniş dövrü hər 30 gündən bir, tədavül müddəti isə 1 il təşkil edir. Yerləşdirmə üzrə anderrayter “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir.

Kapital Bank istiqrazları vətəndaşlar üçün etibarlı və güvənilir investisiya olmaqla yanaşı, yerli kapital bazarının inkişafına da mühüm töhfədir. Uğurlu yerləşdirmənin davamı olaraq Kapital Bank Azərbaycan kapital bazarında aktiv şəkildə iştirak etməyi və investorlara yeni investisiya məhsulları təklif etməyi hədəfləyir.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 118 filialı və 54 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.

Ezamiyyə müddətində əməkhaqqının hesablanması qaydası

Əhalidən qızıl alışına çəkilən xərclər hansı formada gəlirdən çıxıla bilər?

posted in: Xəbər | 0

Təsis etdiyimiz “Golden” MMC qiymətli metallardan zərgərlik məmulatlarının hazırlanması və satışı sahəsində fəaliyyət göstərir. Ay ərzində aldığımız qızılın bir hissəsini qəbul məntəqələrimizdə vətəndaşlardan alış aktı əsasında əldə etdiyimiz qızıl məmulatları təşkil edir. Lakin vətəndaşlardan qızıl məmulatlarının qəbulu üzrə çəkilən xərclərin gəlirdən tam çıxılmasına qanunla məhdudiyyət qoyulur. Əhalidən qızıl qəbulunu necə rəsmiləşdirək ki, bu alış üzrə çəkdiyimiz xərcləri gəlirdən çıxa bilək?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, 2025-ci il yanvarın 1-dən Vergi Məcəlləsinin 109.8-ci maddəsində edilmiş dəyişikliklərə əsasən, gəlirdən çıxılan xərclərin yuxarı həddinin vergi ödəyicisinin hər il üçün gəlirlərinin və xərclərinin ən yüksəyinin hər bir hal üzrə 2 faizi həddində məhdudlaşdırılmasında qiymətli daşlar, qiymətli metallar, o cümlədən qiymətli daşlardan və qiymətli metallardan hazırlanmış məmulatlar istisna edilib.

Belə ki, Vergi Məcəlləsinin 109.8-cu maddəsinə əsasən, “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.5-ci maddəsində göstərilən mallar, qiymətli daşlar, qiymətli metallar, o cümlədən qiymətli daşlardan və qiymətli metallardan hazırlanmış məmulatlar, daşınmaz əmlak, avtomobil nəqliyyatı vasitələri və daşınar əsas vəsaitlər istisna olmaqla, digər malların vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərdən alış aktı əsasında alınması və ya malların vergi ödəyicilərindən bu Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verən nəzarət-kassa aparatının çeki əsasında alınması üzrə gəlirdən çıxılan xərclərin yuxarı həddi vergi ödəyicisinin hər il üçün gəlirlərinin və xərclərinin ən yüksəyinin hər bir hal üzrə 2 faizi həddində məhdudlaşdırılır və bu həddən yuxarı məbləğ gəlirdən çıxılmır.

Buna əsasən, qiymətli metallardan zərgərlik məmulatlarının hazırlanması və satışını həyata keçirən vergi ödəyicisi tərəfindən 2025-ci il yanvarın 1-dən qiymətli daşların, qiymətli metalların, o cümlədən qiymətli daşlardan və qiymətli metallardan hazırlanmış məmulatların vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərdən alış aktı əsasında alınması üzrə çəkilmiş xərclər Vergi Məcəlləsinin 108-ci maddəsinə uyğun olaraq, tam şəkildə gəlirdən çıxılır.

Əsas: Vergi Məcəlləsinin 108-ci və 109.8-ci maddələri

Mənbə: vergiler.az

Ezamiyyə müddətində əməkhaqqının hesablanması qaydası

1 177 178 179 180 181 182 183 2. 681