Avstraliya vergi sistemi barədə bilmədiklərimiz (2-ci hissə)

posted in: Məqalə, Vergi, Xəbər | 0

 vergi sistemi ƏDV: Goods and Service Tax (GST) – bu vergi Avstraliya ərazisində əksər malların və xidmətlərin ümumi dəyərindən tutulur. Avstraliyada standart ƏDV stavkası 10% təşkil edir.

ƏDV üçün qeydiyyat: Gəlir qazanmaq kimi fəaliyyətlə məşğul olan və illik ümumi dövriyyəsi 75 min Avstraliya dolları təşkil edən bütün hüquqi şəxslər və xeyriyyə fəaliyyəti ilə məşğul olan və illik dövriyyəsi 150 min dolları ötən bütün hüquqi şəxslərdən ötrü ƏDV ödənişi üçün qeydiyyatdan keçmək məcburidir.

Həmçinin bax: İtaliyada absurd vergilər.

ƏDV ödənişi: ƏDV ilə bağlı Avstraliyada ayda bir dəfə məcburi şəkildə hesabat verilir, amma illik dövriyyəsi 20 milyon Avstraliya dollarından az olmayan hüquqi şəxslər bu növdən olan hesabatları vergi orqanlarına rübdə bir dəfə təqdim edə bilərlər.

Digər korporativ vergilər.

Kapitaldan vergi: Avstraliyada belə bir vergi mövcud deyil.

Daşınmaz əmlak vergisi: Bu vergi növü də Avstraliyada mövcud deyil, lakin, daşınmaz əmlakla bağlı əməliyyatın sənədləşdirilməsi zamanı gerb yığımı deyilən ödəniş həyata keçirilir.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Gerb yığımları: Avstraliya ərazisində mülkiyyət sahibinin dəyişməsi zamanı sənədləşmə tərtib olunarkən, ayrı-ayrı ştatların hökumətləri tərəfindən 6,75% həcmində gerb yığımı həyata keçirilir.

Avstraliyada vergi ödəmələrindən yayınmalara qarşı qaydalar.

Transfer qiymətlər: Transfert qiymət qaydaları istənilən kommersiya və ya gəlirsiz maliyyə və ya beynəlxalq ticari əməliyyatlar zamanı tətbiq olunur, özü də bu zaman həmin əməliyyatda iştirak edən hüquqi şəxslərin bir-birindən görünən asılı əlaqələrinin olub-olmaması nəzərə alınmır. Əgər, həmin sövdələşmələr zamanı müqavilələr transfert qiymət qaydaları pozulmaqla bağlanıbsa, onda vergi xidmətinə hüquqi şəxslər arsında sövdələşmə şərtlərini sərbəst şəkildə tənzimləmək hüququ verilir.

Nəzarət altında olan əcnəbi şirkətlər: Nəzarət edilən bir xarici şirkət kimi, Avstraliyanın beş və ya daha az sakinləri tərəfindən (birbaşa və ya dolayısı ilə) 50% -dən çox hissəsinə (birbaşa və ya dolayısı ilə) nəzarət olunan şirkət, qeyri-rezident hüquqi şəxs kimi tanınır.

Avstraliyada vergi hesabatı və vergi tənzimlənmələrinə əməl olunması.

Maliyyə ili: Avstraliyada maliyyə ili 1 iyul-30 iyun arası başlanır.

Vergilərin ödəniş müddəti və qaydaları:Bu ölkədə vergi deklarasiyası vergi orqanlarına cari vergi ili başa çatdıqdan sonra keçən dörd ay ərzində təqdim olunmalıdır. Onun müddəti vergi xidməti ilə öncədən razılaşma əsasında artırıla da bilər.

Vergi cərimələri: Vergi hesabatını vaxtında təqdim etməmə, eləcə də vergi hesabatında təhriflərə yol vermələrə görə vergi cərimələri sistemi tətbiq oluna bilər. Vergi xidməti vaxtında ödəniş etməməyə görə müəyyən faizdə cərimələr müəyyən edir.

Avstraliya vergi qanunvericiliyinin başlıca aktları

  1. Gəlir vergisinin qiymətləndirilməsi Qanunu
  2. Yeni vergi sistemi haqqında Qanun

Biz müxtəlif ölkələrin vergi sistemləri ilə sizləri tanış etməklə yanaşı, maraqlı olacağını nəzərə alıb, həm də bu ölkələrdə mühasib vəzifəsində çalışanların gəlirləri, yəni əməkhaqqı ilə bağlı məlumatları da oxucuların diqqətinə çatdırırıq.

Avstraliyada mühasiblər ayda 5800 Avstraliya dolları əməkhaqqı alırlar. Bu Avstraliya valyutasının ABŞ dollarına olan kursu ilə 4524 dollar təşkil edir.

Məqalənin 1-ci hissəsini bu linkə daxil olaraq oxuya bilərsiniz.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Yüksək hava temperaturu zamanı işəgötürən nələri bilməlidir?

posted in: Xəbər | 0

işəgötürənDövlət Əmək Müfəttişliyi yüksək hava temperaturunda işəgötürənlərin bilməli olduğu məsələlərə aydınlıq gətirib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərə müraciət edərək bildirir ki, havanın temperaturunun +41 dərəcə selsidən çox olduğu hallarda işçilərin həyat və sağlamlığının qorunması üçün əmək qanunvericiliyinə əsasən zəruri tədbirlərin görülməsi təmin edilməlidir.
Belə ki, Əmək Məcəlləsinin 233-cü maddəsinə uyğun olaraq, havanın temperaturu + 41 dərəcə selsidən çox olduğu hallarda açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılmalıdır. Qeyd olunan hallarda işçilərə sərinləmək üçün imkan yaradılmalı, onlara fasilələr verilməli, fasilənin sayı və müddəti işəgötürənlə həmkarlar təşkilatının birgə qərarı əsasında müəyyən olunmalıdır.
Həmçinin, Məcəlləyə əsasən, iş zamanı verilmiş fasilələr iş vaxtına daxil edilməli, boşdayanma vaxtının haqqı işçinin təqsiri üzündən baş verməyən boşdayanma kimi, tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilməlidir.
Dövlət Əmək Müfəttişliyi Xidməti işçilərin həyat və sağlamlığının qorunması məqsədilə əməyin mühafizəsi tədbirlərinin görülməsinin, o cümlədən havanın temperaturunun +41 dərəcə selsidən çox olduğu hallarda bu məqsədlə zəruri işlərin aparılmasının qanunvericiliklə işəgötürənlərin əsas vəzifələrindən olduğunu diqqətə çatdırır.
Mənbə: www.mlspp.gov.az

Vergilər Nazirliyinin yeni strukturu fəaliyyətə başladı

posted in: Xəbər | 0

Vergilər nazirliyiVergilər Nazirliyinin yeni strukturu iyulun 1-dən fəaliyyətə başlayıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin milli iqtisadiyyatın şəffaflığının artırılması istiqamətində qarşıya qoyduğu vəzifələrin icrası, Vergilər Nazirliyində funksional idarəetmənin səmərəliliyinin artırılması, vergi ödəmələri və vergi orqanlarının fəaliyyəti üzərində nəzarətin gücləndirilməsi, vergi sisteminin hədəflərinə xidmət edən dinamik struktura malik müasir inzibatçılığın qurulması məqsədilə nazirliyin strukturunda dəyişikliklər həyata keçirilib.

Həmçinin bax: Vergilər Nazirliyində CİDDİ struktur islahatları aparıldı

Vergilər Nazirliyinin aparatının yeni strukturunda nazirliyin Aparatı, Sənədlərlə iş və vətəndaş müraciətlərinə baxılması departamenti (Katiblik), Vergi auditi, İqtisadi təhlil və ekspertiza, Vergi siyasəti, Vergi öhdəliklərinin icrasına nəzarət, Vergi ödəyicilərinə xidmət, Dövlət qeydiyyatı və uçota nəzarət, İkitərəfli və çoxtərəfli sazişlərin icrasına nəzarət, Hüquq, Yerli qurumların fəaliyyətinin əlaqələndirilməsi, Rəqəmsal vergi inzibatçılığı, İnsan resursları, Maliyyə, Daxili təhlükəsizlik departamentləri, habelə Media və Kommunikasiya Mərkəzi fəaliyyət göstərəcək.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Vergilər nazirinin əmri ilə nazirliyin struktur vahidlərinin funksional fəaliyyəti və vəzifələrinin bölgüsündə də dəyişikliklər edilib.

Mənbə: apa.az

Bu ölkəyə gələn turistlər vergi ödəyəcəklər

posted in: Vergi, Xəbər | 0

turistYeni Zelandiyaya gələn turistlər vergi ödəyəcəklər


Rəsmi açıqlamaya əsasən, hökumət yaxın günlərdə turist vergisinin tətbiqi ilə bağlı qanun qəbul etmək və bu ölkəyə xaricdən gələnlərdən tutulan digər yığımları artırmaq niyyətindədir. Hökumətin planına əsasən, əldə olunan vəsaitlər infrastrukturun təkmilləşdirilməsinə və inkişaf etdirilməsinə yönəldiləcək: hazırda baş verən turizm bumu fonunda bu sahə üçün maliyyə mənbələrinə ciddi ehtiyac var. Son üç il ərzində Yeni Zelandiyaya səyahət edən əcnəbilərin sayı 30 faizə qədər artaraq 3,8 milyona çatmışdır – ölkənin öz əhalisinin sayı isə cəmi 4,5 milyondur.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Turist vergisi 7-24 ABŞ dolları səviyyəsində müəyyənləşdiriləcək və gələn ilin ortalarından xarici vətəndaşlardan tutulacaq. İmmiqrasiya yığımlarının və vizaların qiymət artımı isə bu ilin noyabr ayından tətbiq olunacaq. Gözlənildiyinə görə, Avstraliya vətəndaşları və Sakit okeandakı digər qonşu ada dövlətlərin sakinləri turist vergisi ödəməkdən azad ediləcəklər.

Bu planın əleyhinə olanlar belə hesab edilər ki, hökumətin belə bir tədbirə əl atması ölkənin turislər üçün cəlbediciliyi azaldacaq və əsas gəlir mənbələrindən olan gəlir vergisinin inkişafına mənfi təsir göstərəcək.

Mənbə: vergiler.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.