Vergilər Nazirliyi qeyri-leqal fəaliyyətdən leqal fəaliyyətə keçid üçün yeni səmərəli mexanizmlər hazırlayacaq

posted in: Vergi, Xəbər | 0

leqal fəaliyyətVergilər Nazirliyi 2018-ci ildə vergi ödəyiciləri və sahibkarlarla birlikdə rəsmi məşğulluğun təmin edilməsi sahəsində faydalı müzakirələr apararaq qeyri-leqal fəaliyyətdən leqal fəaliyyətə keçid üçün yeni səmərəli mexanizmlərin hazırlanması və tətbiqini planlaşdırır.

Qeyri-rəsmi məşğulluğun qarşısının alınması, əmək ehtiyatlarının keyfiyyətcə yaxşılaşdırılması və iqtisadi fəallığın yüksəldilməsi, işaxtaran və işsiz şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, əmək bazarında tələb və təklif arasında dinamik uyğunluğun yaxşılaşdırılması ölkədə aparılan islahatların əsas istiqamətlərindəndir. Vergilər Nazirliyi qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması və bu sahədə işlərin koordinasiyalı təşkili məqsədilə aidiyyəti dövlət qurumları ilə əməkdaşlıq edir. “ASAN xidmət”lə birgə əməkdaşlığa əsasən, həmin qurumun nəzdində fəaliyyət göstərən Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi əmək müqaviləsi olmadan vətəndaşları iş və xidmətlərin yerinə yetirilməsinə cəlb edən şəxslər barədə məlumatları Vergilər Nazirliyinə təqdim edir.

Həmçinin bax: Vergilər Nazirliyi işəgötürənlərə xəbərdarlıq edib

Nazirliyin məlumatında qeyd olunur ki, tikinti sahəsində işçilərin uçotunun aparılması məqsədilə tikinti obyektlərində real vaxt rejimində işləyən müşahidə kameraları quraşdırılıb. Kameralar vasitəsilə tikinti meydançalarında çalışan insanların əmək müqaviləsi, statistikası və digər zəruri məlumatlar müəyyən ediləcək, həmin informasiyalar «ASAN xidmət»in Monitorinq Mərkəzinə inteqrasiya olunub.

Əmək Münasibətlərinin Tənzimlənməsinin Təkmilləşdirilməsi və Koordinasiyası Komissiyasının sədri Əli Əhmədov son bir ildə qeyri-rəsmi məşğulluğun qarşısının alınmasında və işəgötürənlər və işləyənlər arasında münasibətlərdə müəyyən irəliləyişlər olub.

Həmçinin bax: Bakı Vergilər Departamentinə yeni rəis təyin edilib

Təkcə 2018-ci ilin yanvar-may aylarında əmək müqaviləsi bildirişləri üzrə Elektron İnformasiya Sistemində əlavə olaraq 43 min 434 əmək müqaviləsi qeydə alınıb. Bu, 2017-ci ilin eyni dövrünə nisbətən 2 dəfədən çox (ötən il 21 min 506 müqavilə) təşkil etməklə əmək bazarında ciddi müsbət dəyişikliklərə dəlalət edir. Ümumilikdə, 2018-ci il iyunun 1-nə qədər 1 milyon 354 mindən çox müqavilə bağlanıb. Ötən ilin analoji dövründə həmin rəqəm 1 milyon 287 minə bərabər olub. Əmək müqavilələri üzrə ən çox artım topdan və pərakəndə satış, eləcə də tikinti sahələrində qeydə alınıb. Aparılan tədbirlər muzdla çalışan insanların da mülki, yaxud digər müqavilələr bağlamasına səbəb olub, son bir ildə muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 1,2 % artaraq 1 milyon 538,2 min nəfərə çatıb.

Mənbə: report.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

2 xarici şirkət Azərbaycandan getdi

posted in: Vergi, Xəbər | 0

xarici şirkət “CHEMONİCS İNTERNATİONAL İNC.” şirkətini Azərbaycan Respulikasındakı filialı (VÖEN: 1303677671) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Binəqədi rayonu, S. S. Axundov küçəsi, ev 8, mənzil 105 ünvanına bildirə bilərlər.4

“KONOKOFİLİPS (BTC) LTD.” şirkətinin Azərbaycan Respulikasındakı nümayəndəliyi (bundan sonra “Nümayəndəlik” ) (VÖEN: 9900003591) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, ev 96 ünvanına bildirə bilərlər.

Mənbə: vergiler.az

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat üzrə Ödənişli təcrübə proqramı

posted in: Audit, muhasibat, Vergi, Xəbər | 0

Mühasibat üzrə təcrübəçi İşəgötürən: C&S Group

    • Şəhər: Bakı
    • Yaş: 20 – 25 yaş
    • Təhsil: Ali
    • İş təcrübəsi: 1 ildən aşağı
Həmçinin bax: 700 manat məvaciblə Mühasib tələb olunur

İş barədə məlumat

– Consulting və Audit şirkəti üçün mühasibatlıq, vergi və audit üzrə təcrübəçilər tələb olunur
– Mühasibatlıq, vergi və audit üzrə gündəlik işlərin görülməsi
– Rəhbərliyin təcrübə proqramına uyğun olaraq müəyyən etdiyi tapşırıqları etmək
– Rəhbərliyə həftəlik hesabatların verilməsi
– İş qrafiki: həftənin 5 günü, saat 09:00-dan 18:00-dək

Namizədə tələblər

– Ali təhsilli
– Mühasibat uçotu, maliyyə, audit, iqtisadiyyat ixtisasları üzrə universiteti bitirən məzunlər
– Analitik təhlil və operativlik bacarığı
– Ünsiyyətqurma və professional komandada işləmək bacarığı
– Məsuliyyətli və stressə davamlı
– İcra edilən işdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti
– Verilən tapşırıqların düzgün və vaxtında yerinə yetirilməsi
– MS Office proqramlarını bilməli (xüsusilə Excel bilikləri)

Həmçinin bax: 1200 manat məvaciblə Mühasib tələb olunur

Mənbə: boss.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

700 manat məvaciblə Mühasib tələb olunur

posted in: İş elanı, muhasibat, Xəbər | 0

Mühasib tələb olunurİşəgötürən: Pzgroup

Həmçinin bax: 1200 manat məvaciblə Mühasib tələb olunur

İş barədə məlumat

– Muhasibatlığa aid tələb olunan bütün sənədlərin vaxtı-vaxtında işlənib müdiriyyətə təqdim olunması
– İş qrafiki: saat 09:00-dan 18:00-dək; istirahət günü şənbə, bazar
– Nahar vaxtı: 13:00-dan 14:00-dək

Həmçinin bax: 700 manat məvaciblə maliyyə köməkçisi tələb olunur

Namizədə tələblər

– 1C. 8.2 mühasibat proqramında sərbəst işləmək bacarığı
– MS Excel proqramını bilməli
– E-Qaimə və E-VHF tərtib etməyi bilməli
– BTP – də Vergi hesbatlarını (bəyannamələri) və DSMF Hesbatlarını işləmək bacarığı

Mənbə: boss.az

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.