Vergi orqanlarına müraciətlərin 75 faizi müsbət həll olunub

posted in: Vergi, Xəbər | 0

Vergi orqanları2018-ci ilin may ayı ərzində vergi orqanlarına 8288 müraciət daxil olub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 918 müraciət və ya 10 faiz azdır.

Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən bildirilib ki, müraciətlərin 92,5 faizi ərizə, 7,2 faizi şikayət, 0,2 faizi isə təklifdir.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Həmin dövr ərzində vergi orqanlarına daxil olan müraciətlərin 37,8 faizi kameral vergi yoxlamaları, 30,9 faizi müxtəlif arayışların alınması, 10,6 faizi vergi borcları, 3,4 faizi vergidən yayınma, qanunsuz sahibkarlıq fəaliyyəti, nağd hesablaşmaların aparılması qaydalarının pozulması, 2,0 faizi vergi qanunvericiliyinin tətbiqi, qalanları isə digər məsələlərlə bağlı olub. Bütün müraciətlərə vaxtında baxılıb, 75 faizi müsbət həll olunub.

Ay ərzində Vergilər Nazirliyinin aparatı, bölgələrdə fəaliyyət göstərən yerli vergi orqanları və vergiödəyicilərinə xidmət mərkəzləri də daxil olmaqla, vergi orqanlarının müxtəlif səviyyədə rəhbər vəzifəli şəxsləri və vergi əməkdaşları tərəfindən ümumilikdə 492 vətəndaş qəbul edilib. Hər bir vətəndaşın müraciətinə fərdi qaydada yanaşılıb, onların qanuni tələblərinin müsbət həll olunması üçün lazımi tədbirlər görülüb və müvafiq izahatlar verilib.

Mənbə: azertag.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Son bir ildə büdcə daxilolmaları 49% artıb

posted in: Xəbər | 0

büdcə daxilolmalarıBu ilin iyununda Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə daxilolmalar 293 mln. 360,2 min manat təşkil edib.

2017-ci ilin iyun ayı ilə müqayisədə daxilolmalar 97 mln. 037 min manat və ya 49,42% çoxdur. Bu ilin may ayı ilə müqayisədə isə daxilolmalar 4 mln. 694,6 min manat və ya 1,57% azdır.

Ötən ay gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 70 mln. 693,7 min manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 202 mln. 358,4 min manat, aksizlər üzrə 17 mln. 330,2 min manat, yol vergisi üzrə isə 2 mln. 977,9 min manat təşkil edib.

Mənbə: apa.az

Azərbaycanda 6 yeni xarici şirkət fəaliyyətə başlayıb

posted in: Xəbər | 0

xarici şirkət

Vergiler.az qəzetinin xüsusi buraxılışında dərc olunan yazıya əsasən, Azərbaycanda 6 yeni xarici şirkət fəaliyyətə başlayıb

  • Kommersiya qurumunun adı: “ÖZKA OİL” MMC. Qeydiyyat nömrəsi. (VÖEN): 1305517141. Təşkilati-hüquqi forması: MMC. Hüquqi ünvanı: AZ1138, Bakı şəhəri, Yasamal r., Şərifzadə ev 58, m. 19. Nizamnamə kapitalı: 10000 manat. Maliyyə ili: 01 Yanvar – 31 Dekabr. Qanuni təmsilçi: ÖZKAZANÇ RÜŞTÜ SERHAT.  (Türkiyə Respublikası). Dövlət qeydiyyatına alındığı tarix: 15 May 2018.
  • Kommersiya qurumunun adı: “BEİJİNG LİAOHE OİLFİELD CHENYU PETROLEUM EQUİPMENT CO LTD” ŞİRKƏTİNİN AZƏRBAYCAN RESPULİKASİNDAKI NÜMAYƏNDƏLİYİ, Qeydiyyat nömrəsi. (VÖEN): 2005009881. Təşkilati-hüquqi forması: Nümayəndəlik. Hüquqi ünvanı: AZ1126, Bakı ş.. Xətai r., Sadıqcan ev 4A, m.83,giriş, B. Maliyyə ili: 01 Yanvar – 31 Dekabr. Qanuni təmsilçi: ZHANG YANG (Çin Xalq Respublikası (ÇXR)). Dövlət qeydiyyatına alındığı tarix: 14 May 2018.
  • Kommersiya qurumunun adı: “ASSA ABLOY CZECH AND SLOVAKİA S.R.O.” ŞİRKƏTİNİN AZƏRBAYCAN RESPULİKASİNDAKI NÜMAYƏNDƏLİYİ, Qeydiyyat nömrəsi. (VÖEN): 2005012541. Təşkilati-hüquqi forması: Nümayəndəlik. Hüquqi ünvanı: AZ1025, Bakı şəhəri, Xətai rayonu, Nobel pr. ev 25E. Maliyyə ili: 01 Yanvar – 31 Dekabr. Qanuni təmsilçi: HRUNKOVA KARIN (Çex Respublikası). Dövlət qeydiyyatına alındığı tarix: 15 May 2018.
  • Kommersiya qurumunun adı: “T.R. CIVIL ENGINEERING LTD” ŞİRKƏTİNİN AZƏRBAYCAN RESPULİKASİNDAKI FİLİALI. Qeydiyyat nömrəsi. (VÖEN): 1404223251. Təşkilati-hüquqi forması: Filial. Hüquqi ünvanı: AZ1014, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, ev 40, Maliyyə ili: 01 Yanvar – 31 Dekabr. Qanuni təmsilçi: TEVAKOL RONEN (İsrail Dövləti). Dövlət qeydiyyatına alındığı tarix: 16 May 2018.
  • Kommersiya qurumunun adı: “ALPİNİA B.V.” ŞİRKƏTİNİN AZƏRBAYCAN RESPULİKASİNDAKI FİLİALI. Qeydiyyat nömrəsi. (VÖEN): 1305520191. Təşkilati-hüquqi forması: Filial. Hüquqi ünvanı: AZ1006, Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov pr. ev 125, mənzil 7. Maliyyə ili: 01 Yanvar – 31 Dekabr. Qanuni təmsilçi: KASSUMZADE EVREN KHANSUVAR  (Amerika Birləşmiş Ştatları). Dövlət qeydiyyatına alındığı tarix: 16 May 2018.
  • Kommersiya qurumunun adı: “RİDEFİRE LİMİTED” ŞİRKƏTİNİN AZƏRBAYCAN RESPULİKASİNDAKI NÜMAYƏNDƏLİYİ. Qeydiyyat nömrəsi. (VÖEN): 1903604491. Təşkilati-hüquqi forması: Nümayəndəlik. Hüquqi ünvanı: AZ1133, Bakı şəhəri, Suraxanı r., yaşayış sahəsi V (Yeni Günəşli qəs.) ev 14 mənzil 53. Maliyyə ili: 01 Yanvar – 31 Dekabr. Qanuni təmsilçi: IURCHENKO NATALIIA.  (Ukrayna). Dövlət qeydiyyatına alındığı tarix: 17 May 2018.

Mənbə: vergiler.az

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Kiçik və Orta Sahibkarlıq subyektlərində çalışan mühasiblər üçün Ödənişsiz təlim

posted in: muhasibat, Xəbər | 0

Ödənişsiz təlimKiçik və Orta Sahibkarlıq subyektlərində çalışan mühasiblər üçün ödənişsiz təlimin növbəti mərhələsinə qeydiyyat başlayır!

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”nin 4.2.5-ci “Mühasibat Uçotunun Beynəlxalq Standartlarının KOS subyektləri tərəfindən tətbiqinin stimullaşdırılması” tədbiri üzrə əsas icraçı qurum olan Azərbaycan Respublikasının Maliyyə Nazirliyi “KOS subyektlərində mühasibat uçotunun aparılması” mövzusunda təlimlərə başlayır.

Təlimlər ödənişsiz olaraq, hər qrup üzrə 8-10 həftə ərzində keçiriləcək.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Qeydiyyat üçün tələb olunan sənədlər:

  1. Şəxsiyyət vəsiqəsi (surəti və ya skan olunmuş);
  2. Namizəd haqqında məlumat (CV);
  3. İş yeri haqqında arayış (yazılı, skan olunmuş və ya elektron hökumət portalından arayış).

Tələb olunan sənədləri 01.08.2018-ci il tarixinə qədər ünvanına göndərə və ya Maliyyə Elm-Tədris Mərkəzinə (Bakı şəhəri, Heydər Əliyev prospekti 10) təqdim edə bilərsiniz.

Əlavə məlumat üçün telefon: 012 4048159; 012 5668477.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.