Azərbaycan Beynəlxalq Bankında vakansiya

posted in: bank, İş elanı, Xəbər | 0

vakansiyaVəzifə: Kiçik və Orta sahibkarlıq subyektlərinin kreditləşdirilməsi üzrə Mütəxəssis, Aparıcı mütəxəssis və Baş mütəxəssis

Vəzifə öhdəlikləri:

  • Kiçik və orta sahibkarlıq kateqoriyasına aid müştərilərin kredit sifarişlərinin qəbul edilməsi və təhlili;
  • Eyni kateqoriyaya aid yeni müştərilərin cəlb edilməsi;
  • Müştərilərin biznesləri ilə tanışlıq məqsədi ilə biznes ünvanlarına səfər etmək;
  • Eyni kateqoriyaya aid kredit portfelinin idarə edilməsi.

Vakant vəzifə üzrə tələblər:

  • Ali iqtisadi təhsil;
  • Yüksək ünsiyyətqurma qabiliyyəti; 
  • Maliyyə təhlili və bank qanunvericiliyi ilə bağlı biliklərin olması; 
  • Sahə üzrə minimum 2 il iş təcrübəsi;
  • Əla səviyyədə Rus və İngilis dili biliyinin olması arzuolunandır.

Bu iş sizə nələri qazandıracaq:

  • Regionun aparıcı Bankının  fəaliyyətinin dərindən öyrənilməsi imkanı;
  • Müvafiq sahədə özünüzü reallaşdırmaq imkanı;
  • Təcrübəli və motivasiyalı komandanın üzvü olmaq;
  • Adekvat əmək haqqı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  30 may  2018-ci il tarixinədək  elektron ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Kiçik və Orta sahibkarlıq subyektlərinin kreditləşdirilməsi üzrə namizəd” şəklində göstərilməsi xahiş edilir.

Əks təqdirdə, müraciətə baxılmaya bilər.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Mənbə: www.ibar.az

Mühasibat sahəsində ən son vakansiyaları bu linkə daxil olaraq izləyə bilərsiniz.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

2018-ci il üzrə dövlət büdcəsinə yenidən baxılacaq

posted in: Xəbər | 0

büdcəAzərbaycan Milli Məclisi 2018-ci il üzrə dövlət büdcəsinə yenidən baxacaq.

Büdcə ilə bağlı sənədə Milli Məclisin iyun ayında nəzərdə tutulmuş növbədənkənar sessiyada baxılması nəzərdə tutur.

Büdcə ilə bağlı sənəddə neftin qiymətinə yenidən baxılacaq.

Mənbə: apa.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Əhaliyə daha yaxşı xidmətin göstərilməsi üçün müvafiq tədbirlər görüləcək

posted in: Xəbər | 0

Sahil“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin göstərdiyi bütün xidmətlərdə şəffaflığın təmin olunması, süründürməçiliyə yol verilməməsi və sosial ədalətin təmin olunması bizim əsas prioritetimiz olacaq”. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Onun sözlərinə görə, bu çərçivədə bütün istiqamətlər üzrə təkmilləşdirmə işləri aparılacaq, əhaliyə daha yaxşı xidmətin göstərilməsi üçün müvafiq tədbirlər görüləcək.

“Sosial sektorun daha səmərəli və effektiv fəaliyyəti üçün işlərimizi sistemli aparacağıq. Konkret məsələlərə gəldikdə, müvafiq istiqamətlər üzrə işçi qruplar yaradılıb. İşçi qrupların fəaliyyəti çərçivəsində təkliflər hazırlanacaq və müvafiq qərarlar qəbul ediləcək”,- deyə nazir əlavə edib.

Mənbə: apa.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

800 manat əmək haqqı ilə mühasib axtarılır

posted in: İş elanı, muhasibat, Xəbər | 0
mühasibVəzifə: Mühasib
İşəgötürən: Gross Market
İş barədə məlumat

– Mühasibat, vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatlar
– Elektron portal proqramı ilə işləmək bacarığının olması
– Vergi orqanları ilə yazışmalar
– Vergi sahəsi ilə bağlı əməliyyatlar – bütün vergi hesabatlarının göndərilməsi
– E-Qaimə və Vergi Hesab Fakturalarının yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı
– Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək
– Vergi hesabatlarının hazırlanması və təqdim edilməsi
– Bank əməliyyatlarının aparılması
– DSMF hesabatlarının hazırlanması və təqdim edilməsi
– Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi
– İnternet-bankçılıq sistemi ilə əməliyyatların aparılması
– İş vaxtı : 09:00-dan 18:00-dək
– Qrafiki: 6 gün (şənbə 09:00-dan 13:00-dək)
– İş yeri: Babək prospekti, Rich plaza

Namizədə tələblər

– Ali təhsil
– 1C və MS Office (xüsusən MS Excel) proqramlarını bilmək
– Mühasibat sahəsində minimum 5 il iş təcrübəsi
– Ünsiyyət qurma və danışıqlar aparma bacarığı
– Sərbəst şəkildə tam mühasibat aparmaq və hesabatları göndərmək

Uyğun namizədlər mövzu yerinə “Mühasib” yazmaqla  elektron ünvanına müraciət edə bilərlər.

Mənbə: boss.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.