2000 manat məvaciblə Baş mühasib tələb olunur

posted in: İş elanı, muhasibat, Xəbər | 0

Baş mühasibVəzifə : Baş mühasib

İş yeri: Xaçmaz

İş rejimi: 09:00-18:00 (beş günlük iş həftəsi)

Əmək haqqı: 1500-2000 AZN (əlavə olaraq tibbi sığorta, yemək və yaşayış yeri təminatı)

Tələblər

  • Təhsili – Mühasibat uçotu üzrə ali təhsili.
  • İş təcrübəsi-müvafiq sahədə 5 ildən az olmayaraq
  • Dil biliyi- Azərbaycan,İngilis,Rus
  • Kompüter biliyi – Microsoft Office proqramları, 1C (8.3)

Həmçinin bax: Veysəloğlu Şirkətlər Qrupu vakansiya elan edir

Əmək funksiyaları

  • Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsini, ona nəzarəti operativ məlumatların təqdim etdirilməsi, mühasibat, (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi, digər bölmə və xidmət sahələri ilə birlikdə təsərrüfat daxili ehtiyatların aşkara çıxarılması və səfərbər edilməsi məqsədi ilə mühasibat uçotu və hesabatının məlumatları üzrə müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin iqtisadi təhlilinin həyata keçirilməsini təmin edir.
  • Daxil olan pul vəsaitlərinin, əmtəə-mal qiymətlilərinin və əsas vəsaitlərin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanması, məhsulun satışını, iş və xidmətlərini yerinə yetirir;
  • Maliyyə, hesabat və kredit əməliyyatlarının, müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin yekun əməliyyatlarının uçotunu təşkil edir;
  • Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibi, əmək haqqının ödənilməsi hesabları, dövlət büdcəsinə ödəmələr, tələbat fonduna və digər ehtiyat fondlarına ayırmaları tərtib edir;
  • İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin, əmək haqqı fondunun sərf olunmasının, pul vəsaitlərinin, əmtəə-mal qiymətlilərinin və əsas fondların inventarizasiyasının, mühasibat uçotu və hesabatının təşkilinin yoxlanması və müəssisənin bölmələrində sənədli təftişin qaydalarına riayət edilməsinə nəzarət edir;
  • Ştat, maliyyə və kassa nizamına ciddi əməl edilməsi, inzibati-təsərrüfat və digər xərclərin, debitor borclarının, çatışmamazlıqların və digər itkilərin mühasibat balanslarından silinməsi qanununun təmin edilməsi işlərini görür;
  • İtkinin əmələ gəlmə səbəblərini və qeyri-məhsuldar xərclərin mənbəyini üzə çıxarır, onların qarşısının alınması üçün təkliflər hazırlayır;
  • Mühasibat sənədlərinin çoxalması, tərtib edilməsi və arxivə təhvil verilməsinin qoyulmuş qaydada yerinə yetirilməsinə nəzarət edir;
  • Mühasibat məsələləri, nəzarət, hesabat və iqtisadi təhlil üzrə müəssisənin bölmə işçilərinə rəhbərlik edir.

Maraqlanan namizədlər cv-lərini mövzu yerində “Baş mühasib” qeyd etməklə   elektron ünvanına göndərə bilərlər.

Həmçinin bax: Bank of Baku’da vakansiya.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Vergi Məcəlləsinin 190.3-cu maddəsinə olan dəyişiklik layihəsi müzakirəyə çıxarılıb

posted in: Xəbər | 0

vergi məcəlləsiBu gün Milli Məclisin plenar iclasında “ Vergi Məcəlləsi ”nə dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

Məcəllənin 190-cı (Aksiz malların siyahısı və vergi dərəcələri) maddəsinin 3-cü bəndinə dəyişiklik edilir.

Dəyişiklik layihəsinə görə, Azərbaycanda istehsal olunan siqarlar, ucları kəsilən siqarlara və siqarillalara (nazik siqarlar) tətbiq edilən vergi dərəcəsi artırılır.

Belə ki, Azərbaycanda istehsal olunan siqarların, ucları kəsilən siqarların və siqarillaların (nazik siqarlar) 1000 ədədinə görə 20 manat vergi tutulacaq.

Həmçinin oxu: Əmək, Vergi məcəllələrinə dəyişiklik müzakirə olunacaq.

Qeyd edək ki, indiyədək Azərbaycanda istehsal olunan siqarların, ucları kəsilən siqarların və siqarillaların (nazik siqarlar) 1000 ədədinə görə 10 manat vergi tutulub.

Milli Məclis qanun layihəsinə dəyişikliyi təsdiq edib.

Mənbə: apa.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

18 dövlət müəssisəsi beynəlxalq mühasibat uçotu standartları ilə işləyəcək

posted in: muhasibat, Xəbər | 0

beynəlxalq mühasibat uçotuAzərbaycanda fəaliyyət göstərən 20 dövlət müəssisəsindən 18-də beynəlxalq mühasibat uçotu standartlarının tətbiqi ilə bağlı işlər aparılıb.

Həmçinin oxu: “Mühasibat uçotu haqqında Qanun”da dəyişiklik edildi – Vacib dəyişikliklər var!

Bunu Bakıda keçirilən “Dövlət maəssisələrinin fəaliyyətində şəffaflıq və səmərəliliyin təşkili” mövzusunda konfransda iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova deyib.

Bunda başqa, onun sözlərinə görə, dövlət müəssisəslərinə kreditor borclarının üzləşdirilməsini aparmaq tapşırılıb.

“Bilirsiniz ki, dövlət müəssisələrinin gəlir və xərclərinin idarə edilməsi ilə bağlı xüsusi komissiya yaradılıb. Baş nazirin I müavininin iştirakı ilə komissiyanın iclası keçirilir, həmçinin Vergilər Nazirliyi və bir sıra dövlət müəssisələri ilə birgə nəzarət tədbirləri həyata keçirir”.

Mənbə: report.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Sərnişin və yükdaşımalarında tətbiq olunan vergi mexanizmi təkmilləşdiriləcək

posted in: Xəbər | 0

vergi mexanizmi“Nəqliyyat vasitələri parkının yenilənməsi və növbəti 5 il ərzində nəqliyyatın orta istismar müddətinin təxminən 10 ilə qədər endirilməsi məqsədilə kompleks tədbirlər planı hazırlanır”.

Bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Həbib Həsənov “Avtomobil Nəqliyyatı-Yeni Tənzimləmə Konsepsiyası” mövzusunda keçirilən konfransda çıxışı zamanı bildirib.

“Hazırlanmış təkliflərdə daşıyıcıları, o cümlədən azgəlirli müntəzəm sərnişin marşrutlarında fəaliyyət göstərən sahibkarları öz nəqliyyat vasitələri parkını yeniləməsinə təşviq etmək üçün bir sıra stimullaşdırıcı tədbirlər görüləcək”, – deyə H. Həsənov vurğulayıb.

H. Həsənov əlavə edib ki, sərnişin və yükdaşımalarında tətbiq olunan vergi mexanizminin təkmilləşdirilməsi məqsədilə Vergilər Nazirliyi ilə məsləhətləşmələr aparılır: “Bu sahədə müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə verginin tam həcmdə və vaxtında yığılmasının təmin olunması, vergidən yayınma hallarına qarşı nəzarətin gücləndirilməsi nəzərdə tutulur”.

Mənbə: apa.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.