Mühasib – dahi ünsiyyətçidirmi?

posted in: muhasibat, Məqalə, Xəbər | 0

Dahi“Бухгалтер” (Mühasib) jurnalında texnika elmləri namizədi, psixoloq, mühasiblər üçün tədris mərkəzinin treninqlər proqramının rəhbəri Tatyana Lobanovanın “Mühasib – dahi ünsiyyətçidirmi?” adlı məqaləsi dərc edilib. Sözügedən məqalənin oxucularımız üçün də maraq kəsb edəcəyəni nəzərə alaraq, onu hissə-hissə saytımızda dərc etməyə qərar verdik.

1-ci hissə

Həmçinin bax: Uğurlu Baş mühasib olmaq üçün 14 prinsip

Mühasib elə bir insandır ki, daim öz üzərində çalışır və bu heç kimdə şübhə doğurmur.  Mühasiblər üçün nəzərdə tutulan ixtisasartırma kurslarında ənənəvi olaraq ixtisas üzrə proqram təminatı, optimal uçotun təşkili, qanunvericilikdə baş verən dəyişikliklərlə bağlı seminarlar təşkil edilir. Lakin, mühasibin peşəkar uğurları onun yalnız texniki hazırlığı ilə məhdudlaşmır.

İşin effektivliyi üçün fərdi bacarıqları da inkişaf etdirmək lazımdır. Təəssüflər olsun ki, təqdim etdiyimiz proqramlar bəzən anlaşılmazlıqla qarşılanır: “Treninqlər mühasiblərin nəyinə lazımdır? Onlar ki, nə danışıqlar aparır, nə də satıcılıq edirlər. Kabinetdə kompüter arxasında olurlar, onları işlərindən ayırmağa gərək yoxdur!” Amma, təcrübə fərdi bacarıqlarla bağlı təşkil edilən treninqlərin ilk dəfədən onlara nə qədər effektiv təsir etdiyini təsdiq edir, bütün narahatlıqlara da son qoyur. Bunu treninqlərdə iştirak edən mühasiblərdən alınan rəylər də sübut edir.

Həmçinin bax: Mühasib olmaq üçün 5 səbəb

Biz mühasibi necə görməyə vərdiş etmişik? Bu insan məsuliyyətli və mütəşəkkildir, riyazi qabiliyyətlər sahibidir, yaxşı yaddaşa, diqqətin yüksək konsentrasiyasına, inkişaf etmiş məntiqi təfəkkürə malikdir və dilini “qıfılda” saxlamağı bacarır. Və əgər mühasibə olan tələblər təxminən belə bir siyahı ilə məhdudlaşsaydı, böyük çətinliklər olmazdı.

Bu keyfiyyətlər koordinasiyalıdır, ziddiyyət təşkil etmir və rahat şəkildə bir insanda oturuşa bilər. Amma, mühasibin rəqəmləri səliqəli şəkildə, dəqiqliklə bir sənəddən digərinə köçürən bir şəxs olduğu haqqında təsəvvürlər çoxdan köhnəlib.

Ciddi rəhbərlər baş mühasibləri şirkətdə ikinci şəxs hesab edir və onları təkcə mükəmməl bir icraçı mütəxəssis kimi yox, həm də yaradıcı, təşəbbüskar, həmfikir olaraq görmək istəyirlər.

Mühasib sərbəst şəkildə qərarlar qəbul etmək, rəhbərlik etmək təcrübəsinə malik olmalı, uçotu qanunvericiliyin  (təkcə milli qanunvericilik nəzərdə tutulmur) tələblərinə və korporativ tələblərə uyğun aparmağı bacarmalıdır.

Eləcə də o, vergi orqanları və xarici auditor məsləhətçiləri ilə işləməli, şirkət rəhbərləri, əməkdaşları və məlumatları təmin edən xidmətlərlə qarşılıqlı əlaqə qurmalıdır.

Həmçinin bax: Mühasib ailənin ulduz övladı

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

İstifadə edilməmiş məzuniyyətə görə kompensasiya hesablayarkən güzəşt məbləği nəzərə alınmalıdırmı?

posted in: Vergi, Xəbər | 4

İstifadə edilməmiş məzuniyyət

 

Sual: İşçiyə istifadə edilməmiş məzuniyyətə görə kompensasiya hesablayarkən gəlir vergisi hesablanan zaman ölkə üzrə yaşayış minimumu nəzərə alınmalıdırmı?

Həmçinin bax: Məzuniyyət dövrü bir neçə ayı əhatə edərsə hesablama hansı ayda aparılır?

Cavab: Bildiririk ki, işçiyə istifadə edilməmiş məzuniyyət günləri üçün əvvəlki illərə görə ödənilən kompensasiyadan gəlir vergisi hesablanarkən ölkə üzrə yaşayış minimumunun 1 misli nəzərə alınmır, tam olmayan sonuncu iş ilinin kompensasiya haqqı isə verildiyi ayın əmək haqqı ilə birlikdə hesablanan zaman ölkə üzrə yaşayış minimumunun 1 misli vergitutulan gəlirdən çıxılır.

Bax: Vergi Məcəlləsinin 98.1-ci, 101-ci, 102.1.6-cı və 150-ci maddələri.

Mənbə: taxes.gov.az

Həmçinin bax: Mәzuniyyәtlәrin növbәlilik cәdvәllәrindən kənarlaşmalara hansı hallarda yol verilə bilər?

 

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

1 ildən aşağı iş təcrübəsi, 800 manat maaşla Əməliyyatçı-Kassir axtarılır

posted in: bank, İş elanı, Xəbər | 0
Kapital Bankİşəgötürən: Kapital Bank ASC
Vəzifə: Əməliyyatçı-Kassir
  • Əmək haqqı: 700-800 AZN
Həmçinin bax: Mühasib axtarılır
İş barədə məlumat

– Kapital Bank namizədləri Hava Limanı şöbəsi üçün Əməliyyatçı-Kassir vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir
– Müştərilərə xidmət
– Mərkəzi Bankın və Kapital Bankın daxili prosedurlarına əsasən bank məhsullarının satışı
– Dövlət rüsumlarının və kommunal ödənişlərin qəbulu
– Ödəniş kartları üzrə əməliyyatların aparılması
– Müştərilərin hesabları üzrə mədaxil və məxaric əməliyyatlarını həyata keçirmək
– Əməliyyat gününün sonunda xəzinədəki nağd pul vəsaitlərinin və digər dəyərlilərin filial müdiri və baş mühasibin iştirakı ilə sayılıb balans məlumatları ilə tutuşdurmaq
– Gün ərzində hazırlanmış sənədləri müvafiq qaydada arxivləşdirmək və s

Həmçinin bax: “Mətanət A” mühasib axtarır
Namizədə tələblər

– Ali təhsil
– Müvafiq sahə üzrə iş təcrübəsi arzuolunandır
– Riyazi hesablama və analitik mühakimə etmək qabiliyyəti
– Azərbaycan, İngilis və Rus dillərində sərbəst danışmaq bacarığı
– MS Office (Word, Excel) proqramları üzrə biliklər
– Gərgin iş qrafikində işləmək bacarığı
– Əla ünsiyyət bacarıqları
– Məsuliyyət, işdə dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti

Maraqlanan namizədlər CV-lərini, mövzu hissəsində “Hava Limanı” qeyd etməklə   e-mail ünvanına göndərə bilər.

Həmçinin bax: Baş mühasib tələb olunur

Mənbə: boss.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.

Kənd təsərrüfatı məhsulunun satışı hansı hallarda vergidən azad edilir?

posted in: Vergi, Xəbər | 0

Kənd təsərrüfatı

Sual: Mənim sualım kənd təsərrüfatı məhsulu olan südlə əlaqədardır. Bilmək istərdim ki, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən sənaye üsulu ilə) hüquqi və fiziki şəxslər 2014-cü il yanvarın 1-dən etibarən daha 5 il müddətinə bir sıra vergiləri ödəməkdən azad edilirlər dedikdə, süd məhsulunu qablaşdırılmış formada satışı ilə məşğul olduqda vergidən azad olunurmu? Yəni kənd təsərrüfatında öz fermasında saxlanılan inəklərdən sağılmış südü zavodda süd şəklini dəyişmədən, tərkibinə heç nə qatmadan, paketləyərək satdıqda bu zaman hansı vergilər ödənilməlidir? Belə fəaliyyət vergilərdən azad edilmişdirmi? Həmin süddən hansı mallar istehsal edildikdə və satışı həyata keçirildikdə vergiyə cəlb edilməlidir?

Həmçinin bax: Kənd təsərrüfatında ƏDV-nin əvəzləşdirilməsi haqqında

Cavab: Bildiririk ki, 1 yanvar 2014-cü il tarixdən 5 il müddətinə kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki şəxslərin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışı üzrə dövriyyələr ƏDV-dən azad edilmiş, həmin şəxslərin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışından əldə etdikləri hasilatın həcmi isə sadələşdirilmiş verginin vergitutma obyektinə daxil edilməmiş, eyni zamanda fiziki şəxslərin bilavasitə kənd təsərrüfatı məhsullarının istehsalından alınan gəlirləri müddət məhdudiyyəti qoyulmadan gəlir vergisindən azad edilmişdir.

Kənd təsərrüfatı məhsullarının satışı dedikə istehsal olunan (o cümlədən sənaye üsulu ilə, xüsusi broyler təsərrüfatlarında, avtomatlaşdırılmış tövlə sistemlərində və digər yerlərdə) canlıların diri şəkildə, habelə onlardan diri şəkildə olarkən əldə edilmiş məhsulların ilkin formada, heç bir kimyəvi təsirə məruz qalmadan təqdim edilməsi, bitkiçilik məhsulları və digər kənd təsərrüfatı məhsulları təqdim edilərkən təbiətdə olduğu ilkin formasını saxlaması, kimyəvi tərkibi dəyişdirilməməsi, konservləşdirilməməsi nəzərdə tutulur.

Həmçinin bax: Kənd təsərrüfatında vergi və mühasibat uçotuna aid 4 vacib sualın cavabı

Odur ki, fermanızda saxladığınız inəklərdən əldə edilmiş südün təbiətdə olduğu ilkin formada saxlanılmaqla kimyəvi tərkibi dəyişdirilmədən və konservləşdirilmədən paketlənərək satışından əldə edilmiş gəlir müvafiq olaraq sadələşdirlmiş vergi, gəlir vergisi və ƏDV-dən azad olacaqdır. Əks halda, yəni əldə edilmiş süd məhsulları emal edilərək, təbiətdə olduğu ilkin formada saxlanılmadan kimyəvi tərkibi dəyişdirilərək, konservləşdirilməklə paketlənərək kimyəvi təsirə məruz qaldıqdan sonra və ya ilkin forması dəyişdirilərək yeni məsula çevrilmiş formada satışı Vergi Məcəlləsi ilə müəyyən edilmiş ümumi qaydada vergiyə cəlb olunacaqdır.

Bax: Vergi Məcəlləsinin 13.2.60-cı, 13.2.61-ci, 102.1.11-ci, 164.1.18-ci və 219.7-ci maddələri.

Mənbə: taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.