İşçinin ailә üzvü vәfat edәrsә, ona hәr hansı bir kompensasiya ödәnilә bilәr?

posted in: Xəbər | 0

kompensasiya

Sual: Әmәk qanunvericiliyindә belә bir hal nәzәrdә tutulubmu ki, işçinin birgә yaşadığı ailә üzvü vәfat edәrsә, ona hәr hansı bir kompensasiya ödәnilә bilәr?

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Cavab: Әmәk qanunvericiliyindә, işçinin birgә yaşadığı ailә üzvü vәfat edәrsә, ona hәr hansı bir müavinәtin verilmәsi nәzәrdә tutulmayıb. Bu müavinәt yalnız müәssisәnin daxili imkanları hesabına verilmәsi nәzәrdә tutulan normativ xarakterli sәnәdlәrlә vә ya kollektiv müqavilәlәrlә tәnzimlәnmәklә verilә bilәr. Әmәk Mәcәllәsinin 77-ci maddәsinin 7-ci bәndinә әsasәn, işçinin özünün vәfatı ilә әlaqәdar әmәk müqavilәsinә xitam verildikdә isә vәfat edәnin vәrәsәlәrinә orta aylıq әmәkhaqqının azı üç misli miqdarında müavinәt ödәnilir.

Mənbə: labourrights-az.org

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

1 il iş təcrübəsi olan Mühasib-Operator axtarılır

posted in: İş elanı, muhasibat, Xəbər | 0

mühasib operatorİşəgötürən: Caspi Marine Technologies MMC

Tələblər:

-Mühasibat uçotunun əsaslarını bilmək;
-Xanım namizədlər
-1C mühasibat proqramını bilmək
-Azərbaycan, rus dillərini bilmək
-Ali təhsil
-İş təcrübəsi-1 il
-Məsuliyyətli və operativ
-Verilən tapşırıqların vaxtında və dəqiq icrası

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Vəzifələr:

-1C üzrə əməliyyatların həyata keçirilməsi
-Müdiriyyətin verdiyi tapşırıqları vaxtında və dəqiq yerinə yetirmək
-Mühasibin göstərişi ilə lazım olan elektron qaimələrin yazılması
-Hesabatların hazırlanması
-Qaimələrin sistemə əlavə olunması

Həmçinin bax: 1200 manat məvaciblə Baş mühasib tələb olunur

İş şəraiti:

-AR Əmək Məcəlləsinə uyğun sənədləşmə
-Nahar və nəqliyyat şirkət tərəfindən qarşılanır.
-Əmək haqqı namizədin bilik və bacarığına əsasən dəyərləndiriləcək

Həmçinin bax: HR Stajçı tələb olunur

Əmək haqqı: 350-400 AZN

Gəlirlər artır: Bəs vergi ödənişləri??

posted in: Vergi, Xəbər | 0

gəlirlərTurizm sektorunun gəlirləri artır: bəs vergi və ödənişlər?

Azərbaycanda turizm sahəsinə yerli və xarici investisiyaların cəlb edilməsi, xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması və müasir standartlara cavab verən infrastrukturun yaradılması üçün müxtəlif addımlar atılır. Biznes mühitinin sağlamlaşdırılması məqsədilə həm qanunvericilik səviyyəsində, həm də vergi inzibatçılığında geniş islahatlar həyata keçirilir. Bunun nəticəsidir ki, son illər turizm sektoruna yönəldilən investisiyalar artıq gəlir gətirməyə başlayıb. Turizmin inkişafı isə öz növbəsində kənd təsərrüfatı, nəqliyyat, rabitə, ticarət və digər xidmət sahələrinə də stimullaşdırıcı təsir göstərir.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Dövlət Statistika Komitəsinin hesablamalarına görə, bu ilin birinci rübündə ölkə üzrə mehmanxanaların gəlirləri 73,1 milyon manat olub. Həmin vəsaitin 64,5 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 23,5 faizi qida məhsullarının satışından, 4,9 faizi müalicə və sağlamlıq xidmətlərindən, 7,1 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilib. Bu dövrdə mehmanxanalarda gecələyənlərin 439,8 min nəfəri xarici ölkə vətəndaşları olub (ötən ilin müvafiq dövrü ilə müqayisədə 24 faiz artım), hər gecələmənin orta qiyməti isə 124,7 manat təşkil edib. Bütün bunlar da turizm sektorundan əldə edilən gəlirlərin çoxalmasını şərtləndirən əsas amillərdəndir.

Turizm sektorunun gəlirli biznes sahəsi kimi inkişafı turizm potensialı olan regionlar üzrə statistik rəqəmlərdə daha aydın görünür. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu ilin birinci rübündə ölkə üzrə mehmanxanalarda gecələmələrin ümumi sayı 586 min olub. Bunun 58 faizi Bakı, 9,7 faizi Qəbələ, 8,6 faizi Qusar, 4,8 faizi Naftalan, 3,8 faizi Naxçıvan Muxtar Respublikası, 3,7 faizi Quba, 1 faizi Gəncədəki otel və mehmanxanaların payına düşür. Lənkəran, Masallı, Tovuzda və Qazaxdakı mehmanxanalarda da gecələmələrin sayında artım olub.

Həmçinin bax: Gəlir vergisinin hesablanması, tutulması, ödənilməsi və bəyan edilməsi

Yeri gəlmişkən, mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərilən şəxslərdən tutulan ödənişlərin toplanması yerli özünüidarə qurumlarının səlahiyyətindədir. Bu isə o deməkdir ki, turizm sektorunun inkişafı və bu sahədən əldə olunan gəlirlərin artması bələdiyyə büdcəsinə ödəmələrin çoxalmasında da özünü büruzə verməlidir. Çünki mövcud qanunvericiliyə görə, mehmanxana, sanatoriya-kurort və turizm xidmətlərindən toplanan ödənişlərdən bələdiyyə büdcəsinə də pay çatır. Ödənişin məbləği isə turizm xidmətlərindən istifadə edən hər bir şəxs üçün sutkada 1,1 manatdan çox olmamalıdır. Həmin vəsait mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslər tərəfindən hesablanaraq bələdiyyələrin hesabına köçürülməlidir.

Bu ilin birinci rübündə mehmanxanalarda 586 min gecələmə olduğunu nəzərə alsaq, həmin xidmətlərdən bələdiyyə büdcəsinə 600 min manata qədər vəsait daxil olmalıdır. Amma bələdiyyələrin səlahiyyətində olan vergi və ödənişlərin toplanması mexanizmləri faktiki olaraq işləmədiyindən mehmanxana, sanatoriya-kurort və turizm xidmətlərindən toplanmalı olan vəsait yerli büdcəyə çatmır. Xaçmaz rayon Qaraçı kənd bələdiyyəsinin sədri Azər Abbasov deyir ki, son illər turizm sektorunda inkişaf meyilləri nəzərəçarpacaq dərəcədə olsa da mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri üzrə vergi yığımında ciddi irəliləyiş qeydə alınmayıb. Onun sözlərinə görə,  xüsusilə kənd rayonlarında fəaliyyət göstərən mehmanxana və turizm obyekləri qanunda nəzərdə tutulan vergi öhdəliklərinə düzgün əməl etmirlər. Buna görə də mehmanxana, sanatoriya-kurort və turizm xidmətlərindən bələdiyyə büdcəsində daxilolmalarda artım müşahidə olunmur: «Mövcud qanunvericiliyə əsasən, 4 mənbədən vergi yığımları bələdiyyələrin səlahiyyətinə verilib. Amma bu vergiləri yığmaq praktiki cəhətdən mümkün deyil. Çünki əksər turizm obyektləri göstərdikləri xidmətlərə dair hesabatları rəsmiləşdirmir və beləliklə, vergi öhdəliklərindən yayınırlar. Bələdiyyələr isə işlək mexanizmlər olmadığından öz səlahiyyətində olan vergi və ödənişləri toplamaq imkanından, demək olar ki,  məhrumdur».

Həmçinin bax: Əmək haqqı 2500 manatdan çox olduqda, güzəşt hüququna əsasən gəlir vergisi necə hesablanır?

İqtisadçı Vüqar Bayramov hesab edir ki, bu problemin köklü həlli üçün dövlət turizm sektoru üçün daha ciddi stimullaşdırıcı addımlar atmalıdır. Onun sözlərinə görə, turizm sektoruna diferensial və azalan ƏDV tətbiq edilməli, sadələşdirilmiş verginin dövriyyəsi isə artırılmalıdır. Turizm sektoru prioritet sahələrdən hesab olunduğu üçün davamlı və təsirli dövlət dəstəyinə ehtiyac var.

Xatırladaq ki, Vergilər Nazirliyi qeyri-neft sektorunda ümumi vergi yükünün azaldılması üçün müəyyən addımlar atmağı planlaşdırır. Məqsəd bu sahəyə yerli və xarici investisiyaların cəlb edilməsi, xidmətlərin keyfiyyətinin daha da yaxşılaşdırılması və müasir standartlara cavab verən infrastrukturun yaradılmasını stimullaşdırmaqdır. Vergi inzibatçılığı və qanunvericilik sahəsində nəzərdə tutulan islahatların turizmin inkişafı üçün də faydalı olacağı gözlənilir.

Həmçinin bax: Azərbaycanda əhalinin gəlirləri 9% artıb

Mənbə: vergiler.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Vergi borcları könüllü ödənilməlidir

posted in: Vergi, Xəbər | 0

Vergi borclarıVergi öhdəliklərinə etinasız yanaşmaq ölkə qanunlarının kobud şəkildə pozulması deməkdir

Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə görə, vergiləri və başqa dövlət ödənişlərini tam və vaxtında ödəmək hər kəsin vətəndaşlıq borcudur.

Hər bir gəlir əldə edən hüquqi və ya fiziki şəxsin Vergi Məcəlləsində göstərilən hallarda və qaydada müəyyən edilən vergiləri (o cümlədən cari vergi ödəmələrini) ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab edilir. Vergi öhdəliklərini yerinə yetirməmək həm Konstitusiyanın, həm də digər qanunvericilik aktlarının tələblərinin kobud şəkildə pozulması deməkdir.

Təəssüf hissi ilə qeyd edilməlidir ki, ciddi hüquqi və mənəvi məsuliyyətlərə baxmayaraq, vergidən yayınmağa cəhd edən və vergi borcuna etinasız münasibət göstərən vergi ödəyicilərinin sayı hələ də az deyil. Bununla belə, hazırda vergi orqanları vergi borcu yaranan zaman ödəyiciyə qarşı dərhal sərt tədbirlər görmür. İlk növbədə, borclu vergi ödəyicisi ilə əlaqə yaradılır və ona vergi öhdəliklərinin yerinə yetirilməsi, dövlət büdcəsinə ödənilməli borcu haqqında ətraflı məlumat verilir, qanunvericiliyin tələbləri izah olunur. Vergilər Nazirliyində tətbiq edilən müasir informasiya texnologiyaları vergi ödəyicilərinin dərhal məlumatlandırılmasına kifayət qədər geniş imkanlar yaradır. Borclu vergi ödəyiciləri elektron bildirişlərlə yanaşı, SMS və səsli mesajlar vasitəsilə ətraflı məlumatlandırılır, borcun yaranma səbəbləri, ödənilmədiyi halda görüləcək tədbirlər barədə izahatlar verilir. Bu metod bir çox hallarda yaranmış vergi borclarının ilkin mərhələdə heç bir məcburi tədbir görülmədən ödənilməsi ilə nəticələnir.

Bəzi hallarda isə vergi borclarının könüllü ödənilməsi ilə bağlı həyata keçirilən tədbirlər istənilən effekti vermir. Bu zaman inzibati tədbirlər həyata keçirilir və vergi ödəyicisinin bank hesablarına sərəncam qoyulur. Vergi Məcəlləsinə əsasən, vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarda vəsaiti olduqda vergi orqanının sərəncamı, bank və ya digər kredit təşkilatı tərəfindən həmin sərəncamın daxil olduğu gün icra edilir. Vergi ödəyicisinin hesablarında vəsait olmadıqda və ya müəyyən edilən həcmdə vəsaitin dondurulmasına kifayət etmədikdə vergi orqanının sərəncamı bankda və ya digər kredit təşkilatında saxlanılır və vergi ödəyicisinin hesablarına vəsait daxil olduqca icra edilir. Bu tədbirlər də nəticə vermədikdə, vergi borclarının ödənilməsini təmin etmək üsulu kimi, borclu vergi ödəyicisinin əmlakı siyahıya alınır.Vergi ödəyicisi vergi öhdəliyini yerinə yetirdikdə, əmlakın siyahıya alınması haqqında qərar həmin andan öz qüvvəsini itirir. Vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, məhkəmənin qərarı əsasında vergi öhdəliyinin icrasının təmin olunması məqsədilə siyahıya alınmış əmlak zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılır və dövlət büdcəsinə olan borc tam şəkildə bu vəsait hesabına ödənilir.

Göründüyü kimi, vergi ödəyicilərinin vergi öhdəliklərinin yerinə yetirilməsinə daha məsuliyyətlə yanaşması və cəza tədbirləri tətbiq edilmədən öz Konstitusiya borclarını yerinə yetirməsi həm onların özləri, həm də dövlət üçün ciddi əhəmiyyət kəsb edir.

Mənbə: vergiler.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.