Ən səs-küylü maliyyə qalmaqalları (3-cü hissə)

posted in: Maliyyə, Məqalə, Xəbər | 0

maliyyəKommersiya təşkilatları tərəfindən həyata keçirilmiş və diqqətləri daha çox cəlb edən maliyyə pozuntularından bir neçəsini diqqətə çatdırırıq.

WorldCom skandalı

ABŞ-da Enron şirkəti ilə bağlı qalmaqaldan sonra bir çox saxtakarlıqlar da aşkara çıxarıldı. Bunlardan ən hay-küylüsü  WorldCom telekommunikasiya şirkəti ilə bağlı baş verən hadisədir. Vaxtilə bu şirkət Missisipi ştatında fəaliyyət göstərir və beynəlxalq telefon danışıqları bazarında çox kiçik bir yer tuturdu. Bir qədər sonra bu kiçik rabitə operatoru beynəlxalq danışıqlar bazarında ikinci pilləyə yüksəlir. Ardınca isə əsl iflas və iri maliyyə qalmaqalı ortaya çıxır.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Belə demək mümkünsə, həmin an telekommunikasiya şirkətləri üçün ağır zamanlar idi. Müştərilər mobil operatorlara üstünlük verdiklərindən, gəlirlər sürətlə aşağı düşür, səhmlərin qiyməti isə çox şişidildiyindən, sürətlə aşağı düşürdü. Amma, təbii ki, burada da müxtəlif fırıldaqlardan yan keçilməmişdi. Misal üçün, Adelphia-nın sahibkarları sadəcə hər gün heç bir əsas olmadan və sənədsiz milyon dollar pul alırdılar. Bununla da WorldCom özünü biruzə verməyə başladı.

Həmçinin oxu: Mühasib və dostları əlbir olarsa…

2002-ci ilin yanında şirkət rəhbərliyi əvvəllər elan olunan gəlirə mühasibatlıq səhvi üzündən yenidən baxmaq lazım gəldiyini bəyan etdi. Həmin məbləğin isə 3,8 milyard dollar olduğu məlum olur. Çox tezliklə aydın olur ki, şirkətin maliyyə direktoru əməliyyat xərclərinin bir hissəsini kapital yatırımına yönəldib. Təhqiqatdan sonra məlum olur ki, bu yolla o, sabiq rəhbəri Bernard Eberrsin təqsiri üzündən şirkətin zərərə uğradığı məbləği gizlətmək istəyib. Və özü də 3,8 milyard dollar heç də bu əməllərin hamısı deyilmiş. Sən demə, aktivlər 11 milyard dollara qədər şişirdilibmiş. Bu Meddofun saxtakarlığına qədər o dövr üçün ən nəhəng dələduzluq sayılırdı.

Məqaləyə 2008-ci ildə Societe Generale və ya Medoff “investisiya” fondunun cinayətləri ilə bağlı və birja itkiləri ilə əlaqəli bəzi digər maliyyə qalmaqalları düşməmişdi. Bütün hallarda mühasibatlıq uçotunun onlarla hər hansı bir əlaqəsi olmayıb. Yəni, birinci hadisədə problem elə mühasibatlığın sayəsində üzə çıxmışdı, ikincidə isə bütün sənədləri fondun özü saxtalaşdırmışdı.

Həmçinin oxu: Qadın mühasib 908.000 manatı necə mənimsədi?

Heç də fikirləşmək belə lazım deyil ki, baş verən bütün bu qalmaqallardan sonra şirkətlər daha ehtiyatlı olacaqlar, auditorlar isə hesabatları daha diqqətlə yoxlayacaqlar. Heç də belə deyil, bu cür hadisələr xəbər lentlərində müntəzəm olaraq dərc edilməkdədir. Sadəcə olaraq bunlar əvvəlki tək geniş miqyaslı olmurlar. Məsələn, bu yaxınlarda Böyük Britaniyada Tesco pərakəndə ticarət şəbəkəsinin rəhbərliyi ilə bağlı qalmaqal yaşanıb, gəlirlərin 263 milyon funt sterlinq şişirdilməsi etirafı ilə ortaya çıxıb. Əlbəttə ki, burada hansısa mənasız “mühasibat səhvi” təqsirkardır. Bunun nə dərəcədə düz, nə qədər yalan olduğu isə məhkəmədə üzə çıxacaq.

Məqalənin 2-ci hissəsini bu linkə daxil olaraq oxuya bilərsiniz

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

“2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası” təsdiq edildi

posted in: Xəbər | 0

əmək pensiyaları“2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 10 mart tarixli 543-VQD nömrəli Qanununun tətbiqi və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 1 may tarixli 1352 nömrəli Fərmanının 1.2-ci bəndinə uyğun olaraq qərara alıram:

1. “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 iyun 2018-ci il.

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli  Fərmanı ilə təsdiq edilmişdir
2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması
QAYDASI
1. Ümumi müddəalar
1.1. Bu Qayda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 26.3-cü maddəsinə əsasən hazırlanmışdır və 2017-ci il iyulun    1-dək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə uyğun olaraq təyin edilmiş və ödənilməsi davam edən əmək pensiyalarına qulluq stajına görə əlavələrin Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydasını müəyyən edir.
1.2. Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği əmək pensiyalarının sığorta hissəsi indeksləşdirildikdə və ya həmin şəxslərin işləmiş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (vəzifə maaşı, dövlət məvacibi, təminat xərcliyi – bundan sonra əməkhaqqı) artırıldıqda yenidən hesablanır.
2. İndeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanma
2.1.  Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirildikdə və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır.
2.2. Qanunun 20-ci maddəsində göstərilən şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı qaydada yenidən hesablanır:
2.2.1. Qanunun 20.1.1-ci, 20.1.3-cü, 20.1.6-cı və 20.1.16-cı maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyalarına qulluq stajına görə əlavələr, bu əlavələrin təyin edilməsi üçün əsas götürülmüş aidiyyəti sahədə səlahiyyət müddətində tam fəaliyyət dövrünə görə yenidən hesablanır.
2.2.2. Bu Qaydanın 2.2.1-ci yarımbəndində göstərilən şəxslərin səlahiyyət müddətində fəaliyyət dövrü səlahiyyət müddətindən az (yarısından az, yarısı qədər və ya yarısından çox, lakin tam olmadıqda) olduqda onların tutmuş olduqları vəzifələr üzrə əməkhaqqındakı artım əsas götürülməklə pensiyanın artım məbləği fəaliyyət dövrünə uyğun olaraq (tam fəaliyyət dövrünə görə 80 faiz olmaqla) aşağıdakı düstura əsasən hesablanır və həmin şəxslərin 1 iyul 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur:
PMA = ƏHA x (FD x 80% / SM), burada:
PMA –  pensiyanın artım məbləği;
ƏHA – orta aylıq əməkhaqqının artım məbləği;
FD –  səlahiyyət müddətində fəaliyyət dövrü (il tam olmadıqda iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla);
SM – səlahiyyət müddətidir.
2.2.3. Qanunun 20.1.4-cü, 20.1.5-ci, 20.1.5-1-ci, 20.1.7-ci, 20.1.9-cu, 20.1.14-cü, 20.1.18-ci və 20.1.20-ci maddələrində nəzərdə tutulmuş şəxslərin qulluq dövrü 5 il və daha çox, lakin 15 ildən az olduqda (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla), onların pensiyalarına qulluq stajına görə əlavə, Qanunun 20-ci maddəsinə uyğun olaraq bu əlavəni almaq hüququ verən minimum qulluq stajına (15 il) əsasən götürülür. Bu zaman  minimum qulluq stajına görə müəyyən edilmiş orta aylıq əməkhaqqının 50 faizinin 15 ilə nisbətinin faktiki qulluq dövrünün aylarının sayına hasili nəticəsində müəyyən edilən faiz dərəcəsi (FD x 50% / 15) orta aylıq əməkhaqqının artım məbləğinə vurulur. Bu yarımbənddə göstərilən şəxslərin pensiyasına qulluq stajına görə əlavə aşağıdakı düstura əsasən yenidən hesablanır və həmin şəxslərin 1 iyul 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur:
PMA = ƏHA x (FD x 50% / 15), burada:
PMA – pensiyanın artım məbləği;
ƏHA – orta aylıq əməkhaqqının artım məbləği;
FD – səlahiyyət müddətində fəaliyyət dövrüdür.
2.3. Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş əlavələrin təyin edilməsi üçün əsas götürülmüş aidiyyəti sahədə qulluq stajı 15 il və daha çox olan şəxslərin pensiyalarına əlavələr əməkhaqqındakı artım  məbləği nəzərə alınmaqla, 15 il qulluq etmiş şəxslərə – orta aylıq əməkhaqqının artım məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının artım məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının artım məbləğinin 80 faizi miqdarından çox olmamaq şərtilə faktiki qulluq dövrünün aylarına uyğun olaraq hesablanır və həmin şəxslərin 1 iyul 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur.
2.4. Qanunun 20.1.2-ci, 20.1.4-1-ci, 20.1.5-2-ci, 20.1.8-ci, 20.1.10-cu, 20.1.15-ci, 20.1.17-ci, 20.1.19-cu və 20.1.21-ci maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyalarına qulluq stajına görə əlavələr aidiyyəti üzrə bu Qaydanın 2.2-ci və 2.3-cü bəndlərində nəzərdə tutulmuş qaydada yenidən hesablanır.
2.5. Qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslər üzrə (Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Aparatında, onun strukturuna daxil olan qurumlarda və strukturuna daxil olmayan qurumlarda, həmçinin tabeliyində olan qurumlarda xidmət edən şəxslər istisna olmaqla) həmin Qanunun 20.14.1-ci və 20.14.4-cü maddələrinə əsasən hesablanmış (1 iyul 2017-ci il tarixinədək Qanunun qüvvədə olmuş normaları üzrə) əmək pensiyaları təminat xərcliyinin sonrakı artımları zamanı, təminat xərcliyindəki faktiki artımın məbləği Qanunun müvafiq maddələrində nəzərdə tutulan qaydada 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla hesablanır. Bu məbləğ təminat xərcliyindəki artımadək hesablanmış pensiyanın üzərinə əlavə olunaraq əmək pensiyasının yeni məbləği müəyyənləşdirilir.
2.6. Qanunun 20.1.11-ci, 20.1.12-ci və 20.1.13-cü maddələrində nəzərdə tutulmuş şəxslər üzrə (bu Qaydanın 2.5-ci bəndində göstərilən – Azərbaycan Respublikasının Müdafiə Nazirliyi sistemində xidmət etməyən şəxslər istisna olmaqla) qulluq stajına görə əlavələrin məbləği Qanunun 29.2-ci maddəsində nəzərdə tutulan qaydada yenidən hesablanır.
3. Yekun müddəalar
Bu Qaydaya uyğun olaraq qulluq stajına görə əlavə alan şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavənin yenidən hesablanması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təmin edilir.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Təsisçi natural şəkildə borc verdikdə hansı vergi öhdəlikləri yaranır?

posted in: Vergi, Xəbər | 0

təsisçi

Sual: Məhdud Məsuliyyətli Cəmiyyətin təsisçisi olan fiziki şəxs cəmiyyətə mal şəklində borc verə bilərmi? Əgər mümkündürsə bu cür malların borc kimi alınmasını təsdiq  edən sənədlər hansılar olacaqdır?

Həmçinin bax: İşçiyə borc verilən zaman vergi yaranırmı?

Cavab: Bildiririk ki, fiziki şəxs mülkiyyətində olan maddi və qeyri-maddi əmlaka sərəncam vermək, o cümlədən borc vermək hüququna malikdir.

Sorğunuzda qeyd etdiyiniz halda tərəflər arasındakı münasibət borc müqaviləsi ilə rəsmiləşdirilə bilər.

Belə ki, mülki qanunvericiliyə uyğun olaraq fiziki və hüquqi şəxslər qanunvericiliyə zidd olmayan hər hansı şərtləri qoymaqla öz hüquq və vəzifələrini müqavilə əsasında müəyyənləşdirir. Müqavilə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması olaraq bağlanır.

Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

Müvafiq rəsmiləşdirmə aparılmadan borcun verilməsi uçotsuz qiymətlilərin əmələ gəlməsinə dəlalət edir, bu da öz növbəsində Vergi Məcəlləsinin 58.8-ci maddəsində nəzərdə tutulan maliyyə sanksiyasının tətbiqinə əsas verir.

Həmçinin bax: Təsisçi borc verdikdə müqavilədə faizin əks edilməsinin zəruriliyi

Bax: Vergi Məcəlləsinin 58.8-ci maddəsi, Mülki Məcəlləsinin 6.2-ci, 389-cu, 398-ci və 739.1-ci maddələri.

Mənbə: www.taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasib – dahi ünsiyyətçidirmi? (2-ci hissə)

posted in: muhasibat, Məqalə, Xəbər | 0

“Бухгалтер” (Mühasib) jurnalında texnika elmləri namizədi, psixoloq, mühasiblər üçün tədris mərkəzinin treninqlər proqramının rəhbəri Tatyana Lobanovanın “Mühasib dahi ünsiyyətçidirmi?” adlı məqaləsi dərc edilib. Sözügedən məqalənin oxucularımız üçün də maraq kəsb edəcəyəni nəzərə alaraq, onu hissə-hissə saytımızda dərc etməyə qərar verdik.

2-ci hissə

Bu keyfiyyətlər də ziddiyyət təşkil etmir, bir-birinə uyğun gəlir və onları mənimsəyən insanlar az deyil. Lakin problemlər birinci və ikinci qrup keyfiyyət xüsusiyyətlərinin bir şəxsdə cəmləşməsi zamanı üzə çıxır, belə ki, bu keyfiyyətlərin bəziləri bir-biri ilə qarşılıqlı konfliktdə olur.

Məsələn, işləri dəqiq yerinə yetirmə keyfiyyəti təşəbbüskarlıq və şəxsən qərar qəbul etmə bacarığı ilə uyuşa bilmir, çalışqanlıq və konsentrasiya isə adətən ünsiyyətcil adamlara xas olmayan keyfiyyətlərdir.

Müxtəlif səviyyələrdən olan mühasiblərlə ünsiyyət təcrübəsi göstərir ki, onların böyük əksəriyyəti üçün işdə ən böyük mürəkkəbliklər elə kommunikasiya məsələləri ilə bağlı ortaya çıxır. Dəqiqliyi sevən və aydın strukturlu mühasiblərə emosional, qeyri-stabil əməkdaşlarla işləmək xüsusilə çətinlik yaradır, dəqiqliyi sevməyən, işində ardıcıl olmayan, şəxsi motivlərini xidməti münasibətlərə daşıyan insanları “həzm etmək” elə də asan olmur. Amma, bu ünsiyyətdən qaça bilməzsən, şirkətlərdə həmişə belə insanlar olur və bu heç də o demək deyil ki, onlar pis işçidilər.

Sadəcə həmin şəxslər digər vəzifələri yerinə yetirirlər, hansı ki, onların həlli emosionallıq, spontanlıq və qeyri-standart düşüncə tələb edir. Və bu əməkdaşların məlumatla əlaqəli mühasibatlığa çıxışları adətən gərgin alınır.

Fərqli və mürəkkəb insanlar, müxtəlif  əlaqəli xidmətlərdə çalışan əməkdaşlar, tabelikdə olanlar və rəhbərliklə, eləcə də nəzarət və yoxlama xidmətlərini həyata keçirən orqanlarla motivasiyalı, aydın və qarşılıqlı əlaqəni necə təşkil etməli? Emosionallığı necə cilovlamalı, zamanı lazımsız mübarizəyə sərf etməmək üçün onu necə qorumalı, resursları necə müdafiə etməli və iş yerində necə zərbə almamalı?

Çoxsaylı araşdırmalar göstərir ki, sabit ünsiyyət sahəsində çalışan bir şəxsin uğurlarının 80% onun ünsiyyət qabiliyyətinə əsaslanır.

 

Məqalənin 1-ci hissəsini buradan oxuya bilərsiniz.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.