113.000 manat pulun arxasına keçən qadın mühasib

posted in: muhasibat, Məqalə, Xəbər | 0

mühasibOMSK poliklinikasında baş mühasibin müavini 4,2 milyon rubldan çox pul mənimsəyib.

Bir neçə il ərzində qadın qeyri-qanuni yollarla öz əmək haqqını artırıbmış.

Omsk şəhərinin Kuybışevskiy rayon məhkəməsi 13 saylı şəhər poliklinikasının baş mühasibinin müavini, 38 yaşlı Natalya Svençlə bağlı cinayət işi üzrə məhkəmə qərarı çıxarıb. Natalya Svenç dələduzluqda təqsirli bilinib.

Vilayət prokurorluğundan bildirildiyinə görə, baş mühasib müavininin əsas vəzifəsi poliklinika işçilərinin maaşlarının hesablanması olub. 2013-cü ilin avqust ayından 2016-cı ilin dekabr ayınadək olan dövr ərzində işçilər üçün ödəniləcək maaş cədvəlini hazırlayıb, bütün hesablamalar bitdikdən sonra o, öz əmək haqqının həcmini dəyişdiribmiş.

Həmçinin bax: Vergi əməkdaşlarına rüşvət verən mühasibin aqibəti

Bu yolla o, 4,2  milyon rubldan çox pul vəsaitlərini mənimsəyə bilib. Qadının cinayət əməli maliyyə ilə bağlı poliklinikada aparılan yoxlama zamanı aşkar olunub. Omsk vilayət prokurorluğundan verilən məlumatda belə deyilir.

Lakin, baş mühasibin keçmiş müavini öz təqsirini etiraf etmək istəməyib. Məhkəmə Natalya Svenç barəsində cəzasını ümumi rejimli islah əmək düşərgəsində çəkməklə 1,5 il həbs qərarı çıxarıb. Qadın elə məhkəmə zalındaca saxlanılıb. Bundan əlavə o, müəssisəyə vurduğu zərəri ödəməli olacaq. Çünki məhkəmə zərərin ödənilməsi ilə bağlı da qərar verib.

Qeyd edək ki, Omsk rayon poliklinikası 60 ildən çoxdur ki, fəaliyyət göstərir. Bu həmin tibb ocağında qeydə alınan bu cür ilk cinayət əməlidir.

Həmçinin bax: Dələduzluğu ilə iki şirkəti iflasa uğradan mühasib

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mәzuniyyәt zamanı işçi xәstәlәnәrsә mәzuniyyәt günlәri artırılır?

posted in: Xəbər | 0

Mәzuniyyәt

 

Sual: Növbәti mәzuniyyәt zamanı işçi xәstәlәnәrsә mәzuniyyәt günlәri artırılırmı?

Həmçinin oxu: Məzuniyyət və Əmək haqqı məbləğinin ayrılıqda vergiyə cəlb edilməsi

Cavab: Növbәti mәzuniyyәt (әsas vә yaxud әlavә mәzuniyyәt) zamanı xәstәlik vә ya zәdә nәticәsindә әmәk qabiliyyәtinin müvәqqәti itirilmәsinә görә müavinәt, tәqdim olunmuş xәstәlik vәrәqәsinә әsasәn işçinin әmәk qabiliyyәtini itirdiyi bütün günlәr üçün verilir. Әmәkhaqqı saxlanılmadan mәzuniyyәtin vә ya uşağa qulluq etmәkdәn ötrü mәzuniyyәt zamanı әmәk qabiliyyәtinin müvәqqәti itirilmәsinә görә müavinәt verilmir. Xәstәlik vәrәqәlәrinә uyğun olaraq işçinin әmәk mәzuniyyәtinin müddәti artırılır.

Mənbə: labourrights-az.org

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Baş mühasib üzrə vakansiya elan olunur

posted in: İş elanı, muhasibat, Xəbər | 0

Baş mühasib üzrə vakansiya

Həmçinin bax: “Azərbaycan Sənaye Korporasiyası” ASC Mühasib axtarır

İş barədə məlumat

– Qısa müddətli işləmək müraciətlərə baxılmır
– Müxtəlif tipli müəssələrin mühasibatlığın aparılması
– Dövlət orqanlarının Aylıq, rüblük hesabatlarının göndərilməsinə köməklik göstərmək
– Mühasibat uçotunu Uçot siyasəti və Vergi Qanunvericiliyinə əsasən aparmaq
– Gündəlik və aylıq istehsalat, anbar hərəkəti və anbar qalığını göstərən hesabatların hazırlanması
– Mal-materialların, əsas vəsaitlərin hərəkətinə nəzarət etmək
– İş qrafiki 5 gün, saat 09:30-dan 18:30-dək
-E-Qaimə Faktura, Elektron Vergi Hesab Fakturalarının tərtib olunması və göndərilməsi
– Vergi hesabatlarının (Sadələşdirilmiş, ƏDV, ÖMV, Mənfəət) hazırlanması və təqdim edilməsi
– İşçilərlə hesablaşmaların təmin edilməsi
– AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
– Həftədə 5 iş günü, 2 gün istirahət

Həmçinin bax: 800 manat maaşla Mühasib tələb olunur

Namizədə tələblər

– Səlis Azərbaycan dilini bilməsi (əlavə olaraq rus və ingilis dilini bilənlərə üstünlük verilir)
– Office və mühasibatlıq proqramları ilə işləmə bacarığı (MS Word, Excel, 1C 8.3 platformasında )
– Kollektiv ilə işləmə bacarığı

Mənbə: boss.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Almaniya vergi sistemi barədə bilmədiklərimiz (1-ci hissə)

posted in: Məqalə, Vergi, Xəbər | 0

almaniya

Maraqlı olacağını nəzərə alıb, bu dəfə müxtəlif ölkələrin vergiləri barədə oxuculara bir qədər geniş məlumat verəcəyik.  Beləliklə, bu dəfəki yazıda Almaniyanın vergi sistemindən söz açacağıq.

1-ci hissə

Alman vergiyə cəlb olunmasının başlıca prinsipi belə səslənir: “Vergilər dövlətin göstərdiyi xidmətlərin ölçüsünə uyğun gəlməlidir”.

Almaniyada qəbul olunan vergi sistemi mürəkkəb və çoxşaxəlidir. Almaniya vətəndaşları və vətəndaşlığı olmayan şəxslərə ödəməli olduqları vergilər barədə hər ay xəbərdarlıq edilir: poçt qutunuza vergi orqanlarından məktub bildirişlər gəlir. Vergilərin ödənilməsi zamanı mütəxəssislərə yardım göstərilməsi Almaniyada adi haldır. Sahibkarlığa yeni başlayan şəxslər və əcnəbi sahibkarlara, eləcə də əlavə gəlirlər alan insanlara vergilərlə bağlı ilk deklarasiyanın doldurulması üçün həmişə ekspertlərə (məsələn, vergi məsləhətçisi, vəkillər, müfəttişlər, auditorlar və maliyyə müfəttişləri) müraciət etmək tövsiyə olunur.

Həmçinin bax: Kanada vergi sistemi barədə bilmədiklərimiz (1-ci hissə)

Almaniya büdcə toplusu üç səviyyəyə ayrılır:

  • Mərkəzi (dövlət) büdcə (bütün ölkə üzrə gəlirlər və xərclər) – bütün vergi daxilolmalarının 48% təşkil edir.
  • 16 federal torpaq (ərazi) vahidi büdcəsi. Bu vergilər regionlar üzrə iqtisadi amillərdən asılı olduğundan, ərazi-vahidlərinin büdcəsi heç də bərabər deyil – bütün vergi daxilolmalarının 34% təşkil edir.
  • Şəhər və və kənd gromadlarının büdcəsi – bütün vergi daxilolmalarının 13% təşkil edir.

Əlavə olaraq, alman Mərkəzi bankı və dövlət müəssisələrinin gəlirləri də dövlət büdcəsinə daxil olur. Ərazi vahidlərinin büdcəsi ilkin olaraq fərqli olur, vergi yığımından əldə olunan gəlirlərin maliyyə “bərabərliyi” üçün o, üfqi və horizontal bölünür –  yüksək gəlirli regionlardan (Bavariya, Vyütemburq, Şimali Reyn Vestfaliya) başlayaraq, “iqtisadi cəhətdən az inkişaf etmiş” (Saksoniya, Şlezviq-Golşteyn) ərazi vahidlərinin xeyrinə paylaşdırılır. Maliyyə cəhətdən daha “zəif” ərazi vahidləri dövlət dotasiyası alırlar.

Almaniyada vergiyə cəlb etmənin ümumi qaydaları “Vergi yığımı qaydaları” adlanan Qanunla – Abgabenordnung  tənzimlənir.

Almaniyada vergilər dövlət büdcəsinə daxilolmaların 80% təşkil edir. Məhz, ona görə hökumət tərəfindən vergilərə dövlətin iqtisadi inkişafına başlıca təsir vasitəsi kimi baxılır.

Təşəkkül tapdığı gündən alman vergi daxilolmalarının başlıca prinsipi belə səslənir: “vergilər dövlətin göstərdiyi xidmətlərin ölçüsünə uyğun gəlməlidir”.

almaniyaAlmaniyada it sahibləri üçün vergi, sirkə turşusu vergisi, kilsə vergisi, köpüklənən şəraba görə vergi, enerji, əyləncəli tədbirlər, kofe, pivə, ovçuluq, ikinci ev və ya ikinci mənzilə görə və s. vergilər də daxil olmaqla, 45 növ vergi növü mövcuddur.

Həmçinin bax: Avstraliya vergi sistemi barədə bilmədiklərimiz (1-ci hissə)

Ümumilikdə isə Almaniyada bütün vergiləri üç əsas qrupa bölmək olar:

  1. gəlirdən vergi
  2. mülkiyyət vergisi
  3. sövdələşmə və istehlak vergisi

Gəlirə görə verginin əsas növləri:

  1. fiziki şəxslərdən gəlir vergisi – Einkommensteuer
  2. müəssisələrin gəlirindən vergi – Köpperschaftsteuer
  3. təsərrüfat fəaliyyəti ilə bağlı vergi – Gewerbesteuer

Mülkiyyətə görə başlıca vergilər:

  1. torpağa görə vergi – Grundsteuer
  2. vərəsəlik və miras yolu ilə keçən əmlaka görə vergi

Sövdələşmə və istehlaka görə əsas vergilər:

  1. əmlak alınması zamanı ödənilən vergi
  2. ƏDV

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.