3 mindən artıq qanun pozuntusu aşkarlanıb

posted in: Xəbər | 0
qanun pozuntusuHəmkarlar İttifaqları Konfederasiyası əməyin mühafizəsi ilə bağlı 3 mindən artıq qanun pozuntusu aşkarlayıb.

“2017-ci ildə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının əmək müfəttişləri tərəfindən əməyin mühafizəsi ilə bağlı 500-dən çox idarə və müəssisələrdə yoxlama aparılıb”.

Bunu Azərbaycan Respublikası Həmkarlar İttifaqı Konfederasiyasının sədri Səttar Mehbalıyev söyləyib.

Onun sözlərinə görə, hazırda iş yerlərində mövcud çatışmazlıqların aradan qaldırılması üçün müzakirələr aparılır.

“Aparılan yoxlamalar nəticəsində 3 mindən artıq qanun pozuntusu aşkar edilib. Bu və ya digər məsələlərdə çatışmazlıqlar olub. Çatışmazlıqların 92 faizi aradan qaldırılıb”, -deyə S.Mehbalıyev əlavə edib.

Mənbə: apa.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

İnventarizasiya haqqında bilməli olduqlarımız (1-ci hissə)

posted in: muhasibat, Məqalə, Xəbər | 0

İnventarizasiyaBeləliklə, mühasibat uçotu – bu, təşkilatın təsərrüfat həyatının özünəməxsus salnaməsidir, hansı ki, təşkilatın digər işçilərindən daxil olan, eləcə də mühasiblərin özləri tərəfindən tərtib edilən sənədlərə əsasən müəssisənin struktur bölməsi olan mühasibatlıq tərəfindən aparılır.

Bu sənədlər əsasında təşkilatın mühasibatlığı müsəssisənin mülkiyyəti – maddi dəyərləri və pullarının yerdəyişməsini izləyir. Təşkilatın mühasibatlığı istənilən zaman ərzində müəssisənin mülkiyyətinin bölüşdürülməsi, yəni təşkilatın hansı əmlaka sahib olduğu və onların harada yerləşməsi barədə təsəvvürə malik olmalıdır.

Ancaq belə bir sxemdə işlər düzgün tərtib olunmaya da bilər.

Mühasibatlığa verilən sənəd tamamilə düzgün tərtib oluna bilər, amma, həqiqətdə real təsərrüfat əməliyyatına müvafiq gəlməyə də bilər. Digər bir sənəd elə yoldaca, mühasibatlığı çatdırılmamışdan əvvəl yoxa çıxa bilər. Təşkilata məxsus maddi dəyərlər itirilə bilər və ya oğurlana bilər.

Belə hadisələr nəticəsində mühasibatlığın məlumatları əsasında əldə olunan təşkilatın mülkiyyətinin yerləşməsi təsviri, real vəziyyətə uyğun gəlməyə bilər.

Əlbəttə ki, real iqtisadi vəziyyət və mühasibat məlumatları arasında bəzi fərqlər öz-özlüyündə aşkar ediləcək. Lakin, təsərrüfatın vəziyyətinin yoxlanılması məqsədilə xüsusi tədbirlər həyata keçirilməsə,  real iqtisadi vəziyyətlə mühasibat uçotu məlumatları arasında uyğunsuzluq güclənəcək və bir qədər sonra qarşıya belə bir sual çıxacaq: real vəziyyəti əks etdirməyən belə bir mühasibat uçotu təşkilata lazımdırmı?

Bu uyğunsuzluqları vaxtında üzə çıxarmaq və onların yaranmasının qarşısını almaq məqsədilə mütəmadi olaraq inventarizasiya həyata keçirilir – təşkilatın balansında olan əmlakın mühasibat uçotu məlumatlarına müvafiq gəlib-gəlmədiyi yoxlanılır.

Təşkilatın rəhbərliyi və onun mülkiyyətçiləri müəssisədə inventarizasiyanın müntəzəm və vicdanla həyata keçirilməsində maraqlıdırlar. Bundan əlavə, müntəzəm inventarizasiyanın aparılması qanunvericilikdə nəzərdə tutulub.

Dərinlik dərəcəsinə görə seçmə və tam inventarizasiya, zamana görə – planlı, qəfil plandankənar həyata keçirilə bilər.

Təşkilatda planlı inventarizasiya əvvəlcədən qəbul olunmuş qaydalara uyğun həyata keçirilir. Məsələn, hər maliyyə ilinin sonunda illik hesabat hazırlanmazdan öncə təşkilatda tam planlı inventarizasiya həyata keçirilə bilər. Mülkiyyətin dövriyyədə olan ayrı-ayrı növləri daha tez-tez inventarizasiyaya məruz qala bilər.

Maddi dəyərlərin oğurlanması ilə bağlı şübhələr yarandıqda, qəfil inventarizasiya öncədən xəbərdarlıq edilmədən,  həyata keçirilə bilər.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Killer’lə əməkdaşlıq edən mühasibin sonu

posted in: Məqalə, Xəbər | 0

mühasibMühasib müəssisənin direktor müavinini qətlə yetirmək üçün “killer” tutub.

Hadisə Rusiyada baş verib. Belə ki, bələdiyyə unitar müəssisələrindən birində mühasib işləyən qadın mühasibat sənədlərini saxtalaşdırmaq yolu ilə müəssisənin hesabından 3,5 milyon rubl pul ələ keçirib. Onun bu dələduzluq əməlindən xəbər tutan direktor müavini qadından pulları geri qaytarmağı tələb edib. Pulları geri qaytarmaq istəməyən mühasib vəziyyətdən çıxmaq üçün lazımsız şahiddən can qurtarmaq istəyib. Bu məqsədlə o, 200 min rubla “killer” kirayələyib. Amma, qətli həyata keçirməli olan şəxs, mühasibi pis vəziyyətdə qoyub. Belə ki, o, qətlin sifarişçisi ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verib. Hüquq-mühafizə orqanları qətllə bağlı səhnə təşkil ediblər və “killerin” direktor müavinini guya qətlə yetirdiyi anı göstərən foto-şəkil hazırlayıblar. Qadın pulları killerə verdiyi anda polislər tərəfindən saxlanılıb. Baş mühasibə qarşı RF CM-nin “dələduzluq”, “rəsmi sənədlərin saxtalaşdırıması” və “digər cinayəti ört-basdır etməkdən ötrü muzdla qətl təşkil etmək” maddələrilə cinayət işi qaldırılıb.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Apreldə vergi orqanlarına daxil olan müraciətlərin 72,9 %-i müsbət həll olunub

posted in: Vergi, Xəbər | 0

vergi2018-ci ilin aprel ayı ərzində vergi orqanlarına 9501 müraciət daxil olub ki, bu da 2017-ci ilin müvafiq dövrünə nisbətən 11,3 faiz azdır.

Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən bildirilib ki, müraciətlərin 94,7 faizi ərizə, 5 faizi şikayət, 0,3 faizi isə təklifdir. Onların 34,1 faizi müxtəlif arayışların alınması, 39,5 faizi kameral vergi yoxlamaları, 9 faizi vergi borcları, 2,5 faizi vergidən yayınma, nağd hesablaşmaların aparılması qaydalarının pozulması, qanunsuz sahibkarlıq fəaliyyəti, qalanları isə digər məsələlərlə bağlı olub.

Bütün müraciətlərə vaxtında baxılaraq, 72,9 faizi müsbət həll olunub.

Hesabat dövründə Vergilər Nazirliyinin aparatı, bölgələrdə fəaliyyət göstərən yerli vergi orqanları və vergiödəyicilərinə xidmət mərkəzləri də daxil olmaqla, vergi orqanlarının müxtəlif səviyyədə rəhbər vəzifəli şəxsləri və vergi əməkdaşları tərəfindən ümumilikdə 459 vətəndaş qəbul edilib, onlara qanunvericilik çərçivəsində lazımi köməklik göstərilib və ya müvafiq izahatlar verilib.

Mənbə: azertag.az

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.