Rusiyada mühasiblər nə qədər qazanır?

posted in: muhasibat, Məqalə, Xəbər | 0

Rusiyada mühasiblər nə qədər maaş alır?

İri şəhərlərdə mühasiblərin əmək haqqı göstəricisi belədir:

Baş mühasib (min rublla) Mühasib (min rublla)
Moskva şəhəri – 74 min  (1197 ABŞ dolları)  47 min (760 dollar)
Sankt-Peterburq – 55 min (882 dollar)  34 min (546 dollar)
Krasnodar – 45 min  (722 dollar)  28 min (450 dollar)
Novosibirsk –  45 min  (722 dollar)  25 min (400 dollar)
Rostov – 41 min (658 dollar)  21 min (337 dollar)
Samara – 40 min (642 dollar)  25 min (400 dollar)
Voronej – 38 min (609 dollar)  21 min (337 dollar)
Kazan – 31 min (497 dollar) 20 min (321 dollar)

 

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasib-Operator tələb olunur

posted in: İş elanı, muhasibat, Xəbər | 0
mühasib

Mühasib-Operator tələb olunur


İşəgötürən: “Enerqoservis” MMC
İş barədə məlumat

– 1C operator vəzifələrini yerinə yetirmək
– Mühasibin göstərişi ilə lazım olan işləri yerinə yetirmək
– AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
– Həftədə 6 gün, saat 08:00-dan 17:00-dək

Namizədə tələblər

– Ofis proqramlarında sərbəst işləyə bilən
– 1C mühasibat proqramında sərbəst işləyə bilən
– Azərbaycan, rus dillərini bilmək
– Ali və ya orta-ixtisas təhsili
– İş təcrübəsi arzuolunandır

Mənbə: boss.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

“Vergi” bilik yarışması keçirilib

posted in: Vergi, Xəbər | 0

vergiSABAH tələbələri arasında “Vergi” bilik yarışması keçirilib.

Mayın 29-da Vergilər və Təhsil nazirliklərinin birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan SABAH tələbələri arasında “Vergi” bilik yarışması keçirilib.

Tədbirdə çıxış edən vergilər nazirinin müşaviri Elçin Məmmədov iştirakçıları salamlayaraq onları Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi münasibətilə təbrik edib. Bildirilib ki, maarifçiliyi öz fəaliyyətinin tərkib hissəsi sayan Cümhuriyyət hökumətinin 100 illik yubileyi münasibəti ilə belə bir bilik yarışmasınln təşkil olunması çox sevindiricidir. Şərqin ilk demokratik Respublikası cəmi 23 ay yaşamasına baxmayaraq, elmin, təhsilin inkişafına böyük töhfələr verib. Cümhuriyyət dövrünün maarifçilik siyasəti müasir Azərbaycanda da uğurla davam etdirilir.

Qeyd edilib ki, Vergilər Nazirliyi sosial məsuliyyət strategiyası çərçivəsində cəmiyyətin maarifləndirilməsinə öz töhfəsini verir və bu baxımdan təhsil müəssisələri ilə əməkdaşlığa xüsusi diqqət yetirir. Ölkəmizdə işəgötürənlərlə təhsil alanlar arasında effektiv əlaqənin qurulması istiqamətində Vergilər Nazirliyi ilə Təhsil Nazirliyi və SABAH qrupları arasında səmərəli əməkdaşlıq qurulub. Bu əməkdaşlıq çərçivəsində keçirilən bilik yarışması da tələbələrə növbəti töhfədir.

Bilik yarışlarının tələbələrin tədris dövründə şəxsi və peşəkar inkişafında, təlim və peşə hazırlığı üzrə biliklərinin dərinləşməsində və möhkəmlənməsində mühüm rolu olduğu vurğulanıb.

Təhsil Naziriyinin SABAH qrupları İcra Komitəsinin rəhbəri Şahin Seyidzadə çıxış edərək bildirib ki, qrup tələbələri üçün mütəmadi olaraq müxtəlif tədris və tədrisdənkənar fəaliyyətlər təşkil edilir, onların inkişafına dəstək verilir. Ölkəmizin gənc insan kapitalının inkişafı üçün iki aparıcı dövlət qurumunun bu cür tədbirlər fonunda birgə əməkdaşlığı nümunəvi bir haldır və bunun davamlı olacağına inanırıq. Vergilər Nazirliyi ilə Təhsil Nazirliyi arasında bağlanmış əməkdaşlıq memorandumu çərçivəsində SABAH tələbələrinə vergi strukturlarına təcrübə, işə qəbul, birgə elmi tədqiqatların aparılması və digər bu kimi geniş imkanlar yaradılır.

Bilik yarışına ümumilikdə 10 ali təhsil müəssisəsini təmsil edən komandalar qatılıb. İlk 3 komanda yarışın qalibi olub. Bakı Dövlət Universitetini təmsil edən komanda 1-ci, Azəbaycan Dövlət Neft və Sənaye Universitetini təmsil edən komanda 2-ci, Azərbaycan Memarlıq və İnşaat Universitetini təmsil edən komanda isə 3-cü yeri tutub.

Qaliblərə sertifikat, qiymətli hədiyyələr və Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası hədiyyə olunub.

Mənbə: azedu.az

Nizamnamə kapitalı 100.000 manat olan MMC yaradılıb

posted in: Vergi, Xəbər | 0
mmcVergiler.az qəzetinin xüsusi buraxılışında dərc olunan yazıya əsasən, nizamnamə kapitalı 100.000 manat olan MMC yaradılıb

Kommersiya qurumunun adı: “AS ELECTRONİC” MMC

Qeydiyyat nömrəsi (VÖEN): 1504015941

Təşkilati-hüquqi forması: MMC

Hüquqi ünvanı: AZ1008, Bakı şəh., Nərimanov ray., Ə. Əlizadə ev 120 mənzil 1.

Nizamnamə kapitalı: 100.000 manat

Maliyyə ili: 01 Yanvar – 31 Dekabr

Qanuni təmsilçi: Məmmədov Fikrət Hacıbaba oğlu

Dövlət qeydiyyatına alındığı tarix: 23 aprel 2018

Mənbə: www.vergiler.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.