Məzunlar üçün iş imkanı

posted in: İş elanı, Maliyyə, muhasibat, Xəbər | 0

işHolcim (Azərbaycan) ASC-də iş imkanı

90 ölkədə 110.000 işçi qüvvəsi ilə fəaliyyət göstərən LafargeHolcim Qrupu, dünyada sement, Hazır Beton Məhsulları və aqreqatlar istehsalı və paylanması sahəsində dünya liderlərindən biridir.

Məzunlar üçün iş imkanı

Şöbə: Maliyyə şöbəsi

İş qrafiki: Tam iş vaxtı

Müddət: 6 – 12 ay

Tələb olunan keyfiyyətlər

Funksional

· Səlist Azərbaycan dili, İngilis , Rus dillərini bilmək müsbət keyfiyət sayılır.
· Maliyyə təhsili

Davranış bacarıqları:

· Tez qavrayan
· Çalışqan
· Ünsiyyət bacarığı
· Güclü analitik qabiliyyət

Təhsil və təcrübə

· Ali təhsil ( Maliyyə-mühasibatlıq)
· Maliyyə sertifikatları(ACCA, CIMA) və bu sahədə iş təcrübəsi

Sənədlərin qəbul qaydası

Maraqlananlar ərizə verdikləri vakansiyanın Mövzu hissəsinə “Graduate to FD” yazmaqla qısa tərcümeyi halını (CV)   ünvanına göndərə bilərlər.

Müraciət olunan bütün ərizələrə baxılacaq və hər bir şəxsə bərabər imkan yaradılacaqdır.

Qeyd: yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Müraciətin son qəbul tarixi: 1 iyun 2018.

Mənbə: www.holcim.az

Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Müddətli və müddətsiz əmək müqavilələri əmək qanunvericiliyi ilə necə tənzimlənir?

posted in: Müqavilələr, Xəbər | 0

əmək müqavilələriSual. Müddətli və müddətsiz əmək müqavilələrinin əmək qanunvericiliyi ilə tənzimlənməsi barədə məlumat verməyinizi xahiş edirəm.

Cavab: Əmək müqavilələrinin müddətli və ya müddətsiz bağlanması qaydaları Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir. Bu Məcəllənin:

  • 45.1 – ci maddəsinə əsasən: Əmək müqaviləsi qabaqcadan müddəti müəyyən edilmədən (müddəsiz) və ya 5 ilədək müddətə (müddətli ) bağlanıla bilər.
  • 45.2 – ci maddəsinə əsasən əmək müqaviləsində onun hansı müddətdə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir.
  • 45.3 – cü maddəsinə əsasən müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz.
  • 45.4 – cü maddəsinə əsasən əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.
  • 47 – ci maddəsinə əsasən yalnız əmək funksiyasının xüsusiyyətlərinə, onun icrasının şərtlərinə, müddətinə görə işlərin (xidmətlərin) daimi xarakter daşımadığı hallarda əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. Əmək qanunvericiliyinin bu tələblərinə əsasən əmək funksiyalarının yerinə yetirilməsinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanılmalıdır. Yalnız, işlərin və ya xidmətlərin daimi olmaması və müvəqqəti xarakter daşdığı halları əvvəlcədən məlum olarsa, belə hallarda müddətli əmək müqaviləsi bağlanıla bilər. İşəgötürənlər, onların kadr üzrə mütəxəssisləri, hüquqşünasları və digər mütəxəssisləri Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45.4-cü maddəsini təhrif eməməli, iş axtaranların köməksiz vəziyyətindən sui-istifadə etməməli və tərəflərin iradəsindən və ya qarşılıqlı razılığından asılı olmayaraq əmək funksiyalarının yerinə yetirilməsinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda əmək müqaviləsi mütləq qaydada müddəti müəyyən edilmədən bağlanılmalıdır.

Mənbə: nhmt-az.org

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Baş mühasib olmaq üçün nə lazımdır??

posted in: Məqalə, Xəbər | 0

baş mühasibBaş mühasib olmaq üçün nə lazımdır??

Minimum olaraq bunlar:

  • Ali iqtisad və ya maliyyə təhsili (“Mühasibat uçotu” və ya digər iqtisadi ixtisas);
  • Mühasib kimi iş təcrübəsi – 3 ildən 5 ilə kimi;

İri şirkətlər üçün:

  • Baş mühasib qismində ən azından 1-3 il iş stajı;
  • Peşəkar attestatın mövcudluğu;

Arzular:

  • İngilis dilini ən azından danışıq və ya sərbəst şəkildə bilmək;
  • DipIFR sertifikatına malik olmaq;
  • MHBS (maliyyə hesabatlılığı üzrə beynəlxalq standartlar) hesabatlılığı üzrə formalaşmış təcrübə.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Gömrükdə “Yaşıl Dəhliz” buraxılış sistemindən istifadə edən şirkətlərin sayı açıqlanıb

posted in: Xəbər | 0

GömrükDövlət Gömrük Komitəsinin əməkdaşları sahibkarlara təlim keçib

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasında Dövlət Gömrük Komitəsinin əməkdaşları tərəfindən  “Xarici ticarətin təşviqi: gömrük tənzimlənməsi” mövzusunda təlim keçirilib. Təlim Dövlət Gömrük Komitəsinin gömrük tarif tənzimləmə şöbəsinin rəisi Əzizaga Hüseynov, Gömrük nəzarətinin təşkili baş idarəsinin ticarət dövriyyəsində yüklərə nəzarət şöbəsinin baş inspektorları Fərid Vəliyev  və Cəfər Quluzadə, həmçinin qeyri-ticarət dövriyyəsində gömrük nəzarətinin təşkil şöbəsinin inspektoru Üzel Gülmalıyev tərəfindən aparılıb.

Təlimdə  qeyd olunub ki, gömrük prosedurlarının avtomatlaşdırılması və elektron gömrük xidmətinin tətbiqi beynəlxalq ticarətin asanlaşdırılmasına, tranzit yüklərin daşınmasının sürətləndirilməsinə, subyektiv amillərin ləğv olunmasına, gömrük xidmətində operativliyin və şəffaflığın artırılmasına səbəb olub.

“Gömrük sistemində islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 4 mart tarixli 1853 nömrəli Sərəncamına uyğun olaraq “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydaları” təsdiq edilib.

“Yaşıl dəhliz” – əvvəlcədən elektron formada təqdim olunmuş qısa idxal bəyannaməsi əsasında aparılmış gömrük nəzarətinə və risk qiymətləndirilməsinin nəticələrinə uyğun olaraq, gömrük sərhəd buraxılış məntəqələrində gömrük qanunvericiliyi ilə müəyyən edilmiş məlumatlandırma və qeydiyyat əməliyyatlarının yerinə yetirilməsi vasitəsilə malların və nəqliyyat vasitələrinin fiziki yoxlanması aparılmadan gömrük proseduruna uyğun gömrük ərazisinə buraxılışını nəzərdə tutan buraxılış sistemidir.

Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin ticarət dövriyyəsində yüklərə nəzarət şöbəsinin baş inspektorları Fərid Vəliyev  bildirib ki, bu günədək “Yaşıl dəhliz” statusu almış şirkətlərin sayı 50-ni ötüb.

Qeyd olunub ki,  ölkədə dəmir yolları və dəniz nəqliyyatı ilə tranzit yükdaşımaların asanlaşdırması və tranzit yüklərlə bağlı vahid tarif siyasəti istiqamətində atılan vacib addımlardan biri də 2015-ci ildə  Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının yaradılmasıdır. Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri üzərində yerləşən Azərbaycanın tranzit potensialının artırılması məqsədilə gömrük prosedurlarının sürətləndirilməsi istiqamətində görülən işlər təlim iştirakçılarının diqqətinə çatdırılıb.

Mənbə: ask.org.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.