Faizsiz borc verənə yoxsa borc alana maliyyə sanksiyası düşür?

posted in: Maliyyə, Vergi, Xəbər | 0

Faizsiz borc Sual: Vergi Məcəlləsinin 58.7-1.6-cı maddəsində sanksiya kimə tətbiq edilməlidir? A B-yə nağd qaydada faizsiz borc verir və sonra borc nağd qaydada da geri qaytarılır (hər ikisi vergi ödəyicisidir). Sanksiya A-ya, B-yə və ya hər ikisinə tətbiq edilməlidir?

Həmçinin oxu: Təsisçisi eyni olan şirkətlər bir birinə faizsiz borc verə bilər?

Cavab: Bildiririk ki, sorğunuzda qeyd olunan halda hər iki tərəf vergi ödəyicisi olduğunu nəzərə alaraq nağd qaydada faizsiz borcu verən şəxsə, həmin məbləği nağd qaydada qaytaran vergi ödəyicisinə də həmin maliyyə sanksiyası tətbiq edilməlidir.

Bax: Vergi Məcəlləsinin 58.7-1.6-cı maddəsi, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının 16 dekabr 2016-cı il tarixli 461-VQ nömrəli Qanununun 3.4.6-cı maddəsi.

Mənbə: taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Bank Respublika’da “Yay Təcrübə Proqramı”

posted in: bank, İş elanı, Xəbər | 0

Bank RespublikaYay Təcrübə Proqramı

Bank Respublika ASC” istedadlı və motivasiyalı universitet tələbələri üçün “Yay Təcrübə Proqramı” elan edir.

Biz Sizə Bankın müxtəlif sahələrində bacarıq və biliyin artırılmasına yönəlik innovativ və sosial məqsədlər daşıyan təcrübə proqramı təklif edirik.

Biz kimləri axtarırıq?

Biz savadlı, özünə güvənən, Azərbaycanda və xarici ölkələrdə təhsil alan tələbələri yay təcrübə proqramına qoşulmağa dəvət edirik.

Biz Bank Respublika olaraq yay təcrübə proqramında sizlərə nə vəd edirik?

Biz Bankın ən güclü mütəxəssilərinə və menecerlərinə sizi təhkim etməklə, sizə təcrübə keçəcəyiniz sahə üzrə çox dərin biliklərə yiyələnmək, güclü komandada işləmək, gələcək karyeranızda böyük nailiyyətlər əldə etmək imkanı yaradırıq.

Həmçinin bax: Azərbaycan Beynəlxalq Bankında Təcrübə Proqramı

Proqramın təsviri:

Yay Təcrübə Proqramı güclü potensialı və Bank daxilində sürətli adaptasiya nümayiş etdirmək qabiliyyətinə malik müxtəlif ixtisas sahələrindən olan tələbələr üçün nəzərdə tutulmuşdur. Proqram tələbələrə öyrəndiklərini “iş yerində tətbiq” imkanı verir, eləcə də seçim şansı qazanan namizədlər üçün kütlədən seçilmək və gələcək karyera yolunda düzgün seçimlər və böyük nailiyyətlər qazanmaq üçün bir özül yaradır.

Karyera təşəbbüslərinizi gerçəkləşdirmək və müvəffəqiyyətli karyera üçün sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı qazanacaqsınız.

Tələblər:

• Universitet tələbəsi  (iqtisadiyyat və idarəetmə sahələrində təhsil alanlara üstünlük verilir);
• İnsanlarla peşəkar ünsiyyət qurmaq bacarığı;
• Yüksək analitik düşünmə qabiliyyəti;
• Azərbaycan dilində səlis danışıq qabiliyyəti (İngilis və Rus dilləri arzu olunandır);
• MS Office proqramları üzrə ümumi bilik;

Təcrübə müddəti iyul və avqust ayları ərzində nəzərə tutulmuşdur.

Həmçinin bax: Böyük dördlük audit şirkəti Mühasib axtarır

Uyğun namizədlərdən öz CV formalarını 24 iyun 2018-ci il tarixədək  / ünvanına mövzu hissəsində “Yay Təcrübə Proqramı” yazmaqla göndərmələri xahiş olunur.

Mənbə: jobsearch.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

1000 manat maaşla Maliyyə işçisi, Mühasib tələb olunur

posted in: İş elanı, Maliyyə, muhasibat, Xəbər | 1

Maliyyə işçisiVəzifə: Maliyyə işçisi, Mühasib

Əmək haqqı: 800-1000 AZN

İşəgötürən: “Lets Go” MMC

Vəzifələr:

– Maliyyə hesabatlarının yerinə yetirilməsi;
– Aylıq hesabatların hazırlanması;
– Vergi hesabatlarının yerinə yetirilməsi;
– Bank əməliyyatlarının həyata keçirilməsi;
– Debitor və kreditorlarla hesablaşmaların aparılması;
– İllər üzrə amortizasiya aparmaq və qalıq çıxarmaq;
– Kadr uçotu və elektron imza vasitəsi ilə hesabat təqdimatı;
– Əmək haqqı və kassa kitabının hazırlanması;
– Əmək haqqıların hesablanması;

Həmçinin bax: 600 manat maaşla Mühasib köməkçisi axtarılır

Ixtisasa olan tələblər, biliklər və bacarıqlar:

– Ali təhsil
– Müvafiq sahədə ən azı 5 illik iş təcrübəsi
– Beynəlxalq və Milli mühasibatlığı bilmək
– Azərbaycan və İngilis dillərini yaxşı bilmək
– MS Office (Word, Excel) yüksək səviyyədə bilmək
– Yüksək analitik qabiliyyətə, ünsiyyət və təqdim etmə bacarıqlarına malik olmaq;
– Məqsədyönlü, məsuliyyətli, operativ və yeni ideyalara malik olmaq;
– Problemləri həll etmək bacarığıba malik olmaq;
– Verilmiş tapşırıqları vaxtında icra etmək;

İş şəraiti:

– iş rejimi – həftədə 5 tam gün və yarım gün
– iş saatları – 09.00-18.00-a kimi (I-V günlər) 09:00 -13:00-a kimi (VI günlər);

CV-ni  /  email ünvanına göndərərkən mövzu bölməsində mütləq “Maliyyə işçisi, Mühasib” ifadəsi qeyd olunsun.

Həmçinin bax: Mühasib axtarılır

Mənbə: jobsearch.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Hüquqi şəxs öz adına kredit götürüb təsisçinin borcunu qaytara bilər?

posted in: Vergi, Xəbər | 0

Hüquqi şəxs

Sual: Hüquqi şəxs öz təsərrüfat fəaliyyətini həyata keçirmək üçün təsisçisi olan fiziki şəxsdən borc almışdır. Aralarında faizsiz borc müqaviləsi rəsmiləşdirilmişdir. Müəyyən müddət sonra müəssisə bank krediti götürüb təsisçinin bank hesabına nağdsız qaydada köçürməklə borcunu qaytarır.

1. Təsisçinin həmin vəsaiti bankdan nağd qaydada çıxarması nağdsız hesablaşmalar haqqında qanuna zidd deyil ki?

2. Müəssisənin bank kreditinə görə ödədiyi faiz xərcə salına bilərmi? (təsisçidən götürülmüş borcu müəssisə dövriyyə vəsaiti kimi istifadə etmişdir)

3. Bu əməliyyatdan müəssisə və təsisçi üçün hansı vergi öhdəliyi yaranır?

Cavab: Bildiririk ki, vergi ödəyicisi olmayan təsisçi fiziki şəxs tərəfindən onun bank hesabına qaytarılan məbləğin nağd qaydada hesabdan çıxarılmasını mövcud qanunvericilik məhdudlaşdırmır.

Həmçinin bax: Hüquqi şəxsin hansı sənədlərinin sürətini Vergi orqanlarından almaq olar?

Fiziki şəxs sahibkar olduğu halda onun tərəfindən sahibkarlıq məqsədləri üçün nağd qaydada vəsatin bank hesabından çıxarılması “Nağdsız hesablaşmalar haqqında” Qanununun 3.3-cü maddəsində qeyd olunan həddlər daxilində həyata keçirilə bilər.

Fərdi sahibkar vəsaiti bank hesabından çıxararkən bank çıxarılan məbləğin 1 faizi məbləğində sadələşdirilmiş vergi hesablamalı və tutumalıdır.

Hüquqi şəxs tərəfindən götürülən kredit qeyri-sahibkarlıq fəaliyyəti çərçivəsində istifadə olunmadıqda ödənilən faiz krediti gəlirdən çıxılan xərc kimi nəzərə alına bilər.

Onu da nəzərinizə çatdırırıq ki, hüquqi şəxslə fiziki şəxs mülki hüququn ayrı-ayrı subyektləri olmaqla vergitutma məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər sayıldıqda vergilərin hesablanması bazar qiyməti nəzərə alınmaqla həyata keçirilir.

Qeyd edilənlərə əsasən qarşılıqlı surətdə asılı olan fiziki şəxs tərəfindən hüquqi şəxsə faizsiz verilmiş borc məbləğinə həmin borcun aid olduğu dövrdə eyni valyuta ilə oxşar müddətə verilmiş kreditlər üzrə faizlərin səviyyəsi nəzərə alınmaqla faizlər hesablanmalı və ödənilən faiz məbləğlərindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsinə ödənilməlidir.

Vergitutma ilə bağlı əlavə suallar yarandıqda Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz

Bax: Vergi Məcəlləsinin 108-ci, 143-cü və 220.12-ci maddələri, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının 16 dekabr 2016-cı il tarixli 461-VQ nömrəli Qanununun 3-cü maddəsi.
Mənbə: taxes.gov.az