Dövlət Gömrük Komitəsi növbəti struktur dəyişikliyinə hazırlaşır

posted in: Xəbər | 0

Dövlət Gömrük Komitəsi“Dövlət Gömrük Komitəsi struktur dəyişikliyinə hazırlaşır”.

Bunu Dövlət Gömrük Komitəsinin Hüquqi təminat şöbəsinin rəisi Sənan Muxtarov bildirib.

Onun sözlərinə görə, Komitə mütəmadi olaraq fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər həyata keçirir. “Hazırda Dövlət Gömrük Komitəsində növbəti struktur dəyişikliyi ilə bağlı tədbirlər hazırlanır. Bu struktur dəyişikliyi gömrük sahəsində idarəetmə sisteminin təkmilləşdirilməsinə yönələcək,” – deyə S. Muxtarov bildirib.

Mənbə: apa.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Daxili auditor kadrlarının hazırlanması üzrə hazırlıq kursu

posted in: Audit, Xəbər | 0

auditorAzərbaycan Respublikasının Auditorlar Palatası daxili auditor kadrlarının hazırlanması üzrə növbəti hazırlıq kurslarını təşkil edir.

Ölkəmizdə uğurla həyata keçirilən şəffaflıq strategiyasının daha da sürətləndirilməsində  müəssisə və təşkilatlarda risklərin idarə olunması, nəzarət və  korporativ idarəetmə proseslərinin  qiymətləndirilməsi və səmərəliliyinin yüksəldilməsi məqsədlərinə xidmət edən daxili auditin tətbiqinin genişləndirilməsi mühüm əhəmiyyət kəsb edir.

Bunu nəzərə alaraq Azərbaycan Respublikasının Auditorlar Palatası daxili auditor kadrlarının hazırlanması üzrə hazırlıq kurslarını davam etdirir. Növbəti kurslar 2018-ci ilin 25 iyun tarixindən 11 iyul tarixinədək “Daxili Auditin planlaşdırılması” proqramı əsasında  keçiriləcəkdir. Hazırlıq kursları Ali Audit Qurumlarının Beynəlxalq Sertifikatlı mütəxəssisi, Dempinq və haqsız rəqabətə qarşı mübarizə üzrə Komitənin sədri, sərbəst auditor Fətiyev Üzeyir Cəmil oğlu tərəfindən tədris ediləcəkdir. Kursu müvəffəqiyyətlə bitirən iştirakçılara sertifikatlar təqdim ediləcəkdir. Sizin nümayəndələrinizi daxili auditor kurslarında iştirak etməyə dəvət edirik. Kursda iştirak  ödənişlidir. Kurslarda iştirak etmək istəyən şəxslər aşağıdakı sənədləri təqdim etməlidirlər:

– Kurslarda iştirak etmək üçün müəyyən olunmuş formada yazılmış ərizə;

– Şəxsiyyət vəsiqəsinin surəti.

Əlaqələndirici şəxs: Kadr hazırlığı və ictimaiyyətlə əlaqə şöbəsinin müdir müavini  Aytən Seyidəliyeva ().

Ünvan: S.Y. Bakuvi küç., 35;

Əlaqə telefonları: (012) 564-80-62; 055-866-44-29.

Qeydiyyat üçün son tarix: 2018-ci il 22  iyun.

Mənbə: audit.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Vergilər Nazirliyinin xətti ilə daxilolmalar üzrə proqnoz 6% artırılır

posted in: Vergi, Xəbər | 0

Vergilər Nazirliyi2018-ci  ilin dəqiqləşdirilmiş dövlət büdcəsinin gəlirlərinin tərkibində Vergilər Nazirliyinin xətti ilə daxilolmalar 7 mlrd. 380 mln. manat təşkil edəcək ki, bu da 2017-ciilin faktiki icra göstəricisi ilə müqayisədə 406,5 mln. manat və ya 5,8% çoxdur.

Bu, “2018-ci il dövlət büdcəsinə dəyişikliklər edilməsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Həmçinin bax: 2018-ci il üzrə dövlət büdcəsinə yenidən baxılacaq.

Layihəyə əsasən, Vergilər Nazirliyinin xətti ilə qeyri-neft sektoru üzrə dövlət büdcəsinə daxilolmalar 5 mlrd. manat nəzərdə tutulur ki, bu da 2017-ci ilin faktiki icra göstəricisi ilə müqayisədə 189,5 mln. manat və ya 3,7%, 2018-ci ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə 1 mlrd. 27 mln. manat və ya 17% azdır.

Vergilər Nazirliyinin xətti ilə bəzi tədiyyə növləri üzrə gəlirlər aşağıdakı kimi proqnozlaşdırılır:

hüquqi şəxslərin mənfəət vergisi üzrə dəqiqləşdirilmiş proqnoz 2 mlrd. 533 mln. manat olacaq ki, bu da 2018-ci ilin təsdiq edilmiş proqnozuna nisbətən 213 mln. manat və ya 9,2% çoxdur. Nəzərdə tutulan daxilolmaların  1 mlrd. 347 mln. manatı qeyri-neft sektorundan, 1 mlrd. 186 mln. manatı neft sektorundan gözlənilir.

əlavə dəyər vergisi üzrə 1 mlrd. 813 mln. manat daxilolma nəzərdə tutulur ki, bu da 2018-ci ilin təsdiq edilmiş proqnozuna nisbətən 770 mln. manat və ya 29,8% azdır. Nəzərdə tutulan daxilolmaların 1mlrd. 486 mln. manatı qeyri-neft sektorunun, 327 mln. manatı neft sektorunun payına düşür.

dövlət rüsumu üzrə proqnoz 142 mln. manat nəzərədə tutulur ki, bu da 2018-ci ilin təsdiq edilmiş proqnozuna nisbətən 30 mln. manat və ya 26,8% çoxdur. Artımın səbəbi “Dövlət rüsumu haqqında” qanunda dəyişikliklər edilməsi nəticəsində fiziki şəxslər tərəfindən şəxsi istehlak üçün ölkəyə gətirilən mobil cihazların, minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələrin dövlət qeydiyyatına alınmalarına, habelə alkoqollu içkilərə və tütün məmulatlarına tətbiq olunan aksiz markasının verilməsinə görə dövlət rüsumlarının tətbiqindən əlavə vəsaitlərin daxilolmasının nəzərdə tutulmasıdır.

Mənbə: apa.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Milli Məclis Əmək Məcəlləsinin 66, 67-2 və 70-ci maddələri üzrə dəyişiklikləri təsdiqləyib

posted in: Xəbər | 0

Milli MəclisAzərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLIKASININ QANUNU


Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının Əmək Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 4, maddə 213; 2001, № 3, maddə 143, № 6, maddə 362, № 11, maddələr 672, 679, № 12, maddə 731; 2002, № 1, maddə 2, № 5, maddə 241, № 6, maddə 328; 2003, № 1, maddələr 9, 23; 2004, № 1, maddə 10, № 2, maddə 57, № 3, maddə 133, № 6, maddə 413, № 7, maddə 505, № 9, maddə 672, № 12, maddə 981; 2005, № 3, maddə 151, № 4, maddə 278, № 7, maddə 560, № 10, maddə 874, № 11, maddə 1001, № 12, maddə 1094; 2006, № 3, maddələr 220, 222, № 5, maddə 385, № 11, maddə 923, № 12, maddələr 1004, 1025, 1030; 2007, № 5, maddələr 401, 437, № 6, maddə 560, № 8, maddə 756, № 11, maddələr 1049, 1053; 2008, № 3, maddə 156, № 7, maddələr 600, 602, № 10, maddə 887, № 11, maddə 960; 2009, № 2, maddə 48, № 5, maddə 294, № 6, maddə 399, № 12, maddələr 949, 969; 2010, № 2, maddələr 70, 75, № 4, maddə 275; 2011, № 1, maddə 11, № 2, maddələr 70, 71, № 6, maddə 464, № 7, maddə 598; 2012, № 11, maddə 1054; 2013, № 2, maddələr 89, 101, № 11, maddə 1268; 2014, № 2, maddə 92, № 10, maddə 1162, № 11, maddə 1339, № 12, maddə 1527; 2015, № 2, maddə 97, № 3, maddə 250, № 6, maddə 680; 2016, № 2 (I kitab), maddələr 190, 201, № 5, maddə 847, № 11, maddə 1767; 2017, № 6, maddələr 1031, 1048; № 12, I kitab, maddələr 2187, 2189; 2018, № 1 maddə 13) aşağıdakı dəyişikliklər edilsin:

Həmçinin oxu: Vergi Məcəlləsinin 190.3-cu maddəsinə olan dəyişiklik layihəsi müzakirəyə çıxarılıb

1. 66-cı maddənin on birinci abzasının sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və maddəyə aşağıdakı məzmunda on ikinci abzas əlavə edilsin:
“Azərbaycan Respublikasında dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlər.”.

2. Aşağıdakı məzmunda 67-2-ci maddə əlavə edilsin:
“Maddə 67-2. Azərbaycan Respublikasında dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikasiyası
1. Azərbaycan Respublikasında dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada sertifikasiyaya cəlb edilirlər.
2. Hamilə qadınların, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınların (uşağını təkbaşına böyüdən kişilərin) sertifikasiyası keçirilmir.
3. İlk dəfə işə qəbul olunanlar beş il müddətində, eləcə də azı üç dəfə sertifikasiyadan keçmiş şəxslər sertifikasiyadan keçirilmirlər.
4. Sertifikasiyadan “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təkrarən keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsas ola bilər.”.

3. 70-ci maddənin “Qeyd” hissəsinin birinci cümləsində “komissiyası” sözündən sonra “Azərbaycan Respublikasında dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin və” sözləri əlavə edilsin.

Azərbaycan Respublikasının Prezidenti

Mənbə: meclis.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.